F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə21/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   71

35 
 
inkişafını determinasiya edən sosial-iqtisadi şərtlər öz funksiyasını təkcə bütövlükdə cəmiyyət səviyyəsində deyil
həm də müəyyən məskən səviyyəsində yerinə yetirir, çünki insan (və bütövlükdə  əhali) məhz orada əməyin 
subyekti, istehsalın subyekti və i.a. kimi çıxış edir. İnsanların həyat fəaliyyəti şərtləri işçinin istehsal vasitələri ilə 
birləşməsi formasından başlayaraq, məskəndə konkret xarakter daşıyır. Başqa sözlə, bu şərtlər onların sosial 
inkişafının faktiki əsası funksiyasını yerinə yetirir. 
Lakin insanların məskənlərə təkcə bağlanması və məskənlərin onların həyat fəaliyyətinin bilavasitə mühitinə 
çevrilməsi 
[81 - 82]
 sosial-ərazi birliyinin əmələ  gəlməsi üçün hələ kifayət deyildir. Bu cür birlik yalnız elə bir 
əsasda təşəkkül tapa bilər ki, müəyyən yerdə insanların həyat fəaliyyəti şərtləri digər yerdəki şərtlərdən fərqli olsun 
və bu əsasda ümumi mənafelər formalaşsın. Məskənlərdə  həyat  şəraitində mövcud olan fərqlər bu və ya digər 
ərazinin, regionun iqtisadi və sosial inkişafındakı  bərabərsizliyin təzahürüdür. Bu bərabərsizlik məhsuldar 
qüvvələrin inkişaf səviyyəsindəki fərqlərlə,  ərazilərin təsərrüfat baxımından mənimsənilməsindəki fərqlərlə 
şərtlənir. Məhz bu əsasda məskənlərdə  həyat  şəraitindəki fərqlər təkcə iqtisadi sahədə yox, həm də sosial həyat 
sferasında mövcud olur. Öz ictimai mənasına görə həmin fərqlər sosial-ərazi fərqləri kimi özünü göstərir. Şəhərlə 
kənd arasındakı fərqlər belə fərqlərin xüsusi halıdır. Sosial-ərazi fərqləri isə həm şəhər məskənləri, həm də kənd 
məskənləri arasında təzahür edir. 
Sosial-ərazi birliyi təkcə şəhərin, aqlomerasiyanın, kəndin əhalisi deyildir. Məskənlər daha mürəkkəb ərazi-
inzibati təşəkküllərinə (rayon, vilayət, respublika) qoşulmuşlar. Belə  təşəkküllər də iqtisadi və sosial inkişafın 
spesifikası baxımından fərqlənirlər. Bu halda sosial-ərazi birliyi iyerarxiyasında məskənlər xüsusi rol oynayır: 
istənilən inzibati vahid müstəvisində sosial-ərazi fərqlərinin əsasında həmişə yaşayış məskənlərində həyat şəraitinin 
vəziyyəti dayanır. Həmin yerlərdə həyat şəraiti sosial inkişafın bilavasitə əsası olur. Buna görə də ayrıca məskənin 
əhalisi ilkin sosial-ərazi birliyi kimi çıxış edir. İlkin sosial-ərazi birliklərinin məcmusu isə obyektiv surətdə sosial-
ərazi strukturunun aşağı, ilkin səviyyəsini təşkil edir. 
Sosial-ərazi strukturu nədir? 
Sosial-ərazi strukturu insanların sabit birliklərinin və bu birliklər arasındakı münasibətlərin məcmusudur; 
belə birliklər müxtəlif ərazi-inzibati təşəkküllərində həyat fəaliyyəti şəraitində mövcud olan sosial qeyri-yekcinslik 
əsasında formalaşırlar. Sosial-ərazi strukturu cəmiyyətin sosial strukturunun 
[82 - 83]
 təzahürlərindən biridir. Bu 
struktur insanların müxtəlif məskənlərə  və  ərazi-inzibati təşəkküllərinə  mənsubiyyətinin sosial nəticələrini qeydə 
alır, cəmiyyətin ərazi baxımından təşkilinin mühüm tərəfi kimi çıxış edir. 
Sosial-ərazi strukturunun obyektiv əsası son nəticədə  məhsuldar qüvvələrin inkişaf səviyyəsidir; bu, 
müəyyən tarixi hüdudda bir məskən formasının digərindən (şəhər və  kənd), bir regionun digərindən (mərkəz və 
əyalət) üstün inkişafının labüdlüyünü şərtləndirir.  İstehsalın yerləşdirilməsində  və  əhalinin məskunlaşmasında 
iqtisadi meyarların hökmranlığı tarixi inkişafın qeyri-bərabərliyini doğurur. Bu və ya digər ölkə hüdudlarında 
regionların və  ərazilərin iqtisadi inkişafının qeyri-bərabərliyi bunun təzahürlərindən biridir. Bu əsasda regional 
kəsimdə  həyat fəaliyyəti  şəraitinin sosial baxımdan müxtəlif cür qiymətləndirilməsi təşəkkül tapır, sosial-ərazi 
fərqləri formalaşır. İnsanların iqtisadi və sosial cəhətdən müxtəlif cür inkişaf etmiş ərazilərə mənsubiyyəti, ən əvvəl 
onların məskənlərə özünəməxsus bağlılığı (daimi yaşayış yeri) sosial-ərazi birliklərinin formalaşması ilə 
nəticələnir; bu birliklər spesifik sosial təşəkküllərdir. 
Cəmiyyətin sosial-ərazi strukturu öz ünsürlərinin - sosial-ərazi birliklərinin sosial inkişaf səviyyəsində 
irəliləyişin müxtəlif dərəcədə olması ilə  səciyyələnir. Həmin birliklərə  mənsubiyyət isə sosial diferensiasiya 
amillərindən biri kimi çıxış edir. 
Cəmiyyətin sosial-ərazi strukturunun optimallaşdırılmasının əsas istiqamətləri aşağıdakılardır: 
- aqrar-sənaye inteqrasiyasının hər vasitə ilə inkişaf etdirilməsi; 
- şəhərdə və kənddə bütün mülkiyyət formalarının inkişaf etdirilməsi; 
- kəndin sosial baxımdan yenidən qurulması; 
- müxtəlif tipli şəhərlərin böyüdülməsinə, inkişafına dair diferensiallaşdırılmış və hərtərəfli ölçülüb-biçilmiş 
siyasət yeridilməsi; bu halda iri şəhərlərin «yükünün» tədricən azaldılması, 
[83 - 84]
 onların profılinin 
dəyişdirilməsi, kiçik və orta şəhərlərin inkişafının stimullaşdırılması; 
- məskunlaşmada inteqrasiya proseslərinin hər vasitə ilə stimullaşdırılması; 
- bütün səviyyələrdə məskunlaşma sistemlərinin məqsədyönlü formalaşdırılması; 
- ölkənin inzibati-ərazi quruluşuna dair islahatların həyata keçirilməsi
- inzibati-ərazi vahidlərinin sosial-iqtisadi və  mədəni inkişafının respublika ilə tarazlı olmasının  əməli 
surətdə reallaşdırılması və s. 
Beləliklə, sosial-ərazi birliklərinin strukturunun və  fəaliyyətinin optimallaşdırılması ciddi məsələ olaraq 
qalır. Bu birliklərin inkişafının  ən ümumi istiqaməti sosial baxımdan  ədalətli cəmiyyət quruculuğunun  əsas 
komponentlərinin formalaşması olmalıdır. Deməli, sosial-ərazi birliklərinin inkişafı çox mürəkkəb prosesdir. Bu 


36 
 
prosesin idarə olunması sosial-ərazi birliklərinin hər bir növünün inkişaf mexanizmlərini, onların qarşılıqlı 
fəaliyyətinin qanunauyğunluqlarını dərindən bilməyi tələb edir
1

Yeri gəlmişkən qeyd edək ki, ilkin sosial-ərazi birliklərinin fəaliyyəti həmin birliklərdə toplanan əhalinin 
sosial təkraristehsalının səviyyəsini təmin edir. Sosial təkraristehsal sosial münasibətlər, birliklər, təsisatlar, sosial 
norma və dəyərlər sisteminin təkamülü prosesidir. Bu proses ictimai inkişafın konkret mərhələsinə xas olan sosial 
sistemin dəyişilməsi meyllərini təcəssüm etdirir. Ona görə də sosial təkraristehsalı sosial-ərazi sisteminin mühüm 
funksiyası kimi səciyyələndirmək olar. Belə təkraristehsal əhalinin ictimai həyatda normal iştirakı üçün zəruri olan 
müəyyən sosial keyfıyyətlərin məcmu halında təkraristehsalını  nəzərdə tutur. Başqa sözlə, sosial təkraristehsalda 
kəmiyyət aspekti (bu, fərdlərin fıziki təkraristehsalını nəzərdə tutur) ilə yanaşı keyfiyyət aspekti (bu, zəruri sosial 
keyfiyyətlərin qazanılmasını 
[84 - 85]
  nəzərdə tutur) də hökmən müəyyən yer tutur. Həyata qədəm qoyan yeni 
nəsillər mütərəqqi sosial keyfıyyətlərin daha yüksək səviyyəsinə yüksəlməyə  səy göstərirlər. Lakin bu proses 
müəyyən çətinliklərlə, ziddiyyətlərlə müşayiət olunur. 
 
2. Şəhərin sosiologiyası 
 
Əhalinin yerləşməsi öz təbiətinə görə məlum ətalətə malikdir. Belə ki, onun strukturunun dəyişilməsi adətən 
çox zəif gedir, tarixi inkişaf meyllərinin, regional, milli adət və ənənələrin təsirinə məruz qalır. 
Sosiologiyada əhalinin yerləşməsinin şəhər, kənd və region kimi formalarını fərqləndirirlər. Bunları sosial-
ərazi birliklərinin başlıca ünsürləri kimi ayırd etmək və  nəzərdən keçirmək olar. Bunlar «mürəkkəb  ərazi 
təşəkkülləri olub, təbii və maddi-əşyavi kompleksləri, habelə bir-biri ilə qarşılıqlı surətdə bağlı olan bu komplekslər 
əsasında istehsal, bölgü, mübadilə  və istehlak prosesində  təkrar istehsal edən, yəni fəaliyyət göstərən və inkişaf 
edən insanların məcmusunu birləşdirirlər»
2

Şəhər insanların yerləşməsinin ərazi baxımından təmərküzləşmiş formasıdır. Şəhər əhalisi əsasən qeyri-kənd 
təsərrüfatı əməyi ilə məşğul olur. Şəhər üçün əhalinin əmək və istehsaldan kənar fəaliyyətinin rəngarəngliyi, sosial 
və peşə baxımından qeyri-yekcinslik, spesifık həyat tərzi xarakterikdir. Müasir şəhər  ən  əvvəl sənaye, nəqliyyat, 
xidmət sahəsində istehsal funksiyalarının təmərküzləşdiyi yerdir. Şəhərin müxtəlif tipləri mövcuddur; onların 
inkişafı üçün adətən müxtəlif funksiyaların (istehsal, ticarət, inzibati, hərbi, elmi, dini və s.) baza təşkil etməsi, 
yaxud əlaqələndirilməsi xarakterik cəhətdir. 
Müasir şəhərin spesifik funksional strukturu və əhali məşğulluğu vardır. Onun bu xüsusiyyətlərini aşağıdakı 
cəhətlər 
[85 - 86] 
tamamlayır: 
Birincisi, nisbətən kiçik ərazidə xeyli əhali kütləsinin təmərküzləşməsi ilə, deməli, yüksək əhali sıxlığı ilə 
bağlı məskunlaşma xüsusiyyətləri
İkincisi,  şəhərin siması ilə, spesifık  şəhər mühiti ilə  şərtlənən arxitektura-planlaşdırma xüsusiyyətləri; 
tikililərin nisbi kompleksliliyini xarakter xüsusiyyət hesab etmək olar. 
Üçüncüsü, əhalinin sosial strukturu və şəhər həyat tərzi ilə sosial cəhətdən şərtlənmiş xüsusiyyətlər; 
Dördüncüsü, hüquqi xüsusiyyətlər; şəhərlər bir qayda olaraq, yaxın ərazilərin siyasi-inzibati mərkəzləridir
3

Respublikamızın şəhər şəbəkəsi nisbətən mürəkkəb xarakterə malikdir. Onun inkişafına xas olan aşağıdakı 
əsas cəhətləri qeyd etmək olar: 
1. Şəhərlərin böyüməsi. Bu böyümə müxtəlif istiqamətlidir. Şəhərlərin böyüməsinə bazar münasibətlərinin 
qərarlaşması və inkişafı da müəyyən təsir göstərmişdir. 
2. İri çoxfunksional şəhərlərin, xüsusən Bakının tərkibinin genişlənməsi və şəbəkəsinin inkişafı. 
3. Xüsusən iri şəhərlər zonasında şəhər aqlomerasiyalarının yaranması. 
4. Şəhər məskən tipinin əhalinin əksəriyyəti üçün xarakterik olması. Statistika göstərir ki, 1970-ci ilə qədər 
respublikada şəhər əhalisi kənd əhalisi ilə müqayisədə azlıq təşkil etmişdir. 1970-ci ildə əhalinin şəhər və kənd üzrə 
bölgüsündə tarazlıq yaranmışdır. Həmin ildən etibarən  şəhər  əhalisinin sayca artması kiçik istisnalar nəzərə 
alınmazsa, sabit meylə çevrilmişdir. Aşağıdakı cədvəl ayrı-ayrı illərdə  şəhər və  kənd əhalisinin nisbəti barəsində 
aydın təsəvvür yaradır
4

Müasir  şəhərin özünəməxsus problemləri vardır.  İri  şəhərlərin qeyri-mükəmməlliyi, istehsalın 
yerləşdirilməsində və genişləndirilməsində yol verilən nöqsanlar, miqrasiya və demoqrafıq proseslərin kortəbiiliyi, 
şəhərsalma xarakterli qüsurlar 
[86 - 87]
 ekologiyadakı pozuntular, monosənaye  şəhərlərində  əhalinin cins-yaş 
strukturundakı müəyyən disproporsıyalar, xidmət sahəsınin  ən ciddi müasir tələblərə cavab verməməsı, bir sıra 
                                                 
1
 Социология. M., 1990, c. 197. 
2
 Социология. M., 1990, c. 198.
 
3
 Росийская социологическая энциклопедия. M., 1998, c. 96. 
4
 Azərbaycan əhalisi 2006. B., 2006, s. 113. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə