F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə12/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   71

21 
 
silahların yaradılması, ekoloji fəlakətlər doğuran risqlərin artması və s. bu qəbildəndir. Təkamülçülük tarix etibarilə 
qısa zaman kəsiyində baş verən sosial hadisə və proseslərin də (məsələn, hökumətlərin dəyişilməsi, cinayətkarlığın, 
fərdlərin davranışında kənaraçıxma hallarının artması və s.) əsaslı izahını verə bilmədi. 
Təkamülçülük qeyd olunan məhdudluq təzahürlərini cəmiyyətə münasibətdə yeni yanaşmalarla mümkün 
qədər aradan qaldırmağa səy göstərmişdir. Bu baxımdan tsiklik
 
inkişaf nəzəriyyəsi (O. Şpenqler, A. Toynbi) və 
sosial inkişaf nəzəriyyəsi (T. Parsons) diqqəti cəlb edir. 
Tsiklik inkişaf nəzəriyyəsi cəmiyyətin təkamülünə onun daha mükəmməl vəziyyətinə doğru düzxətli hərəkət 
kimi yanaşmır. Bu nəzəriyyəyə görə, təkamül yüksəliş, çiçəklənmə və enmənin spesifik qapalı tsikli, başa çatdıqda 
yenidən təkrarlanan tsikli kimi təsəvvür olunmalıdır. Cəmiyyətin dəyişilməsi mayaka bənzəyir: müəyyən amillərin 
fəaliyyəti və  təsiri ilə bir nöqtədən başqa nöqtəyə mütərəddid hərəkətlər edən cəmiyyət ortada «soyuyur» və 
bununla da öz sabitliyini bərpa edir. 
T. Parsonsun sosial dəyişikliklər nəzəriyyəsi sistem nəzəriyyəsinə  və kibernetikaya əsaslanır. Struktur və 
onun dəyişilməsi modelinin əsasında müxtəlif sistemlərin (orqanizm, şəxsiyyət, sosial sistem və  mədəni sistem) 
«kibernetik iyerarxiyası» ideyası dayanır. Həmin sistemlər artan mürəkkəblik dərəcəsinin pillələri kimi nəzərdən 
keçirilir. O dəyişikliklər daha dərin dəyişikliklərdir ki, onlar T. Parsonsun «etimad sistemi» adlandırdığı  mədəni 
sistemə toxunurlar. İqtisadi və siyasi çevrilişlər cəmiyyətdə mədəniyyətin səviyyəsinə toxunmursa, o, cəmiyyətin 
öz əsasını da dəyişdirmir. Cəmiyyət 
[45 - 46]
 sosial sistem olmaq etibarilə davamlılığa, özünü təkraristeh-sal etmək 
qabiliyyətinə malik olur ki, bu da onun əsas struktur ünsürlərinin sabitliyinin təzahüründə (adaptasiyasında) öz 
əksini tapır. Müvazinəti qoruyub saxlayan qüvvələrin, elementlərin nisbəti pozularsa, bütövlükdə ictimai sistem, 
onun  əsas struktur ünsürləri dəyişilməz qalır və itirilmiş müvazinət sürətlə  bərpa olunur. Dəyişikliklər daxili 
dəyişikliklər olaraq qalır, sistem isə özündə yeni təşəkkülləri inteqrasiya edərək, bütövlükdə  dəyişilməz qalır. 
Sosial dəyişikliyin bu növü «müvazinətin dəyişilməsi» adlanır. 
Sosial dəyişikliyin ikinci növü - «strukturun dəyişilməsi» isə  nəzərdə tutur ki, daxilən və  kənardan olan 
güclü təzyiq sayəsində sistem öz müvazinətini bərpa edə bilmir. Sosial sistemin bütövlüyünü saxlamaq üçün sosial 
altsistemlərin və onların struktur ünsürlərinin (sosial rolların, institutların, təşkilatların) modifikasiyası baş verir. 
Cəmiyyətin təkamülü sistemin keyfiyyətcə yeni vəziyyətinin meydana çıxması ilə bağlıdır. Parsons onu «təkamül 
universaliləri» adlandırırdı. Sosial sistemdə  əvvəlcə dörd universali təşəkkül tapır: kommunikasiyalar sistemi, 
qohumluq sistemi, din və texnologiya. Sonra isə həmin sistemdə struktur yenidən-qurması gedir: bürokratiya, pul, 
bazar kompleksi, normativ tənzimləmə və demokratik birliklər. 
T. Parsonsun fikrincə, cəmiyyətin tarixi inkişafı müəyyən mərhələlərdən keçir: bəsit, aralıq və müasir. Bəsit 
mərhələdən aralıq mərhələyə keçid yazının icad olunması sayəsində mümkün olur. Müasir mərhələyə keçid isə 
qanunvericiliyin inkişafı ilə bağlıdır. Daha ümumiləşmiş  şəkildə  cəmiyyətin inkişafını  aşağıdakı «təkamül 
mexanizmlərinə» aid etmək olar: 
1. Diferensiasiya - bu, cəmiyyətin quruluşunun mürəkkəbləşməsi ilə bağlıdır; 
2. Adaptasiya («adaptiv yüksəlmə») - bu, ətraf mühitlə yeni nisbət yaradılması (məsələn, yeni texnika, yeni 
kommunikasiya vasitələri) deməkdir
[46 - 47]
 
3. Cəmiyyətdə üzvlüyün həcmcə artması («inklyuziya»); cəmiyyətdə üzvlüyün əvvəlki meyarları (sinif, 
etnik mənsubiyyət, cins) təkamül şəraitində öz əhəmiyyətini itirir; 
4. Dəyərlərin ümumiləşdirilməsi; dəyişilən cəmiyyətdə dəyərlər və normalar müxtəlif qruplar üçün getdikcə 
daha az dərəcədə  məqbul ola bilir, universal, sosial sistemin tipindən asılı olmayan insan hüquqları  və idealları 
(məsələn, insan hüquqları haqqında BMT-nin Bəyannaməsi) barəsində təsəvvürlər daha geniş yayılmağa başlayır. 
T. Parsons belə hesab edir ki, cəmiyyətin təkamül mexanizmləri sosial sistemlərdə spesifik funksiyalarla və 
altsistemlərlə bağlıdır. Cəmiyyətin  ən mühüm altsistemlərinin  əlaqələndirilməsi vasitələri pul və hakimiyyətdir. 
Təsadüfi deyildir ki, müasir sosial sistemlərdə  həmin vasitələr sosial münasibətlərə  fəal təsir göstərir (məsələn, 
sosial münasibətlərin siyasiləşməsi). Cəmiyyətin təkamülünə T. Parsonsun sistem yanaşması  həm onun struktur 
yenidənqurmasına səbəb olan, həm də ikinci dərəcəli olan hadisə və prosesləri aydın görməyə imkan verir. Lakin 
cəmiyyətin inkişafı anlayışı ictimai sistemin normal vəziyyətindən kənara çıxması kimi şərh olunur, yəni həmin 
anlayışın hüdudları xeyli məhdudlaşdırılır, sistemin təbii vəziyyəti yetərincə nəzərə alınmır. 
Beləliklə, cəmiyyət sosial sistem olmaq etibarilə ən mürəkkəb və mübahisəli tədqiqat obyekti olaraq qalır. 
Ona görə  də  cəmiyyətin inkişafı, təkamülü barəsində. son dərəcə müxtəlif rəylərin, mövqelərin olması  təbii 
sayılmalıdır. 
 
4. Cəmiyyətin əlamətləri 
 
Sosiologiya cəmiyyət haqqında tipik, davamlı, təkrar olunan məqamların ayırd edilməsinə, araşdırılmasına 
xüsusi diqqət yetirir; həmin məqamlar cəmiyyətin əlamətləri kimi çıxış edə bilər. 


22 
 
Cəmiyyətin  əlamətləri sırasında  ən  əvvəl  ərazinin olmasını 
[47 - 48] 
qeyd etmək olar. Sosial əlaqələrin 
konsolidasiyası  məhz məlum  ərazidə baş verir. Ərazi sosial məkanın  əsasıdır: fərdlər arasındakı münasibətlər, 
qarşılıqlı təsirlər burada təşəkkül tapır və inkişaf edir. Təbii landşaftların, flora və faunanın, iqlim şəraitinin və s. 
rəngarəngliyi, zənginliyi insanların həyati tələbatlarını ödəməyə imkan verir, onların həyat fəaliyyətinə 
təkrarolunmaz xüsusiyyətlər bəxş edir. 
Sosial strukturun, yəni davamlı əlaqələrin olması cəmiyyətin ikinci əlaməti hesab edilə bilər. Məhz həmin 
əlaqələr sayəsində daxili sosial qarşılıqlı təsirlərin yüksək intensivliyi, təkraristehsalı təmin edilir. Bəşər cəmiyyəti 
tarixinin ilk mərhələlərində onun davamlılığı başlıca olaraq, şəxsiyyətlərarası qarşılıqlı  təsirlər (qonşuluq, 
qohumluq telləri) hesabına təmin olunurdu: icma münasibətləri qərarlaşmışdı. Cəmiyyətin inkişafının sonrakı 
mərhələlərində qarşılıqlı  təsirlərin bu prinsipləri kifayətləndirici olmadığından sosial strukturların başlıca 
sabitləşdirici amillər kimi rolu daha aydın təzahür edirdi: sosial institutların, sosial birliklərin rolu etiraf olunurdu. 
İndi cəmiyyəti sosial strukturlarsız təsəvvür etmək qeyri-mümkündür. Hər bir struktur həyat fəaliyyətinin və 
qarşılıqlı əlaqənin müəyyən növlərini tənzimləyir və təkraristehsal edir. Məsələn, pul institutu əmək mübadiləsini, 
ailə institutu nikah münasibətlərini, sosial peşə birlikləri  əmək bölgüsünü nizamlayır. Bunların hamısı birlikdə 
cəmiyyətdə varisliyi (bunsuz sosial əlaqələrin təkraristehsalı mümkün deyildir) təmin edir. 
Cəmiyyətin üçüncü əlaməti onun özyetərliliyidir. Bu o deməkdir ki, cəmiyyət kənardan müdaxilə olmadan 
öz  əsas təyinatını yerinə yetirməlidir, yəni insanlara həyat təşkilinin elə formalarını  təklif etməlidir ki, həmin 
formalar onların öz şəxsi məqsədlərinə çatmasına imkan yaratsın.  İnsan ancaq cəmiyyətdə sosial karyeraya 
yiyələnə bilər, zəruri biliklər və vərdişlər qazana bilər, müəyyən peşə fəaliyyəti ilə məşğul ola bilər, öz tələbatlarını 
ödəyə bilər. Cəmiyyət özünütənzimləmək qabiliyyətinə malik olmalı, müəyyən normalar və prinsiplər 
[48 - 49]
 
əsasında sosial prosesləri, institutların, təşkilatların fəaliyyətini nizamlamalı  və idarə etməlidir. Özyetərlilik 
cəmiyyətin muxtarlığını  təmin edir; bu, xarici idarəedici impulslar olmadan fərdlərin özinkişafı, öztənzimi üçün 
zəruri şərait yaratmaq qabiliyyətini ifadə edir. 
Cəmiyyətin dördüncü əlaməti - mədəniyyətin ümumiliyi böyük inteqrasiyaedici qüvvədir; bu, insanların hər 
bir yeni nəslinin sosiallaşmasında  əvəzsiz rol oynayır, onu təşəkkül tapmış münasibətlər sisteminə daxil edir, 
ümumən qəbul olunmuş norma və qaydalara tabe edir. Mədəniyyətin ümumiliyi cəmiyyətdə  mənəvi vəhdətin 
təkrarsız iqlimini yaradır, mənlik şüurunu fəallaşdırır (xüsusən dil, mənşə, davranış nümunələri, əxlaqi dəyərlər və 
s. ümumiliyi vasitəsilə). Nəticədə cəmiyyətin inkişafında varislik və yeniləşmə təmin olunur. Dini, milli, iqtisadi və 
s. ideyalar qüdrətli inteqrasiyaedici qüvvəyə malik olan sosial fenomenlərə konkret misal ola bilər. 
Deməli, cəmiyyət sosial əlaqələrin və sosial qarşılıqlı  təsirlərin təşkilinin universal üsulu olub, insanların 
bütün  əsas tələbatlarını ödəməyi təmin edir; o, özünütənzimləmə, özünü təkraristehsal qabiliyyətinə malikdir. 
Xüsusi institutlar, təşkilatlar, normalar, dəyərlər vasitəsilə sosial əlaqələrin möhkəmlənməsi, yeniləşməsi və 
zənginləşməsi onun fəaliyyətinin aparıcı istiqamətini təşkil edir. 
 
5. Cəmiyyətin tipologiyası 
 
Cəmiyyət öz konkret təzahürlərində son dərəcə  rəngarəngdir. Müasir cəmiyyətləri müxtəlif parametrlərə 
görə (məsələn, siyasi quruluş, coğrafi vəziyyət, mədəniyyət, ünsiyyət dili, sabitlik səviyyəsi, sosial inteqrasiya 
dərəcəsi,  əhalinin təhsil səviyyəsi və s.) fərqləndirmək olar. Tipik cəmiyyətlərin universal təsnifatları onların 
başlıca parametrlərinin ayırd edilməsinə əsaslanır. 
[49 - 50]
 
Cəmiyyətlərin tipologiyasında  əsas istiqamətlərdən biri dövlət hakimiyyəti formalarının ön plana 
çəkilməsidir. Bu baxımdan totalitar (dövlət sosial həyatın  əsas istiqamətlərini müəyyən edir), demokratik (əhali 
dövlət strukturlarına təsir göstərmək imkanına malikdir) və avtoritar (totalitarizm və demokratiya ünsürləri 
əlaqələndirilir) cəmiyyətləri ayırd edirlər. 
Marksizm cəmiyyətləri istehsal münasibətlərinin tipinə görə  fərqləndirir və ibtidai icma, quldarlıq, 
feodalizm, kapitalizm, sosializm (və ya kommunizm) ictimai-iqtisadi formasiyalarını ayırd edir. Sonuncu xüsusi 
mülkiyyətçilik münasibətlərinin ləğvini, istehsal vasitələri üzərində mülkiyyətə hamının bərabər münasibətini 
nəzərdə tutur. 
Müasir sosiologiyada ənənəvi, industrial, postindustrial cəmiyyətlər kimi fərqləndirmə daha davamlı 
tipologiya hesab oluna bilər. 
Ənənəvi cəmiyyət (bunu sadə və aqrar cəmiyyət də adlandırırlar) aqrar uklada, az mütəhərrik strukturlara və 
ənənələrə əsaslanan sosiomədəni tənzimləmə üsuluna malikdir. Fərdlərin davranışına ciddi şəkildə nəzarət olunur. 
Ənənəvi davranış normaları, adətlər, sabit sosial təsisatlar (xüsusən ailə, icma) çox mühüm məna kəsb edir. 
İstənilən sosial dəyişikliklərdən, yeniliklərdən imtina olunur. Ənənəvi cəmiyyət üçün istehsalın aşağı inkişaf 
surətləri xarakterik cəhətdir. Bu tip cəmiyyət üçün davamlı sosial həmrəylik çox əhəmiyyətli amildir. E. Dürkheym 
vaxtilə Avstraliya aborigenləri cəmiyyətini öyrənərək bu qənaətə  gəlmişdi ki, dini etiqadlar cəmiyyətin  əxlaqi 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə