F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə4/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   71


 
Sonralar geniş  şöhrət qazanmış sosioloji cərəyanların - simvolik interaksionizmin (C. H. Midin əsərlərində), 
fenomenoloji sosiologiyanın (A. 
Şyutsun  əsərlərində), Frankfurt məktəbinin «tənqidi» sosiologiyasının 
(M. Horkhaymerin və T. Adornonun əsərlərində) formalaşması da bu dövrə  təsadüf edir. Bu dövrdə irəli sürülən 
bəzi ideyalar bir çox onilliklər ərzində irəlicədən sosioloji fikrin inkişafının bünövrəsini təşkil etmişdir. 
Əsrimizin 50-ci illərindən etibarən sosiologiyada sabitləşmə  səylərini möhkəmləndirmək, rasionallıq və 
inkişaf ideyalarını daha dərindən işləmək meylləri üstünlük təşkil edir. Bu meyllər indi də geniş və qızğın mübahisə 
obyekti olaraq qalır. 
Hazırda sosiologiyanın müstəqil elm kimi mövcudluq 
[9 - 10]
 hüququ, onun sosial və intellektual inkişafda 
rolu, demək olar ki, heç kəsdə etiraz doğurmur. Bütün qabaqcıl və inkişaf etmiş dövlətlər cəmiyyətin sosial-iqtisadi 
və mənəvi - əxlaqi baxımdan sağlamlaşmasında sosiologiyanın əhəmiyyətini dərk edərək, onun inkişafı üçün daha 
optimal şərait olmasına qayğı göstərirlər. 
Müstəqilliyin çətin, əzablı, lakin zəruri yolu ilə irəliləyən respublikamızda sosiologiyanın inkişafı müəyyən 
çətinliklərlə üzləşir. Erməni təcavüzü nəticəsində respublika ərazisinin xeyli hissəsinin işğalı  və dağıntıya məruz 
qalması, qaçqınlar və məcburi köçkünlər problemi, iqtisadi, sosial, mənəvi potensialın xeyli zəifləməsi, sosiologiya 
sahəsində ixtisaslı kadrların azlığı, keçmiş SSRİ-də sosiologiyanın təsisatlaşdırılmasına və öz qanuni yerini 
tutmasına lazımınca diqqət yetirilməməsi, sosioloji tədqiqatla və xidmətlə məşğul olan laboratoriyaların, şöbələrin 
maliyyə çətinlikləri ilə üzləşməsi və s. obyektiv surətdə vəziyyəti mürəkkəbləşdirir və gərginləşdirir. Lakin nəzərə 
almaq lazımdır ki, son illərdə respublikamızda ümidverici addımlar da atılmışdır. Artıq sosiologiya ixtisası üzrə 
kadrlar hazırlığına başlanılmış, ali məktəblərdə və kolleclərdə sosiologiyanın tədrisinə diqqət gücləndirilmiş, onun 
təsisatlandırılması işi xeyli təkmüləşdirilmişdir. Əlbəttə, problemlər qalır. Lakin bu problemlərin həlli təkcə dövlət 
qayğısından yox, həm də bu sahədə çalışan mütəxəssislərin ictimai tələbatı  dərk etməsindən, öz bilik və ixtisas 
səviyyəsini yüksəltməsindən, respublikanın müstəqilliyinin möhkəmlənməsinə konkret töhfəsindən asılıdır. 
Bu bir həqiqətdir ki, tarixi-elmi baxımdan hər bir elm nəinki nəzəri müddəaların az-çox nizama salınmış 
sistemidir, həm də müəyyən predmeti öyrənən və onunla peşəkar surətdə məşğul olan adamların daxil olduğu sosial 
sistemdir. Bu mənada sosiologiya da bir elm kimi konkret tarixi təsissatdır, onun meydana gəlməsi, inkişafı, 
yüksəlmə və enmə momentləri diqqətlə öyrənilməlidir. 
Bir sıra elmlərlə müqayisədə sosiologiyanın daha əhatəli 
[10 - 11]
 və dərin yol keçməli olacağı indi açıqca 
etiraf olunur. Bu baxımdan Amerika sosiologiyasının görkəmli nümayəndələrindən biri olan Robert Kinq Mertonun 
sözləri xarakterikdir: «İyirminci  əsrin fizikası ilə sosiologiyası arasında milyard saatlıq fasiləsiz nizamlı  və 
təmərküzləşmiş tədqiqatçılıq işinə bərabər olan fərq mövcuddur. Ola bilsin ki, sosiologiya öz Eynşteyni üçün hələ 
ona görə yetişməmişdir ki, o, əvvəlcə öz Keplerini tapmalıdır». 
 
2. Sosiologiyanın predmeti 
 
Sosiologiya termini iki sözün birləşməsindən ibarətdir: latın sözü «sosietas» (cəmiyyət) və yunan sözü 
«loqos» (söz, təlim). Hərfi mənada sosiologiya cəmiyyət haqqında elm deməkdir. 
Aydın məsələdir ki, bəşəriyyət öz tarixi ərzində  həmişə  cəmiyyəti dərk etməyə, ona öz münasibətini 
bildirməyə  səy göstərmişdir. Bunu xatırlamaq kifayətdir ki, keçmişin bütün mütəfəkkirləri öz fəlsəfi sistemləri 
çərçivəsində həm də öz ictimai baxışlarını ifadə etmişlər. İqtisadi, hüquqi, pedaqoji fikir müvafiq xüsusi elmlərdən 
- siyasi iqtisaddan, hüquqşünaslıqdan, pedaqogikadan qədim olduğu kimi, sosial fikir də bir elm kimi 
sosiologiyadan daha qədimdir. Sosial məsələlər haqqında mühakimlər, ictimai hadisə  və proseslərin 
qiymətləndirilməsi müxtəlif formalarda, müxtəlif janrlarda öz əksini tapmışdır. Bəşəriyyətin  ən ümumi sosial 
ideyalar işləyib hazırlaması uzunmüddətli mürəkkəb və ziddiyyətli prosesdir. Zehni əmək bölgüsü elə bir yol 
keçməli idi ki, sosial təfəkkürün özünün spesifik formalarında təzahür də bilsin. Bu baxımdan sosioloji fikir tarixi 
sosial fikrin, sosial ideyaların xüsusi tərkib hissəsidir. 
Sosiologiyanın müəyyən ilkin şərtlərin mövcud olduğu XIX əsrdə meydana gəldiyi vaxtdan onun predmeti 
eynimənalı başa düşülməmişdir. Məsələn, O. Kont belə hesab edirdi ki, 
[11 - 12] 
sosiologiya insan zəkasının və 
psixikasının ictimai həyatın təsiri ilə necə  təkmilləşdiyini öyrənən yeganə elmdir. Sosiologiya ictimai həyat 
faktlarını, proseslərini müşahidə etmək, təsvir etmək və sistemləşdirmək vəzifələrini yerinə yetirməlidir. 
H. Spenserə (1820-1903) görə, sosiologiya elə  ən ümumi elmdir ki, özündə  həm tarixi inkişafın ümumi 
nəzəriyyəsini, həm antropologiyanı, həm də etnoqrafiyanı birləşdirir. Alman iqtisadçısı və sosioloqu Albert Şeffle 
(1831-1903) bildirirdi ki, sosiologiyanın predmetini insanlar arasındakı qarşılıqlı  mənəvi münasibətlər, habelə 
ünsiyyətin ideal və texniki üsulları, formaları təşkil edir. Görkəmli hüquqşünas və sosioloq L. Qumploviçin (1838-
1909) fikrincə, sosiologiya bütün sosial elmlərin fəlsəfi əsasıdır. 
XIX  əsrin sonlarına qədər Kontun nöqteyi-nəzəri, yəni sosiologiyanın cəmiyyətşünaslıqla eyni olan elm 
kimi nəzərdən keçirilməsi elmi ədəbiyyatda üstünlük təşkil etmişdir. XIX əsrin sonu - XX əsrin  əvvəllərində 
cəmiyyət məsələlərinə həsr olunmuş tədqiqatlarda sosial aspekt xüsusi olaraq ayırd edilir, onun iqtisadi, hüquqi və 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə