ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə62/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   58   59   60   61   62   63   64   65   ...   76

 
 
235
Kəmalüddövlənin öz dostu Iran şahzadəsi Cəlalüddövləyə yazdığı üç 
məktub və  Cəlalüddövlənin ona göndərdiyi cavab məktubu.” 
M.F.Axundovun yaratdığı  əsər adlarının özünəməхsusluğu 
idеonimlərin tərkibində (komediyalarının adları  nəzərdə 
tutulmuşdur) “hekayət”, “sərgüzəşt” vahidlərinin işlənməsidir. 
M.F.Axundov birinci və ikinci komediyalarında ideonimin 
tərkibində obrazlara verilmiş şəxs adlarından, ləqəb və titullardan 
istifadə etmişdir ki, antroponimlərin ideonimlərin tərkibində 
işlənməsi əsər adlarının mənasını daha konkret edir. Oxucu və ya 
tamaşaçı ideonimdən  əsərdə baş verən hadisələr haqqında sanki 
məlumat alır. Məsələn; “Hekayəti-Müsyö Jordan həkimi nəbatat 
və  Dərviş  Məstəli-şah-cadukuni-məşhur” komediyasında Qərblə 
Şərq, elmlə cəhalət sanki üz-üzə gəlir. Qərb elminin nümayəndəsi 
Müsyö Jordan, Şərq cəhalətinin isə nümayəndəsi Dərviş  Məstəli 
şahdır ki, bu qarşılaşdırma ad, ləqəb və titullar vasitəsi ilə 
ideonimdə öz əksini tapmışdır. “Hekayəti-xırs-quldurbasan” 
komediyasında adi kəndli olan Bayramın sevgisi, sədaqəti, 
qoçaqlığı varlı Tarverdinin yalançılığı, qorxaqlığı, vəfasızlığı ilə 
qarşı-qarşıya qoyulmuşdur. Lakin xarakterləri müxtəlif olan bu 
iki obrazı eyni qıza – Pərzada olan məhəbbət hissi birləşdirir. 
Buna görə  də qorxaq Tarverdi “qəhrəmanlıq etmək” 
məcburiyyətində qalır və “quldurbasana” çevrilir. Yazıçı Tarverdi 
haqqında özünün əsl fikrini ciddi tərzdə tam əksinə olaraq 
işlətmiş, obraza kinayə edərək komеdiyaya ideonim vеrmişdir.  
“Sərgüzəşti–vəziri–xani–Lənkəran” komediyasının birinci 
variantında hadisələr Lənkəranda deyil, Sərabda baş verir və 
əsərin adı da ona uyğun adlandırılır. Görkəmli tənqidçi-publisist 
F.Köçərli M.F.Axundovun anadan olmasının 100 illik yubileyinə 
həsr edilmiş  təntənəli yığıncaqda oxuduğu məruzədə  sənətkarın 


 
 
236
yaradıcılığından söhbət açarkən məhz  əsərin birinci variantının 
idеonimindən istifadə  еtmişdir: “Sərgüzəşti–vəziri–xani–Sərab.” 
Təmsili-güzarişi-əcib. Keyfiyyəti dörd məclisdə  bəyan olub 
itmamə yetir.” (135, 37) Görkəmli ədibimiz C.Məmmədquluzadə 
də  həmçinin öz məqaləsində  əsərin birinci variantının adından 
istifadə edərək dramaturqun qadın tipləri haqqında öz fikirlərini 
bildirmişdir: “Ta ki, bir az vaxtda Mirzə Fətəlinin qadın tiplərinin 
adları  hər bir yerdə camaat dilində virdi-zəban oldular: 
“Sərgüzəşti–vəziri–xani–Sərab”da Ziba xanım,  Şölə xanım, Nisə 
xanım, Pəri xanım...” (163, 69) Y.V.Çəmənzəminlinin 
M.F.Axundovun vəfatının 50 illik yubileyi münasibəti ilə 
yazılmış və 1928-ci ildə “Inqilab və mədəniyyət” jurnalının 3-cü 
nömrəsində çap etdirdiyi məqaləsində  də  əsərin birinci 
variantının adından istifadə edilmişdir: “1882-ci ildə W.Haggard 
və G.Strange “Sərgüzəşti-vəziri-xani-Sərab”ı farscadan 
ingiliscəyə  tərcümə edib, Mirzə  Cəfərin mətni ilə  bərabər “The 
vazir of Lenkuran” ünvanı altında Londanda təb edibdirlər.” (63, 
97) Cox qəribədir ki, 1882-ci ildə ingilis mətbuatında isə  əsərin 
ikinci variantının idеonimindən istifadə olunmuşdur. 
Axundovşünas alim N.Məmmədov  əsərin adı haqqında aşağıdakı 
məlumatı verir: “M.F.Axundovun 1874-cü ildə fars dilində çap 
olunmuş  əsərləri məcmuəsində komediya ilk dəfə olaraq 
“Hekayəti-vəziri-xani-Lənkəran” adı ilə çapdan çıxmışdır. Buna 
əsaslanaraq bir sıra Qərbi Avropa şərqşünasları belə hesab etmişdilər 
ki,  əsərin adını M.F.Axundovun komediyalarını fars dilinə  tərcümə 
edən cənubi azərbaycanlı Mirzə  Məmməd Cəfər Qaracadağı 
dəyişdirmişdi. Bu mülahizə uzun zaman Azərbaycan axundovşü-
naslığında da hökm sürmüşdür. Lakin son illərdə aydınlaşdırılmışdır 
ki, Mirzə  Məmməd Cəfər Qaracadağı bilavasitə M.F.Axundovun 


 
 
237
məsləhəti ilə  Sərab sözünü Lənkəranla  əvəz etmişdir. Çünki 
komediyada  əhvalat dəniz sahili şəhərlərin birində vaqe olur və 
tamamlanır. Sərab isə  dənizdən uzaq bir qəsəbədir. Müəllif özü 
sonralar bu uyğunsuzluğu hiss edərək  əsərin adını  dəyişdirməyi 
vacib saymışdır. Bu haqda məlumata M.F.Axundovun dostu, 
maarifçi ziyalı Mirzə Yusif xana göndərdiyi 1873-cü il 27 dekabr 
tarixli məktubunda təsadüf edirik. Ədib öz dostuna dönə-dönə 
tapşırırdı: “Əziz mütərcimə deyiniz ki, “Sərab xanının hekayəti”ni 
hər yerdə “Lənkəran xanının hekayəti” ilə  əvəz etsin... Sərab 
səhvdir, Lənkəran yazılmalıdır. Çünki Sərab yaxınlığında dəniz 
yoxdur.” (25, 220) Mirzə Yusif xan da M.F.Axundovun xahişini 
tərcüməçiyə çatdırmış və o da müəllifin arzusunu yerinə yetirərək 
komediyanın adını  dəyişdirmişdir. Bundan sonra komediya hə-
mişə “Sərgüzəşti–vəziri–xani–Lənkəran” adı altında dərc edil-
mişdir.” (23, 257) N.Məmmədovun bu izahından sonra həm 
F.Köçərlinin, C.Məmmədquluzadənin, Y.V.Çəmənzəminlinin 
idеonimin birinci variantından istifadə etməsinin səbəbləri, həm 
də əsərin adında işlənən “Lənkəran” toponiminin üslubi imkanları 
aydın olur. “Sərgüzəşti–vəziri–xani–Lənkəran” komediyasında 
Iran cəmiyyətinin yuxarı rütbəli  şəxslərinin – xan və onun 
vəzirinin xalqla amansız rəftarı öz əksini tapmışdır. Əsərdə daha 
çox vəzir Mirzə  Həbibin həm ailə, həm də  vəzifə  məsələlərinin 
hərtərəfli təsviri verildiyinə baxmayaraq, ideonimdə oxucunun 
yadına  Хan obrazı da salınır. Bu da, komediyada vəzir Mirzə 
Həbib ilə yanaşı Xanın da ifşa olunması ilə əlaqədardır. 
M.F.Axundov “Sərgüzəşti-mərdi-xəsis” komediyasında 
klassik dünya ədəbiyyatındakı  xəsis obrazları ilə bir sırada dur-
mağa layiq olan Şərq tacirinin prototipini yaratmışdır ki, bu tip 
bütün varlığı ilə pula sitayiş edir. Bi tipin adı Hacı Qaradır, buna 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə