F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə7/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   71

12 
 
məlumatlar əldə etməyə imkan verir. Belə tədqiqatlar elə bir informasiya bünövrəsi yaradır ki, ona əsaslanmaqla 
sosial gerçəkliyin sirlərinə daha dərindən nüfuz etmək mümkün olur. Konkret şəraitdə, konkret sahədə yeni 
meyllərin aşkara çıxarılması sosioloji nəzəriyyələrin xeyli zənginləşməsini təmin edir. Ümumi və xüsusi sosioloji 
nəzəriyyələr konkret sosial hadisələr, proseslər barəsindəki informasiyanı ümumiləşdirir, inkişaf 
qanunauyğunluqlarının elmi surətdə  dərk olunmasına kömək göstərir. Həm rəsmi statistikanın məlumatlarını 
tamamlayan, dəqiqləşdirən obyektiv göstəriciləri, həm də müxtəlif sosial qrupların, təbəqələrin fəaliyyətinin 
məqsəd, niyyət və motivlərini əks etdirən subyektiv göstəriciləri birləşdirən empirik tədqiqatlar insan amilini daha 
da fəallaşdıran mexanizmin mahiyyətli cəhətlərini qavramağa kömək edir, kütləvi sosial proseslərin subyektiv 
məqamlarının həqiqi mənasını  aşkara çıxarır. Bu inkişafın obyektiv meylləri ilə  həmin meyllərin müxtəlif sosial 
qrupların  şüurunda subyektiv inikası arasında uyğunsuzluğu görməyə, məlum sahədə artıq sosial problemin 
mövcudluğunu dərk etməyə istiqamətləndirir. 
2. Praktik funksiya. Sosiologiyanın praktik funksiyası onun idrak funksiyası ilə bilavasitə bağlıdır. Bu 
funksiya özündə qabaqgörənlik məqamını əks etdirən elmi idrakın öz təbiətindən doğur. Sosiologiya cəmiyyətin, 
sosial proseslərin mövcud vəziyyətini təhlil etməklə kifayətlənmir, gələcək dəyişmələrin perspektivlərini 
aydınlaşdırır, həmin perspektivlərin reallaşdırılmasına istiqamətlənmiş praktik fəaliyyətə  təsir göstərir. Bu elm 
insanların öz sosial münasibətlərini tərəqqinin obyektiv tələblərinə uyğun olaraq tənzim etməsinə kömək edir. 
Sosioloji tədqiqatlar nəticəsində hazırlanan tövsiyələr 
[21 - 22]
 idarəetmə orqanlarının ehtiyaclarını xeyli dərəcədə 
ödəyir, sosial tərəqqinin sürətlənməsində özünəməxsus rol oynayır. 
Sosial proseslər üzərində  həqiqi nəzarət konkret informasiyaya, deməli, konkret sosioloji tədqiqatlara 
möhtacdır. Tətbiqi sosiologiya müxtəlif qruplarda, təşkilatlarda, müəssisələrdə və s. sosial inkişaf məsələlərini daha 
optimal qaydada həll etmək sahəsində tövsiyələrin işlənib hazırlanmasında bilavasitə iştirak edir. Kompleks sosial 
problemlərin tədqiqi mühüm praktik əhəmiyyətə malikdir: bu halda cəmiyyət həyatının daha bütöv mənzərəsini 
təsəvvür etmək, neqativ nəticələri irəlicədən görmək, idarəetmənin  ən səmərəli yollarını  və vasitələrini 
müəyyənləşdirmək mümkün olur. 
Sosioloji tədqiqatların nəticəsi kimi irəli sürülən praktik tövsiyələr sosial amillərin iki qrupuna aid olur. 
Birinci qrup obyektiv xarakterli amilləri - insanın həyat fəaliyyəti şərtlərini (siyasi quruluş, sosial struktur, əməyin, 
məişətin və s. konkret şəraiti, habelə subyektin bu şəraitdə real davranışı), ikinci qrup isə subyektiv xarakterli 
amilləri - subyektiv məqamları (məqsədlər, niyyətlər, motivlər, maraqlar, sərvət yönümləri, ideoloji təsəvvürlər, 
ictimai rəy və s.) əhatə edir. Bunların sıx  əlaqədə öyrənilməsi  şəxsiyyətlərarası münasibətləri təkmilləşdirmək
cəmiyyətdə daha möhkəm sabitlik qərarlaşdırmaq vasitələrini müəyyənləşdirməyə kömək edir. 
3. İdeoloji funksiya. Sosiologiya kütlələrin ideya tərbiyəsi, qeyri-elmi baxışlarla mübarizə vəzifələrini də 
yerinə yetirir. Sosioloji biliklərə yiyələnmək, müxtəlif səviyyəli nəzəriyyələrlə tanış olmaq, konkret faktlar əsasında 
real vəziyyəti tam təsəvvür etmək insana imkan verir ki, o, ictimai prosesdə öz yerini, mövqeyini daha dürüst başa 
düşsün, onun fəallığı daha dolğun sosial məna kəsb etsin. 
Sosiologiya elmi təfəkkürün formalaşmasında və inkişafında, insanın ideya cəhətdən yetkinləşməsində 
müəyyən rol oynayır. Konkret sosioloji tədqiqatlar təcrübəsi təkcə praktik tövsiyələr işləyib hazırlamaq baxımından 
deyil, həm də düzgün idarəetmə, rəhbərlik üslubu, vərdişləri qazanmaq baxımından da əhəmiyyətlidir, çünki sosial 
qanunların daha dərindən başa düşülməsinə  əsaslanır. Səmərəli, işgüzar, elmi idarəetmə üslubu tələsik, kifayət 
qədər əsaslandırılmamış iradi qərarların qarşısını almağa kömək edir. 
Sosioloq faktları, hadisələri araşdırarkən nə qədər obyektiv, neytral olmağa çalışsa da, müəyyən sosial-siyasi 
mövqe tutur. Renata Maynts (AFR) 1974-cü ildə Torontoda keçirilmiş VIII Ümumdünya sosiologiya konqresində 
demişdir: «Siyasətə öz münasibətini müəyyən etmək sosiologiyanın aktual vəzifələrindən biridir. Axı sosiologiya 
bir çox cəhətdən siyasi qərarların qəbul edilməsi üçün əsasdır... Sosiologiya siyasətə  təsir göstərməkdə başqa 
sahələrə, məsələn, texniki sahələrə nisbətən daha böyük imkanlara malikdir. Bu halda o vacibdir ki, sosioloqların 
təsir göstərə bildikləri  şəxslər hansı sferalara mənsubdurlar. Qərar qəbul edənlər çox tez-tez sosioloqların 
topladıqları məlumatlardan sonralar istifadə edirlər». Bu bir həqiqətdir ki, sosioloq maksimum obyektiv və dəqiq 
informasiya almağa maraqlı olsa da, onun tədqiqatlarının nəticələri hər halda siyasi qiymətdən kənarda qalmır. 
Mövzunun seçilməsi, tədqiqat problemlərinin qoyulması, nəticələrin  şərhi hökmən sosioloq alimin sosial-siyasi 
mövqelərinin təsirinə məruz qalır, onun siyasi maraqlarından və sərvət yönümlərindən az və ya çox dərəcədə asılı 
olur. Buraya onu da əlavə etmək lazımdır ki, sosioloqun nəticələri və tövsiyələri bu və ya başqa dərəcədə müxtəlif 
sosial qrupların siyasi mənafelərinə toxunur, müəyyən ideoloji məna kəsb edir. Sosioloqların ideya-siyasi 
mövqeləri müxtəlif konsepsiyalar arasında gedən mübarizənin mühüm amillərindən biridir. 
Əhalinin maariflənməsi, ideyaca yetkinləşməsi sahəsində dövlətin fəaliyyəti olduqca mürəkkəb işdir. Bu işin 
səmərəsini yüksəltməkdə ictimai rəyi, kütləvi informasiya və  təbliğat vasitələrinin, cəmiyyətin siyasi və hüquqi 
təsisatlarının 
[23 - 24]
 fəaliyyətini, sosial-psixoloji, ideoloji mövqeləri sosioloji baxımdan tədqiq etmək böyük rol 
oynayır. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə