F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə10/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   71

17 
 
yanaşı saysız-hesabsız təsadüflərin roluna diqqət yetirilməlidir. Həm tarixi, həm də sosial qanunauyğunluqların 
fəaliyyəti araşdırılarkən təkcə mövcud sosial-iqtisadi həyat  şəraiti yox, həm də sosial qüvvələrin hərəkətlərini 
səciyyələndirən real məzmun zənginliyi (insanların fəallığı, mənafeləri, sərvət yönümləri və s.), yəni sosial prosesin 
bütün amilləri nəzərə alınmalıdır. 
Sosiologiya  şəxsiyyətin kollektivdə, ailədə  və bütövlükdə  cəmiyyətdə davranışını  tədqiq edərkən 
psixologiya elminin əsas ideyalarından bəhrələnir. Məsələn, davranışın, şəxsi və kütləvi münasibətlərin motivləri 
nəzəriyyəsi,  şəxsiyyətin sosial yönümlərinin öyrənilməsi metodları  və s. bu qəbildəndir. Sosioloji tədqiqatlarda 
psixolooji testlərdən uğurla istifadə olunur. 
Sosiologiya insanların müxtəlif səviyyələrdə qarşılıqlı  fəaliyyətini, ailə  və ictimai tərbiyə, mənəvi həyat 
problemlərini və s. öyrənərkən etika, estetika, pedaqogika sahəsində aparılan tədqiqatlara, çıxarılan nəticələrə 
müraciət etməli olur. Bir sözlə, müxtəlif elmlərlə sosioloji bilik arasında maraqlı qarşılıqlı  zənginləşmə prosesi 
gedir. 
Sosiologiya ilə təbiət elmləri arasında xüsusi əlaqə mövcuddur. Bu əlaqə müasir təbii-elmi metodologiyanın 
sosial tədqiqatların, bütövlükdə  cəmiyyətşünaslıqın inkişafına getdikcə artan təsirinin ifadəsi hesab edilməlidir. 
Sosial hadisələrin, proseslərin tədqiqində təbii-elmi və riyazi dəqiqliyə nail olmağa səy göstərilməsi sosiologiyanın 
inkişafında dərin iz buraxmışdır. Söhbət təbiət elmlərinin və  dəqiq elmilərin anlayışlarından mexaniki surətdə 
istifadə olunmasından, təbiət və cəmiyyət qanunlarının eyniləşdirilməsindən getmir. 
[35 a 36]
 
Cəmiyyət hadisələrinin tədqiqinə elə təbii-elmi və dəqiq metodların tətbiqi nəzərdə tutulur ki, onlar təbiət 
elmlərində və dəqiq elmlərdə olduğu kimi öz səmərəliliyini sübut etsin. 
Hazırda kibernetikanın, informasiya nəzəriyyəsinin və s. işləyib hazırladıqları riyazi metodlar sosiologiyada 
getdikcə daha artıq dərəcədə  tətbiq olunur. Sosioloji tədqiqatların vəzifələrinə uyğunlaşdırılmış xüsusi riyazi 
metodlar və nəzəriyyələr də yaradılır. Ayrı-ayrı istehsal prosesləri, sahələri çərçivəsində insan-texnika sisteminin 
tədqiqi zamanı sosiologiya ilə texniki elmlərin müəyyən qarşılıqlı münasibətləri qərarlaşır. Belə münasibətləri, 
məsələn, istehsalın avtomatlaşdırılması  və mexanikləşdirilməsinin sosial aspektlərini öyrənərkən xüsusilə aydın 
müşahidə etmək mümkündür. 
Deməli, sosiologiya ən müxtəlif bilik sahələri ilə sıx qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Lakin bu əlaqə hər 
bir konkret halda öz spesifik aspektlərinə malikdir. 
[36 a 37]
 


18 
 
 
 
II FƏSİL 
 
 
CƏMİYYƏT 
MÜRƏKKƏB SOSİAL-MƏDƏNİ FENOMENDİR 
 
 
1.
 
Cəmiyyət ən ümumi sosial sistem kimi 
 
Cəmiyyət insanların sadəcə məcmusu deyildir, fərdlərin özünəməxsusluğunu və əlaqələrini nəzərə almayan 
mücərrəd bütövlük də deyildir. Cəmiyyət mürəkkəb, bütöv sosial-mədəni sistemdir, başqa sözlə, sosial sistemin 
xüsusi növüdür. Sosial-fəlsəfi axtarışlar cəmiyyətin tədqiqində ilkin metodoloji prinsipi üzə  çıxarmışdır: bu, 
cəmiyyətə sistem kimi yanaşılmasıdır. Elmdə, o cümlədən sosiologiyada müxtəlif mürəkkəbliyə malik olan 
təşəkkülləri tədqiq etmək üçün sistem yanaşmadan uğurla istifadə olunur. 
«Sistem» termini hələ Qədim Yunanıstanda işlənilsə də, XVII-XVIII əsrlərdə elmi dövriyyəyə daha geniş 
daxil olmuşdur; onun ilkin mənası  nəyinsə mürəkkəb və  rəngarəng vəhdətini ifadə etmişdir (məsələn, təbiətin 
sistemi, biliklərin sistemi, əlamətlərin sistemi və s.). XX əsrin ortalarından etibarən «sistem» termini daha dərin 
elmi məzmun kəsb etmişdir. Sistemlərin ümumi və xüsusi nəzəriyyələri meydana gəlmiş, sistem yanaşma biliyin
tədqiqatını xüsusi metodologiyası kimi etiraf olunmuşdur. Hazırda sistemlilik hər bir elmin mərkəzi 
kateqoriyalarından biri hesab edilir. 
Universal anlayış olan sistem həm maddi, həm də mənəvi aləmin mühüm xassələrini əks etdirir. Onun ən 
mühüm əlamətləri bütövlük, diferensiallıq, elementlərin əlaqəsidir. Elmi ədəbiyyatda belə bir cəhətə xüsusi diqqət 
yetirilir ki, fəaliyyət baxımından hər bir sistemi üç əlamət səciyyələndirir. 
Birincisi, davamlılıq - bu, sistemin həyat prosesində özünü qoruyub saxlaması qabiliyyətini ifadə edir. 
[37 - 
38] 
İkincisi, müvazinət - bu, sistemin saxlanılması naminə kompromis, qarşılıqlı güzəşt kimi başa düşülə bilər. 
Üçüncüsü,  əks  əlaqə - bu, fəaliyyətə olan təsirə  və onun sonrakı  dəyişilməsinə göstərilən reaksiyanın 
spesifikasını əks etdirir. 
Sistemin fəaliyyətinin bu əlamətləri homeostazis anlayışında birləşdirilə bilər. Həmin anlayış xarici mühitlə 
qarşılıqlı  təsir prosesində  cərəyan edən həyat fəaliyyətində sistemin özünü, öz əsas xassələrini və funksiyalarını 
qoruyub saxlamaq qabiliyyətini ifadə edir. 
Sistemlərin kifayət qədər müxtəlifliyi, rəngarəngliyi  şəksiz həqiqətdir. Elmi sistematologiyada onların 
müxtəlif təsnifatı təklif olunmuşdur. Məsələn, maddi və ideal, təbii və süni, bioloji və sosial, dinamik və statik, açıq 
və qapalı ifadə olunan və ifadə olunmayan, adaptiv, özünü təşkil edən, inkişaf edən və s. sistemləri fərqləndirirlər. 
Sistemlərin xüsusi tipi olan sosial sistemlər komponentlərinin çoxluğu, həmin komponentlər arasında, 
bütövlükdə sistemlə mühit arasında qarşılıqlı  əlaqələrin rəngarəngliyi ilə  səciyyələnir. Görkəmli sosioloq 
T. Parsons qeyd edirdi ki, sosial sistemlər ən əvvəl qarşılıqlı fəaliyyətdə, təsirdə olan fərdlərin sistemidir; fərdlər 
eyni zamanda həm canlı orqanizmlərdir, həm də şəxsiyyətlərdir və müəyyən mədəni sistemlərə mənsubdurlar. 
Sosial sistemləri genetik əlamət baxımından maddi və ideal sistemlərə ayırmaq olar. Maddi sosial sistemlərə 
kiçik sosial qrupları (ailə, peşə qrupları, partiya özəkləri); böyük sistemləri (dövlət, partiyalar, həmkarlar təşkilatları 
konfederasiyası və s.); mürəkkəb sistemləri (dövlətlər birliyi, hərbi-siyasi bloklar, iqtisadi ittifaqlar və s.) aid edilə 
bilər.  İdeal sistemlər insanın  ətraf aləmi dərk etməsi ilə bağlıdır. Bu sistemlər də kiçik (fərdi  şüur,  şəxsiyyətin 
mənəvi dünyası), orta (müəyyən fərdlər qrupunun baxışlar sistemi, etnik qrupların adət və  ənənələri), böyük 
(iqtisadi nəzəriyyə, sosiologiya elmi və s.), habelə universal (dünyagörüşü, mifologiya, din və 
[38 - 39] 
s.) 
sistemlərə ayrıla bilər. 
Formasına görə sosial sistemlər kiçik, orta, böyük və mürəkkəb sistemlər kimi təsnif oluna bilər. Kiçik 
sistemlərə ayrı-ayrı sosial obyektlər aiddir (məsələn, ailə, fərd, kiçik qrup və s.); onların daxili strukturu və 
fəaliyyəti nisbətən sadədir, onları  təşkil edən ünsürlərin qarşılıqlı  təsiri  əlaqələndirmə xarakteri daşıyır. Orta 
sistemlərin strukturunda ünsürlərin dəqiq ayırd edilmiş iki qrupu mövcuddur; onların arasında  əlaqələr 
subordinasiya xarakteri daşıyır (yerli hakimiyyətin strukturu, rayonun iqtisadi strukturu və s). Böyük sistemlər 
onları təşkil edən ünsürlər arasında mürəkkəb strukturla səciyyələnir (məsələn, dövlət, partiyalar, ölkənin iqtisadi 
sistemi). Mürəkkəb sistemlərə elə sistemlər aiddir ki, onların mövcudluğu alt sistemlərin daxili tənzimi ilə yanaşı 
çoxsəviyyəli xarakterə malikdir (məsələn, Müstəqil Dövlətlər Birliyi, Beynəlxalq Valyuta Fondu, Avropa İttifaqı 
və s.). 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə