F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə6/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   71

10 
 
kiçiltmədən qeyd etməliyik ki, sosiologiya üçün sosial anlayışı daha ümumiləşdirici olub, ən mühüm, mərkəzi 
anlayış kimi nəzərdən keçirilə bilər. 
Sosial anlayışını  həm geniş  məzmunda (ictimai mənasında), həm də  məhdud (empirik) mənada başa 
düşülməsi həmişə müəyyən çətinliklər doğmuşdur. Birinci halda sosioloji biliyin spesifik obyekti (sosial əlaqə və 
münasibətlər) əslində unudulmuş, ikinci halda isə bütövlükdə cəmiyyətə aid olan hadisə və prosesləri dəqiq ifadə 
etmək mümkün olmamışdır. Ona görə  də sosiologiyanın inkişafının müəyyən mərhələsində, ümumi sosioloji 
nəzəriyyə  işləyib hazırlamaq zərurəti yarandıqda bütövlükdə  cəmiyyəti, ictimai münasibətlərin bütün sistemini 
xarakterizə etmək üçün «sosial» anlayışı elmi dövriyyəyə daxil edilmiş, «sosial» anlayışı tədricən müstəqil məna 
kəsb etmişdir. 
Sosial münasibətlər şəxsiyyətin cəmiyyətlə qarşılıqlı fəaliyyətinin (sosial qruplar, təşkilatlar, təsisatlar və s. 
vasitəsilə) səciyyələndirir, istər iqtisadi, istər siyasi, istərsə 
[15 - 16]
 də mənəvi münasibətlərin mahiyyətini, mühüm 
aspektini təşkil edir. İctimai münasibətlərin hər hansı sistemi həmişə aydın ifadə olunmuş sosial aspektə malikdir. 
Deməli, sosial ictimai münasibətlərin xüsusi aspektini səciyyələndirməklə qalmır, onların bütün növlərinə nüfuz 
edir. 
Sosialın spesifikasını hansı əsas cəhətlər səciyyələndirir? 
- Fərdlərin müxtəlif qrupları üçün ümumi xassə olmaq; belə xassə ictimai münasibətlərin bu və ya digər 
xassələrinin inteqrasiyası nəticəsidir. 
- Fərdlərin qarşılıqlı  vəziyyətinin ifadəsi olmaq; bu, o deməkdir ki, fərdlər və onların qrupları arasında 
münasibətlərin məzmunu və xarakteri onların ictimai strukturlarda tutduqları yerdən və yerinə yetirdikləri roldan 
asılıdır. 
- Fərdlərin və onların müxtəlif qruplarının münasibətlərində  təzahür etmək; bu münasibətlər çoxaspektli 
olub, həm onların bir-birinə, həm cəmiyyətdə öz vəziyyətinə, həm də ictimai həyatın hadisə  və proseslərinə 
münasibətini əks etdirir. 
- Fərdlərin birgə  fəaliyyətinin nəticəsi olmaq; bu nəticə  fərdlərin ünsiyyətdə  və qarşılıqlı  fəaliyyətində 
təzahür edir. Qarşılıqlı fəaliyyət prosesi fərdlərin bir-birinə təsir göstərməsinə şərait yaradır, ictimai münasibətlərin 
müxtəlif xassələrinin inteqrasiya olunmasına kömək edir. 
Sosial münasibətlərin təkmilləşdirilməsi azadlıq, bərabərlik,  ədalət anlayışlarının daha real məzmun kəsb 
etməsi üçün zəruri şərtdir. 
 
3. Nəzəri və tətbiqi sosiologiya 
 
Sosiologiya bir elm kimi müxtəlif xarakterli vəzifələri yerinə yetirir. Bu vəzifələrin xarakteri nəzəri və 
tətbiqi sosiologiyanı  fərqləndirməyə  əsas verir. Belə  fərqləndirmə  şərti xarakter daşıyır, çünki nəzəri sosiologiya 
praktik vəzifələrin, tətbiqi sosiologiya isə nəzəri, elmi vəzifələrin həllindən kənarda 
[16 a 17]
 qalmır. 
Nəzəri sosiologiya sosial proseslərin qanunauyğunluqlarını  aşkara çıxarır. Nəzəri tədqiqatlar həmin 
qanunları daha adekvat əks etdirdikdə qiymətlidir. Nəzəri sosiologiya sosial gerçəklik barəsində biliklərin 
formalaşması, sosial inkişaf proseslərinin izahı  və  dərk olunması, sosioloji tədqiqatların metodologiyası  və 
metodlarının işlənib hazırlanması ilə bağlı olan elmi problemləri həll edir. İşlənib hazırlanan nəzəriyyələr, 
konsepsiyalar iki başlıca suala cavab verməlidir: nə dərk olunur və necə dərk olunur? 
Tətbiqi sosiologiya konkret şəraitdə mütərəqqi sosial dəyişmələrin həyata keçirilməsinə istiqamətlənmiş, 
elmi cəhətdən kifayət qədər  əsaslandırılmış proqnozlar, tövsiyələr işləyib hazırlayır. Başqa sözlə, tətbiqi 
sosiologiya elə problemləri öyrənir ki, onlar sosial gerçəkliyin yenidən qurulması ilə, sosial proseslərə 
məqsədyönlü təsir göstərməyin yollarını, vasitələrini araşdırmaqla bağlıdır. Tətbiqi sosiologiya cəmiyyətin qarşıya 
qoyduğu praktik vəzifələrin həlli üçün vasitələr axtarmalı, nəzəri sosiologiyanın üzə  çıxardığı qanunlardan 
maksimum səmərəli istifadə etmək yollarını müəyyənləşdirməlidir. Bu sosiologiya əslində insan fəaliyyətinin 
praktik sahələrini bilavasitə öyrənir və «nə üçün?» sualına cavab verir: sosial inkişaf üçün, sosial münasibətlərin və 
sosial idarəetmənin təkmilləşdirilməsi üçün, şəxsiyyətin ahəngdar inkişafı, onun qabiliyyətlərinin daha tam 
reallaşdırılması üçün və s. 
Tətbiqi sosiologiya real sosial effekt əldə etməyə istiqamətlənmişdir. ABŞ-da tətbiqi sosiologiyanı həm də 
«problem baxımından istiqamətlənmiş elm», «müştəriyə istiqamətlənmiş tətbiqi sosial elm» adlandırırlar. 
Tətbiqi sosiologiyanın tarixi kökləri Aleksis de Tokvillin (1805-1859), Emil Dürkheymin (1858-1917), 
Albion Budberi Smollun (1854-1926) əsərlərinə gedib çıxır. Hazırda tətbiqi sosioloqların sayı durmadan artır. 
Onlar həm universitetlərdə  və kolleclərdə, həm də xüsusi biznes  sahəsində, dövlət 
[17 - 18]
  və hökumət 
orqanlarında, müxtəlif təşkilatlarda çalışırlar. Adətən hansı metodlara üstünlük verməsindən asılı olaraq tətbiqi 
sosiologiyada iki başlıca istiqamət ayırd edilir: sosial mühəndislik və klinik sosiologiya. Mühəndis-sosioloq çox 
zaman kiçik miqyaslı sorğular, çöl eksperimentləri aparır, kiçik birliklərin (məsələn, istehsal briqadalarının) sosial 
cəhətdən yenidən qurulması layihələrini işləyib hazırlayır, planlaşdırma ilə, dizaynla məşğul olur. Klinik 


11 
 
sosiologiya sahəsində çalışan mütəxəssis isə diaqnoz qoymalı, alternativ təklif etməli, «terapevtik» tədbirlər 
hazırlamalı  və bunları reallaşdırmaq üçün məsləhətlər verməlidir. Bir qayda olaraq hər iki qəbildən olan 
mütəxəssislər sıx əlaqə saxlayır, öz səylərini birləşdirməyə çalışırlar. 
Çox zaman elmi ədəbiyyatda «fundamental» sözünü «nəzəri» sözünün sinonimi kimi işlədirlər. Lakin bu 
sözlərdə tam uyğunluq olduğunu söyləmək doğru deyildir. «Nəzəri» sözü elmi biliyin empirik səviyyəsindən fərqli 
səviyyəsini, eyni zamanda praktik, tətbiqi istiqamətdən fərqli istiqaməti - fundamental istiqaməti ifadə edir. Nəzəri 
biliyin praktik istiqaməti, səpkisi mövcuddur. Sosioloji bilik həm elmi-nəzəri, həm də praktik vəzifələrin həllinə bu 
və ya başqa dərəcədə kömək edir. Deməli, məsələyə ciddi yanaşılsa, qeyd edilməlidir ki, sosioloji biliyin üstün 
istiqamətlənməsindən söhbət gedə bilər. Bu bilik ya elmi, fundamental, ya da tətbiqi, praktik xarakter daşıyır; 
birinci halda həmin bilik nəzəri sosiologiya, ikinci halda tətbiqi sosiologiya sahəsinə aiddir. 
Elmi  ədəbiyyatda «empirik» sözünün «tətbiqi», «praktik» sözləri ilə eyniləşdirilməsinə  təsadüf olunur. 
Əslində empirik sosioloji tədqiqatlar həm nəzəri-elmi problemlərin, həm də  tətbiqi, praktik məsələlərin həllinə 
istiqamətlənə bilər. Belə  tədqiqatlar həm nəzəri, həm də  tətbiqi sosiologiya çərçivəsində aparıla bilər. Nəticə 
etibarilə deməliyik ki, «nəzəri» və «empirik» sözləri sosioloji biliyin spesifıkasını  və abstraksiyanın səviyyəsini, 
«fundamental» və «tətbiqi» sözləri isə həmin biliyin istiqamətini, səpkisini, məqsədli yönəlişini ifadə edir. Deməli, 
nəzəri bilik (o cümlədən nəzəri sosiologiya) fundamental biliklə, tətbiqi bilik (o cümlədən tətbiqi sosiologiya) 
empirik biliklə eynimənalı deyildir. Nəzəri sosiologiyanın praktik, tətbiqi istiqaməti ola bildiyi kimi, tətbiqi 
sosiologiyanın da müəyyən səviyyəsindən bəhs etmək mümkündür. 
Nəzəri və  tətbiqi sosiologiyanın qarşılıqlı  əlaqəsi çox-cəhətlidir. Nəzəri tədqiqatlar toplanılmış  zəngin 
informasiyanı  təhlil edir, ümumiləşdirmələr aparır, bütövlükdə  cəmiyyət üçün, ictimai tərəqqi üçün faydalı 
tövsiyələr işləyib hazırlayır. Həm ümumsosioloji nəzəriyyə  çərçivəsində, həm də ayrı-ayrı sahələr (məsələn, 
əməyin sosiologiyası, mədəniyyətin sosiologiyası, siyasətin sosiologiyası, hüququn sosiologiyası və s.) miqyasında 
müxtəlif nəzəriyyələrin, konsepsiyaların sərbəst inkişafı, rəqabəti qanunauyğun haldır. Lakin bütün hallarda o 
nəzəriyyə, o konsepsiya daha güclü inkişaf edə bilir ki, ictimai praktikanın reallıqlarını düzgün nəzərə alır, həmişə 
faktlara istinad edir. Öz növbəsində konkret sosioloji tədqiqatlar nəticəsində toplanan faktlar, məlumatlar elmi 
nəzəriyyə mövqeyindən şərh olunduqda mötəbər məna kəsb edir. Sosial təfəkkürün formalaşması və inkişafı həm 
nəzəri, həm də tətbiqi xarakterli tədqiqatlara möhtacdır. 
Cəmiyyətin keyfiyyətcə yeniləşməsi proseslərini maksimum optimallaşdırmaq üçün sosioloji biliyin 
müxtəlif səviyyələrini təmsil edən alimlər öz səylərini intensivləşdirməli və daha sıx  əlaqələndirməlidirlər. 
Zənnimizcə, nəzəri və tətbiqi tədqiqatlar aşağıdakı vəzifələrin həllinə daha çox diqqət yetirməlidir: 
- ümumi sosioloji nəzəriyyənin və sosioloji bilik sahələrinin inkişafı; 
- fundamental sosioloji tədqiqatların keçirilməsi; 
- etibarlı sosial informasiya almaq metodlarının işlənib hazırlanması və təkmilləşdirilməsi; 
- sosioloji bilik sisteminin müasir tələblər səviyyəsində qurulması; 
[19 - 20]
 
- sosioloji xidmətin təşkili və müntəzəm surətdə təkmilləşdirilməsi; 
- sosiologiya elminin nailiyyətlərinin praktikada tətbiqini sürətləndirməyə imkan verən etibarlı mexanizm 
yaradılması. 
 
4. Sosiologiyanın funksiyaları 
 
Sosiologiyanın funksiyaları müxtəlif müəlliflər tərəfindən az-çox fərqli  şəkildə izah olunsa da, ümumi 
mövqelər üstünlük təşkil edir. Bu funksiyalar sosiologiyanın cəmiyyət həyatı ilə əlaqələrinin rəngarəngliyini daha 
aydın nümayiş etdirir. Elmi ədəbiyyatda adətən sosiologiyanın aşağıdakı üç funksiyasından bəhs edirlər: 
1.  İdrak funksiyası; 2. Praktik funksiya; 3. İdeoloji funksiya. Bizcə, sosiologiyanın metodoloji və 
proqnozlaşdırma funksiyalarından da bəhs etmək üçün kifayət qədər əsas vardır. 
1.  İdrak funksiyası.  Hər bir elm kimi sosiologiya da öz predmeti dairəsində insanların fəaliyyəti üçün 
zəngin idrak imkanları açır, sosial inkişafın qanunauyğunluqlarını, müxtəlif sosial hadisələrin dəyişilməsi 
meyllərini başa düşməkdə onlara kömək edir. Sosiologiya sosial inkişaf proseslərinin mənbələrini və 
mexanizmlərini aşkara çıxarmaqla bütövlükdə  cəmiyyətin, habelə onun ayrı-ayrı sahələrinin, tərəflərinin gələcək 
dəyişmə  və  təkamül perspektivlərini dərk etmək üçün ilkin şərtlər yaradır. Sosioloji biliyin müxtəlif səviyyələri 
bunu müəyyən etməyə çalışır ki, insanların sosial fəaliyyətində  cəmiyyətin, müxtəlif sosial qrupların inkişaf 
tələbatları necə ifadə olunur, hansı konkret formalar məlum  şəraitdə  şəxsiyyətin, qrupun və  cəmiyyətin 
mənafelərinin maksimum uyğunluğunu təmin etməyə imkan verir. Sosioloji nəzəriyyələr və konsepsiyalar səylə 
müasir dövrün aktual problemlərinə cavablar axtarır, heç bir xülyaya qapılmadan dünyanın 
[20 - 21]
 sosial 
yeniləşməsinə kömək edə biləcək real yolları müəyyənləşdirməyə çalışır. 
Sosioloji nəzəriyyələrlə  sıx  əlaqədə getdikcə  təkmilləşən konkret sosioloji tədqiqatlar fərdlər, qruplar, 
birliklər və s. haqqında onların tələbatları, mənafeləri, sərvət yönümləri, davranış motivləri haqqında ilk 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə