“Ət və Ət məhsullarinin texnologiyasi” fənnindən


Heyvanların qansızlaşdırılması və qanın yığılması



Yüklə 6,02 Mb.
səhifə16/91
tarix27.05.2023
ölçüsü6,02 Mb.
#113461
1   ...   12   13   14   15   16   17   18   19   ...   91
t-v-t-m-hsullar-n-n-texnologiyas-m-hazir-

Heyvanların qansızlaşdırılması və qanın yığılması. Keyləşdirilmiş və keyləşdirilməmiş donuzları və (qoyunları) davarı asma yola qaldırmaq üçün elevator- lardan istifadə edilir. Donuzların dal ayaqları zəncirlə bağlanır və qarmaqla bərkidilir. Zənciri düzgün bağlamadıqda (xüsusilə donuzlarda) sümük oynaqları nahiyəsində daxili qansızmalar baş verir. Ucunda qırmaq olan zəncirin o biri ucunu elevatorun istiqamətləndirici relsinə keçirirlər, elevatorun zəncirinin barmağı qırmağı tutur və heyvanı rels istiqamətində asma yola qaldırırlar. Məhsuldarlığı saatda 400 baş olan zəncirli elevatorlardan istifadə edilir.
Qoyunlar və keçilər keyləşdirilmədən asma yola qaldırılır. Bunun üçün heyvanların bir arxa ayağına zəncir keçirib, elevatorla qaldırırlar. Qan yeyinti və müalicəvi məqsədlər üçün yığılmır. Heyvanların qansızlaşdırılması üçün boyunu birbaşa deşib, yuxu arteriyasını və boyunduruq venasını kəsirlər.
Heyvan yarımçıq qansızlaşdırıldıqda ət çıxarı bir az artıq olur, lakin tez xarab olur. Bundan əlavə qanın bir hissəsi sonrakı emal proseslərində axaraq, otaqları çirkləndirir.
Bəzi ölkələrdə qansızlaşdırmaq üçün vakuum qurğularından istifadə edirlər, bu qurğulara qan toplanır və çirklənmə olmur.
Qansızlaşdırmadan əvvəl qaramalın boyun hissəsində dərini kəsir, qida borusunu başqa toxumalardan ayırır, mədə tutumunun dağılmaması üçün onu bağlayır və ya sıxırlar. Sonra bıçağı boyun nayihəsinə yeridib, traxeya boyunca hərəkət etdirərək ürək ətrafında iri qan damarlarını kəsirlər. Tam qansızlaşma üçün yuxu arteriyasını kəsirlər. Xırdabuynuzlu heyvanların boynu bir üzdən o biri üzədək deşilərək, yuxu arteriyası və boyunduruq venasını, donuzlarda döş sümüyü altına bıçaq vurmaqla aortanı və boyunduruq venasını kəsirlər. Qida məqsədi üçün sağlam heyvanların qanı içi boş bıçaqla, onu ürəyin sag-qabaq hissəsinə yeritməklə alırlar. İçi boş bıçaq paslanmayan poladdan və ya korroziyaya uğramayan başqa materialdan hazırlanmış nizəyə oxşar tiyə ilə qurtaran, deşikli və hər iki tərəfində uzununa yarıqları olan borudur. Borunun digər ucuna qanın qaba axması üçün rezin şlanq geydirilmişdir. Bu üsulla cansızlaşdırdıqda 40-45 san ərzində qaramaldan alınan bütün qanın 75%-i, donuzdan alınan bütün qanın isə 60%-i çıxır (davarın qanını qida məqsədi üçün toplamırlar). Qanın qalan hissəsi nova axır, toplanır, texniki və yem məqsədilə işlədilir. Daha tam qansızlaşdırmaq üçün əlavə olaraq boyun qan damarlarını açmaq lazımdır. Qansızlaş- dırma prosesinin ümumi davamiyyəti 6-8 dəq təşkil edir. Qanı yalnız sağlam heyvanlardan toplamağı təmin etmək üçün və xəstə heyvanların qanı ayrıca 3-4 baş heyvandan toplayır və cəmdəkləri son baytar-sanitar nəzarətindən keçirdikdən sonra emala verirlər (qansızlaşdırdıqdan təqribən 25-30 dəq sonra). Bıçaq və toplayıcını isti buxarla sterilizə edirlər. Qan cəmdəkdən axaraq laxtalanır. Qanı maye halda saxlamaq üçün onu sabitləşdirir və ya fibrinsizləşdirirlər.

Yüklə 6,02 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə