F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə5/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   2   3   4   5   6   7   8   9   ...   161

 

21 


–  Vasilyevski  adasında...  altıncı  küçədə...  al-tıncı  kü-

çə-də... 

–  Siz  Vasilyevski  adasında  yaşayırsınız?  Axı  siz  ora 

getmirdiniz,  ora  sol  tərəfdədir,  sağ  tərəfdə  deyil.  Mən  bu 

saat sizi apararam... 

Qoca  tərpənmirdi.  Mən  onun  əlini  əlimə  aldım,  onun 

əli ölü əli kimi yanına düşdü. Qocanın üzünə baxdım, əlimi 

ona toxundurdum – o ölmüşdü. Mənə elə gəldi ki, bu şeyləri 

yuxuda görürəm. 

Bu hadisə başımı çox qarışdırdı, bu iş içində titrətməm 

də öz-özünə keçib getdi. Qocanın otağını axtarıb tapdıq. O, 

Vasilyevski  adasında  deyil,  oturduğu  yerdən  iki  addım 

kənarda,  Klugenin  evində,  taxtapuşun  lap  altında,  beşinci 

mərtəbədə,  ayrıca  bir  mənzildə  yaşayırdı.  Onun  mənzili 

kiçik bir dəhlizdən, böyük, lakin çox alçaq bir otaqdan ibarət 

idi, otağın pəncərəyə oxşayan üç işıq gələn yeri vardı. O çox 

kasıb  imiş.  Evində  bir  stoldan,  bir  də  hər  tərəfindən  lifləri 

çıxan çox köhnə, daş kimi bərk bir divandan başqa, ayrı bir 

mebeli yox idi. Bu divan da, heç demə, mülk sahibinin imiş. 

Görünür,  soba  çoxdan  yandırılmırmış,  şam  da  tapılmadı. 

downloaded from KitabYurdu.org



 

22 


Mən indi başa düşdüm ki, qoca Millerin dükanına ancaq şam 

işığında oturmaq və qızınmaq üçün gedirmiş. Stolun üstündə 

boş  bir  çölmək,  bir  parça  da  köhnə,  quru  çörək  vardı. 

Qocanın bircə qəpik də pulu çıxmadı. Hətta onu basdırmaq 

üçün  ayrı  bir  tuman-köynəyi  də  yox  idi,  kim  isə  öz 

köynəyini  verdi.  Məlum  şeydir  ki,  o  belə  təkbaşına  yaşaya 

bilməzdi,  yəqin  kim  isə,  gec-gec  də  olsa,  onun  yanına 

gəlirmiş.  Stolun  gözündən  pasportunu  tapdılar.  Mərhum 

əcnəbi də olsa, rus təbəəsi imiş, adı da İeremiya Smit imiş, 

yetmiş  səkkiz  yaşı  varmış,  özü  də  maşinist  imiş.  Stolun 

üstündə iki kitab vardı: bunlardan biri qısa coğrafiya, biri də 

rus dilinə tərcümə edilmiş Əhdi-Cədid kitabı idi, bu kitabın 

səhifələrinin  kənarına  başdan-başa  karandaşla  cızıqlar 

çəkilmiş,  dırnaqla  işarələr  edilmişdi.  Bu  kitabları  mən 

götürdüm.  Kirayənişinlərdən,  ev  sahibindən  qoca  haqqında 

nə  soruşduqsa,  heç  kəs  bir  şey  deyə  bilmədi.  Bu  evdə 

kirayənişinlər çox idi, bunların da, bəlkə hamısı ya əsnaf idi, 

ya  da  yemək  və  qulluqçu  ilə  otaq  kirayə  verən  alman 

qadınları  idi.  Yuxarı  təbəqədən  olan  ev  müdiri  də  öz 

kirayənişini  haqqında  elə  bir  məlumat  verə  bilmədi,  təkcə 

downloaded from KitabYurdu.org



 

23 


bunu  dedi  ki,  mənzil  ayda  altı  manata  kirayəyə  verilirdi, 

mərhum  qoca  da  bu  mənzildə  dörd  ay  yaşamışdır,  ancaq 

axırıncı  iki  ayın  kirayəsindən  bircə  qəpik  də  verməmişdir, 

belə  ki,  onu  mənzildən  qovmaq  lazım  gəlirdi.  Soruşduq  ki, 

onun  yanına  heç  gələn  vardımı?  Bu  suala  əməlli-başlı  bir 

cavab  verən  olmadı.  Dedilər  ki,  böyük  evdir,  belə  bir  Nuh 

gəmisinə gəlib-gedən çoxdur, hamını yadda saxlamaq olmaz 

ki!  Evin  dalandarı  da  iki  həftə  bundan  əvvəl  öz  vətəninə 

gəzməyə  getmişdi.  Bu  evdə  beş  il  idi  işləyirmiş,  yəqin  ki, 

qoca  haqqında  az-çox  məlumat  verə  bilərdi.  O  öz  yerində 

qardaşı  oğlunu  qoymuşdu,  o  da  cavan  oğlan  idi,  hələ  heç 

kirayənişinlərin  yarısını da şəxsən  tanımırdı. O zaman  qoca 

haqqında  toplanılan  bu  məlumatın  nə  ilə  nəticələndiyini 

bilmirəm,  ancaq  bunu  bilirəm  ki,  axırda  qocanı  aparıb 

basdırdıq.  Bir  neçə  gün  başım  çox  qarışıq  oldu,  işim  çox 

olsa  da,  Vasilyevski  adasına,  altıncı  küçəyə  getdim.  Ancaq 

ora  gedəndən  sonra  özüm  öz  hərəkətimə  güldüm:  altıncı 

küçədə, mən sıra ilə yan-yana düzülmüş adi evlərdən başqa 

nə  görə  bilərdim?!  Lakin  onu  da  fikirləşirdim  ki,  bəs  niyə 

downloaded from KitabYurdu.org




 

24 


axı  qoca  öləndə,  Vasilyevski  adasındakı  altıncı  küçənin 

adını çəkdi? Yoxsa mən bunu yuxuda görmüşdüm? 

Smitin boşalmış otağını gözdən keçirtdim: otaq xoşuma 

gəldi.  Otağı  tutdum.  Otaq  çox  alçaq  idi,  amma  böyük  idi, 

mənə elə xoş gələn də onun böyüklüyü idi, ilk vaxtlar mənə 

elə  gəlirdi  ki,  başım  tavana  dəyəcək.  Çox  keçmədi  ki,  mən 

buna öyrəşdim. Ayda altı manat kirayə ilə bundan yaxşı otaq 

tapmaq  olmazdı.  Otağın  ayrı  olması  məni  həvəsləndirirdi, 

indi  də  qulluqçu  tutmaq  lazım  idi,  çünki  qulluqçusuz 

yaşamaq  qətiyyən  mümkün  deyildi.  Dalandar  ilk  vaxtlar, 

gündə bircə dəfə də olsa, gəlib ən mühüm ev işlərində mənə 

qulluq  edəcəyini  vəd  etmişdi.  Deyirdim  ki,  kim  bilir,  bəlkə 

qocanı yoxlamağa gələn bir adam oldu. Lakin beş gün idi ki, 

o ölmüşdü, hələ də gələn yox idi. 

 

downloaded from KitabYurdu.org




 

25 


II FƏSİL 

 

O  zaman,  yəni  bir  il  bundan  əvvəl,  mən  hələ  də 



jurnallarda iştirak edir, kiçik məqalələr yazır, böyük və yaxşı 

bir  əsər  yazacağıma  çox  inanırdım.  O  zaman  böyük  bir 

roman  üstündə  işləyirdim.  Ancaq  məsələ  bununla  qurtardı 

ki, indi mən xəstəxanadayam, özüm də, deyəsən, bu yaxında 

öləcəyəm.  Əgər  bu  yaxında  öləcəyəmsə,  onda  bu  qeydləri 

yazmağın da heç mənası yoxdur. 

Mən qeyri-ixtiyari olaraq, həyatımın bu ağır və son ilini 

həmişə  xatırlayıram.  İndi  mən  nə  olubsa,  hamısını  yazmaq 

istəyirəm,  mənə  elə  gəlir  ki,  əgər  bu  məşğuliyyəti 

tapmasaydım,  darıxıb  ölərdim.  Bütün  bu  keçmiş  təəssürat 

bəzən  məni  həyəcanlandırır,  mənə  əzab  və  iztirab  verir. 

Əlimə  qələm  alıb  bu  təəssüratı  yazsam,  onlar  daha  elə 

həyəcanlandırıcı  və  qatmaqarışıq  olmaz,  sayıqlamaya, 

qarabasmaya az oxşayar. Mənə belə gəlir. Elə təkcə yazmaq 

özü  nəyə  desən  dəyər,  məni  sakitləşdirər,  soyudar,  əvvəlki 

yazıçılıq  vərdişini  hərəkətə  gətirər,  xatirələrimi  və  xəstə 

xəyallarımı işə, məşğuliyyətə çevirər... Bəli, bu mənim yaxşı 

downloaded from KitabYurdu.org





Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə