ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə10/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   6   7   8   9   10   11   12   13   ...   132

Əşir Bəşiroğlu 
 
27 
 
sözl
əri. Heç bilmirdim nə edim. İndi o hadisəyə görə biraz ürəyim rahat olmuşdu. 
Görün, m
ən bir xeyli türk qanı içsəm ürəyim necə rahat olar. 
Bir neç
ə  dəqiqədən  sonra  bir  cavan  oğlan  gəldi və  mənə  dedi: Hə, cavan 
oğlan,  dur,  sənədlərini də  götür. Universitetin tarix fakultəsinə  verəcəksiniz ki, 
g
ələcəkdə rayon katibi olasınız, ən azı nazir olasınız ki, xalqınıza xidmət edəsiniz. 
Nec
ə ki, bizim bəzi nazirlərimiz deyir, mən “öz xalqıma” xidmət edirəm. Bəli, öz 
xalqıma,  Azərbaycan  xalqına  yox.  Deməli hələ  bizim  aramızda  bu  cür  adamlar 
var...  
Ibrahim danışdıqca o buz kimi əllər sanki isinirdi, üzündə müəyyən dərəcədə 
qızartı əmələ gəlirdi.  
-
 
H
ə, mənim sənədlərimi universitetə  verdilər və  özüm də  bilmədən 
universitetin  tarix  fakult
əsinə daxil oldum. Bizə Məhəmməd Hadi, Hüseyn Cavid 
v
ə başqa görkəmli ədiblər dərs deyirdilər. Hüseyn Cavid çox vətənpərvər və gözəl 
ziyalı idi. O qədər türk mədəniyyətindən, türk cəsurluğundan danışırdı ki, məndə 
el
ə bil bir türk qorxusu əmələ gəlir və tez bir zamanda türkləri məhv etmək, onların 
qanını içməyə tələsirdim. Biz Hüseyn Cavidin poeziya dərnəyinə gedirdik. Biz də 
M
əhəmməd Hadi, Hüseyn Cavid kimi böyük dahilərdən Nizami, Füzuli, həmişə 
yasaq ol
muş Nəsimidən öyrənirdik. Mən bütün bunların hamısını türk idrakımın, 
türk t
əfəkkürümün inkişafı kimi qiymətləndirirdim.  
M
ərkəzdən olan xəbərdarlığa baxmadan beynimdə bir fikir gəzirdi.  Hüseyn 
Cavid m
əktəbdən  çıxanda  aram-aram  addımlayardı.  Mən də  həmişə  onu 
izl
əyərdim. Onu arxadan vurmaq istəyirdim. Heç cür imkan olmurdu. Hüseyn 
Cavid küç
ə ilə gedəndə yanından ötənlər ona baş əyib salam verdikdən sonra, ona 
qoşularaq evlərinə qədər onu ötürürdülər. Bir gecə qəti qərara gəldim ki, hökmən 
Cavid 
əfəndiyə qəsd edəcəm. Elə bu vaxt qapı döyüldü və içəri tanımadığım iki 
n
əfər daxil oldu. –  Siz bilirsiniz ki, Cavid əfəndi sizə  türk  ədəbiyyatından  dərs 
deyirdi. O, bu gec
ə  hökümət tərəfindən tutulub. Siz gərək məhkəmədə  onun 
türkçülüyü t
əbliğ  etməsi haqda deyəsiniz. Elə  bil  dünyanı  mənə  verdilər. Mən o 
q
ədər sevindim ki. Deməli, işlərimiz yaxşı gedir. Səbirsizliklə səhərin açılmasını 
gözl
əyirdim və  fikirləşirdim  ki,  səhər məhkəmədə  nələr deyəcəyəm. Bax, beləcə 
fikir-x
əyal içində sabahı açdım. Universitetə gedəndə eşitdim ki, məni və mənimlə 
birg
ə  Hüseyn Cavid poeziya məktəbində  oxuyan  uşaqları  universitetin  rektoru 


C
əsur qardaşlar 
28 
 
çağırıb.  Biz  hamımız  dərsə  yox,  rektorun  otağına  getdik.  Rektor  çox  əsəbi idi. 
Əsəbi halda otaqda var-gəl edərək deyinirdi: “Gör biz neyləmişik. Sən demə, bizim 
aramızda  gürzə  ilanlar  var  imiş.  Onlar  siz  cocuqlara  da  zəhər  verirmişlər ki, 
g
ələcəkdə bu zəhəri siz də başqa uşaqlara verəsiniz. Belə edir ki, Şura höküməti 
dağılsın. Bala, Şura höküməti sizə neyləyib? Hamınız çoban-çoluk uşaqları idiniz. 
G
ətirib  universitet tələbəsi edib. Sabah hərəniz bir vəzifə  başında  olanda  vallah, 
bizi  heç  adam  da  saymayacaqsınız.  İndi  gedin  qaranlıq  zindana.  Hüseyn  Cavid 
poeziyasını, Nəsimi, Xaqani, Hadi poeziyasını dinləyib zindanda çürüyəcəksiniz”. 
Bu an iç
əri hərbi formada silahlı adamlar daxil oldular. Onlar hamımızın əllərinə 
qandal vurub sıraya düzdülər və oradan birbaşa məhkəmə zalına apardılar. Bizə ən 
pis t
əsir edən o idi ki, bütün universitet tələbələri bizə tamaşa edirdilər. Düzü, mən 
qorxmurdum.  Əgər belə  bir türk  nəhəngini məhv etsələr, bizim kimilərin iki 
yüzün
ə  bərabərdir. Budur,  artıq  məhkəmə  zalındayıq.  Hamı  səbirsizliklə  Cavid 
əfəndini gözləyir. Birdən  qapı  açıldı.  Cavid  əfəndi öz qürurunu pozmadan içəri 
daxil oldu v
ə yenə də dedi, hər vaxtınız xeyir cocuqlar. Biz hamımız ayağa durduq. 
H
əmişəki kimi yenə də baş əydik. Əli ilə işarə etdi ki, oturun. Bir neçə dəqiqədən 
sonra m
əhkəmə gəldi. Elan verdilər ki, durun ayağa, məhkəmə gəlir. Hamı durdu. 
Hüseyn Cavid 
əfəndi  heç  halını  pozmadan  ayağa  durmadı  və  zəncirli  əli ilə 
eyn
əyini gözündən  çıxardıb  şüşəsini təmizlədi və  yenidən gözünə  taxdı.  Çox 
t
əmkinlə dilləndi:  
-
 
“Yoldaş hakim, nədir bu cocuqların günahı?! Mənəm günahkar ki, öz ana 
dilimd
ə  poeziya öyrənmişəm,  öz  anamın  laylası  ilə  şeyriyyatı  cocuqlara 
öyr
ətmişəm. Budurmu mənim günahım?!” Bu sözlərdən sonra məhkəmə də çaşıb 
qaldı  və  dedi:  -  “Müttəhim  otur.  Şahidlər buyurun”. Bir-bir  bizi  durquzdular.  
İyirmi  nəfər  –  hamımız  bir  ağızdan  dedik:  “Bəli, Cavid əfəndi bizi türkçülüyə 
sürükl
əyir”. Qalan on nəfərimiz isə  “yox, Cavid əfəndi  poeziyanın  qaynar 
bulağıdır. Böyük ustaddır”. Bunları deyən on nəfəri həbs etdilər və bizim – iyirmi 
n
əfərin gözlərimiz  gülürdü,  hamımız  sevinirdik.  Hüseyn  Cavidə  ömürlük həbs 
c
əzası  verildi.  Sonra  Məhəmməd Hadi də  o münvalla həbs edildi. Deməli, 
Az
ərbaycanın ən görkəmli insanlarını məhv etmək üçün çox yaxşı fikirləşilmiş bir 
vasit
əyə  çevrilmişdik.  Hamımız  hər  əməliyyatdan sonra sevinirdik. Bir neçə 
günd
ən sonra bizi tar kursuna qoydular. 1937-ci ilin payızı idi. Bizə tar dərsini o 


Əşir Bəşiroğlu 
 
29 
 
vaxtlar  da 
ən məhşur  olan  iki  qardaş  –  Əhməd  Bakıxanov  və  səhv etmirəmsə, 
Ənvər  Bakıxanov  keçirdilər. Onlar o qədər gözəl  tar  çalırdılar  ki,  onlara  qulaq 
asdıqca  insan  sanki  dərin yuxuya gedirdi. Qəfildən yenə  həmin kursda oxuyan 
uşaqları məhkəmə zalına şahid sifəti ilə apardılar. Hər iki qardaşın üzünə dirəndik 
ki, onlar İran təranələri çalırdılar. Deməli, İrana meyillidirlər. Niyə Bayatı-Kürd, 
Bayatı-Şiraz, Bayatı-İsfahan çalmırdılar? Bəli, bizim hamımızı, yəni iyirmi nəfəri 
onların  üzünə  dirəndiyimizə  görə  buraxdılar,  qalan  on  iki  nəfəri tutdular. Bax, 
bel
əcə illər keçirdi. Hər belə işlərdən sonra gecələr mənə pul mükafatı verirdilər. 
M
ən çox yaxşı yaşayırdım. İntiqam hislərim də get-gedə artırdı. Qəfildən müharibə 
başlandı və biz müharibəyə getdik.  
1941-ci ilin 
avqust ayı idi. Artıq Biləcəridəydik. Müharibəyə gedirdik. Bizə 
m
əxfi tapşırıq var idi – müharibədə ən igid, qoçaq türkləri məhv etmək. Artıq mən 
bilirdim ki, c
əbhə bölgəsində nə edəcəyəm, çünki rus dilini təmiz bilirdim. Arxayın 
idim ki, türkl
ərdən qisasımı alacağam. Tez-tez tambura çıxırdım. Yenə də kimisə 
atmaq ist
əyirdim ki, rahat ola bilim. Ancaq buna imkan olmurdu. Mən bir qədər 
gözl
ədim. Artıq gecə yarını keçmişdi. Elə bil ki, pusquda durub ov axtarırdım. Ovu 
b
ərəyə  gəlməyən ovçu kimi dilxor olub vaqona  qayıtdım.  Vaqonda  ilk  tanış 
olduğum adam kürd Aloy idi. Ağabba mahalından idi. Nədənsə onunla söhbətimiz 
tutdu. Düz bir h
əftə  yol  getdik.  Bizi  Ukraynanın  Çerneqo  şəhərində düşürtdülər. 
Atrıq  təlimlər  başlayır.  Mən  narahat  idim.  Axı,  mənə  mərkəzdən göstəriş 
vermirdil
ər. Mən elə hiss edirdim ki, artıq biz rabitəni itirmişik. Üç gündən sonra 
m
ənə bir nəfər yaxınlaşıb mərkəzin məxfi göstərişini verdi. Deməli, hücum zamanı 
kiml
əri qətlə yetirməliyəm. Ürəyimdə bir qədər arxayınlaşdım. Artıq hazırlıq dövrü 
keçm
əliydim. Hər gün axşamlar yatanda Ağabbalı kürd Aloy erməniləri pisləyir, 
onların qaniçənliyindən faktlar danışırdı. Mən artıq belə qərara gəlmişdim ki, onu 
m
əhv edim. Fikirləşdim  ki,  bizi  hücum  xəttinə  göndərsələr onu elə  oradaca 
öldür
əcəm. Elə  bil Allah-Təala mənim  sözümü  eşitdi.  Üç  gündən sonra bizi 
hücuma gönd
ərdilər.  Artıq  Hitler  ordusuna  yaxınlaşanda  başımın  üstündə 
şimşəklər  çaxmağa  başladı.  Bir  anlıq  gözümdən  alov  qalxdı,  hüşumu  itirib  yerə 
s
ərildim. Gözümü açanda özümü hospitalda həkimlərin, tibb bacılarının əhatəsində 
gördüm. Kürd Aloy is
ə əlini alnıma qoymuşdu. Nə baş verdiyini anlayanda özümə 
nifr
ət etməyə  başladım.  Nifret  etdim  ona  görə  ki,  imkanım  olmadı  ki,  bu 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə