ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə66/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   62   63   64   65   66   67   68   69   ...   76

 
 
249
dəyər”; “Adı var, özü yoх”; “Yağışdan çıхdıq, yağmura düşdük”; 
“Dilin bəlası, yaхud Şamdan bəy” və s. 
ХIХ əsrin ikinci yarısında ədəbi dilin bədii üslubunda mövcud 
olan ideonimlərdən savayı digər ideonimlərə  də rast gəlmək 
mümkündür ki, həmin  əsər adları  nəzərdə tutduğumuz dövrdə 
yaranmamışdır, daha doğrusu, bir çoxu həmin dövrdən xeyli 
əvvəl yaranmışdır. Lakin həmin  əsər adları XIX əsrin ikinci 
yarısında yaranmış  bədii üslubda hər hansı obrazın dilində 
işlənərək digər onomastik vahidlər kimi üslubi vəzifə daşımışdır. 
M.F.Axundov “Aldanmış  kəvakib” povestində faktların də-
qiq olmasını, saxtalaşdırılmamasını sübut etmək üçün Iran 
tarixçisi Iskəndər bəy Münşinin “Tarixi-aləm-arayi-Abbasi” 
əsərinə müraciət edir: “Olur ki, xanəndələr bu güzarişin 
vüquunda  şübhə edib onu gizbə  həml edələr; bu surətdə  mən 
olardan təvəqqə edirəm ki, “Tarixi-aləm-ara”da  Şah Abbasın 
cülusunun yeddinci ilində sadir olan vəqaiəyə mülahizə etsinlər.” 
(23, 209) Qədim Iran dövlətində insan hüquqlarının müdafiə 
olunmasını, ölkədə qayda-qanunların mövcudluğunu yada salan 
yazıçı yazır: “Qədim fars padşahlarının zamanında “Peymani-
Fərhəng”in hökmlərinə əsasən hər bir şəhərdə mühasiblər var idi 
ki, rəiyyətdən alınıb dövlət xəzinəsinə daxil olan gəliri hesablayıb 
dəftərlərdə qeyd etsinlər. Padşahda “Peymani-Fərhəng”ə müvafiq 
olaraq işlərə  sərəncam verərdi.” (26, 49) “Peymani-Fərhəng” 
qədim Iran padşahlarının qanun məcəlləsidir. Peyman fars dilində 
“əhd, ilqar”; fərhəng isə “maarif, elm, ədəb” deməkdir. (94, 166) 
Müxtəlif dinlər haqqında fikirlərini bildirən M.F.Axundov 
Firdovsinin “Şahnamə”sindən kiçik bir hissə ilə öz mülahizələrini 
əsaslandırır və bu zaman müqəddəs kitab “Quran”ın adını çəkir: 
(26, 86) 


 
 
250
 
Allahın birliyindən, Qurandan, vəd olunanlardan
Hədə-qorxu və təzə qaydalardan söz açdı. 
 
Dünyada  ən çox yayılmış dinlərdən biri olan islam dininin 
əmələ  gəlməsi, onun əsas qayda-qanunları, islamdakı  əsas 
hadisələr, görkəmli  şəxslər nəzərdə tutulan dövrdə xalqın  şüuru, 
inamı, həyat səviyyəsi ilə  sıx bağlı olduğu üçün bədii dildə 
müsəlman dininin müqəddəs kitabı “Qurani-Kərim” tez-tez yada 
salınır. M.F.Axundov “Kəmalüddövlə  məktubları”  əsərində 
“Quran” kitabından bəzi sitatları verməklə öz fikirlərini 
əsaslandırmağa çalışırdı. M.F.Axundov və digər sənətkarlar – 
N.Vəzirov,  Ə.Haqverdiyev, C.Məmmədquluzadə tez-tez “Quran” 
kitabının ideonimini obrazların bədii dilində işlədir: “Zeynəb dəxi 
arxayın olmaqdan ötrü Xudayar bəyi Qurana and verdi. Xudayar 
bəy  əlini “Quran”a basıb and içdi.” (167, 87) Xudayar bəy kimi 
müsəlman dininə sitayiş edən, onun qayda-qanunlarına riayət edən 
(gündə beş dəfə namaz qılan) bir obrazın yalandan “Quran”a and 
içməsi bir daha onun əsl simasını oxucu üçün açır. Xudayar bəyin 
əslində  nəyə qadir olduğunu bilməyən Zeynəb də  məhz həmin 
anddan sonra Xudayar bəyə inanır: “O pulları ki, Zeynəbin 
ixtiyarında idi, bəzisini Zeynəb yerə quyuluyub gizlətmişdi, 
bəzisi özündə idi. Bunlar hamısı yetişdi Xudayar bəyin təhvilinə. 
Və bundan əlavə Xudayar bəyə genə çox zad yetişdi: qızıl, 
gümüş, paltar, fərş, mis qab-qaşıq və bu cür şeylər. Xülaseyi-
kəlam, Zeynəb mürurnan əri Kərbəlayı Heydərin evini daşıyıb 
tökdü Xudayar bəyin evinə.” (167, 87)  
114 fəsildən (surədən) ibarət olan müsəlmanların müqəddəs 
kitabı  Məhəmməd Pеyğəmbərdən nazil olan “ilahi vəhylər”in 


 
 
251
məcmusudur. “Quran” sözünün mənası  ərəb dilində “oхumaq, 
tələffüz  еtmək” (yəni Məhəmməd Pеyğəmbərə  dеyilənlərin və 
onun təkrar еtdiklərinin oхunması) dеməkdir. Birinci dəfə üçüncü 
Хəlifə Osman tərəfindən kitab şəklində tərtib еdilmişdir. 
Nadir şah hakimiyyətə gəldikdən sonra ölkədə islahat aparmaq 
fikrindədir. Islahatın birinci bəndi  şiə-sünni məzhəbinin 
birləşdirilməsi, ikinci bəndi isə  хristian dininin müqəddəs kitabı 
“Incil”in tərcüməsidir: “Dövlətin mənfəəti üçün hər padşaha 
lazım gəlir qеyri tayfanın dilini bilsin. Tainki qеyri tayfa ilə 
dininə müvafiq rəftar olunsun.” (192, 147) 
M.F.Aхundov eyni məqsədlə Iran ruhanisi Axund Molla 
Məhəmmədbağır Məclisinini (1628-1698) “Həqqülyəqin” dini 
kitabından sitat verərək yazır: “Axund Molla Sadıq sözə başlayıb 
dedi:  
-Bu gün sizə cəhənnəmin əhvalatını vəsf edəcəyəm ki, qəflət 
yuxusundan oyanıb dünyaya bu qədər aludə olmayasınız, Axund 
Molla Məhəmmədbağır Məclisi – Allah ona rəhmət eləsin – çox 
mötəbər hədislərə  əsasən “Həqqülyəqin” kitabında yazmışdır: 
“Əvvəla inanmalısınız ki, Sirat haqdır, o da cəhənnəmin üstündən 
keçən bir körpüdür ki, qiyamətin günündə bütün məxluqat onun 
üstündən keçəcəkdir. Bu körpüyə Sirat körpüsü deyilir, tükdən 
nazik, qılıncdan iti və oddan istidir. Xalis möminlər bu körpünün 
üstündən ildırım sürəti ilə keçərlər. Lakin günahkarlar onun 
üstündə titrəyər və ayaqları sürüşüb cəhənnəmə düşərlər...” (26, 77) 
Daha sonra isə M.F.Axundov ərəb dilində yazılmış “Zadül-məad” 
və “Irşadül-əvam” dini əsərlərinin idеonimindən bəzi fikirlərini 
əsaslandırmaq üçün üslubi bir vasitə kimi istifadə еtmişdir.  
M.F.Axundov “Kəmalüddövlə  məktubları”  əsərində yalnız 
dinlə, dini təriqətlərlə bağlı ideonimlərə deyil, həm də müxtəlif 


 
 
252
xalqların folkloru ilə bağlı  məlumat verərək “Min bir gecə”nin 
ərəb dilindən fars dilinə XIX əsr məşhur Azərbaycan alimi və 
mütərcimi Mirzə Əbdüllətif Təsucinin tərcümə etdiyini yazır, həm 
də əsərin süjet xəttinin, hadisələrin gedişinin müxtəlifliyi yazıçını 
bir qədər təəccübləndirir: “Mirzə  Əbdüllətif Təsucinin “Min bir 
gecə”ni çox gözəl, aydın və  təmiz fars dilinə  tərcümə etdiyini 
bilirsən. Sən bu kitabı oxuyarkən dönə-dönə deyirdin: “Təəccüb 
edirəm, bu “Min bir gecə”nin müəllifi bu qədər yalanı görəsən 
haradan tapıbdır?” (26, 84) M.F.Axundov Molla Sadığın 
danışdıqlarını  cəfəngiyyat adlandırır və müqayisə edir: “Əlif-
Leylə”nin  əfsanələrindən betər danışdı. Vallah, Firəngistanın on 
iki yaşında olan uşağı bu növ pərpuçata inanmaz.” (26, 72)  
Sənətkar bəzən obrazın dünyagörüşünün məhdudluğunu 
bildirmək üçün ideonimə müraciət edir. C.Məmmədquluzadənin 
“Danabaş  kəndinin  əhvalatları” povestindəki Qəzetçi Xəlil obrazı 
heç vaxt Danabaş kəndindən kənara çıxmamış, kəndin daxilində 
qoltuqçuluqla məşğul olaraq bir təhər güzəranını keçirir, özünü 
əhli-savad hesab etsə  də  Şeyx Bəhanın  şəriət kitabı “Camei-
Abbas”dan başqa bir kitab oxumamışdır: “Camei-Abbas”dan 
savayı bir kitab oxumamışam.” (167, 13) Uzun qış gecələri heç 
bir  əyləncəsi olmayan danabaşlılar bir otağa yığışıb deyib-
gülməklə, danışmaqla vaxtlarını keçirirdilər, ya da ki, “çox vaxt 
belə olur ki, bu oturanların birisi yaxşı  əhvalatdan, hekayətdən 
nağıl edir, xalq da qulaq asır... Danabaş  kəndinin mollası molla 
Pirqulu “Bəxtiyarnamə” kitabından bir əhvalat oxuyurdu.” (167, 
39) Dəqaiqi Mərvəzinin “Bəxtiyarnamə”  əsərində “Qurani-
Kərim”dən gətirilən ayə, süъеt və obrazlar çoхluq təşkil  еdir. 
(130, 23) Yalnız problemlərlə yaşayan danabaşlıların 
“Bəxtiyarnamə” kitabını oxuması da üslubi bir vasitədir. 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə