ҺӘЗРӘти рүГӘЈЈӘ



Yüklə 1,98 Mb.
səhifə4/8
tarix30.12.2017
ölçüsü1,98 Mb.
#18798
1   2   3   4   5   6   7   8

Yezid lənətə layiqdir


İbn Əqil deyir: Yezidin bizim əlimizə gəlib çatan bə’zi şerlərindən aydın olur ki, onu lənətləmək lazımdır. O, kafir və zındıq olub. O, şerlərində aşkar olaraq, Allahı inkar etməyindən və özünün puç əqidəsindən dəm vurub. O cümlədən bu beytlərdir:

“Ey Aliyə, yaxın gəl, çal və oxu ki, doğrudan da mənim münacatdan, raz və niyazdan xoşum gəlmir. Gəl və məni ətirli şərabla sirab et. O şərabdan ki, onu (bakirə) qızlar hazırlayıblar. Ey arvad, mən ölsəm, gecikmə, iddə saxlamadan tez ərə get. Mən istəyirəm məhşər günü əlimdə, sümüklərimi sirab edən sarı rəngli şərab tutduğum halda Mühəmmədlə görüşüm!”

Yezidin kafir olmasını təsdiqləyən sünnü alimlərindən, Qazi Əbuy Əli, Əhməd ibn Hənbəl, ibn Covzi,1 Keyahrəsi,2 Şeyx Mühəmməd Bəkri, Səid Təftazani3 və Sibt ibn Covzinin4 adlarını çəkmək olar.

Cahiz deyir: "Yezidin mürtəkib olduğu günahlar: Hüseyni (ə) öldürməyi, Mədinə əhlini qorxuya salmağı, Kəbə evini dağıtmağı, Allah Peyğəmbərinin (s) qızlarını əsir etməyi, çubuqla Hüseynin (ə) dişlərinə vurmağı; bunlar onun qəsavətinə, pis fikrinə, kininə, inad və nifaqına dəlildir, ya onun ixlasını, Peyğəmbərə (s) məhəbbətini və o həzrətin şəriət və sünnəsini qorumasını göstərir?!" Sonra davam edib, deyir: "Hər halda bu işləri onun fisq və azğınlığını göstərir, o, fasiq və məl’undur, hər kəs də məl’unu lə’nətləməyin qarşısını alsa, o da məl’undur."1

Alusi də yenə təkid edərək deyir: "Yezidi lənətləməkdə özündə şəkkə yol vermə. Çünki, onun çoxlu nalayiq xüsusiyyətləri vardır və heç vaxt böyük günahlara mürtəkib olmaqdan çəkinməyib. Onun günahkar olması barədə, Məkkə və Mədinədə o qədər cinayətlər etməsi və imam Hüseyni (Allahın sələvat və salamı ona və onun cəddinə olsun) öldürməyə icazə verməsi, bu işdən aşkar razılığını bildirməsi və o həzrətin ailəsinə hörmətsizlik etməsi bəsdir. Bu xəbisin, Peyğəmbərin (s) risalətinə iman gətirməməsini güman edirəm. Hər halda Yezidin, Allahın aman yerinin (Məkkə) sakinləri və Peyğəmbərin (s) əhli beyti və pak itrəti barəsində etdiyi cinayətlər (istər Hüseyn ibn Əlinin (ə) həyatı dövründə və istər onun şəhadətindən sonra) və başqa etdiyi cinayətləri, Qür’an vərəqlərini zibil arasına atmağından az deyildi. Mən, onun işlərinin müsəlmanlara gizli qalmış olmasını təsəvvür etmirəm. Amma onun zülmü dövründə yaşayan müsəlmanların səbr etməkdən başqa əllərindən bir iş gəlmirdi, belə ki, Allah Özü onun işini sona çatdırdı."2

İbn Cövzi deyir: Əhməd ibn Hənbəlin oğlu Saleh deyir: Atama dedim ki, camaat Yezidlə dostluğu, bizə nisbət verirlər. Atam dedi: Oğlum, bir kəsin Allaha imanı olması və bununla belə Yezidi də sevməsi necə mümkündür? Dedim, bəs niyə ona lə’nət oxumursan? Atam dedi: Oğlum, sən indiyə kimi mənim birinə lənət oxuduğumu görmüsən? Sonra artırıb, dedi: Allah öz kitabında lə’nət etdiyi bir kəsi, biz necə lə’nət etməyə bilərik?!

Dedim, Qür’anın harasında Yezidə lə’nət edib? Dedi: o yerdə ki, buyurur:

"فهل عسيتم ان توليتم ان تفسدوا في الارض وتقطعوا ارحامکم اولائك الذين لعنهم الله"

"(Ey münafiqlər) Odur ki, sizdən İslamdan üz döndərəcəyiniz təqdirdə, yer üzündə fəsad törətmək və qohumluq əlaqələrinizi tamamilə kəsməkdən başqa bir şey umulur?! Onlar, Allahın lənət etdiyi kəslərdirlər...."1

Sonra atam dedi: Adam öldürməkdən böyük hansı fəsad ola bilər?2

Ömrü boyu heç kimə lə’nət oxumayan Əhməd ibn Hənbəl də Qür’ana əsaslanaraq, Yezidə lə’nəti vacib bilir.

HƏZRƏT RÜQƏYYƏ (Ə)

Həzrət Rüqəyyənin (ə) ziyarətnaməsi


السّلام عليك يا سيدتنا رقية عليك تحية والسّلام و رحمة الله وبرکاته السّلام عليك يا بنت امير المؤمنين عليّ ابن ابي طالب السّلام عليك يا بنت فاطمة الزّهرا سيدة نساء العالمين السّلام عليك يا بنت خديجة الکبرا امّ المؤمنين و المؤمنات السّلام عليك يا بنت وليّ الله

اسّلام عليك يا اخت ولي الله اسّلام عليك يا بنت الحسين الشّهيد اسّلام عليك يا ايتها الصّدّيقة الشّهيدة اسّلام عليك ايتها الرّضية المرضية السّلام علِيك ايتها التّقية النّقية اسّلام عليك ايتها الزکية الفاضلة اسّلام عليك ايتها الَُمضلومة البهية صلّي الله عليك و علي روحك و بدنك فجعل الله منزلك ومأواك في الجنّة مع آبائك واجدادك الطيّبين الطّاهرين المعْصومين السّلام عليكم بما صبرتم فنعْم عقْبي الدّار و علي الملائکة الحافِّين حول حرمك الشّريف و رحمة الله و برکاته و صلّي الله علي سيّدنا محمّد و آله الطيّّبين الطاهرين برحمتك يا ارحم الرّاحمين

Şiə aləminin böyük mərcəyi-təqlidi həzrət ayətullah Mirzə Cavad Təbrizinin həzrət Rüqəyyənin hərəmində bəyanatı


Mirzə Cavad Təbrizi bəyanatı əsnasında buyurdu:

Bu günün ən yaxşı əməllərindən biri ilahi hökmləri öyrənməkdən ibarətdir. Bildiyiniz kimi, çoxlu mövzular vardır ki, şöhrət vasitəsi ilə və heç bir başqa dəlilə ehtiyac olmadan sabit olur. Həmin cür ki, əgər bir şəxs, bir yeri, birinə satsa, lakin o yer camaat arasında "vəqfi yer" adı ilə tanınmış olsa, bu surətdə imam (ə) buyurur: əgər bu yer, camaat arasında vəqfi yer kimi şöhrət tapıbsa, onu almaq icazəli deyil və o yer gərək, öz sahibinə qaytarılsın. Buradan aydın olur ki, (bir şeyin isbat olmasında) şöhrət kifayətdir və başqa dəlilə ehtiyac yoxdur. Mina və Məş’ərin də hədlərini təyin etmək belədir.

Habelə, əgər bir şəxs 200 il bundan qabaq, bir yerdə dəfn olmuş olsa və bu şəxsin 200 il bundan qabaq dəfn olduğu yerdə bir kəs qalmasa ki, xəbər versin bu qəbr həmin seyidin qəbridir, lakin şöhrət onu tə’yin edibdir. Bu söz, həzrət Rüqəyyənin (ə) mütəhhər qəbrinə də şamil olur. Belə ki, həzrət Rüqəyyənin (ə) Şamda qəbri məşhurdur. Həzrət Rüqəyyənin varlığının hikməti və onun Şamda dəfni, din düşmənlərini rüsvay etməkdir ki, sonralar heç kəs Şam hadisələrini inkar edə bilməsin və həzrət Rüqəyyənin (ə) qəbri, qadınların bu müqəddəs məkanda əsir olmaqlarının əlamətidir. Daha heç bir kəs, Şam hadisələrini dana bilməz.

Həzrət Rüqəyyənin (ə) qəbri, əhli beytə (ə) olunan zülmlərə canlı şahid, sənəddir. Şöhrət, Həzrət Rüqəyyənin (ə) qəbrinin varlığına dəlilidir və onun (ə) bu məkanda dəfni canlı bir əlamətdir. Ona görə də, o həzrətin qəbri və məqamı barəsində olan bəzilərinin şəkk və şübhələrinə əhəmiyyət vermək və diqqət etmək lazım deyil. Onlar, (həzrət Rüqəyyənin Şamda dəfninə və onun məqamına şübhə ilə yanaşanlar), şeytanın azdırdıqları şəxslərdir. Onlar, məsələlərə nadan və cahil olduqları üçün, həqiqətləri dərk edə bilmirlər.

Bu xanımın ziyarəti, mə’nəviyyat qazanmaqdır. Elə bir mənəviyyat ki, insana azğınlıqlardan nicat verə bilər.

Hamınızı onun ziyarətinə təşviq edir və hamınıza düa edirəm.1



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə