F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə24/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   71

40 
 
ciddi ağrılı məqamlar gətirmişdir. Erməni işğalçılarının törətdiyi vəhşiliklər, işğal olunmuş ərazilərə sözün həqiqi 
mənasında qatı düşmən münasibəti respublikamızın müstəqillik yolu ilə irəliləməsi 
[94 - 95]
 prosesində xeyli 
problemlər doğurmuşdur. Buna baxmayaraq Azərbaycan regionda öz liderlik mövqeyini daha da möhkəmləndirir, 
kəndlərin inkişafmı stimullaşdırmaq və sürətləndirmək istiqamətində uğurlu addımlar atır. Əslində müasir şəraitdə 
həm şəhərlə kəndin yeni sosial münasibətləri qərarlaşır, həm də kənddaxili sosial əlaqələr yenidən qurulur. 
Əhalinin sosial təkraristehsalında miqrasiya müəyyən iz buraxır. Sənayenin inkişafı, daha geniş sferada 
əmək tətbiq etmək imkanı, həyat səviyyəsi və s. miqrasiya axınlarının  əsas istiqamətlərini formalaşdırmışdır. 
Keçmiş SSRİ məkanında keçən əsrin 20-ci illərinin ortalarından başlayaraq şəhər əhalisi kənd əhalisinin hesabına 
əhəmiyyətli dərəcədə artmışdır. 1926-90-cı illərdə  şəhərə  gələnlər və onların nəsilləri ölkədə  şəhər  əhalisinin 
2
/

hissəsindən çoxunu təşkil etmişdir. Nəticədə  kəndlərin bir çoxunda cins-yaş strukturu qeyri-tarazlı olmuşdur 
(qadınlar və yaşlı əhali hesabına). 70-80-ci illərdə müəyyən sabitləşmə meylləri olmuş, əhalinin kəndə miqrasiya 
axını bir qədər artmışdır. Lakin şəhərə miqrasiya üstün meyl olaraq qalır. Bir çox sosioloqlar bunu mütərəqqi meyl 
hesab etsələr də, ciddi təsərrüfat və sosial itkilərə diqqəti cəlb edirlər. Ona görə  də  səmərəsiz miqrasiya sosial-
iqtisadi və mədəni-məişət tədbirləri ilə nizamlanmalıdır. 
Kənd məskənlərinin tipləşdirilməsi problemi prinsipcə çoxdan qoyulmuşdur. Urbanizasiya prosesini əks 
etdirən tipologiyalar geniş yayılmışdır. Bu tipologiyaların çıxış momenti müxtəlif tipli məskən strukturunun sosial-
iqtisadi məzmunundakı  fərqlərdir. Məsələn, kənd  əhalisinin sosial tərkibinin və  həyat tərzinin spesifikasını 
öyrənmək vəzifələrinə uyğun olaraq, əhalinin fəaliyyət göstərdiyi müasir təsərrüfatların tiplərinə görə tipləşdirmə 
aparmaq olar. Bu halda müasir kəndin  əsas sosial-struktur tipləri kimi həmin təsərrüfat tipləri, sənaye-inzibati 
tipləri ayırd edilir. Onlar kənd məskənlərinin qarışıq sosial-struktur tipləri ilə tamamlanır. Son vaxtlarda fermer 
təsərrüfatları ilə yanaşı digər təsərrüfat 
[95 - 96]
 strukturları da meydana çıxır. Belə model sosial-strukturda və 
həyat tərzində baş verən dəyişikliklərin müqayisəli təhlili üçün əhəmiyyətlidir. 
Kənd  əhalisinin sosial inkişaf meyllərini və  şəhərə miqrasiyası  səbəblərini kompleks qaydada öyrənərkən 
kəndin ümumi tipoloji modelini yaratmaq üçün başqa  əsaslardan istifadə edilir. Bu halda kənd təsərrüfatında və 
qeyri-kənd təsərrüfatı sahələrində, habelə xidmət sferasında çalışanların xüsusi çəkisinin nisbəti, məskənlərdə 
adamların miqdarı, mədəni-məişət müəssisələri ilə təminat, nəqliyyat şəbəkəsinin inkişafı, kütləvi kommunikasiya 
vasitələrinin mövcudluğu,  əhali yerləşməsinin xarakteri, əhalinin rifah səviyyəsi və digər  əlamətlər nəzərə alınır. 
Beləliklə, xalis kənd (aqrar); əsasən kənd; aqrar-sənaye və sənaye-aqrar tipli məskənləri ayırd etmək olar. 
Araşdırmalar göstərir ki, müxtəlif kənd məskənlərində yaşayan adamların peşə-ixtisas səviyyəsində, 
təhsilində, sərvət və mobillik yönümlərində, habelə digər əlamətlərində fərqlər aydın surətdə nəzərə çarpır. 
Kənd əhalisinin və onun miqrasiyasının, sosial inkişafının bu və ya digər aspektlərinin təhlilini təmin edən 
daha xüsusi tipoloji modellər məskənlərin ölçülərinə (adamların miqdarına) görə,  əhalinin sahə  məşğuliyyətinin 
üstünlüyünə görə, əhalinin yerləşməsi sistemində əlaqələrin tipinə görə və s. ayrılmasını nəzərdə tutur. Belə tipoloji 
modellər yalnız sosioloji tədqiqatın bu və ya digər vəzifələrinə tətbiq edildikdə müəyyən məna kəsb edir; hər bir 
konkret halda seçmə tədqiqatın məqsədlərindən asılıdır. Həmin modellərin ən ümumiləşmiş variantı müasir kəndin 
çoxölçülü təsnifatıdır. 
Azərbaycan kəndlərinin bir qisminin işğal zonasında olması, kəndlərin  şəhərlərdən qənaətbəxş  səviyyədə 
kömək ala bilməməsi, islahatların həyata keçirilməsində müəyyən qüsurlara, pozuntulara yol verilməsi və s. - bütün 
bunlar ümumi inkişafımıza təsir göstərir. Lakin bu o demək deyildir ki, kəndlərdə uğurlu addımlar atılmamışdır. 
Son illərdə, 
[96 - 97]
 faktların təsdiq etdiyi kimi, sosial problemlərin həllinə kömək edə biləcək iqtisadi bünövrə 
yaratmaq istiqamətində müəyyən nailiyyətlər qazanılmışdır. Bazar münasibətlərinin və strukturlarının qərarlaşması 
ilə əlaqədar bir sıra çətinliklərə baxmayaraq, kəndlərin simasında, onların şəhərlərlə münasibətlərində irəliləyişlər 
aydın  şəkildə müşahidə olunur. «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət 
proqramı»nın reallaşdırılması istiqamətində  əməli səylər güclənmişdir. Aqrar islahatların həyata keçirilməsi 
nəticəsində torpağın və əmlakın xüsusi mülkiyyətə verilməsi, yanacaq satışı və vergi üzrə edilən güzəştlər və s. bu 
kimi tədbirlər istehsalçıların maddi marağının artmasına səbəb olmuş və ayrı-ayrı məhsul növlərinin istehsalında 
irəliləyişlər  əldə edilmişdir. Daxili bazarın tələblərini nəzərə alan istehsalçılar bir sıra  əsas kənd təsərrüfatı 
məhsullarının istehsalını xeyli artırmışlar. 
 
4. Region spesiflk sosial-ərazi sistemi kimi 
 
Region xüsusi tədqiqata ehtiyacı olan sosial-ərazi sistemidir. Regionun sosioloji anlamı bunu əsas tutur ki, 
region onun hüdudlarında yaşayan  əhalinin təşkilinin sosialməkan ümumiliyinə malik olmalıdır. Region təbii 
şəraitinin özünə-məxsusluğu, istehsalın təşəkkül tapmış ixtisaslaşması, məhsuldar qüvvələrin, istehsal 
infrastrukturunun inkişafının müəyyən səviyyəsi ilə  fərqlənir, habelə spesifık sosial struktur və infrastrukturla, 
əhalinin spesifik həyat tərzi ilə səciyyələnir. Təbii şərtlərin ərazi diferensiasiyası əməyin ictimai (ərazi) bölgüsünün 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə