F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə18/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   71

30 
 
cinayətkar davranış arasında sıx qarşılıqlı  əlaqəni qeydə almışdır. Belə ki, cinayətkarlar arasında yüksək istehsal 
kvalifıkasiyasına malik olan şəxslər  əhalinin ümumi strukturunda həmin kvalifıkasiyadan olan işçilərə 
[67 - 68]
 
nisbətən təxminən 6 dəfə az olmuşdur. 
90-cı illərdə qeyd etdiyimiz ziddiyyətlər başqa səbəblərlə - kütləvi işsizliyin doğurduğu səbəblərlə bir növ 
arxa plana sıxışdırılır. Məhz işsizlik kənara çıxan davranışlı qrupların (daimi yaşayış yeri olmayanlar, avaralar, 
narkomanlar, cinayətkarlar) formalaşması üçün əlverişli, münbit zəmin olur. Əvvəllər də mövcud olan bu «yaralar» 
başqa səbəblərlə şərtlənsə də, xeyli geniş miqyasları əhatə etmişdilər. 
Kənara çıxmaların meydana gəlməsinin bir mənbəyi də cəmiyyətin real inkişaf prosesi ilə insanların axtarış 
və risq hüququnun həyata keçirilməsinin bir-birinə uyğun gəlməməsidir. Keçmiş SSRİ-nin dağıldığı  və müstəqil 
dövlətlərin meydana gəldiyi məqamda təsərrüfat cinayətləri üstündə mühakimə olunmuşların sayı 130 min nəfəri 
ötüb keçirdi. Onların sövqedici motivləri kifayət qədər müxtəlif idi: iqtisadi problemlərin həllinə könüllü kömək 
etmək arzusundan tutmuş təmənnalı yardıma, var-dövlət toplamaq hərisliyinədək. 
Kənara çıxmaların  şərait və  səbəblərini araşdırarkən bir məqama da diqqət yetirilməlidir: bu, əhalinin 
müxtəlif qrup və  təbəqələrinin mənafelərindəki ziddiyyətlərdir. Müasir cəmiyyət müxtəlif mənafelərin 
kəskinləşməsindən, toqquşmasından azad deyildir. Mənafe toqquşmaları ayrı-ayrı sosial təsisatların, sosial 
qrupların, cəmiyyətin və dövlətin qarşılıqlı fəaliyyəti prosesində meydana gələ bilər. 
Meydana çıxan ziddiyyətlərin vaxtında və adekvat həll olunmaması da insanların şüurunda və davranışında 
müəyyən iz buraxır.  İctimai mənafelərə laqeydlik zəminində sözlə  iş arasında ayrılıq dərinləşir, sosial apatiya 
güclənir. Təsərrüfatsızlıq, maxinasiya təzahürlərini, rəhbərliyin maddi sərvətlərə laqeydliyini və s. görən adamlar 
rəsmi çağırışlara passiv münasibət bəsləyir, cəmiyyət hesabına öz əməyini yüngülləşdirmək yolları, imkanları 
axtarırlar. 
İdarəetmə  işində yol verilən nöqsanlar, qüsurlar da mənfı hadisələrin mənbəyi ola bilər. Bunlar 
qanunçuluğun, 
[68 - 69]
 demokratiya və ədalət prinsiplərinin pozulmasına gətirib çıxarır. 
Kənara çıxan davranışı  nəzərdən keçirərkən sosıal varislik məsələsindən yan keçmək olmaz. İnsanların 
həyat tərzinin pozitiv tərəfləri ilə yanaşı neqativ tərəfləri də təkrar istehsal oluna bilər. Bu, sosial varisliklə bağlı 
məsələdir. Sosial varislik mexanizmi ziddiyyətlidir. Həmin ziddiyyətlərdən biri ondan ibarətdir ki, varisliyin 
predmeti normal həyat təcrübəsi yox, həm də qüsurlu həyat təcrübəsi olur. Bu təcrübə isə sosial informasiya 
vasitəsilə nəsildən-nəslə ötürülür. 
Kənara çıxan davranış ictimai münasibətlərin fəaliyyəti və inkişafı prosesinin adamların müəyyən hissəsinin 
şüurunda qeyri-adekvat inikası ilə  də  əlaqədardır.  Ədəbiyyatda belə uyğunsuzluğun iki növünü ayırd edirlər. 
Birincisi, ictimai inkişafın əvvəlki mərhələsində təşəkkül tapan əhval-ruhiyyələr, baxışlar çox zaman yeni şəraitlə 
uyğun gəlmir.  İkincisi, praktik fəaliyyət gedişində elə  təsəvvürlər meydana gəlir və ya canlanır ki, onlar da 
dəyişikliklərin mənasını və istiqamətini birtərəfli izah edirlər. 
Nəzərdən keçirdiyimiz problem baxımından  əxlaqi münaqişələr də diqqəti cəlb edir. Bu, münaqişələri iki 
qrupa ayırmaq olar: 
1. xarici (insanlar arasında olan) münaqişələr; 
2. daxili (insanda motivlərin mübarizəsi baş verən) münaqişələr. 
Xarici münaqişələr sərvət yönümlərinin istiqamətindəki ayrılığı ifadə edir. Həmin yönümlər ictimai 
münasibətlərdə müxtəlif  əxlaqi sistemlərin toqquşması kimi təzahür edir. Fərdlərarası münaqişələrin mənbəyi 
mənəvi mövqelərdəki fərqlər də ola bilər. Həmin fərqlər  şəxsi mədəniyyət səviyyəsinin, konkret həyat 
məqsədlərinin və onlara çatmaq üçün seçilən vasitələrin uyğunsuzluğu ilə şərtlənmişdir. 
Daxili münaqişələrin təbiəti bundan fərqlidir. Onlar fərdi  əxlaqi  şüurun ziddiyyətliliyi ilə müəyyən edilir. 
Çox zaman bu, ictimai borc motivləri ilə qrup, ailə  və  şəxsi mənafeləri 
[69 - 70]
 ifadə edən motivlər arasındakı 
toqquşma kimi özünü göstərir. Daxili münaqişələr təkamül edərək, xarici münaqişələrə keçə bilər. 
Kənara çıxan davranış  təzahürləri olduqca rəngarəngdir. Onları müəyyən tipoloji qruplarda birləşdirmək 
olar. Həmin qrupların həm ümumi, həm də spesifik xüsusiyyətləri vardır. Elmi ədəbiyyatda insanların  şüur və 
davranışındakı neqativ hadisələri təsnif etmək barədə maraqlı mülahizələr söylənilmişdir. Müxtəlif əlamətlərə görə 
aşağıdakı kimi qruplaşma aparmaq olar: 
a) deviasiyaların səviyyəsinə görə: 
1) ilkin deviasiya; 
2) ikinci deviasiya. 
b) əhatə dairəsinə görə: 
1) kənara çıxan davranışın fərdi forması; 
2) kənara çıxan davranışın kollektiv forması. 
c) insanların həyat fəaliyyəti sferalarına görə: 
1) istehsal-əmək sferasında - iqtisadi oğurluqlar, qənimətçilik, təsərrüfatsızlıq və s.; 
2) bölgü sferasında - cəmiyyətdən çox qopartmağa çalışmaq, rüşvətxorluq, sosial parazitizm; 


31 
 
3) siyasi həyat sferasında - karyerizm, bürokratizm, siyasi naşılıq, millətçilik, ekstremizm. 
4) məişət və həyat tərzi sferasında - dilənçilik, sərxoşluq, istehlakçılıq, ailə borcuna laqeyd münasibət. 
5) mənəvi həyat sferasında - mədəniyyətsizlik, meşşanlıq və s. 
6) ünsiyyət sferasında - insanlara laqeyd münasibət, kobudluq, böhtançılıq, vicdansızlıq, xudbinlik və s. 
Bəzən kənara çıxan davranışı başqa əsasa görə - hüquqa, yoxsa əxlaqa aid olmasına görə iki tipə ayırırlar: a) 
hüquqa zidd kənaraçıxmalar; b) əxlaqa zidd kənaraçıxmalar. 
Bu halda onu əsas tuturlar ki, normalar, standartlar və qaydalar insanların həyat fəaliyyətinin iki başlıca 
nizamlayıcısı ilə müəyyən edilir: hüquq və mənəviyyat. Əlbəttə, onlar arasında hüdud şərtidir. Buna baxmayaraq, 
kənara 
[70 - 71] 
çıxan davranışın konkret formalarını öyrənərkən həmin tip-ləşdirmədən istifadə etmək olar. 
Bir cəhətə də diqqət yetirilməlidir: kənara çıxan davranışın bəzi formaları (məsələn, narkomaniya, fahişəlik, 
korrupsiya) üzərindən illər boyu aydın seçilən örtük götürüldü, onların təzahürləri, səbəbləri fəal müzakirə 
obyektinə çevrildi. Elmi və siyasi dairələrin diqqəti iqtisadi cinayətkarlığa, kriminal davranışla səciyyələnən 
müxtəlif gənclər birliklərinə yönəldi. Bütün bunlar keçmiş SSRİ-nin dağılması, müstəqil dövlətlərin yaranması, 
müxtəlif sahələrdə ənənəvi əlaqələrin qismən və ya tamamilə qırılması, kənara çıxan davranış təzahürlərinə qarşı 
mübarizənin xeyli zəifləməsi fonunda baş verirdi. 
XX  əsrin son onilləri  ərzində aparılan sosioloji tədqiqatlar göstərirdi ki, kənara çıxan davranış qrupları 
içərisində alkoqolizm, narkomaniya və cinayətkarlıq xüsusi diqqət tələb edən problemlərdir. 
Bu bir həqiqətdir ki, sərxoşluq, alkoqolizm ciddi sosial bəladır; o, ictimai həyata, necə deyərlər,  əsaslı 
surətdə nüfuz edə bilmişdir. Mütəxəssislər alkoqolizmlə bağlı aşağıdakı məqamlara xüsusi diqqət yetirirlər: 
- sərxoşluq, alkoqolizm müxtəlif sosial qruplara xas olan hadisədir. Bir sıra ölkələrdə (məsələn, Rusiya, 
Ukrayna, Belorusiya və s.) həmin bəla hər iki cinsi (qadınları və kişiləri) əhatə edir. Respublikamızda bu, daha çox 
kişilərin həyat tərzi üçün səciyyəvidir. 
- alkoqolizmə meyllilik gənclər içərisində daha geniş yayılmışdır; bu, əmək intizamının pozulmasına, 
istehsal travmatizminə, ailələrin dağılmasına, qeyri-normal uşaqların doğulmasına, orta ömrün azalmasına səbəb 
olur. 
- son illərdə yeniyetmələr içərisində alkoqolizmə meylliliyin müəyyən  əlamətləri müşahidə olunur. Bunu 
dövri mətbuatın, radio və televiziyanın müəyyən materialları aydın surətdə nümayiş etdirir. 
Alkoqolizmə qarşı mübarizə çox ciddi problemdir. 
[71 - 72]
 Bu iş sistemlilik tələb edir. Həmin prinsipin 
pozulması alkoqolizmə qarşı aparılan mübarizənin səmərəsini azaldır. 
Alkoqolizmə qarşı təsirli, fəal mübarizə aparılmalıdır. Bunun başlıca yolları hansılardır? 
Mütəxəssislərin fikrincə, ilk növbədə ailədən, yaşlılardan başlamaq lazımdır. F. Şereqinin tədqiqatları 
göstərir ki, alkoqoliklərin təxminən 1/3-i ilk dəfə spirtli içkini 10 yaşında, 2/3-si isə 11-15 yaşlarında dadmışdır. 
Artıq bu fakt sübut edir ki, alkoqolizm və  sərxoşluq gənclərin hər hansı xüsusi submədəniyyətinin üzvi ünsürü 
deyildir. Aparılmış tədqiqatlar göstərir ki, gənclərin təxminən 40%-i qəti şəkildə qeyri-alkoqollu ənənələrə tərəfdar 
çıxır; yaşlılar içərisində isə belələri cəmi 15%-i təşkil edir. 
Sağlam həyat tərzi normalarının reallaşdırılması işi kifayət qədər mükəmməl təşkil olunmur. Adamların bir 
qisminin ümumi mədəniyyətinin aşağı olması da həmin prosesə  təsirsiz qalmır. Konkret vəzifələrin həllində 
bəsitlik, inzibati tədbirlərdən, amirlik metodlarından istifadə olunmasına meyllilik də son dərəcə mürəkkəb işə 
ancaq ziyan vurur. Spirtli içkilərin ən müyəssər mallar sırasında olması da ümumi sağlamlaşma prosesinə təsirsiz 
qalmır. Respublikaya müxtəlif ölkələrdən spirtin və spirtli içkilərin gətirilməsi üzərində ciddi nəzarətin olmaması 
da ciddi problemdir. 
Alkoqolizm probleminin kompleks həlli həm sosial, həm də tibbi tədbirlərin birləşdirilməsini, hüquqi və 
əxlaqi tənzimetmə imkanlarının, inzibati səylərin fəallaşdırılmasını, antialkoqol təbliğatın səmərəli, konkret, təsirli 
təşkilini, insanın özünün məsuliyyətinin artırılmasını nəzərdə tutur. 
Deviant davranışın ikinci qrupuna narkomaniyanı aid etmək olar. Mütəxəssislərin fikrincə, XX əsrin 60-70-
ci illərindəki «özünüsakitləşdirmə» mühiti cəmiyyətdə narkomaniyanın getdikcə  kəskinləşən sosial problemə 
çevrilməsinin başlıca səbəblərindən biridir
1
. Təhlil göstərir ki, narkomaniya hər hansı birlik hüdudlarına sığmır və 
əslində  ən müxtəlif 
[72 - 73] 
sosial qrupları  əhatə edir. Bu bəla sosial-mənəvi cəhətdən xeyli adamı  şikəst edir, 
antisosial davranışı və fəaliyyəti stimullaşdırır. 
Narkomaniya məsələlərini xüsusi olaraq araşdıran A. A. Qabiani belə bir qənaətə gəlmişdir ki, narkomaniya 
başlıca olaraq şəhərlərdə yaşayan və 35-ə qədər yaşı olan kişilər içərisində daha geniş yayılmışdır. Xüsusi həyəcan 
doğuran cəhət ondan ibarətdir ki, onların təxminən 1/3-i 25 yaşına qədər olan gənclərdir. Narkomaniya daha çox 
şəhər problemi olsa da, narkotik vasitələrin istehlakı coğrafiyası genişlənərək, hətta ən uzaq kənd regionlarını da 
əhatə etmişdir.

                                                 
1
 Тощенко Ж. Т.  Социология. Общий курс. М., 2001, с. 254. 
2
 Габиани А. А.  Наркотизм: вчера и сегодня. Тбилиси, 1988, с. 17-19. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə