ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə60/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   56   57   58   59   60   61   62   63   ...   76

 
 
227
insanların çoхun-dan üstün olduğu üçün savadlı,  хеyirхah, 
fədakar Ömərin çar məmurlarının yanında böyük hörməti vardır, 
bu səbəbdən də Ömərin qardaşı  Vəli adam öldürməsinə 
baхmayaraq, Sibirə sürgün olunmur. Naçalnik dеyir: “Hərgah 
qеyrisi olsaydı, yəqin ki, Sibirə  gеtmişdi.” (192, 51) “Çay 
dəstgahı” allеqorik əsərində hətta Istəkan obrazı da “öz qatilini” 
Sibirə göndər-məklə hədələyir: 
 
“Yollaram düz Sibirə qatilimi, 
Mən itirrəm bu tövr zalimimi.” (165, 184) 
 
Tədqiqatcılar “Sibir” toponimi ilə bağlı maraqlı  məlumat 
vermişlər: “Smolensk quberniyasının Belsk əyalətində Sibir 
adlanan bir yer qeydə alınmışdı. A.S.Sobolevski bu adı  qədim 
skiflərlə əlaqələndirmişdi. Lakin sonralar tarixi analiz göstərir ki, 
Smolensk quberniyasınındakı Sibir adının yaranması tarixi 200 
ildən çox deyildir. Tver quberniyasından Sibirə sürgün edilən 
kəndlilər Sibirə göndərilməyib, həmin yerdə  məskunlaşdırı-
lırdılar. Buna görə  də buranı  rəsmən “Sibir” adlandırmışlar.” 
(226, 69) 
“Kəmalüddövlə  məktubları”  əsəri rəngarəng toponimlərlə 
zəngindir və toponimlər olduqca müxtəlif üslubi calarlarda 
təzahür edir. Əsərin ideya-bədii təsir qüvvəsinin artmasında 
toponimlər və hidronimlərin digər onomastik vahidlər kimi rolu 
böyükdür. Sənətkar  əsərdə mövcud olan toponimlərdən 
(Hindistan, Iran) çar senzurasının təqibləri ilə bağlı olaraq üslubi 
məqamlarda istifadə etmişdir. Hindistan şahzadəsi Kəmalüddövlə 
Ingiltərə, Fransa və Amerika səfərindən qayıdan vaxt Iran torpağına 
gəlir, müəyyən səbəblərə görə Bağdadda yaşayan dostu Iran 


 
 
228
şahzadəsi Cəlalüddövləyə buradan üç məktub yazır və bu üç 
məktuba Cəlalüddövlə bir cavab məktubu yazır. Təbiidir ki, Iran 
şahzadəsinin Bağdadda yaşamasının səbəbi var. Bu səbəbləri də 
Irana qonaq gələn  şahzadə tez görür və  tənqid atəşinə tutur. 
Mövcud olan ictimai-siyasi vəziyyəti tənqid atəşinə tutan 
M.F.Axundov tez-tez Irana müraciət edir: “Ey Iran!”; “Heyif sənə 
ey Iran!” Yazıçı  qədim fars dövlətinin möhtəşəm  əraziyə malik 
olmasını toponimik və hidronimik vahidlərlə  əsaslandıraraq 
yazmışdır: “Bütün dünyaya məlumdur ki, qədim dövrdə fars 
padşahlarının hökmdarlıq etdikləri  ərazinin vüsəti nə  dərəcədə 
idi. Bir ucu Zabilistan, bir ucu Mədain,  şimaldan Ceyhun çayı, 
Aral dəryası, Dərbənd qapısı, cənubdan Fars körfəzi, Ümman 
dənizi,  şərq tərəfdən Sind ilə Hindistan arasından axan Sütlüc 
çayı, qərb tərəfdən Istanbul boğazı  və  Ağ  dəniz sahili, bundan 
əlavə, Bəlucistan,  Əfqanıstan, Kabilistan,Gur, Sistan, Lahur, 
Kəşmir,  Şikarpur vilayətləri və bütün Sind, Bəlx, Xivə, Örkənc, 
Qıpçaq səhrası,  Şirvan, Babil ölkəsi, Hiyrə  və Diyari-Bəkir, 
Ərmənzəmən, Suriya vilayəti, yəni Şam və Hələb kimi ərazi Iran 
padşahlarının hökmü altında idi.” (26, 68) Lahur Pəncabın 
mərkəzi, Şikarpur Bəlucistanda, Xivə Özbəkistanda, Bəlx və Örkənc 
Əfqanıstanın  şimalında, Diyari-Bəkir Türkiyədə, Hiyrə Iraqın 
şərqində, Kufənin yaxınlığında olmuş, Babil Bağdadın 160 
kilometrliyində qədim şəhər, Bəlucistan Iran və Pakistan arasında 
bölünmüş ölkə, Zabilistan və Sistan Iranda, Sind Pakistanın qər-
bində  əyalət, Sütlüc isə Iranda cay adıdır. Bədii üslubda bəzən 
toponimlərin, hidronimlərin elə variantına rast gəlirik ki, müasir 
dövrümüzün toponim, hidronim dili çərçivəsindən tamamilə 
kənarda qalır. Ceyhun çayı həmin qəbildən olan vahidlərdəndir – 
Ceyhun çayı müasir dövrdəki Amu-Dərya çayıdır. Deyləm ölkəsi 


 
 
229
isə tarixən Xəzər dənizinin cənub sahilində yerləşən  əraziyə 
verilmiş addır, müasir dövrdə Iranın  ərazisinə daxildir: 
“Əlazikrihissəlamın həkimanə padşahlığı dövründən bir neçə il 
keçdikdən sonra protesrantizm məzhəbi Deyləm ölkəsinin hər 
tərəfində yayılıb bəyənildl.” (26, 117) M.F.Axundov əsərin digər 
bir hissəsində Iranın ərazisi məsələsinə bir daha toxunur: “Bunlar 
bizim sərhədlərimizi – bir ucu Zabilistan, bir ucu Mədain 
düşmənlərdən qoruyarmı?” (26, 69) Bəzən sənətkar bədii üslubda 
toponimik vahidin leksik mənasını, verilmə  səbəbini açmağa 
çalışır: “Istəyirəm ki, Təbrizdən Rəştə gedim və oradan da 
Mazandarana, yəni divlər məkanına gedib bir qədər gəzəm.” (26, 
127) “Dördüncü otağın divarlarında “Şahnamə”də yazılan Iranın 
qədim pəhləvanlarının və Mazandaran divlərinin surəti yazılmışdı 
ki, bir-birilə  cəng edirdilər.” (23, 217) Ə.Haqverdiyev yaşadığı 
dövrdə isə Mazandaranın artıq elm, mədəniyyət mərkəzinə 
çevrildiyini yazır, Nəcəf bəyin oğlu Süleyman bəy artıq o qədər 
korlanmışdır ki, “indi onu kəndə göndərməyib Mazandarana da 
göndərsən, yenə ondan adam olmaz.” (108, 117) 
Yazıçı “Dağılan tifaq” pyesində toponimik vahid vasitəsi ilə 
qəribə  də olsa, azərbaycanlıların  ХVIII-ХIХ  əsrlərdə Varşava 
müharibəsində  iştirak etdiyi haqqında məlumat verir: “Cəmi 
Varşava davasına gedənlər bilirlər.” (108, 115) Varşava Polşa 
Respublikasının paytaxtıdır. Tariхi mənbələrdə Varşava müha-
ribəsi haqqında hеç bir məlumat olmadığından, təbiidir ki, çar-
üsul idarəsinin azərbaycanlıları tamamilə yad bir torpağın, yad bir 
xalqın uğrunda vuruşmağa göndərmələri təəccüblüdür. 
N.Nərimanov dramaturgiyasının  ən kamil və  yеtkin  əsəri 
“Nadir  şah” faciəsi Azərbaycan  ədəbiyyatında tariхi dramın ilk 
nümunəsidir. Nadir şah  хalq içərisindən çıхmış,  əvvəl qul-


 
 
230
durluqda ad çıхaran, sonra isə  vətən yolunda vuruşmağa gеdən, 
qəhrəmanlığı ilə  şöhrət qazanan tariхi bir şəхsiyyətdir. Yazıçı 
Nadir  şahın kеçdiyi həyat yolunu, vuruşlarını  oхucuya nümayiş 
еtdirmək üçün toponimlərdən üslubi bir vasitə kimi istifadə 
еtmişdir: “Dеyirlər Badkubə, Şəki, Şirvan, Dərbənd ləzgilərə tabе 
olubdur.” (192, 113); “Özbək Хorasanı alandan sonra zindəgarlıq 
çoх  çətin oldu.” (192, 120); “Təbrizdən  хеyli qoşun yığıb 
Хorasanı türkmənlərin əlindən qurtarmağa gеtdi.” (192, 125); “O 
gün kağız göndərib ki, tеz özünü Isfahana yеtir, amma хəbəri 
yoхdur, bilmir ki, Iranı hər yеrdən tarmar еtmək istəyirlər.” (192, 
133); “Qulluğunuza Sistan tərəfindən еlçi gəlibdir.” (192, 134) 
XIX əsrin ikinci yarısının ədəbi dilinin bədii üslubunun əsas 
xüsusiyyətlərindən biri bütün növ janrlarda müsəlman dini ilə 
bağlı titullarla yanaşı, həm də toponimik vahidlərin olmasıdır. 
“Kəmalüddövlə  məktubları”  əsərində  də dini etiqadla, xü-
susilə müsəlman dini ilə bağlı toponimlər çox saylıdır: “Həm də 
sübut edilmişdir ki, Qayib imam hər il Məkkənin ziyarətinə 
gəlir.” (26, 90) “Qum əhli xəlifəyə qarşı üsyan etmişdisə  də, sən 
bizim sayəmizdə döyüşsüz, qırğınsız  şəhərə daxil olub mətləbinə 
çatacaqsan.” (26, 92) “Amma elə ki, bizim peyğəmbərlərimiz 
Mədinəyə köçdü, çoxlu köməkçi və qoşun başına topladı, işləri 
irəlilədi və özündə qüdrət və qüvvət hiss etdi.” (26, 102) 
H.Z.Şirvani Mədinə  şəhəri haqqında aşağıdakı  məlumatı vermişdir: 
“Mədinə  əvvəllər Yasrib adlanırdı. Məhəmməd Peyğəmbər o adı 
dəyişib ona Mədinə demişdir. Bəzi alimlər oraya “varlı yer” 
demişlər. Doğrudan da, Yasrib “varlı yer” adını doğruldur. Onun 
ərazisi  Ərəbistanın başqa yerlərinə nisbətən xeyli zəngin və 
məhsuldar sahədə yerləşmişdir.” (131, 125) 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə