F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə20/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   71

33 
 
Ədəbiyyatda qeyd olunur ki, iqtisadi cinayətkarlıq yolunu tutmuş adamlar çoxdur, lakin onların çox az qismi 
cinayət məsuliyyətinə cəlb edilir. Keyfiyyətsiz məhsul buraxan müəssisələrin xeyli qismi statistik göstəricilərdə öz 
əksini tapmır; dövlət hesabat qaydasının təhrifləri, - gəlirlərin gizlədilməsi, vergi ödəməkdən yayınma halları da 
geniş yayılmışdır.

Son 10 il (1993-2002-ci illər)  ərzində  əhalinin ayrı-ayrı kateqoriyaları  tərəfındən törədilmiş cinayətlərin 
təhlili göstərir ki, təhqıqatı başa çatmış cinayətlər içərisində yetkinlik yaşına çatmayanlar tərəfındən və ya onların 
iştirakı ilə törədilən cinayətlər 2 dəfədən çox (1993-cü ildə 889, 2002-ci ildə isə 420), sərxoş vəziyyətdə törədilən 
cinayətlər də təxminən bir o qədər (1993-cü ildə 1178, 2002-ci ildə 525) azalmışdır. Lakin əvvəllər cinayət törətmiş 
şəxslər tərəfındən, habelə qrup halında törədilən cinayətlər isə nisbətən zəif sürətlə azalmışdır. 
Mütəxəssislərin fıkrincə, qrup halında törədilmiş cinayətlərdə üç əlamət xüsusilə nəzərə çarpır: 
- qrupun dəqiq strukturu və iyerarxik əlaqələri vardır; 
- qrup müntəzəm cinayətkar biznes üçün yaradılır; 
- qrupun bəzi dövlət aparatı nümayəndələri ilə əlaqələri mövcuddur; onlar qrupa himayədariıq edirlər. 
Şəxsıyyət əleyhinə yönəlmiş cinayətlərə dair statistikanı məcmu halında nəzərdən keçirsək, deyə bilərik ki, 
ən əvvəl insanı qorumaq lazımdır. Sosioloji təhlil çox mühüm bir məqamı üzə çıxarmağa imkan verir: cinayətkar 
hərəkətlərdə, proseslərdə müəyyənedici məqam deformasiyaya uğramış 
[76 - 77] 
şüurun və davranışın müxtəlif 
növləridir. 
Bəs cinayətlərin coğrafiyası necədir? Təhlil göstərir ki, cinayətlərin 42,7 faizi Bakı, 4,7 faizi Sumqayıt, 2,6 
faizi Gəncə şəhərlərində baş vermişdir.

Məhkum edilənlərin  əsas cəza tədbirləri üzrə bölgüsünə diqqət yetirdikdə  məlum olur ki, ən geniş  tətbiq 
edilən cəza növləri aşağıdakılardır: 
- müəyyən müddətə azadlıqdan məhrumetmə (5260); 
- cərimə (2681); 
- şərti məhkum etmə (2639); -islah işləri (1236); 
- ictimai işlər (1035); 
- azadlığın məhdudlaşdırılması (782); 
- intizam xarakterli hərbi hissədə saxlama (455).
3  
Aparılmış tədqiqatlara əsasən qeyd etmək olar ki, mikromühit kənara çıxan davranışa güclü təsir göstərir. 
Ümumi obyektiv şərtlər yalnız belə davranış imkanını müəyyən edirlər, lakin onun bilavasitə səbəbləri olmurlar. 
İnsanların hərəkətləri, fəaliyyətləri vasitəsilə imkanın gerçəkliyə çevrilməsi konkret amillərdən asılıdır; həmin 
amillər isə mikromühit səviyyəsində reallaşır. Eyni bir iqtisadi və sosial-psixoloji şəraitdə insanların davranışında 
xeyli fərqlər, bəzən isə prinsipial fərqlər müşahidə etmək olar. Həmin fərqlər ailədəki, tədris və  əmək 
kollektivindəki vəziyyətlə, kiçik qrupların təsiri ilə, habelə insanın fərdi xüsusiyyətləri ilə  şərtlənmişdir. Deməli, 
mikromühitin müxtəlif komponentləri müəyyən mənəvi-əxlaqi davranış formalarının daşıyıcılarıdır.  İnsan istər-
istəməz öz yaxın  əhatəsində  bəyənilən, təqdir edilən davranış  xəttinə  tərəfdar çıxır. Həmin davranış  xəttində 
rasional, sağlam həyat tərzinə zidd olan ustanovkalar, yönümlər mövcud ola, hətta üstünlük təşkil edə bilər. Çox 
zaman belə olur ki, mikromühit bütövlükdə deyil, onun hər hansı bir ünsürü cəmiyyətə zidd istiqamətdə olur. 
Burada çox şey ondan asılı 
[77 - 78]
 olur ki, şəxsiyyət üçün hansı qrup daha nüfuzlu və cəlbedici olacaqdır. 
Aydın məsələdir ki, makromühitlə mikromühitin qarşılıqlı obyektiv əlaqəsi mikromühitin nisbi 
müstəqilliyini inkar etmir; həmin mühitdə  kənara çıxan davranışın, o cümlədən cəmiyyətə zidd davranışın təkrar 
istehsalı imkanı qalır. Buna görə  də bir sıra hallarda mikromühitdə neqativ xarakterli təsəvvürlər, vərdişlər
ənənələr meydana gəlir. 
Qeyri-münasib mənəvi-psixoloji iqlim, qrup normalarının ictimai cəhətdən sanksiya verilmiş normalarla 
uyğunsuzluğu, adaptasiya çətinlikləri, qarşılıqlı tələbkarlığın olmaması, ünsiyyətdəki münaqişələr və gərginliklər - 
bütün bunlar kənara çıxan, deviant davranışın mikromühitdə bazası olan, heç də tam olmayan səbəbləridir. Lakin 
unudulmamalıdır ki, mikromühitin özü qeyri-yekcinsdir, çünki insan eyni zamanda bir neçə kollektivə, qrupa daxil 
olur. Həmin kollektivlərin, qrupların təsiri isə ziddiyyətli ola bilər. 
[78 - 79]
 
                                                 
1
 Тощенко Ж. Т.  Социология. Общий курс. М., 2001, с. 256. 
2
 Azərbaycanın statistik göstəriciləri. Bakı, 2003, s. 290.
 
3
 Yenə orada, s. 295. 


34 
 
 
IV FƏSİL 
 
SOSİAL-ƏRAZİ BİRLİKLƏRİ 
 
1. İlkin sosial-ərazi birlikləri anlayışı 
 
İlkin sosial-ərazi birlikləri (məskunlaşma üzrə birliklər)  şəhər, kənd, qəsəbə  və ya digər daimi yaşayış 
məskənlərinin əhalisindən ibarət olan spesifık sosial qrupdur
1

Məskunlaşma üzrə birliklərin formalaşmasının obyektiv əsası vardır. Bu halda iki məqama xüsusi diqqət 
yetirilməlidir: 
a)  Əmək bölgüsü, işçilərin bu və ya digər  əmək növü üzrə bölüşdürülməsi.  Əmək növləri həmişə  ərazi 
baxımından lokallaşmışdır ki, bu da daimi yaşayış məskənini formalaşdırır. Bu, öz növbəsində məskənin əhalinin 
həyat fəaliyyətinin bilavasitə mühitinə çevrilməsini  şərtləndirir. Həmin mühit hüdudlarında  əhali öz gündəlik 
tələbatlarını ödəyir. İstənilən yaşayış məskənini sadəcə müşahidə etməklə dediklərimizə əmin olmaq mümkündür. 
b) Müxtəlif məskənlərdə (məsələn,  şəhər-kənd; kiçik şəhər, iri şəhər; monosənaye mərkəzi-çoxfunksiyalı 
şəhər məskəni və s.) həyat fəaliyyəti şərtlərinin sosial-iqtisadi, sosial-mədəni baxımdan qeyri-yekcinsliyi. 
Məhz bu amillər  əsasında konkret məskənin  əhalisində qrupyaradıcı sosial əlamətlər formalaşır, ümumi 
mənafelər təşəkkül tapır. Bu mənafelərin mövcudluğu sosial-ərazi fərqləri faktını bir növ qeydə alır. Bunun 
sayəsində konkret məskənin  əhalisi demoqrafık xarakterli ümumiliklə yanaşı  həm də sosial birliyə çevrilir. 
Məskunlaşma üzrə birliklərdə formalaşan sosial əlaqələrin tipi mövcud ictimai münasibətlərin 
[79 - 80] 
xarakterini 
əks etdirir. Lakin ictimai münasibətlərin ifadəlilik səviyyəsi məlum yaşayış  məskənindəki həyat fəaliyyəti 
şərtlərinin xüsusiyyətlərindən asılıdır. 
Məskunlaşma üzrə birliklər sosial münasibətlərin  ərazi baxımından təzahüründə onların subyektləridir. 
Onların formalaşmasında məskənlərdəki həyat fəaliyyəti  şərtlərinə xas olan fərqlər dərin iz buraxır.  İlkin sosial-
ərazi birliklərinə xas olan iqtisadi, sosial-mədəni proseslər sosiologiya tarixində diqqəti cəlb edən mühüm 
məsələlərdən biri olmuşdur. Bunu ondan görmək olar ki, şəhərin sosiologiyası, kəndin sosiologiyası kimi sosioloji 
bilik sahələri təşəkkül tapıb inkişaf etmişdir. 
İnsanların yerləşməsi ilə sosial inkişaf arasında əlaqənin mövcudluğu faktını sosiologiya XIX əsrin sonu - 
XX əsrin əvvəllərində kifayət qədər aydın ifadə etmişdir. F. Tönnis, K. Byuxer, R. Makkenzi ərazi birliyini başlıca 
olaraq bu və ya digər ərazidə insanların birgə yaşaması prizmasından nəzərdən keçirmişlər. Bu halda cəmiyyətdən 
fərqli olaraq birliyin «lokallığı», digər sosial qrupların formalaşması amillərindən fərqli olaraq, onun «ərazi 
mənsubiyyəti» ön plana çəkilmişdir. 
Sosial-ərazi birlikləri sosiologiyanın mühüm kateqoriyalarından biridir. Bu kateqoriya əhalinin sosial 
diferensiasiyasının müəyyən kəsimidir; elə  kəsimi ki, o, cəmiyyətin tarixən  şərtlənmiş  ərazi-məskunlaşma 
baxımından təşkili əsasında təşəkkül tapmışdır. 
Sosial-ərazi birliyi tarixi kateqoriyadır. Onun meydana gəlməsi  şəxsi qan qohumluğuna  əsaslanan ibtidai 
icma quruluşundan sinifli cəmiyyətə keçidlə bağlı olmuşdur. Həmin cəmiyyətin başlıca əlamətlərindən biri də bu 
olmuşdur ki, o, ictimai məqsədlər üçün əhalini qohum qruplar üzrə yox, eyni bir ərazidə yaşamağa görə ayırmışdır. 
Məhz bu vaxtdan etibarən insanın yaşayış yeri, eləcə  də bütövlükdə  əhalinin yerləşməsi sosial determinasiya 
həlqəsi, eyni zamanda sosial inkişaf amili və mühiti olur. 
[80 - 81]
 
Sosial-ərazi birliyinin ilkin şərti fərdin yaşayış məskəninə spesifik şəkildə bağlılığıdır; bu, öz zahiri ifadəsini 
daimi yaşayış yeri hadisəsində tapır. Yaşayış yerinin daimi xarakteri o deməkdir ki, insanların məskunlaşması 
istehsala «bağlanmışdır», onların yerləşməsi bütövlükdə həmin istehsalın yerləşməsinin ardınca gedir. 
Yuxarıda qeyd etdik ki, sosial-ərazi birliklərinin formalaşması ilk növbədə əmək bölgüsü, onun növləri ilə 
şərtlənmişdir. Bu baxımdan tamamilə  təbiidir ki, adamların bu və ya digər  əmək növlərinə görə bölüşdürülməsi 
məskənlər səviyyəsində də mövcuddur. Bunu aşağıdakı məqamlar xüsusilə aydın nümayiş etdirir: 
1) işçinin istehsal vasitələri ilə birləşməsi müəyyən ərazi «bağlılığını» nəzərdə tutur; 
2) texnikanın və texnologiyanın inkişafı fərdin istehsal prosesinə qoşulmasının xarakterini dəyişdirsə də, bu 
proses həmişə ərazi baxımından müəyyənlik kəsb edir; 
3) işçinin müəyyən əmək növünə bağlanmasının özü onun həm məkan baxımından, həm də sosial münasibət 
baxımından yerini dəyişməsi imkanlarını məhdudlaşdırır. 
Deməli, məskunlaşma məsələsinə  bəsit yanaşmaq olmaz. Əslində o, insanın həyat fəaliyyətinin bilavasitə 
mühiti kimi nəzərdən keçirilməlidir. Bu, sosioloji baxımdan o deməkdir ki, birliklərin və  şəxsiyyətin sosial 
                                                 
1
 Росийская социологическая энциклопедия. Москва, 1998, с.480. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə