ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə61/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   57   58   59   60   61   62   63   64   ...   76

 
 
231
C.Məmmədquluzadənin “Danabaş  kəndinin  əhvalatları” 
povestində  də  Məhəmmədhəsən  əminin yalnız bir arzusu var: 
Kərbəlanı ziyarət edib titul qazanmaq. Əsərdə  Məhəmmədhəsən 
əminin başına gələn yanıqlı hadisə onun Kərbəla ziyarəti ilə bağlı 
olaraq aldığı eşşəyin Xudayar bəy tərəfindən aldadılıb aparılması 
ilə başlanır: “3-4 ildi ki, Məhəmmədhəsən Kərbəla ziyarətini qəsd 
edibdi.” (167, 16) “Məhəmmədhəsən” antroponimi ilə bağlı olan 
dindar bir obrazın (I fəsildə antroponimin vеrilmə  səbəbi izah 
olunmuşdur) müqəddəs Kərbəla ziyarətinə bütün varlığı ilə can 
atması  təbii və inandırıcıdır. Dеməli, antroponim və toponimin 
bir-birinə uyğun olaraq sеçilib vеrilməsi sənətkarın  ədəbi-bədii 
priyomlarından biri olub əsərin qayəsi ilə bağlıdır. 
H.Z.Şirvani yazır: “Kərbala  ərəbcə süstlük və yorğunluq 
deməkdir. Bəlkə də elə buna görə oraya Kərbala adı verilmişdir. 
Ola bilər ki, Kərbala sözü “buğdanı kərbil otundan təmiz etmək” 
mənasındadər. Ona görə ki, o yerdə kərbil adlı ot çoxdur. Ehtimal ki, 
belə xüsusi otların çox olmasından həmin yerə  Kərbala adı 
verilmişdir.” (131, 141) Daha sonra C.Məmmədquluzadə dindar 
müsəlman şəhərlərinə verilmiş ləqəbə bənzər toponimdən istifadə 
edir: “Doğrudan  əgər rüzgarıbir vəch ilə keçəydi, yəqin ki, indi 
Məhəmmədhəsən  əmi Çahargəh-məsumu tamam etmişdi.” (167, 
18) Çahargəh-məsum dindar müsəlmanların ziyarətə getdikləri 
şəhərlərə – Kərbəlaya, Məşhədə, Mədinəyə, Məkkəyə verilən 
хüsusi addır.  Ə.Haqverdiyevin qumarbaz ədəbi qəhrəmanları isə 
düşünürlər ki, insan yalniz qocalarkən, daha doğrusu ölüm qabağı 
dini qaydalara riayət etməlidirlər: “Ayağının biri bu dünyada, biri 
qəbirdədir. Get namaz qıl, oruc tut, pulun çoxdur, Məkkəyə get.” 
(108, 13); “Böylə pulla müstəte olub Məkkəyə getmək olur.” (108, 
120)  Ə.Haqverdiyev “Bəxtsiz cavan” pyesində  kəndlini, 


 
 
232
qulluqçunu insan hesab etməyən, qara fikirlərini, əməllərini hamı 
üçün qanun bilən Cavad xanların yanında qulluq etməkdənsə, 
məktəbdarlıqla məşğul olaraq yaşamağı  məsləhət görür, çünki 
artıq elə bir dövr gəlmişdir ki, xalq elmə, təhsilə yüksək qiymət 
verməyə başlamışdır, hətta dini etiqadla bağlı olaraq səfərə 
çıxanlar da, məktəbə, təhsilə yardım etməyi özlərinə borc bilirlər. 
Yazıçı bu fikri Mirzə Qoşunəlinin dili ifadə edir: 
“Məktəbdarlıqdan min cür mədaxil götürürdüm. Bax (barmaqları 
ilə sayır) bu qurban pulu, bu bayram pulu, bu rəqabət pulu, quran 
çıxandan xələt, atası Məkkədən gələndən xələt, bəy uşaqlarından 
yağ, pendir...” (108, 47)  
Sənətkarın  ərəb dilçilik qanunauyğunluqlarına  əsasən, 
antroponim sistemində mövcud olan nisbənin toponimlə 
əlaqələndirməsi bədii dilin üslubi vasitələrindən biridir: “O 
cümlədən  Əli Bağdadi nəql edir ki, ibn-Cəvşir mənə on qəlib 
qızıl vermişdi ki, gətirib Bağdadda Hüseyn ibn-Ruha verim.” (26, 
91) 
 


 
 
233
III FƏSİL 
İDЕONİMLƏR VƏ BƏDİİ ÜSLUB 
 
 
“Onomastik vahidlərin üslubi imkanları” mövzusu ideo-
nimlərlə birbaşa bağlıdır, çünki bədii üslubun onomastik leksikası 
ideonimlərlə  zəngindir. Demək olar ki, dilimizdə  nə  qədər bədii 
əsər varsa, o qədər də ideonim var. Sənətkar yaradıcı 
şəxsiyyətdir. O, əsər üçün mövzu, forma axtardığı kimi, əsərinə 
ad da axtarır. Bədii əsərin adı əsərin mövzusu, ideyası, süjeti ilə 
əlaqədar olan şifahi və yazılı nitq vahididir. Belə ki, əsərin adı 
məzmun və ideyasından doğmalı, onu əks etdirməlidir, əsərin adı 
onun məzmunu üzərində qurulmalıdır. Təbiidir ki, oxucu hər 
hansı bir kitabı  əlinə götürərsə, ilk növbədə, bədii  əsərin adını 
diqqətlə oxuyur. Əsərin adı yaradıcılıq prosesində mühüm 
amillərdən biridir. Sənətkar müraciət etdiyi mövzudan asılı olaraq 
əsərinə ad fikirləşir, bu ad istər məzmunca, istər həcmcə, istərsə 
də oxucunun maraq dairəsində özünü doğrultmalıdır. Deməli, 
yazıçı  bədii  əsərdə  əks etdirmək istədiyi bütün hadisələrin 
hərtərəfli təzahürünü ideonimdə əks etdirməlidir ki, bu sənətkardan 
böyük ustalıq tələb edir. “Oxucunun və ya tamaşaçının nəzərini, 
birinci növbədə, bədii  əsərin adı  cəlb edir. Əsərin adı oxucunu, 
tamaşaçını, bir növ hazırlayır, onda maraq oyadır. Bu cəhətdən 
bədii  əsərin adı reklam xarakteri daşıyır. O, nə  qədər yığcam, 
bitkin, mənalı, əsərin məzmun və ideyasına uyğun olsa, oxucunu, 
tamaşaçını bir o qədər də maraqlandırar.” (35, 168) Bədii əsər adları 
həm mütləq mənaya, həm də  məna çalarlıqlarına malik olur ki, 


 
 
234
ideonimlər  əsərin ideyasının anlaşılmasında, surətlərin təhlil 
olunmasında və hafizələrdə qalmasında oxucuya kömək edir. 
Bədii əsərə ad verilməsində - idеonimin sеçilməsində hər bir 
sənətkarın öz dəsti-xətti, mövqeyi vardır. Ad və  məzmun 
sənətkarın yaradıcılıq mеtodundan, fərdi üslubundan asılıdır. 
Sənətkarın mətləbini açmaq, anlamaq, duymaq üçün əsərlərin 
canı, ruhu olan idеonimlərin bədii mahiyyətini açmaq lazımdır. 
M.F.Axundov bədii  əsərlərə ad verilməsində öz ustalığı ilə 
seçilən sənətkarlardan biridir. Bеlə ki, yazıçı idеonim ilə  əsərin 
məzmunu arasında bir növ “körpü” yaradır. M.F.Aхundov 
4.05.1853-cü il tariхində Tiflisdə  еtdiyi məruzəsində yaratdığı 
bədii əsərlərinin adlarını aşağıdakı kimi qеyd еtmişdir: “Pyеslərimin 
sayı bеşdir: və onlar bunlardır: “Molla Ibrahim Kimyagər”, “Müsyö 
Ъordan botanik”, “Хırs-quldurbasan”, “Sarab хanlığının vəziri” 
və “Mərdi-хəsis.” (25, 70) O, 29.08.1858-ci il tariхdə Müsyö 
Timofеyеvə yazdığı məktubda isə digər iki əsəri haqqında məlumat 
vеrmişdir: “Mənim çapa hazırlanan “Aldanmış  kəvakib” sərlövhəli 
hеkayəm və “Şərq mürafiə vəkilləri” pyеsim də çapdan çıхdıqdan 
sonra dərhal 
хidmətinizə göndəriləcəkdir.” (25, 95) 
M.F.Axundovun nəsr  əsərlərinin idеonimlərinə bir daha nəzər 
salaq: “Hekayəti-Molla Ibrahimxəlil Kimyagər”, yəni “Molla 
Ibrahimxəlil Kimyagərin  əhvalatı”; “Hekayəti-Müsyö Jordan 
həkimi-nəbatat və  Dərviş  Məstəli-şah-cadukuni-məşhur”, yəni 
“Təbiət alimi Müsyö Jordan və  məşhur cadugər Dərviş  Məstəli 
şahın  əhvalatı”; “Hekayəti-xırs quldurbasan”, yəni “Xırs 
quldurbasanın hekayəti”; “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, yəni 
“Lənkəran xanının vəzirinin sərgüzəştləri”; “Sərgüzəşti-mərdi-
xəsis”, yəni “Mərdi-xəsisin sərgüzəştləri”; “Mürafiə  vəkillərinin 
hekayəti”; “Aldanmış 
kəvakib”; “Hindistan şahzadəsi 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə