ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə24/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   20   21   22   23   24   25   26   27   ...   132

Əşir Bəşiroğlu 
 
67 
 
Ailəsi 
Əlipaşa  bəyin  atası Xanmurad  bəy,  anası  isə Hətəmlər Şahverdinin  bacısı 
Ağapəri  olmuşdur.  Əlipaşa  bəy  əvvəlcə  Bəyim  xanımla  ailə  qurmuşdur.  Bəyim 
xanım 1844-cü ildə anadan olmuşdur. Bəyim xanımdan Sultan bəy, İsgəndər bəy, 
Xosrov  bəy,  Rüstəm  bəy  və  Aftab  xanım  dünyaya  gəlmişdir.  Bir  müddət  sonra 
Əlipaşa bəy Seyid Mirəzizin qızı Ağaxanımla da evlənir. Ağaxanımdan Bahadur 
bəy,  İsrafil  bəy,  Zülü  bəy,  Ziba  xanım  və  Məhbub  xanım  dünyaya  gəlmişdir. 
(Məlumat internetdəndir) 
Əlipaşa bəy öz övladlarının tərbiyəsi ilə ciddi məşğul olmuşdur. Sultan bəy və 
Xosrov bəyin  tərbiyəsinə,  onların  bir  şəxsiyyət  kimi  yetişmələrinə  xüsusi  səy  və 
böyük  qayğıkeşlik  göstərmişdir.  Onlara  şərqin  qəhrəmanlıq  və  müdrik  keçmişini 
öyrətdirmişdir. Hər zaman el-obanın qayğısına qalmağı, camaatın ağır güzaranını 
yaxşılaşdırmağı  övladlarında  tərbiyə  etməyə  çalışmışdır.  Sultan  bəyin  hərb 
sənətinə,  Xosrov  bəyin  tibb  elminə  yiyələnmələrinə  hər  cür  lazımi  şərait 
yaratmışdır. 
Mir  Mövsüm  Nəvvab  “1905-1906-cı  illərdə  erməni-müsəlman  davası”  adlı 
əsərində Əlipaşa bəy Xanmurad oğlu haqqında yazır.  
Sultanov Əlipaşa bəy Xanmurad oğlu Zəngəzurda böyük mülkləri olan bəy, 
bölgədə müdrik kəlamları və qoçaqlığı ilə tanınmışdır. O, Sultan bəy, Xosrov bəy 
və  Rüstəm  bəy  Sultanovların  atasıdır.  1837-ci  ildə  Zəngəzur  qəzası  Hacısamlı 
nahiyəsinin  Kürdhacı  kədində  (Laçın  rayonu)  anadan  olub.  1915-ci  ildə  isə  elə 
anadan olduğu kəntdə də vəfat edib.  
"Piçənis  müsəlman  kəndindən  və  başqa  müsəlman  kəndlərindən  300  nəfərə 
qədər  igidlər  və  qeyrətli  cavanlar  toplaşaraq  Paşa  bəy  Murad  bəy  oğlunun 
sərkərdəliyi ilə atlanıb, erməni kəndlərinin üzərinə yeriyir və onlardan qisasımızı 
alırdılar.  
El deyimləri 
Əlipaşa  bəy  həmişə  ədalətin,  düzgünlüyün,  doğruluğun  tərəfdarı  olmuşdur. 
Ona görə də Zəngəzurda Əlipaşa bəy böyük rəğbət sahibi, müdrik kəlamlar ustadı, 
böyük  hörmət  və  şöhrət  sahibi,  el  ağsaqqalı,  müdrik,  uzaqgörən  bir  şəxs  kimi 
tanınmışdır.  El  arasında  Əlipaşa  bəyə  sadəcə  Paşa  bəy  deyildiyindən  bütün  el 


C
əsur qardaşlar 
68 
 
deyimlərində  bu  adla  adlandırılmışdır.  Onun  müdrik  kəlamları  bu  gün  də  el 
arasında deyilməkdədir. 
Öl, Molla Şərif, öl 
Hacısamlı  nahiyəsinin Qorçu kəndində  Molla  Şərif  adlı  bir  kişi  yaşayırmış. 
Molla  Şərif  ömrünün  son  illərini  yaşadığını  fikirləşir.  Düşünür  ki,  bu  bölgələrdə 
savadlı  bir  molla  qalmayıb.  Odur  ki,  belə  vəsiyyət  edir  ki,  "görürəm  bu  yaxın 
bölgələrdə  yaxşı  savadlı  bir  molla  yoxdur  ki,  məni,  şəriətin  bütün  qayda-
qanunlarına  riayət  etməklə  düzgün  dəfn  etsin.  Ona  görə  də,  vəsiyyət  edirəm  ki, 
məni Paşa bəy el adəti ilə ədalətli şəkildə dəfn etsin. 
Bu vaxtdan bir müddət keçir. Bir gün səhər erkən kəndə xəbər yayılır ki, Paşa 
bəy dünyasını dəyişdi. Bu xəbəri eşidən Molla Şərif elə hey öz-özünə deyinir: 

Öl, Molla Şərif, öl. Lap heyvan kimi öl! Artıq səni dəfn etməyə heç bir ümid 
yeri qalmadı. 
Bununla  Molla  Şərif  bu  itkinin  qiymətini  verməklə,  Paşa  bəyin  eldən 
getdiyini bildirmişdir. 
Baxdı getdi 
Paşa  bəyin  qayınatası  Seyid  Mirəziz Hacısamlı  nahiyəsinin Seyidlər 
kəndindən  imiş.  Seyid  Mirəziz  olduqca  çox  xəsis  bir  kişi  idi.  Qapısında  olan 
qoyun-
keçidən kəsib yeməyə belə qıymazmış. Seyid Mirəzizin bu xüsusiyyəti Paşa 
bəyi  çox  narahat  edər.  O,  daim  onu  bu  xasiyyətdən  əl  çəkməyə  çağırsada  Seyid 
Mirəziz  öz  bildiyindən  dönmür.  Ona  görə  də  Seyid  Mirəzizin  xəsisliyinə  işarə 
edərək belə bir kəlam söyləyərmiş: 

Bu  dünyadan  Ağalar  bəy  yedi  getdi,  Paşa  bəy  daddı  getdi,  Seyid  Mirəziz 
baxdı getdi. 
İki seyid bəs edər 
Paşa  bəyin  həyat  yoldaşı  Ağaxanım  Seyidlər  tayfasından  olmasına 
baxmayaraq  qayınatası  Seyid  Mirəzizin  xəsisliyindən,  eləcə  də  seyiddən  xoşu 
gəlməzmiş. Ona görə də evdə, həmçinin kiçik yığıncaqlarda qoşun və ya kazakdan 
söhbət düşəndə deyir: 

Bir kəndi dağıtmağa yüz kazak nə lazım, iki seyid bəs edər. Birini kəndin 
ayağında, o birini isə kəndin başında məskunlaşdırın. Bununla da iş qurtarsın. 
Mərgi xəstəliyi 


Əşir Bəşiroğlu 
 
69 
 
Qışın  əvvəlləri  idi.  Paşa  bəyin  qayınatası Seyid  Mirəziz  onlara  qonaq gəlir. 
Söhbət əsnasında Paşa bəyə deyir: 

Bu  il  heyvanlar  üçün  yaxşı  ot-ələf  toplaya  bilməmişəm.  Deyirəm  bəlkə 
keçiləri bir təhər bu qış sən saxlatdırasan. 
Qayınatasının  fikirləri  ilə  razılaşmayıb  imtina  etmək  istədikdə Aşıq 
Abbas 
söhbətə qarışır. Paşa bəydən razılıq alır və keçiləri saxlatdırmaq üçün kəndə 
gətirtdirir. 
Paşa bəy Aşıq Abbasla birlikdə həftə səkkiz, mən doqquz, keçinin birini kəsib 
yeyirlər. Bir müddət sonra Paşa bəy Aşıq Abbasa deyir: 

Aşıq Abbas, bəs Seyid Mirəzizə nə cavab verəcəyik. 

Bəy, bu işin babalı Aşıq Abbasın boynuna - deyən Aşıq Abbas gülümsündü. 
Nəhayyət, bir gün keçilərini yoxlamağa gələn Seyid Mirəzizə deyirlər: 

Seyid, keçilərin içinə bir xəstəlik düşüb , tutan kimi keçi haray-həşir salıb 
bəyirir, o saatda ölür. 
Günorta 
namazının vaxtı yetişir. Seyid Mirəziz namaza durur. Bu zaman Aşıq 
Abbas  əvvəlcədən  hazırlanmış  qayda  üzrə  uşaqlardan  birinə  keçilərdən  birinin 
qulağını dişlətdirir. Keçi hay-həşir qopararaq bəyirir. Bu vaxt Aşıq Abbas namaz 
qılan Seyd Mirəzizə yaxınlaşıb deyir: 

Seyid, keçinin birini xəstəlik tutub, nə edək. 
Namaz üstə söz danışmaq günah olduğu üçün bir söz deyə bilməyən Mirəziz 
əli ilə işarə edir ki, keçinin başını kəsin. Keçinin başını kəsirlər. 
Aşıq Abbas aşpazı öyrədir ki, bişiriləcək əti keçinin ödünə bulayıb bişirsinlər. 
Elə də edirlər. Nahar vaxtı Mirəziz ətdən bir tikə ağzına qoyub tez çıxarır və "rədd 
eləyin, bizi qırar" deyir. Mirəzizə söyləyirlər ki, bax beləcə keçiləri xəstəlik tutub 
öldürür. Hamısını da basdırdıq. Naəlac qalan Mirəziz soruşur ki, bu xəstəliyin adı 
nədir? Hazırcavablığı ilə həmişə diqqəti cəlb edən Aşıq Abbas deyir ki, "mərgi" 
xəstəliyidir. Heç bir sözü olmayan Seyid Mirəziz kor-peşiman evinə dönür. Atalar 
yaxşı demişdir: "Mal yeməzin malını yeyərlər". 
Rəhmətə gedib 
Ərikli kəndində  yaşayan  Hüseyn(el  arasında  Hüsen  kimi  çağrılardı)  olduqca 
gopçu kimi tanınardı. Yaxın kəndlərdən birində hansısa yaxşı və ya pis bir hadisə 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə