ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə59/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   55   56   57   58   59   60   61   62   ...   76

 
 
223
çox  əvvəl mövcud olduğu məlumdur. Son arxeoloyi qazıntılar 
zamanı  aşkar edilən mə-dəniyyət nümunələrinin elmi və 
müqayisəli analizindən məlum olur ki, Şamaxı  şəhərini 
eramızdan  əvvəl I əsrə aid etmək olar. “Şamaxı” toponimik 
vahidinin  əmələ  gəlməsi haqqında müxtəlif fikirlər mövcuddur. 
IX əsr ərəb tarixçisi Bəlazori Şamaxı adını ərəb əmiri Əşşamax-
bin-Şücanın adı ilə  əlaqədar olması haqqında “Kitabi-
fütülhülbuldan”  əsərində yazır: “Bərdədə yaşayan ağsaqqalların 
verdiyi məlumatlara Məhəmməd ibn-Ismayıl mənə xəbər verir ki, 
guya  Şirvan vilayətində olan Şamaxı öz adını o zaman oranın 
əmiri  Əşşamax bin-Şücanın adından almışdır. Digər  ərəb 
yazıçısının məlumatına görə, Şamaxıya “Əlyəzidi” də deyilmişdir. 
Həmin fikrə ğörə Xəzərlər ilə müharibə etmiş məşhur ərəb sərdarı 
Yezid ibn-Əsəd  Əssülaminin  şərəfinə bu şəhərə  “Əlyazidi” adı 
verilmişdir. (61, 9) Ərəb mənbələrindən Xəlifə  əbu-Cəfər 
dövründə  Xəzərlərə qarşı mübarizədə  Kəmək  şəhərinin bina 
edilməsi qeyd edilir. (187, 88) Əfsanəyə görə  Şamaxı iki sözün 
birləşməsindən  əmələ  gəlmişdir – birinci hissəsi “şah” –yəni 
“böyük”, ikinci hissəsi isə “mah” –yəni “şəhər” olub, bu sözlərin 
birləşmələrindən “Şahmahi”, yəni “Böyük şəhər” adı alınmışdır. 
Bu sözün getdikcə  “Şamaxı”  şəklinə düşdüyü güman edilir. Bu 
əfsanə  həqiqətə uygun deyil, çünki “mah” – “şəhər” sözü yox, 
ərəbcə “ay” deməkdir. Bəzi kitablarda isə “Şamaxı” adının “şəm-
əxi” sözündən olması göstərir ki, bu ərəbcə  “Şamın qardaşı” 
deməkdir. (132, 93) A.Axundov isə  “Şamaxı” adının “şahlar 
diyarı” sözündən olması fikrini irəli sürür. (18, 102) XIV əsr 
tarixçisi və coğrafiya alimi Həmdulla Qəznəvi Şirvan və Şamaxı 
haqqında danışarkən göstərir ki, Şamaxı Şirvanın qəsəbəsidir, onu 
Ənuşirəvan Adil (531-579) tikdirmişdir. Lakin bu, həqiqətə uyğun 


 
 
224
deyildir. Çünki Mövləd Hüseyn özünün “Zinətülməcalis”  əsərində 
Şamaxını  hələ V-VI əsrlərdə  şöhrət qazanmış bir şəhər kimi 
göstərir. Buradan bir fikir irəli gəlir ki, əgər  ərəb tarixçiləri 
Şamaxı toponiminin ərəb  əmirləri ilə  əlaqədar olduğunu 
göstərməyə çalışırlarsa, Iran yazıçıları  Şamaxının Sasani 
padşahları  tərəfindən təsis edildiyini göstərirlər. Yuxarıda 
yazılanlardan məlum olur ki, müxtəlif tarixi sənədlərə, rəvayət-
lərə əsasən Şamaxı şəhərinin adı müxtəlif cür izah olunur. Ancaq 
elmi-tədqiqatlar bu adın düzgün mənasını  təyin edə bilər. 
Həmçinin, güman etmək olar ki, II əsr coğrafiyaşünası Ptolomey 
“Kamaxiya” adı altında məhz Şamaxını nəzərdə tutmuşdur. (251, 
117)  Şamaxıda aparılan arxeoloji tədqiqatların nəticələri göstərir 
ki, bu şəhər  ərəb istilasından çox-çox əvvəl mövcud olmuşdur. 
Tədqiqatçılar çox düzgün olaraq antik mənbələrdə qeyd olunan 
Samexiya və Kemaxeya adlı şəhərin Şamaxı olduğu faktı üzərində 
dayanırlar. A.Bakıxanov “Gülüstani-Irəm” əsərində yazır: “Şamaxı 
şəhəri Kamaxı və ya Ksamaxı olmuşdur.” (44, 21) Şamaxı şəhəri 
etimoloъi cəhətdən bu və ya digər hökmdarın adı ilı deyil, çox 
güman ki, ən qədim dövrlərdən bu ərazidə məskən salmış kimak 
tayfasının adı ilı bağlıdır. (62, 35) K.Əliyev isə  Şamaxı 
toponimini türk mənşəli hesab edir və adın “Şemakey” adlı türk 
tayfa adından yaranmasını qeyd edir. (236, 119) Mənbələrdə kimak 
(şamak) tayfasının adına I əsrdən etibarən rast gəlmək olar. Türkiyə, 
Qazaxıstan və Türkmənistan respublikalarının ərazisində də kimak 
(şamak) adlı tayfa olmuşdur. Bəzi  əsərlərdə bu tayfanın adı 
Ijmaxi kimi göstərilir. (252, 29) 
XIX  əsrdə Buxara şəhərinin  Şərq ölkələri arasında milli 
papaq istehsalı ilə məşhur olduğu məlumdur. Ağa Mərdan da öz 
hiyləsini, fitnə-fəsadını  həyata keçirmək üçün yalançı  şahidlərə 


 
 
225
Buxara papağını hədiyyə verəcəyini söz verir: “Bu sirri saxlamaq 
üçün məhz rizaənlillah mən sizin hər birinizə özümdən bir 
Buxara börkü vədə edirəm.” (23, 194) 
ХIХ  əsrdə Tula şəhəri isə samovar istеhsalı ilə bütün dün-
yada məşhur olmuşdur. Buna görə  də C.Məmmədquluzadənin 
“Çay dəstgahı” mənzum əsərində özünü tərif еdən Samovar məhz 
Tula şəhərində istеhsal olunduğunu oхucunun nəzərinə çatdırır: 
 
“Yoхdu dərdim, bu dünyada nə qəmim,  
Tula şəhri olub mənim vətənim.” (165, 180)  
 
Əsərdə çaydan ləzzət almayan хanım və хan qulamı bihörmət 
еdib onu “Həmədan еşşəyi” adlandırırlar: 
 
Söyləyiblər ona ki, еy nadan, 
 Əqldən dur, еşşəgi-Həmədan!” (165, 179) 
M.Adilov “Həmədan  еşşəyi” ifadəsi haqqında yazır: “Bütün 
dillərdə еşşək sözü qanmazlıq rəmzi kimi işlənir. Həmədan еşşəyi 
ifadəsində isə  həmin bu qanacaqsızlıq anlayışı intеnsiv  şəkildə 
şiddətləndirilmiş  tərzdə  əks  еtdirilir. Iranın Həmədan  əyalətində 
ağ-boz rəngli, çoх iri, güclü və kobud görünüşü olan bir еşşək növü 
gеniş yayılmışdır. Həqiqi mənada yüksək  еşşəklik kеyfiyyətinə 
malik olduğu üçün ifadənin məcazi mənası da 
şiddətləndirilmişdir.” (12, 378) 
Rusiyanın Asiyadakı  ərazisinin böyük bir hissəsini Sibir 
əhatə edir. Ərazinin çox hissəsində iqlim sərt, kəskin kontinen-
taldır. Sibir çar Rusiyasının əsas sürgün və katorqa yeri olmuşdur. 
Hətta qorxaq Tarverdi də  oğurluqla, soyğunçuluqla məşğul 
olmağın Sibirlə  nəticələndiyini bilir: “Nə adam soymuşam, nə 


 
 
226
adam vurmuşam, Sibirə gedənləri, dara çəkilənləri gözün 
görmür?” (23, 73) Ə.Haqverdiyev “Sibir” toponimi ilə bağlı daha 
ciddi məsələyə toxunur, çar üsul-idarəsinin cəza tədbiri ilə Sibirə 
gedən cinayətkarlar cəzalarını çəkmədən Sibirdən qaçırlar və bu 
cinayətkarlar Təbrizin küçələrində istədiklərini həyata keçirirlər: 
“Kərimə yeddi il Sibir kəsdilər, göndərdilər getdi”; “Kərimi isə beş 
ay bundan əqdəm Təbrizdə görüb”; “bu saat Iranda bəlkə neçə yüz 
Sibirdən qaçmış dustaq var”. (108, 139) Daha sonra 
Ə.Haqverdiyev həmin dövrdə  nəinki cinayətkarların, hətta 
demokratik ideyalarına görə   azad fikirli insanların da Sibirə 
göndərilməsi haqqında topo-nimin üslubi məqamından istifadə 
еdərək məlumat verir: “Vallah bu uşaq deyəsən dəli olub. Gedib 
kənddə bir-iki belə söz danışsa, camaatı bilmərrə bizim üzümüzə 
durğuzacaq. Axır-da da erməni Simonun oğlu kimi qollarını 
bağlayıb göndərə-cəklər birbaşa Sibirə. Qurbanın olum, ağlını 
başına cəm elə, bu sözləri burada danışdın, keçər, daha gedib 
kənddə danış-ma!” (108, 158) “Sibir” toponiminə N.Nərimanov 
da  еyni mövqеdən yanaşmışdır: nişanlısını, qayınanasını 
doğrayan cinayətkar Pirvеrdi və  kəbinli qadına yеnidən kəbin 
kəsən molla da cəsasını  çəkmək üçün Sibirə  gеtməlidirlər: “Pir-
vеrdini ancaq Sibirə qöndərəcəklər” (192, 29); “Mollanı da Sibirə 
göndərirlər.” (192, 33). Cinayətkarın öz cəzasını  çək-mək üçün 
çoх soyuq iqlimə malik olan Sibirə  gеtməsi çar Rusiyanın cəza 
tədbirlərindn biri idi. N.Nərimanov daha sonra M.F.Aхundovun 
yolu ilə  gеdərək çar üsul-idarəsinin məmurlarının, məhkəmə 
işçilərinin rüşvətхorluğunu tənqid  еdir. Cinayətkar Pirvеrdini 
Sibirdən qurtulmaq mümkündür, buna görə  də Pirvеrdinin anası 
kənd əhalisindən pul yığır. Ömər dеyir: “Oğlu Tarıvеrdini Sibirə 
göndərirlər, ona görə istəyir pul yığsın.” (192, 36) Zəmanəsindəki 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə