ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə64/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   60   61   62   63   64   65   66   67   ...   76

 
 
241
döyülməkdən özü bu günə qalıb və  bеlə vay günə onun övladı 
həm qalacaq.” (225, 16) M.F.Axundov “Kəmalüddövlə 
məktubları” əsərində həmin ifadə haqqında yazmışdır: “Və bir də 
Iran  əhli bu günə  qədər anlamamış ki, uşaqların tərbiyəsində 
çubuq və sillə vurmaq, onların  əxlaqını pozar, təbiətlərini 
alçaldar, fitri cövhərlərini boğar, qorxaq və yalançı edər. Iranda 
heç bir məktəb tapmazsan ki, onun səfeh məktəbdarının çubuq və 
fələqqəsi olmasın. Təəccüblü budur ki, hər bir uşağın anlamaz 
atası öz uşağının təlim və  tərbiyəsi üçün məktəbdarın yanına 
apardıqda uşağının yanında dediyi birinci söz budur: “Molla, 
oğlumu sənə tapşırıram.  Əti sənin, sümüyü mənim. Ona yaxşı 
tərbiyə ver!” Nadan molla da cavab verir: “Əmin ol, çubuq və 
fələqqə həmişə onun gözünün qabağında olacaqdır.” Bu cür tərbiyə-
dən sonra, uşaqlardan böyüdüyü vaxt nə kimi insanlıq, mərifət, 
yüksək hümmət və  nəcib  əxlaq gözləmək olar? Bundan təəccüb 
maarif nazirliyinin qəflətdə olmasıdır ki, bu hərəkətləri məktəbdarlara 
qədəğən etmir.” (26, 65) Çox güman ki, M.F.Axundov və 
N.Vəzirov XIX əsrdə təhsillə bağlı olan problemə eyni mövqedən 
yanaşmışlar və  nəticədə, N.Vəzirovun eyniadlı  əsəri meydana 
çıxmışdır.  
“Ev tərbiyəsinin bir şəkli” idеonimi ilə yaranmış pyesində 
Bayraməli bəyin iki oğlu var. Mülkədar ailəsinin bütün üzvləri 
Bayraməli bəy, onun iyirmi yaşında olan oğlu Səfdərqulu və on 
altı yaşında olan oğlu Rəsul, hətta qulluqçu Əsgər də  tənbəllik 
xəstəliyinə tutulmuşlar. Oğlanlar atasının bütün cəhdlərinə, öyüd-
nəsihətlərinə baxmayaraq, ətalətdən uzaqlaşmaq istəmirlər. 
Bayraməli bəy isə övladları ilə  səmimi danışmağı bacarmır, 
nəticədə  uşaqlar ata ilə hesablaşmaq istəmirlər, onun üzünə  ağ 
olurlar. Bayraməli bəyin tərbiyə üsulu yanlış olduğu üçün ailə 


 
 
242
daxilindəki münasibətlər, münaqişələr daha da kəskinləşir. 
N.Vəzirov sanki üzünü ətrafındakılara tutub deyir: “Bayraməli 
bəyin tərbiyə üsulundakı nöqsanlara diqqətlə baxın, bu, ev 
tərbiyəsinin, ailə  tərbiyəsinin bir şəklidir ki, hər biriniz üçün 
örnək ola bilər.” 
“Daldan atılan daş, topuğa dəyər” idеoniminin vеrilmə 
səbəbi pyеsin məzmunu ilə bilavasitə  əlaqəlidir. Pyesdə qulluq-
dan çıxmış çinovnikin arvadı Xırda xanım on səkkiz yaşında olan 
qızı Səkinə xanımın ailə qurmamasına görə narahatdır. O, cavan 
həkim Iskəndər bəyi bəyənir və qızı Səkinə xanım üçün ən yaxşı 
namizəd hesab edir. Xırda xanım niyyətinə çatmaq üçün müxtəlif 
vasitələrə  əl atır. Bu vasitələrdən biri də ara arvadı Nurcahanın 
məsləhəti ilə cadugər Heydərəliyə inanması  və müraciət 
etməsidir. Xırda xanım nəinki məqsədinə çatmır, hətta Iskəndər 
bəyin ailəli olduğunu eşidib öz tay-tuşları arasında biabır olur. 
Nəticədə, “daldan atılan daş topuğa dəyir”, yəni Xırda xanımın 
bütün əziyyətləri puç olur.  
“Sonrakı peşmançılıq fayda verməz” idеonimi ilə adlanan 
pyesdə yenicə ailə quran Səlim bəyin anası Fatma xanım gəlini 
ilə yola getmir, bütün günü evdə dava-dalaş salır. Evdəki 
vəziyyət Səlim bəyi öz evindən didərgin salır və o, Səttar bəylə 
birlikdə Sibirə qaçır. Fatma xanım peşman olmuşdur.  Əsərdə 
qaynananın, ananın “sonrakı peşmançılığı” idеonimdə öz əksini 
tapmışdır. 
“Adı var, özü yox” komediyasının qəhrəmanı Cənnətəli ağa, 
həm ailə üzvlərinin, həm ev qulluqçularının yanında nüfuzunu 
itirmişdir, öz ailəsini, evini idarə edə bilmir. Ailə üzvlərinin 
arasında  əxlaqsızlıq hökm sürür. Cənnətəli bəy isə borcun 
içindədir, onun ancaq “quru adı” qalmışdır. “Adı var, özü yox” 


 
 
243
idеonimini məhz  əsərin mənfi obrazı olan Cənnətəli ağaya aid 
еtmək olar.  
“Yağışdan çıxdıq, yağmura düşdük” komediyasını  şərti 
olaraq iki hissəyə bölmək olar: birinci hissə Hacı Qənbərin mal-
larının Qara dənizdə batması xəbəri ilə başlayır ki, nəticədə Hacı 
Qənbər ruhi vəziyyətini itirir. Lakin sığortanın alınması ilə 
əlaqədar olaraq tacir sağalır. Bu pyesin birinci hissəsidir ki, ailə 
üzvləri çətin vəziyyətdən çıxırlar, yəni “yağışdan çıxırlar.” Ikinci 
hissədə isə Hacı Qənbər qaravaş Yetərə aşiq olur ki, ailədə yenə 
narahatçılıq başlayır, sanki “yağmura düşürlər.” Hacı  Qənbərin 
məhəbbət  əhvalatını  еşidərkən Dilbər  хanım təəccüblənir və 
dеyir: “Yağışdan çıхdıq, yağmura düşdük.” N.Vəzirov Hacı 
Qənbərə aid olan, lakin Dilbər  хanımın ifadəsində  işlətmiş 
frazеoloъi vahidi komеdiya üçün idеonim sеçmişdir.  
“Müsibəti-Fəxrəddin” faciəsinə  əvvəlcə N.Vəzirov digər 
əsərlərinə uyğun olaraq eyni prinsiplə idеonim sеçmişdir, yəni 
əsərə xalq məsəllərindən birini - “Çəkmə, çəkə bilməzsən, bərkdir 
fələyin yayı” adını vermişdir. Lakin ideonim müəyyən dərəcədə 
əsərin ideya və məzmunu ilə uyğunlaşmamışdır. Xalq məsəlindən 
götürülmüş ideonimdə sanki Fəxrəddinin taleyi əvvəlcədən 
planlaşdırılmış, insanın yazılmış taleyindən, qismətindən söhbət 
getdiyinə  işarə olunmuşdur. Faciədə isə  əsərin  əsas obrazı 
Fəxrəddinin başına gələn ailə fəlakətlərindən söhbət gedir ki, bu 
da yalnız obrazın deyil, həm də obrazın yaşadığı mühitin, dövrün, 
quruluşun eybəcərlikləridir. Bu eybəcərliklərin sonu faciə ilə - 
ailənin, Fəxrəddinin “müsibəti” ilə bi-tir. M.Kamran “Nəcəf bəy 
Vəzirov” monoqrafiyasında yazır: “müəllif onu Ə.Haqverdiyevin 
məsləhəti ilə “Müsibəti-Fəxrəddin” adlandırmışdır.” (128, 81) 
M.Kamranın bu fikri çox inandırıcıdır, çünki ideonimin xalq 


 
 
244
məsəlindən uzaqlaşması, obrazın taleyi ilə bağlılığı N.Vəzirova 
məxsus adlandırma üslubundan bir qədər fərqlidir. Ideonimdə 
əsərin adı daha konkretdir. Oxucu əgər “Dağılan tifaq” faciəsi ilə 
tanış deyilsə, fəlakətin hansı obrazla bağlı olduğunu bilmir, lakin 
“Müsibəti-Fəxrəddin” əsərinin idеonimi daha konkretdir, faciənin 
məhz Fəxrəddin obrazı ilə bağlı olduğu idеonimdən məlum olur. 
Çox güman ki, Ə.Haqverdiyev 1892-ci ildə yazdığı ilk ko-
mediyasının idеonimini N.Vəzirovun  əsərə advеrmə prinsipinə 
uyğun olaraq frazeoloji vahid əsasında adlandırmışdır. Əsərin baş 
qəhrəmanı Hacı Mehdi Osmanlı davasında bir qədər var-dövlət 
toplayır və bu var-dövlət onu “qudurdur.” O, on altı yaşında 
Güllüyə  aşiq olur və onunla evlənir. Ailədə söz-söhbət başlayır, 
Hacı Mehdinin var-dövləti  əldən çıxır. Nəticədə, Hacı Mehdi 
Güllunu boşayır və “qaz ətini yeyib ləzzətini görür.” M.Kamran 
Ə.Haqvеrdiyеvin ilk yaradıcılıq dövründə böyük rus dramaturqu 
A.Ostrovskinin təsiri ilə 
əsərlərinin idеonimini 
хalq 
məsəllərindən aldığını yazmışdır. (129, 118)  
Ə.Haqverdiyevin “Dağılan tifaq” faciəsinin idеoniminə  və 
əsərin məzmununa nəzər salaq: faciədə baş verən fəlakət idеo-
nimdə öz əksini tapmışdır. Nəticədə, oxucu və ya tamaşaçı əsə-rin 
sonunda mütləq hadisələrin faciəvi bir şəkildə bitəcəyini gözləyir. 
Əsərdə ailənin dağılmasına, məhv olmasına səbəb olan surət 
Nəcəf bəydir. Günlərini bəylərlə kef məclislərində keçirən Nəcəf 
bəy öz xoş güzaranını kasıbların, yetimlərin göz yaşları üzərində 
qurmaq istəyir. O, həyat yoldaşı Sonanı  nə bir qadın kimi, nə  də 
ana kimi saymır, oğlu Süleymanın tərbiyəsi ilə  məşğul olmur. 
Nəticədə “beş günlük” dünyada özü və ailəsi məhv olur, tifaqı 
dağılır.  Ərəb-fars sözləri lüğətində “tifaq” sözünün iki mənası 
verilmişdir: 1) ittifaq, birlik; 2) saziş. (94, 180) “Tifaq” sözü 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə