ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə32/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   28   29   30   31   32   33   34   35   ...   132

Əşir Bəşiroğlu 
 
91 
 
qollarının bağlanıb, Gorus türməsinə aparıldığını görərək, Nəsibə çatdırmaq üçün 
Çömçəli bulağa atlı çapır. Atın ayaq səsinə oyanan Nəsib tez kahadan çıxıb qara 
qayaya  söykənir.  Gələn  adamın  kim  olduğunu  öyrənmək  istəyir.  Nəsib  gələnin 
Cəbi  olduğunu  görərkən  nəsə  bir  hadisə  olduğunu  anladı  və  tez:  “nə  xəbər?”  – 
dedi.    Cəbi  təlaşla:  -  “Camaatın  əl-qolunu  bağlayıb  Gorusa  aparırlar.”  Nəsib  tez 
yanındakı  Məzməzəkli  Mehtiqulunu,  Qoqo  Səmədi  götürdü  və  Cəbi  ilə  birlikdə 
dördnala çapıb Diş ağacının yanındakı təpənin üstündə uzandılar. Artıq gecə yarı 
idi.  Təkgünbəz tərəfdən gələn yolda  ay işığında qaraltı görünürdü. Bu qaraltı get-
gedə yaxınlaşırdı. Nəsib pıçıltı ilə -“hazır olun, ancaq biz seçməliyik ki, kim atın 
üstündədir. Birdən bizimkiləri ata mindirərlər ha. Ehtiyatlı olun. Hamısı köpək tək 
gəbərməlidirlər. Bizimkiləri sağ aparmalıyıq, ancaq qaranlıqdır, seçmək mümkün 
olmur.” Qaranlıq idi, hamısını da ata mindirib əl-qolunu bağlamışdılar. Heç cürə 
bunları  ayırmaq  mümkün  deyildi.  Nəsib  hərənin  bir  tərəfə  getməyini  tapşırdı. 
“Mən  dillənməmiş  heç  kəs  bir  kəlmə  də  olsun  danışmasın.”  Artıq  dəstə 
yaxınlaşırdı. Qəflətən Nəsib: “Əlləri yuxarı qaldırın və silahları yerə atın!” əmrini 
verdi.  “Hamınız  məhv  olacaqsınız.”  Hər  tərəfdən  Nəsibgil  atəş  açdılar.  Artıq 
mühasirəyə  düşmüş  ermənilər  uduzduqlarını  görüb  yalvarmağa  başladılar.  Nəsib 
yenə əmr edir: “Hamınız silahları yerə atın və bir neçə addım geri çəkilin! Əlləri 
bağlı adamlardan geri durun, yoxsa yenə atəş açacağıq. Əgər bizim dediklərimizi 
yerinə yetirsəniz, onda sizi evinizə salamat buraxacağıq.” (F.Süleymanov “Anam 
niyə ağlayırmış”) 
Bu an Təkgünbəzdən iki atlı dördnalla çapırdı. Ay işığında atlar elə gəlirdi ki, 
ayaqları altından sanki alov püskürürdü. Artıq atlar yaxınlaşırdı. Nəsib atlını tanıdı. 
O, Mollu kəndindən olan Qara Hüseyn idi. (Qaçaq Nəbinin əmisi oğlu) Axı onu da 
Zəngəzur milis rəisi axtarırdı. Həm də onların başına qızıl pul qoymuşdular. Onlar 
isə  ancaq  gecələr  bir-biriləri  ilə  əlaqə  saxlayırdılar.  Demək  gecələr  obaya  gəlir, 
Səkinəgildə Əli ilə görüşür və Əli bütün hadisələri ona danışır. Belə qərara gəlirlər 
ki, köməyə getmək lazımdır. Əli də Mollaburan kəndindən idi. Məmmədrəhimin 
yoldaşının qardaşı, yəni Tellinin qardaşıdır. Artıq Nəsib dayısını və Qara Hüseyni 
tanıdı.  Qara  Hüseyin  Gorusun  təzə  milis  rəisinin  müavini  Aşotu  tanıyan  zaman: 
Hə, Aşot, özündən küs. Axı bir neçə dəfə diz çöküb “məni burax” demişdin, indi 
yenə buraxardım, ancaq o beş yaşlı uşağın nə idi günahı ki, onu o hala salmısan? 


C
əsur qardaşlar 
92 
 
İndi o can verir. Bir də ki, kişi kişini tutar. Bəs bu arvadın günahı nə idi. İndi cavab 
verməlisən. Artıq milis işçilərini elə mühasirəyə almışdılar ki, onlar bir kəlmə də 
olsun  danışa  bilmirdilər.  Tez  Əli  Qasımın,  Şamilin,  Kəblə  Səkinənin,  Həbibin 
əllərini açdı, ermənilərin tüfənglərini onlara verib: Hə, indi vurun bu köpəkləri, bir 
də  bu  yerlərə  hərlənməsinlər.  Qasım  təmkinlə  dedi:  Yox,  öldürmək  lazım  deyil. 
Buraxın qoyun getsinlər, yəqin ki, onlar da öz paylarını götürərlər. Qara Hüseyn:- 
Nə danışırsan, ə, sən o körpəni görsən, bunları diri-diri soyarsan, Qasım – deyərək 
elə  oradaca  hər  birinə  bir  güllə  açdı.  Hər  üçü  yeri  cırmaqlayırdılar.  Lakin  milis 
rəisinin  müavini  dizin-dizin  sürünüb  Kəblə  Səkinənin  ayaqlarına  tərəf  gəldi:  - 
“Sənə  qurban  olum,  ay  Kərbəlayi  Səkinə,  mənə  kömək  et”.  Hümbətin  ölümünü 
eşidən  Kəblə  Səkinə  mauzeri  çıxarıb  düz  Aşotun  gicgahına  atəş  açdı.  Sübhün 
açılmasına  az  qalmış  hamısı  Təhlicə obasına getdilər.  Kahaya  girəndə  Hümbətin 
saralmış bənizini və güclə nəfəs aldığını görən Kəblə Səkinə: Nənəm  sənə qurban, 
oğul  –  deyib  soyuq  dodaqlarından,  üzündən  öpdü.  Mənəm,  nənən  Kəblə 
Səkinəyəm,  gözünü  aç,  yadigarım.  Elə  bil  uşağa  qüvvət  verildi.  Gözünü  açan 
zaman  uşaq  təbəssümü  ilə  gülüb:  -  Hə,  nənə,  sənsən,  gəldin.  Mən  elə  bilirdim 
gavurlar  səni  də  öldürdü.  Bəs  gözəl  Gülzarı  niyə  gətirmədin?  Nənə,  əgər 
gətimisənsə, qoy mən onun ağuşuna gedim. Hər gözümü yumanda yuxu görürəm. 
Görürəm ki, o Ağ Yoxuşun başında durub hey yalvarır ki, gəl körpəm, gəl mənim 
ağuşuma.  Axı  səni doyunca  iyləməmişəm.  Səni  doyunca öpməmişəm  hələ.  Əgər 
gətirməmisənsə,  məni  rahat  burax,  mən  gedirəm  öz  gözəl  Gülzarımın  qucağına. 
Mənə ora  rahatdı deyib  gözlərini  adamlara  sarı  tutdu  və  birdən  öz  doğma  bacısı 
Həyata  sarı  dönüb:  “Gəl  bacı,  gəl.  Mən  artıq  dünyadan  köçürəm,  sən  isə  tək 
qalırsan. Axı hər dəfə sən məni qucağına alanda deyirdin ki, gəl səni iyləyim. Axı 
səndən  gözəl  Gülzarın  iyi  gəlir.  Gəl,  gəl  axırıncı  dəfə  məni  iylə,  qoxla”  deyib 
gözlərini əbədi yumdu. Artıq hamı ağlayırdı. Bu uşaq elə bil böyük adamlar tək 
danışırdı.  Təhlicədən  Nəzirə  gedən  yolun  qırağında  məzar  qazıb  onu  orada  dəfn 
etdilər. Mən həmişə mal nobatına gedəndə, anam da mənimlə gedirdi. Həmin kiçik 
məzarın  başına  fırlanıb  şivən  qoparırdı.  Sən  demə,  anam  bax  bu  dilli-dilavər 
Hümbət üçün ağlayırmış. (F.Süleymanov) 
Deyirlər  torpağın  üzü  soyuq  olur.  Bax,  bu  dilli-dilavər  uşağı  soyuq  torpağa 
qoyandan sonra elə bil rahatlıq oldu. Artıq şivən etmirdilər, ancaq öz daxillərində 


Əşir Bəşiroğlu 
 
93 
 
ağlayırdılar.  Hamı  süfrədə  oturub  çörək  yeyəndə  obaya  tanış  olmayan  atlı  gəldi. 
Kərbəlayi  Səkinə  uşaqlar  bilməsin  deyə,  özünü  Tənəki  dərəyə  salıb  atlının  kim 
olduğunu bilmək istəyirdi. Atlı Kərbəlayi Səkinəyə  yaxınlaşıb  “Məmmədrəhimin 
obası buradadırmı?” –deyə soruşdu. 
-
Oğul, buradır. Xeyir ola. 
-Ana, siz kimsiniz? –
deyə şübhəli-şübhəli soruşdu.  
-
Oğul mən elə o obadanam. De görüm nə olub?  
-
Ana, mənə Nəsib lazımdır, ona vacib sözüm var.  
Kərbəlayi Səkinə təmkinini pozmadan: - De, oğul.- dedi. 
-
Yox,  ana,    bu  mümkün  deyil.  Mənim  özümün  ona  deyilməli  sözüm  var. 
Mənə tapşırıblar ki, ancaq özünü tapıb deməlisən.  
-
Hə,  oğul,  de  görək  kim  deyib?  Atlı  yan  yörəsinə  baxıb,  sakitcə:  “Məni  bu 
bölgənin,  yəni  Kürdüstan  bölgəsinin  milis  rəisi  Baba  göndərib,  təcili  söz 
deməliyəm”.  Ani  olaraq  Kərbəlayi  Səkinə  fikrə  getdi:  -  Hə,  oğul,  Baba  qeyrətli 
adamdır. Onun sözü bizə lazımdır. Gəl obaya gedək. 
-
Yox, onun özünü bura çağırın. Bu çox məxfidir.  
-
Hə,  oğul,  sən  bu  bulaqda  əl-üzünü  yu,  mən  də  sənə  çörək  gətirim.  Elə 
buradaca danışın. Mən də o daşın üstündə oturub sizi güdəcəyəm, qorxmayın. Tez 
obaya gəlib Telliyə dedi: -Bir süfrə çörək hazırla, aparım Tağlı bulaqda qonağımız 
gəlib, ona verim. İçəri keçib Nəsib, bir dəqiqə çölə çıx, səninlə işim var  – dedi. 
Qara Hüs
eyn mauzerini istəyəndə: Yox qardaş, sən otur. Beş dəqiqəyə Nəsib gəlir. 
Hacı  sakitləşdi:  Nəsib  çölə  çıxanda:  Baba  qardaş  sənin  yanına  adam  göndərib. 
Deyir ki, vacib işim var gedək görək nə deyir. Kərbəlayi Səkinə süfrəni qoltuğuna 
vurub  Nəsiblə  Tənəkli  dəyərə  getdilər.  Nəsib  həmin  adamla  görüşüb,  eşidirəm 
deyərək dilləndi.  
-
Bilirsən, Gorusdan bir teleqraf gəlib ki, bəs Qara Hüseyn Türkiyədən gəlib 
Nəsibin  dəstəsi  ilə  birləşib.  Zəngəzurda  erməniləri  qırır.  Baba  dedi  ki,  hələlik  o 
Qara  Hüseyni  götürüb  müvəqqəti  yenə  Türkiyəyə  getsin.  Görək  ara  sakitləşsə, 
onda özüm xəbər göndərərəm. Çünki Mərkəzə xəbər veriblər. Yəqin ki, ya sabah, 
uzağı biri gün hökmən ruslarla erməni milisləri gələcək. Axı elə qeyrətli oğlanlar 
olmasa indi Zəngəzurun obalarının hamısı məhv olardı. Daha mən ləngiməyim – 
deyib çörək süfrəsini də atın tərkinə bağlayıb qəzaya getdi. Nəsib evə qayıdanda 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə