ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə18/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   14   15   16   17   18   19   20   21   ...   132

Əşir Bəşiroğlu 
 
49 
 
Erm
əni  ordusunun  komandanı  Andranik  nə  yolla olursa-olsun,  öz  silahlı 
qüvv
ələrini Gorus, Laçın və Şuşa istiqamətindən Qarabağa daxil etmək istəyirdi. 
Xosrov b
əyin  Qarabağın  general-qubernatoru təyin edilməsini  eşidən Andranik 
Sultan b
əyin qorxusundan Qarabağa keçə bilməyəcəyini yəqin etdi. Buna görə də 
hiyl
əyə əl atır. Sultan bəyin kirvəsi Saşa adlı ermənini bir neçə nəfərlə Sultan bəyin 
yanına danışığa göndərir ki, bəy bizdən nə qədər qızıl istəyirsə verməyə hazırıq, 
ancaq  o  Qarabağa  keçməyimizə  icazə  versin.  Oradakı  ermənilərin təsərrüfat 
işlərinə kömək etmək istəyirik.  
Sultan b
əyin isə  gizli planlardan xəbəri  var  imiş.  Qardaşı  Xosrov  bəy onu 
Andranikin  Qarabağa  keçmək cəhtindən xəbərdar  etmişdi.    Sultan bəy  Saşanı 
aldadaraq x
əbər verir ki, biz bir-birimizi neçə  illərdi  tanıyırıq,  kirvəlik edirik. 
Bizim  aramızda  heç  bir  qızıl  və  yaxud alver sözü ola bilməz. Mən Andranikin 
çoxmilli  qoşununu  silahla  buradan  buraxsam  camaat  mənə  nə  deyər? Xosrov 
qardaşım olsa da hökümət adamıdır. Dəliqanlı cavanlardan ehtiyat edirəm, bilsələr 
qarışıqlıq  salarlar.  Gərək mən təyin  etdiyim  adamların  iştirakı  ilə  bütün silah və 
sursat sökülüb atlara, qatırlara və arabalara yüklənsin. Səhər alaqaranlıqda buradan 
el
ə  keçsinlər ki, heç kimin xəbəri  olmasın.  Bizim  adamlar  Qala  dərəsinə  qədər 
b
ələdçilik edərlər.  
Andranik is
ə gizli yolla Şuşa erməniləri ilə danışmışdı ki, o gecə vaxtı Şuşaya 
çatacaq, qala qapısını açsınlar ki, o sakitcə Şuşaya daxil ola bilsin.  
Sultan b
əy Zabux çayından Qaladərəsinə qədər on beşə qədər silahlı dəstədən 
ibar
ət pusqular düzəldir. Beləliklə, Andranikin əliyalın qoşunu soyuq qış gecəsində 
q
əflətən hər tərəfdən hücuma məruz qalır. Yoldan kənarda qərarlaşmış döyüşçülər 
iri qayaları yellədərək onların üstünə tökür və yolu bağlayırdılar. Bir günlük qanlı 
döyüşdə Andranikin 30 minlik qoşunu məhv edilir. Silah yüklü arabalar, atlar və 
qatırlar  ələ  keçirilir.  Döyüş  zamanı  Andranik  demək  olar  ki,  bütün  qoşununu 
itir
ərək bir neçə  nəfərlə  güclə  qaçmağa  imkan  tapır.  Döyüş  gedən dərə  bundan 
sonra xalq arasında “Qanlı dərə” adlandırılır.  
Sultan b
əyin igidliyi sayəsində  Qaragöl  ətrafında  toplanan  çoxsaylı  erməni 
silahlıları  məğlub  edilmiş  və  onlardan 600 nəfər  əsir  alınmışdır.  İrana  keçmək 
ist
əyən yüzlərlə  erməni  silahlısı  Araz  çayı  yaxınlığında  məhv  edilmişdir. 
Z
əngəzurda onlarla kənd erməni  silahlılarından  təmizlənmişdir.  Bu 


C
əsur qardaşlar 
50 
 
m
əğlubiyyətdən sonra daha da azğınlaşmış Andranik Azərbaycanın bu bölgəsində 
daim sabitliyi pozmaq, Z
əngəzur və  Qarabağ  torpaqlarını  işğal  etmək üçün 
bolşevik  Rusiyasının  dəstəyi ilə  yeni  silahlı  qruplar  yaratmışdı.  Bütün  bunlara 
baxmayaraq, Andranikin öz daşnaq ordusu ilə Laçının Zabuq dərəsində Sultan bəy 
t
ərəfindən sarsıdıcı zərbə almaqla məğlubiyyətə uğraması ilə onun Qarabağı, sonra 
is
ə  Gəncəni  tutmaq,  S.Şaumyanın  bolşevik-daşnaq  hərbi hissələri ilə  birləşərək, 
Şimali  Azərbaycanda erməni hakimiyyətini qurmaq planı  məhv  olmuşdu.  Sultan 
b
əyin və  Qarabağ  general-qubernatoru Xosrov bəyin  xalqımız  qarşısında 
xidm
ətləri  misilsizdir.  Onlar  yalnız  Zəngəzur və  Qarabağın  deyil,  Kəlbəcərin, 
Basarkeç
ərin və digər ərazilərimizin də erməni quldurlarından qorunmasında hünər 
v
ə qeyrət göstərmişlər. 
1920-ci ild
ə  Azərbaycanda  Sovet  imperiyası  öz  hakimiyyətini qurdu. Bu 
vaxtdan etibar
ən Azərbaycan bəyləri öz vətənlərində qaçaq vəziyyətdə yaşamağa 
başladılar.  Sultan bəy  Sovet hakimiyyətindən qaçaq vəziyyətində  Kürdhacı 
k
əndində “Gorgahat”ın meşəsində gizlənirdi. Ermənilərin hiylələri ilə bolşeviklər 
Sultan b
əyə yeni sui-qəsd hazırlayırdılar. Yaranmış vəziyyətin mürəkkəbliyini dərk 
ed
ən  Sultan bəy  Azərbaycan  İnqilab  Komitəsinə  müraciət edib. Buradan 
ümüdverici  cavab  almadığına  görə  o,  İran  şahına  üz  tutur.  İranda  Rusiyanın  və 
erm
əni  casuslarının  çox  və  qüvvətli  olmasına  baxmayaraq  şah  Sultan bəyin 
müraci
ətini qəbul edib. Sultan bəy  qardaşları  Xosrov  bəy və  İsgəndər bəylə 
düşməndən qoruduğu vətəndən mühacirət etməli olub. 
Sovet İmperiyasının göndərdiyi xüsusi casuslar İranda da at oynadırdılar. Tez-
tez q
ətillər törədirdilər. Göndərilmiş xüsusi casuslar Sultan bəyin qardaşı İsgəndər 
b
əyi öldürdükdən sonra vəziyyətin pis olduğunu görən İran şahı təhlükəsiz həyat 
şəraitini təmin edə bilmədiyi üçün Sultan bəyə Türkiyə dövlətinə müraciət etməyi 
m
əsləhət görüb. Türk dövləti 1923-cü ildə  Sultan bəyi və  qardaşı  Xosrov  bəyi 
r
əsmi keçidlə  qarşılayıb.  Mustafa  Kamal  Atatürkün  Sultan bəyə  böyük hörməti 
olub. Ona Qars vilay
ətinin Köçqoy kəndində  mülk və  malikanə  verilərək 
t
əhlükəsiz həyat şəraiti yaradılmışdı.  
Sultan b
əy 1955-ci ildə Köçqoy kəndində vəfat etmişdir. Bu barədə Türkiyə 
radiosu bel
ə  bir məlumat  yayıb  ki,  “Tacirlər-taciri  Sultan bəy  1955-ci ildə  vəfat 
etdi. Tanrı ona rəhmət etsin”.  


Əşir Bəşiroğlu 
 
51 
 
Sultan  b
əy mühacirətdə olarkən onun ailəsi olmazın müsibətlər çəkib. 1923-
cü il
ə  qədər  onlar  Sultan  bəyin  Ağdamda  olan  mülklərinin birində  qohumların 
himay
əsində  yaşayıblar.  1930-cu ildə  qardaşı  Rüstəm bəy ailəni  Bakıya  gətirib. 
Otuz  yeddinci  ill
ərin həyəcanlı  gecələrinin birində  qapı  döyülür,  NKVD-dən 
g
ələnlər onlara bildirirlər ki, evdən heç nə götürmədən həbs olunursunuz. 1937-ci 
il noyabrın 2-dən 3-nə keçən gecə Sultan bəyin ailə üzvləri, Leninqraddan yenicə 
qonaq g
əlmiş  qızı  Bəyim  xanım  və  hələ  bir  yaşı  tamam  olmamış  uşağı  həbs 
olunurlar.  Əvvəlcə  Bayıl  türməsinə, oradan Gəncə  türməsinə  və  bir ay sonra isə 
Qazaxıstana  sürgün  olunurlar.  Onlar  evdən  yalnız  yatacaq,  bir  də  Sultan bəydən 
yadigar  qalan  Quranı  və  balaca xurcunu götürə  bilirlər.  Sultan bəyin  arvadı,  üç 
oğlu  və  bir  qızı  1956-cı  ilə  qədər  Qazaxıstanda  sürgün  həyatı  keçirdikdən sonra 
Az
ərbaycana gələ bilmişlər.  
İndiyə qədər Sultan bəy və qardaşı Xosrov bəy haqqında geniş tədqiqat işi və 
araşdırma  aparılmamışdır.  Azərbaycan Dövlət Arxivində  və  yazılı  ədəbiyyatda 
m
əlum səbəblərdən  Sultan bəy  haqqında  geniş  materiallar  daha  çox  yaşlı  nəslin 
nümay
əndələrinin söhbətləri və qeydləri əsasında toplanmışdır.  
 
IV 
FƏSİL 
XX ƏSRDƏ ERMƏNİ CANİLƏRİNƏ DİVAN TUTAN SULTAN BƏY 
ŞƏXSİYYƏTİ 
Ənvər  Çincizoğlu  yazır:  “Sultanlıq  soydan  gəlir”  adlı  kitab  üzərində 
işləyirəm. Bu kitab Laçın bölgəsində adını tarixə yazdıran Sultan bəy və onun əsli-
n
əsli haqqındadır.  
Sultan b
əy Laçın bölgəsinin qəhrəman oğludur.  
Bir az Laçın haqqında. 
Laçın  Azərbaycanın  ən dilbər  güşələrindən  biridir.  Şimaldan  Kəlbəcər, 
şərqdən  Xocalı,  Şuşa,  Xocavənd, cənubdan  Qubadlı,  qərbdən isə  Gorus, Sisian 
(Qarakils
ə)  rayonları  ilə  həmsərhəddir. 1992-ci  ilin  18  mayınadək  o  dağların 
qoynunda 60 min n
əfər əhali yaşayırdı. 125 kənddən ibarət olan Laçın həm təbiət 
etibaril
ə, həm də  qiymətli  tarixi  memarlıq  abidələrinə  görə  respublikamızın  ən 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə