F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə10/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   6   7   8   9   10   11   12   13   ...   161

 

44 


tanış  oldu.  Nikolay  Sergeiçin  evinə  bircə  dəfə  də  olsun 

gəlmədi,  knyaz  onunla,  ona  tabe  olan  bir  adam  kimi  rəftar 

edirdi.  Birdən  qəribə  bir  hadisə  baş  verdi:  müəyyən  bir 

səbəb olmadan, knyazla Nikolay Sergeiçin arası bərk dəydi. 

Hər  iki  tərəfdən  təhqiredici,  qızğın  sözlər  eşidildi.  Nikolay 

Sergeiç  qəzəblənərək  Vasilyevski  kəndini  tərk  etdi.  Lakin 

hadisə  bununla  qurtarmadı.  Hər  tərəfə  iyrənc  bir  dedi-qodu 

yayıldı:  deyirdilər  ki,  Nikolay  Sergeiç  cavan  knyazın 

xasiyyətinə bələd olaraq, ondan öz xeyri üçün istifadə etmək 

istəyirmiş. Nikolay Sergeiçin qızı Nataşa (bu zaman onun on 

yeddi yaşı vardı) iyirmi yaşlı gəncə özünü sevdirə bilmişdi. 

Nataşanın  ata-anası  da  bu  sevgiyə  hamilik  edirmiş,  lakin 

özlərini  elə  göstərirdilər  ki,  guya  bundan  heç  xəbərləri 

yoxdur,  “hiyləgər”  və  “əxlaqsız”  Nataşa  bu  cavan  oğlanı 

tamamilə  ovsunlamışdır.  Onun  səyi  nəticəsində,  bu  gənc 

knyaz  bir  il  müddətində,  hörmətli  qonşu  mülkədarların 

evlərində  bol-bol  yetişən  əsil  nəcib  qızlardan  bircəsini  də 

görə bilməmişdir. Bunu da deyirdilər ki, bir-birini sevən bu 

oğlanla qız belə şərtləşiblərmiş ki, gedib Vasilyevskidən on 

beş verst kənarda, Qriqoryevo kəndində nikah məsələsini də 

downloaded from KitabYurdu.org



 

45 


həll  etsinlər.  Görünür,  bunu  onlar  Nataşanın  ata-anasından 

gizlin etmək istəyirlərmiş, lakin Nikolay Sergeiçin də, Anna 

Andreyevnanın  da  bu  işdən  lap  müfəssəl  surətdə  xəbərləri 

varmış,  öz  alçaqcasına  məsləhətləri  ilə  qızlarına  yol 

göstərirlərmiş. Xülasə, qəzanın söz gəzdirən kişilərinin, cici-

bacılarının bu məsələ ətrafında yaydıqları dedi-qoduları heç 

bir  kitaba  sığışdırmaq  olmazdı.  Lakin  hər  şeydən 

təəccüblüsü  bu  idi  ki,  knyaz  bu  dedi-qodulara  tamamilə 

inanmışdı,  Vasilyevski  kəndinə  də  ancaq  bunun  üçün 

gəlmişdi,  bu  şeyləri  ona  əyalətdən  göndərilən  imzasız  bir 

məktubla yazıb bildirmişdilər. Əlbəttə, Nikolay Sergeiçi az-

çox  tanıyan  bir  adam  onun  haqqında  deyilən  bu  sözlərdən 

heç birinə inanmazdı. Amma ümumi qayda üzrə, hamı bir-

birinə  deyirdi,  hamı  danışırdı,  hamı  öz  yaxasını  kənara 

çəkməyə  çalışırdı,  hamı  başını  yelləyirdi  və  Nikolay 

Sergeiçi  qınayırdı.  Nikolay  Sergeiç  isə  məğrur  bir  adam 

olduğundan,  qızını  dedi-qoduçuların  qabağında  təmiz 

çıxarmaq  fikrində  deyildi.  Ancaq  Andreyevnaya  da, 

qonşularla bu barədə izahata girişməyi qəti surətdə qadağan 

etdi. Belə bir böhtana düşən Nataşa özü isə, hələ bir il sonra 

downloaded from KitabYurdu.org



 

46 


da  bu  söz-söhbətdən,  dedi-qodudan  bir  şey  bilmədi,  bu 

hadisəni  ondan  çox  bərk  gizlədirdilər,  o,  on  iki  yaşlı  uşaq 

kimi günahsız və şən idi. 

Lakin knyazla Nikolay Sergeiçin  arasındakı əlaqə get-

gedə  kəskinləşirdi.  Qulluq  göstərmək  istəyən  adamlar 

yatmırdı.  Çuğulluq  edənlər,  şahidlər  meydana  çıxdı, 

nəhayət,  knyazı  inandırdılar  ki,  xeyli  vaxtdan  bəri 

Vasilyevski kəndini idarə edən Nikolay Sergeiç öz işini heç 

də  təmiz  aparmamışdır.  Bundan  başqa,  üç  il  bundan  əvvəl 

kiçik  bir  meşə  satılarkən,  on  iki  min  gümüş  pul 

mənimsəmişdir,  məhkəmə  qarşısında  buna  çox  aydın  və 

qanuni dəlillər gətirmək olar. Bir də ki, meşəni satmaq üçün 

knyazdan  qanuni  bir  vəkalətnamə  almamışdır,  o  bunu 

özbaşına  etmişdir,  sonra  da  meşənin  mütləq  satılmalı 

olduğuna  knyazı  inandırmışdır,  ona  həqiqətən  aldığı 

məbləğdən çox-çox az pul vermişdir. Əlbəttə, bunlar hamısı 

böhtandır, bu sonradan məlum oldu, lakin knyaz bu deyilən 

yalanlara  inandı,  adamların  yanında  Nikolay  Sergeiçi  oğru 

adlandırdı.  Nikolay  Sergeiç  də  buna  dözməyərək,  təhqirə 

təhqirlə  cavab  verdi,  çox  pis  bir  vəziyyət  əmələ  gəldi. 

downloaded from KitabYurdu.org



 

47 


Dərhal  məhkəmə  başlandı.  Lakin  Nikolay  Sergeiçin  nə 

lazımi sənədləri, nə onu müdafiə edən bir adamı, nə də belə 

işlərdə  bir  təcrübəsi  vardı,  buna  görə  də  elə  o  saat 

məhkəmədə  uduzmağa  başladı.  Bütün  mülkü  məhkəmənin 

nəzarəti  altına  alındı.  Qoca  İxmenyev  acıqlanaraq  hər  şeyi 

atıb, öz işini düzəltmək üçün Peterburqa köçdü, quberniyada 

öz yerində təcrübəli bir vəkil qoydu. Çox keçmədi ki, knyaz 

İxmenyevi nahaq yerə təhqir etdiyini başa düşdü. Lakin hər 

iki  tərəf  bir-birini  o  dərəcədə  ağır  təhqir  etmişdi  ki, 

barışmağa  heç  yer  qalmamışdı.  Knyaz  da  acıqlanaraq  işi 

udmaq üçün var qüvvəsini sərf edirdi, yəni işdən çıxartdığı 

müdirinin son tikəsini də əlindən almaq istəyirdi. 

downloaded from KitabYurdu.org



 

48 


V FƏSİL 

 

Bu qayda ilə İxmenyevlər Peterburqa köçdü. Mən belə 



uzun  ayrılıqdan  sonra  Nataşa  ilə  olan  görüşümü  təsvir 

etməyəcəyəm.  Bu  dörd  il  müddətində  o  heç  mənim 

yadımdan çıxmırdı. O hiss ilə ki mən Nataşanı xatırlayırdım, 

bunun  necə  bir  hiss  olduğunu  heç  özüm  də  yaxşı  başa 

düşmürdüm, lakin biz yenə də görüşəndə mən hiss etdim ki, 

tale özü onu mənə qismət etmişdir. İlk günlər mənə elə gəldi 

ki, Nataşa elə bil bu bir neçə ildə az inkişaf etmişdir, sanki 

heç  dəyişməmişdir,  ayrılarkən  necə  idisə,  yenə  də  elə 

qalmışdır.  Lakin  sonra  hər  gün  mən  onda  yeni  bir  şey 

duymağa  başladım,  bunlar  mənə  hələ  indiyə  qədər  məlum 

deyildi, sanki onlar məndən gizlin saxlanılırdı, sanki Nataşa 

qəsdən özünü məndən gizlədirdi, indi bunları duymaq mənə 

nə qədər zövq verirdi! Qoca İxmenyev Peterburqa gələndən 

sonra  ilk  vaxtlar  çox  acıqlı  və  əsəbi  oldu.  Onun  işi  pis 

gedirdi, o hirslənirdi, özündən çıxırdı, işə aid olan kağızlarla 

əlləşirdi,  biz  heç  yadına  da  düşmürdük.  Anna  Andreyevna 

isə  çox  qəmgin  idi,  o  əvvəl  heç  bir  şey  başa  düşmürdü. 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə