F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə16/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   71

27 
 
ancaq ictimai münasibətlər sistemində, fərdin öz sosial rolunu necə başa düşməsi, ona necə münasibət bəsləməsi və 
onu yerinə yetirməsi nəzərə alınmaqla düzgün mənalandırıla bilər. Bu baxımdan fəaliyyət,  şüur və  şəxsiyyət 
problemlərini qarşılıqlı  əlaqədə  nəzərdən keçirən  L. N. Leontyevə haqq qazandırmaq olar: «Şəxsiyyət olaraq 
doğulmurlar, şəxsiyyət olaraq təşəkkül tapırlar». 
[59 - 60] 
 
2. Şəxsiyyətin sosiallaşması və onun mərhələləri 
 
Şəxsiyyətin sosiallaşması barədə söylənilən mülahizələrdə az-çox fərqli məqamlara rast gəlsək də, əslində 
mahiyyətli fərqlər nəzərə çarpmır. 
Şəxsiyyətin sosiallaşması fərdin cəmiyyətə, müxtəlif tipli sosial birliklərə inteqrasiyası prosesidir. Bu 
proses fərdin mədəniyyət ünsürlərini, sosial norma və  sərvətləri mənimsəməsi sayəsində mümkün olur. Həmin 
ünsürlərin, norma və sərvətlərin əsasında şəxsiyyətin sosial cəhətdən əhəmiyyətli xüsusiyyətləri formalaşır. 
Yeri gəlmişkən qeyd edək ki, tədqiqatçıların xeyli hissəsi uşaq yaşlarında sosiallaşmaya daha çox diqqət 
yetirir. Bu halda diqqət  ən  əvvəl ailəyə yönəlir, çünki ailə insanın həyatında ilk sosiallaşdırıcı özəkdir. Bundan 
başqa, ailə emosional əlaqələrin çox böyük intensivliyi ilə xarakterizə olunur. İlkin sosiallaşma fərdin həyatında 
həlledici məqam olub, onun şəxsiyyətini, sosial həyatda sonrakı inkişafını bir çox cəhətdən müəyyən edir. 
Bir sıra müəlliflər belə hesab edirlər ki, sosiallaşma uşaqlıqla başa çatmır, əməli surətdə bütün həyat ərzində 
davam edir. Başqa sözlə, fərd müxtəlif sosial rolların yerinə yetirilməsi zərurəti ilə qarşılaşır. Bundan əlavə, sürətli 
sosial və texniki-texnoloji dəyişikliklər şəraitində müəyyən yaş yetkinliyi olan adamlar da əvvəllər qəbul edilmiş 
davranış nümunələrini yeni bacarıq və vərdişlərlə əvəz etmək məcburiyyətində qalırlar. 
Fərd cəmiyyətə, sosial qrupun, təsisatın, təşkilatın ünsürünə necə qoşulur - sosiallaşma prosesində bunlar 
çox mühüm cəhətlərdir. Sosial qrupun, təsisatın, təşkilatın  şəxsiyyətə  təsir göstərmək qabiliyyəti, habelə 
şəxsiyyətin başqa adamların təsirinə  məruz qalmaq qabiliyyəti məhz bu cəhətlərdən asılıdır. Lakin 
unudulmamalıdır ki, insan həm öz xüsusi vəziyyətinin, həm də bütövlükdə ictimai həyatın yeniləşməsinə spesifik 
təsir göstərir. Onun fəaliyyəti üzvi surətdə 
[60 - 61]
 müxtəlif sosial sistemlərin fəaliyyət mexanizmlərinə qoşulur. 
Deməli, şəxsiyyət qarşılıqlı sosial təsirin, fəaliyyətin həm obyekti, həm də subyektidir. Cəmiyyətdə sosial sistemlə 
şəxsiyyətin qarşılıqlı  fəaliyyəti müəyyən təsir mexanizmlərinin köməyi ilə  həyata keçirilir. Bu, həm sosial 
sistemlərin fərdin sosial keyfiyyətlərinə olan təsiridir, həm də əksinə olan təsirdir. Birinci halda fərdin sosiallaşması 
mexanizmindən, ikinci halda isə sosial sistemin dəyişilməsi mexanizmindən söhbət gedir. 
Şəxsiyyətin sosiallaşmasında iki mərhələni ayırd etmək olar: 1) sosial adaptasiya; 2) interiorizasiya. 
Sosial adaptasiya fərdin sosial-iqtisadi şəraitə, rol funksiyalarına, cəmiyyətin həyat fəaliyyətinin müxtəlif 
səviyyələrində təşəkkül tapan sosial normalara, sosial qruplara və sosial təşkilatlara, sosial təsisatlara uyğunlaşması 
kimi izah edilə bilər. 
Qeyd etmək lazımdır ki, üzvi təbiətdə müxtəlif adaptasiyalar geniş yayılmışdır. Mövcudluq uğrunda 
mübarizənin və  təbii seçmənin nəticəsi kimi adaptasiyanın rasional şərhi Darvinin təkamül təlimində öz əksini 
tapmışdır. Kibernetikanın meydana gəlməsi adaptasiya anlayışında spesifık çalarlar formalaşdırmışdır. Sosial 
sistemlərə adaptasiya probleminin tədqiqi müxtəlif bilik sahələrini təmsil edən mütəxəssislərin  əlbir səylərinə 
möhtacdır.  İnsana, cəmiyyətə münasibətdə adaptasiya başlıca olaraq, ətraf mühitə uyğunlaşmaqla bağlı olan 
reaksiya xarakterli davranışı əks etdirir. 
İnteriorizasiya sosial normaların və sərvətlərin insanın daxili aləminə qoşulması prosesidir. Xarici mühitin 
sosial normalarının, sərvətlərinin və digər komponentlərinin daxili «Mən»ə keçməsinin xarakteri hər bir konkret 
şəxsiyyətin strukturu ilə şərtlənmişdir. Bu struktur isə bütün əvvəlki təcrübə sayəsində formalaşır. Şəxsiyyət sosial 
mühitdə, necə deyərlər, əriyib yoxa çıxmır, həmin mühitlə az - çox müstəqil vahid kimi müəyyən münasibətdə olur. 
[61 - 62] 
 
3. Şəxsiyyətin sosial fəaliyyət mexanizmləri 
 
Şəxsiyyətin sosial fəaliyyətinin, sosial davranışının  şərtlənməsində obyektiv həyat  şəraiti həlledici məna 
kəsb edir. Bu şərait müəyyən tələbatlar və mənafelər doğurur. Mənafelər öz növbəsində insanlarda fəaliyyətə bu və 
ya digər motivləri formalaşdırır. Bu halda obyektiv şərtlənmə subyektiv şərtlənməyə keçir. Belə keçid üç qrup 
mexanizmləri birləşdirən fəaliyyətin nəticəsidir: a) insanın sosial fəaliyyətinin motivləşdirilməsi, yəni tələbatların 
mənafelər kimi dərk olunması;  b)  şəxsiyyətin mənafelərinin fəaliyyət məqsədinə çevrilməsi;  c)  insanın fərdi 
davranışı və münasibətləri. 
Yeri gəlmişkən qeyd etmək olar ki, subyektiv şərtlənmədən obyektiv şərtlənməyə də keçid baş verir. Belə 
keçid iki qrupda birləşdirilə bilən mexanizmlər sayəsində mümkündür: a)  fərdi davranışdan və  fərdi 
münasibətlərdən  şəxsiyyətlər qrupunun sosial davranışına və sosial münasibətlərinə keçilməsi;  b)  sosial 


28 
 
qanunauyğunluqların sosial münasibətlərdə  təzahürü. Bu münasibətlər, təbiidir ki, cəmiyyətin həyat fəaliyyətinin 
müxtəlif səviyyələrində formalaşır. 
Tələbatlar insanın xarici aləmdən obyektiv asılılığını ifadə edir. Buna görə  də insanın bütün praktik 
fəaliyyəti tələbatların ödənilməsi forması kimi nəzərdən keçirilə bilər. Tələbatların ödənilməsinin real imkanlarını 
dərk etmək mühüm sosial məna kəsb edir. 
Tələbatların müxtəlif növlərinin (məsələn, təbii və sosial tələbatlar; fərdin ailəyə, sosial birliklərə, istehsal 
və qeyri-istehsal fəaliyyəti sferalarına, bütövlükdə cəmiyyətin həyat fəaliyyətinə qoşulması ilə bağlı tələbatlar və s.) 
yığcam təhlili göstərir ki, insan tələbatlarının ali səviyyəsini sərvətlərin mənimsənilməsi təşkil edir. 
Şəxsiyyətin mənafeyi bu və ya digər tələbatı ödəmək imkanından asılı olaraq, onun fəaliyyət istiqaməti kimi 
başa düşülə bilər. Sosial qanunların insanların fəaliyyətində təzahürü mənafelərlə vasitələnir, məhz onlarla özünə 
yol açır. 
[62 - 63]
 
Sosiologiyada mənafelərin dörd tipini ayırd edirlər: 
1. Mənafe-münasibət (müəyyən obyektə marağın şifahi şəkildə bəyan edilməsi); 
2. Mənafe-fəaliyyət (müəyyən fəaliyyət növündə iştirak etməklə mənafeyin praktik təzahürü); 
3. Mənafe-ustanovka (uzunmüddətli qarşılıqlı fəaliyyət prosesində təşəkkül tapır, müxtəlif vəziyyətlərdə öz 
istiqamətini saxlayır); 
4. Mənafe-yönüm (müxtəlif mənafelər arasında birinin başlıca mənafe kimi ayırd edilməsi). 
Bu bir həqiqətdir ki, sosial vəziyyət dəyişir, yeniləşir. Yeniləşən vəziyyətdə insan öz mənafelərini, 
maraqlarını  dəyişdirə bilmirsə, onda adaptasiya mexanizmləri fəaliyyətə başlayır, yəni insanı öz davranışını 
dəyişdirməyə məcbur edir. 
Tələbatların, sərvət yönümlərinin və  mənafelərin qarşılıqlı  təsiri sosial fəaliyyətin motivləşdirilməsi 
mexanizmi kimi başa düşülə bilər. Fəaliyyətin motivləri fəaliyyətə konkret daxili sövqedicilərdir, insanların 
şüurunda obyektiv tələbatların və mənafelərin əks olunmasıdır. 
Sosial davranışda fəaliyyətin zahiri təzahürü kimi insanın konkret mövqeyi, onun ustanovkası üzə  çıxır. 
Konkret vəziyyətdə  şəxsiyyətin, yaxud sosial qrupun müəyyən fəaliyyətə sosial cəhətdən  şərtlənmiş meylliliyini 
ustanovka adlandırmaq olar. Elmi ədəbiyyatda şəxsiyyətin ustanovkalarının müxtəlif səviyyələrindən bəhs edirlər. 
Dörd səviyyəni səciyyələndirmək məqsədəuyğundur: 
Birinci səviyyə - elementar qeydəalma ustanovkaları. Bunlar fəaliyyətə hazırlığı ifadə edir. 
İkinci səviyyə-sosial obyektlərin və  vəziyyətlərin qiymətləndirilməsi zəminində meydana gələn sosial 
ustanovkalar. Bunları çox vaxt «vəziyyət ustanovkaları» adlandırırlar. 
Üçüncü səviyyə - sosial fəaliyyət sferalarında şəxsiyyətin fəaliyyətinin ümumi istiqamətini müəyyən edən 
ustanovkalar. Bunları adətən «sərvət yönümləri ustanovkaları» adlandırırlar.  
[63 - 64]
 
Dördüncü səviyyə - həyat fəaliyyətinin məqsədləri və onların reallaşdırılması üçün müəyyən vasitələrdən 
istifadə olunması baxımından şəxsiyyətin fəaliyyətinin istiqamətini müəyyən edən ustanovkalar. Bunları çox vaxt 
«mənafe ustanovkaları» adlandırırlar. 
Ustanovkaların qeyd edilən dörd səviyyəsinə uyğun olaraq, şəxsiyyətin sosial davranışının dörd 
səviyyəsindən bəhs etmək olar: 
Birinci səviyyə  subyektin aktual predmet vəziyyətinə, xarici mühitin təsirlərinə reaksiyasından ibarətdir 
(davranış aktları). 
İkinci səviyyə adi fəaliyyəti, adi hərəkətləri əhatə edir. Bu hərəkətlər adətən nəticənin necə əldə olunacağı 
barəsindəki təsəvvürə tabe edilir. 
Üçüncü səviyyə  həyat fəaliyyətinin bu və ya digər sferasında insanların hərəkətlərinin, fəaliyyətlərinin 
məqsədyönlü ardıcıllığını ifadə edir. 
Dördüncü səviyyə həyat əhəmiyyətli məqsədlərin reallaşdırılması prosesidir. 
Fəaliyyət öz mahiyyətinə görə insandan onun inkişafının bütövlüyünü, tamlığını  tələb edir. Bütövlük 
şəxsiyyətin rəngarəng qabiliyyətlərinin vəhdətini, fəaliyyət prosesində zehni və fıziki qüvvələrinin üzvi əlaqəsini 
əks etdirir. Şəxsiyyətin sosial fəallığı nə qədər yüksəkdirsə, onun «insan-təbiət», «insan-sosial mühit» və «insan-
insan» münasibətləri sistemləri ilə qarşılıqlı  təsiri nə  qədər səmərəli, nə  qədər məhsuldardırsa, bütövlük də bir o 
qədər davamlıdır. 
 
4. Şəxsiyyətin deviant davranışı 
 
Deviant (kənara çıxan) davranış spesifık sosial hadisədir. Belə davranış «məlum cəmiyyətdə  rəsmən 
qərarlaşmış  və ya faktik surətdə  təşəkkül tapmış normalara (standartlara, şablonlara) uyğun gəlməyən insan 
fəaliyyəti formalarında 
[64 - 65]
 ifadə olunur»
1

                                                 
1
 Галинский Я. И.  Социология девиантного поведения как специальная социологическая теория //Социс, 1991, № 4, 74. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə