F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə19/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   71

32 
 
Respublikamızda konkret statistik göstəriciləri araşdıraraq, aşağıdakı  məqamları xüsusi qeyd etmək 
vacibdir: 
Əvvəla, cinayətlərin ümumi sayında narkotiklərlə bağlı cinayətlər mühüm kateqoriyalardan biridir. Belə ki, 
2002-ci ildə narkotiklərlə bağlı 2190 cinayət qeydə alınmışdır. Bu, həmin ildə qeydiyyata alınmış cinayətlərin 
ümumi sayının 14 faizini təşkil etmişdir.

İkincisi, faktlar göstərir ki, işləməyənlər və  təhsil almayanlar içərisində bu bəla daha geniş yayılmışdır. 
Məsələn, 2002-ci ildə narkotiklər və digər güclü təsiredici maddələrlə bağlı cinayətlər törətmiş 1955 nəfər  şəxs 
aşkar olunmuşdur. Onların 93 faizini heç yerdə  işləməyən və oxumayan şəxslər təşkil edir. Onların 94 faizini 
kişilər, 28 faizini isə 30 yaşa qədər olan şəxslər təşkil edir.

Üçüncüsü, araşdırmalar göstərir ki, polinarkomaniya geniş yayılmışdır. Həşiş, morfi, tiryək, kokain, heroin 
qəbulu bu fikri təsdiqləyir. A. A. Qabianinin tədqiqatlarına əsasən demək olar ki, mütləq əksəriyyət (təxminən 
3
/
4
 
hissə) həşişdən başlamışdır. Belə bir yanlış mülahizəyə inananlar çoxdur ki, guya həşişin ziyanı əhəmiyyətsizdir, o 
qədər də ağır 
[73 - 74] 
nəticələrə gətirib çıxarmır. Halbuki həşişdən başlayan yol çox dərinliklərə gedib çıxır, ciddi 
fəlakətlərə səbəb olur. Respublikamızda 2003-cü ilin əvvəlinə qeyri-tibbi məqsədlərlə narkotik, psixotrop və digər 
toksiki maddələrdən istifadə etmiş 15.698 nəfər  şəxs dispanser və profilaktika uçotunda olmuşdur, halbuki bu 
rəqəm 2002-ci ilin əvvəlinə 14.245 nəfər təşkil etmişdir. Uçotda olanların 46 faizini (yəni təxminən yarısını) yaşı 
30-a qədər olan şəxslər təşkil edir.

Belə bir cəhət də diqqəti cəlb edir ki, bir çoxları xroniki narkomanlar 
kateqoriyasına aiddir, yəni elə şəxslərdir ki, onlar çoxdan və sistematik surətdə narkotikləri qəbul edirlər. 
Dördüncüsü, narkotikləri qəbul edənlərin tərkibini araşdırdıqda məlum olur ki, onlar əsasən  əvvəllər 
məhkum olunmuşlar - özü də narkomaniya ilə bağlı cinayətlər törətmiş şəxslərdir, habelə spirtli içkilərdən və ya 
narkotiklərdən istifadə edən ailələrdən olan şəxslər, psixi və ya əsəb xəstəlikləri olan şəxslərdir. 
Beşincisi, aparılmış sosioloji tədqiqatlar bu bəlaya düçar olmağın amillərini üzə çıxarmağa kömək edir. Rəyi 
soruşulanların  əksəriyyəti (üçdə iki hissədən çoxu) bildirmişdir ki, onlar başqa  şəxslərin təsiri ilə narkotik 
maddələrə meyl göstərmişlər (dostlar və tanışların təkidi ilə). Onlar kəskin hisslərə ehtiyac duyaraq, hedonist 
səyləri  əsas tutduqlarını, təxminən dörddə bir hissəsi isə başqalarını  təqlid edərək, bu yola qədəm qoyduqlarını 
qeyd etmişlər. Ağır psixi travmalardan, şəxsi dramalardan xilas yolu kimi narkotiklərə meyl göstərənlərin sayı isə 
az olmuşdur. Bu, belə bir bəsit təsəvvürü rədd edir ki, guya narkotiklərdən istifadənin başlıca səbəbi məşəqqəti 
aradan qaldırmaq, ruhi müvazinət əldə etmək arzusudur. 
Nəhayət, altıncısı, narkotikləri istehlak edənlər onlar üçün xeyli pul, vəsait xərcləməli olurlar. Aydın 
məsələdir ki, əksər narkotiklər istehlakçıları  həmin vəsaiti cinayətkarlıq yolu ilə  əldə etməyə  cəhd göstərirlər. 
Onların bir qismi ümumiyyətlə 
[74 - 75]
  işləmir, bir qismi isə  işləri müqabilində elə yüksək haqq ala bilmirlər. 
Bütün bunlar belə bir nəticə çıxarmağa imkan verir ki, narkomaniya ciddi ictimai «yara»ya çevrilmişdir. O, daimi 
diqqət tələb edən problem olmuşdur. Bu hadisəyə qarşı mübarizə üçün təsirli tədbirlər düşünülməlidir. Effektli 
mübarizə isə qeyd edilən bəlanın dərin sosial səbəblərini aşkara çıxarmağı  nəzərdə tutur. Cəmiyyətin bütün 
qabaqcıl qüvvələri bu mübarizənin səmərəsini artırmağa səy göstərməlidirlər. 
Kənara çıxan davranışın üçüncü qrupuna cinayətkarlığın bütün təzahürlərini aid etmək olar. Adətən bu 
təzahürləri qeyd edilən davranışın ifrat dərəcəsi kimi xarakterizə edirlər, çünki şəxsiyyətin, sosial təşkilatların, 
bütövlükdə cəmiyyətin mənafeləri üçün ciddi təhlükə yaranır. Aydın məsələdir ki, heç bir cəmiyyət onun hüquqa 
zidd hesab etdiyi davranışa laqeyd olmamış, mümkün vasitələrlə  və metodlarla ona qarşı mübarizə aparmışdır. 
Elmi ədəbiyyatda cinayətkar hərəkətlərin dəqiq təsnifatını vermək istiqamətində müxtəlif cəhdlər olmuşdur. 
Bu məsələdə mühüm məqamlardan biri ondan ibarətdir ki, cinayətkarlığa qarşı mübarizədə bütün 
məsuliyyəti ancaq hüquq mühafizə orqanlarının üzərinə qoymaq doğru olmazdı. Qeyd etmək yerinə düşər ki, 
cinayətlərin müəyyən hissəsi hələ də uçotdan kənardadır; həmin hissə latent (görünməz, gizli qalan) cinayətkarlıq 
adlanan cinayətkarlığı təşkil edir. Deməli, ancaq cinayətkarlıq statistikasına istiqamətlənmək vəziyyətin həqiqi elmi 
mənzərəsini yaratmır, çünki bu statistikada aşkar edilmiş faktlar qeydə alınır. 
Qeydə alınmış cinayətlərin sayı və tərkibi baxımından respublikamızda vəziyyət necədir? Rəsmi statistikaya 
görə, 2002-ci ildə qeydə alınmış cinayətlərin sayı 15.520 olmuşdur. Bu cinayətlər içərisində ən böyük rəqəmi (1919 
hadisə) narkotik maddələrin qeyri-qanuni hazırlanması,  əldə edilməsi, saxlanması  və ya satışı  təşkil edir. İkinci 
yerdə oğurluq (1619 hadisə), üçüncü yerdə xuliqanlıq (1285 hadisə), dördüncü 
[75 - 76]
 yerdə dələduzluq (1114 
hadisə), beşinci yerdə  hərəkətın təhlükəsizliyi və  nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması (919 
hadisə), altıncı yerdə qərəzli qətllər və öldürməyə cəhdlər (315 hadisə) dayanır. Həmin ildə qeydə alınmış hər 10 
cinayətdən biri ağır xarakter daşıyır.

                                                 
1
 Azərbaycanın statistik göstəriciləri. Bakı, 2003, s. 290. 
2
 Yenə orada. 
3
 Azərbaycanın statistik göstəriciləri. Bakı, 2003, s. 290.
 
4
 Azərbaycanın statistik göstəriciləri. Bakı, 2003, s. 292.
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə