F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə17/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   71

29 
 
Qeyd etdiyimiz sosial hadisənin daşıyıcıları müəyyən şəxslərdir, bəzi qruplardır; onlar şüurlu və ya kortəbii 
surət-də cəmiyyətdə mövcud olan tələblərlə və davranış normaları ilə konfliktə girirlər. 
İnsanların  şüurunda və davranışında deviasiya (kənara çıxma) adətən tədricən yetişir. Bu baxımdan 
sosiologiyada «ilkin deviasiya» anlayışının işlədilməsi diqqəti cəlb edir. Həmin anlayışın mənasını belə izah etmək 
olar: ilk vaxtlar müəyyən kənara çıxma hallarına  ətrafdakılar, necə deyərlər, barmaqarası yanaşırlar, hər hansı 
qaydanı pozan şəxs isə özünü bu cür qiymətləndirmir. Belə kənara çıxma halları isə əhəmiyyətsiz qüsurlar və ya 
qeyri-əxlaqi hərəkətlərə lap yaxın olsalar da, müəyyən zaman ərzində nəzərə çarpmaya bilərlər. Məsələn, təsadüfı 
adamlarla spirtli içkilərin içilməsi - ictimai əxlaqın pozulmasına gətirib çıxaran bu hadisə müəyyən müddətdə 
diqqətdən kənarda qala bilər. 
Kənara çıxan davranışın ikinci səviyyəsi də vardır; bu, ikinci deviasiya adlanır. Bu halda ətraf sosial qrup və 
ya rəsmi təşkilatlar tərəfindən həmin davranışın daşıyıcısı açıq şəkildə əxlaq və ya hüquq normalarının pozucusu 
kimi etiraf olunur. Başqa sözlə, həmin davranışa müəyyən reaksiya özünü göstərir. 
Kənara çıxan davranışı təhlil edərkən deviasiyanın fərdi və ya kollektiv formalarını fərqləndirmək vacibdir. 
Fərdi forma dedikdə, əxlaq və hüquq tələblərinin ayrıca şəxs tərəfindən pozulması başa düşülür. Kollektiv formada 
isə  kənara çıxan davranış müəyyən sosial qrupun (məsələn, cinayətkar dəstənin) fəaliyyətinin ifadəsidir. Həmin 
qrup özünün qaydalar sistemini, «mədəniyyətini» yaradır və açıq şəkildə qəbul olunmuş normalara qarşı durur».

Nəzərə almaq lazımdır ki, hər cür kənara çıxma halını 
[65 - 66]
 deviant davranış hesab etmək doğru 
deyildir. Hərçənd bəzi tədqiqatlarda kənara çıxan davranış  və deviant davranış eyniləşdirilir. Onlar 
eyniləşdirildikdə bütün sosial qruplar və bütün adamlar həmin təriflə ehtiva olunurlar. Halbuki cəmiyyətdə elə bir 
adam və sosial qrup yoxdur ki, onlar həyatın bütün hallarında mütləq surətdə norma və qaydalara müvafiq hərəkət 
etmiş olsunlar.
2
 Deməli, kənara çıxan davranış anlayışı daha geniş məzmuna malikdir. 
Kənara çıxan davranış müəyyən səbəblərlə bağlıdır. Əvvəla, yeni sosial sistem boş yerdə yaranmır, əvvəlki 
sistemin, dağıdılmış sistemin bir sıra elementlərindən törəyir. Söhbət insanlardan və ya məhsuldar qüvvələrin 
ünsürlərindən gedir. İkincisi, yeni sosial sistemin inkişafı, adətən qeyri-bərabər olur. Bu, həmin sistemin 
ünsürlərinin qarşılıqlı nisbətində müəyyən disproporsiyalar doğurur və onlardan bəzilərində müəyyən defektlərin 
qalmasına gətirib çıxarır. Üçüncüsü, inkişaf edən sistemin öz mövcudluğu şəraitinə (istər daxili, istərsə də xarici 
şəraitinə) natamam adaptasiyası özünü göstərə bilər. Başqa sözlə, sosial, mədəni və texniki inkişaf yeni meydana 
gələn ictimai-iqtisadi və  mədəni tələbatların ödənilməsinə adekvat cavab verməyə bilər. Dördüncüsü, təsadüfı 
hadisələr də deviant davranışı qidalandıra bilər. Bütün bunlar məcmu halında müxtəlif neqativ hadisələrin konkret 
mənbəyi olur.

Kənara çıxan davranış başlıca olaraq iqtisadi münasibətlərlə vasitələnir. Aydın məsələdir ki, belə davranış 
həmin münasibətlərin vəziyyətindən birbaşa asılı olmur. Qarşılıqlı  əlaqə daha mürəkkəb və çoxcəhətlidir. Lakin 
cəmiyyət inkişafının bütün tarixi göstərir ki, sıx qarşılıqlı əlaqə həqiqətən mövcuddur. Nəzərdən qaçırmaq olmaz 
ki,  əsas məsələ müxtəlif sosial bərabərsizlik formalarının mövcudluğudur. Həyati faktlar sübut edir ki, qeyri-
bərabərliyin bu və ya digər 
[66 - 67]
 formaları qalmaqda davam edir. Həm də onları obyektiv surətdə şərtlənmiş 
fərqlər yox, deformasiyaya uğramış ictimai münasibətlər doğurur: məsələn, hakimiyyətə  mənsubluq, xəlvəti 
iqtisadiyyatla bağlılıq və s. Burada xatırlamaq yerinə düşər ki, mütəxəssislər xəlvəti iqtisadiyyatın nəhəng maliyyə 
kapitalına malik olduğunu xüsusi vurğulayırlar. Məsələn, XX əsrin 90-cı illərinin ortalarında təxminən 150-200 
milyard dollar vəsaitin adı çəkilir.

Keçmiş SSRİ  məkanında belə  kənara çıxma hallarının mühüm mənbəyi iqtisadiyyatın defisitliyi idi. Bu, 
insanları alçaldırdı, böyük itkilərə  səbəb olurdu. Çünki insanları ədalətin pozulması  qədər heç şey narahat etmir. 
Bunu 90-cı illərin ortalarında Rusiyada aparılmış sosioloji tədqiqat materialları da təsdiq edir (sorğunu 
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi aparmışdır - 1996-cı ilin may-iyun ayları). Belə ki, rəyi soruşulanların 
ancaq 19 faizi tamamilə və ya qismən razılaşmışdır ki, insanlar öz əməyinə görə mükafatlandırılır; 8 faizi bu rəyə 
tərəfdar çıxmışdır ki, «ağıl və peşəkarlıq qiymətləndirilir», cəmi 4 faizi isə belə hesab edir ki, insanlar ehtiyac 
duyduqları şeyləri ala bilərlər.

Mütəxəssislərin fikrincə, Sovet dövründə  kənara çıxan davranışın bir mənbəyi də ixtisaslı  və ixtisassız 
əmək, nüfuzlu və nüfuzlu olmayan əmək arasındakı ziddiyyətlər olmuşdur. Həmin ziddiyyətlər insanların 
ziddiyyətli fəaliyyəti üçün ilkin şərt ola bilmişdir.  Əlbəttə, bu o demək deyildir ki, ixtisassız, nüfuzlu olmayan 
əmək bilavasitə kənara çıxmaya səbəb olur. Aşağı ixtisaslı adamlar içərisində də işçilərin mütləq əksəriyyəti ictimai 
borc hissini, öz məsuliyyətini yaxşı dərk edir. Bununla belə, aparılmış kriminoloji tədqiqatlar əməyin məzmunu ilə 
                                                 
1
 Вах: Тощенко Ж. Г.  Социология. Общий курс. М., 2001, с. 246. 
2
 Вах: Тощенко Ж. Г.  Социология. Общий курс. М., 2001, с. 246. 
3
 Кудрявцев В. Н. Исследовательская проблемф-социальные отклонения //Социс, 1983, № 2. 
4
 Тощенко Ж. Г.  Социология. Общий курс. М., 2001, с. 248. 
5
 Yenə orada.
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə