F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə31/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   71

53 
 
hansı qrupa aidliyini dərk etməsi hesab olunur. Bundan əlavə, qrupa qəbul olunma cəhdi fəhlə üçün rəhbərliyin 
onun əməyini tənzimləmək tədbirlərindən daha qiymətlidir. E. Meyonun fikrincə, nəzarətedici və tənzimləyici hissə 
kiçik əlaqələndirici qrup olur. 
Kiçik qrupların öyrənilməsinin digər istiqamətini Y. 
Morenonun sosiometrik metodu təşkil edir. 
Sosiometriyanın məqsədi insanın əməyini və həyatını həm işdə, həm də istehsalat mühiti xaricində ona müsbət təsir 
bağışlayan insanlar arasında təşkil etməkdən ibarətdir. Bu metodun əsasında  şəxslərarası münasibətlərin 
yaxşılaşdırılması və təkmilləşdirilməsi yolu ilə qrupun səmərəli idarə olunmasını həyata keçirmək mümkündür. 
Sosioloji  ədəbiyyatda sosial qrupun bir neçə inkişaf fazası göstərilir. A. V. Petrovskinin konsepsiyasına 
uyğun olaraq qrupun inkişaf fazası  aşağıdakı meyarlarla müəyyən olunur: birincisi, qrupda şəxslərarası 
münasibətlərin vasitəli ifadə dərəcələri, birgə fəaliyyətin məzmunu ilə; ikincisi, birgə fəaliyyətin ictimai əhəmiyyəti 
ilə. 
[126 - 127] 
Bu meyarlar əsasında A. V. Petrovski kiçik qrupun aşağıdakı inkişaf fazalarını qeyd edir: 
• diffuz (qarışıq) qrup - ümumi birlik, birgə  fəaliyyətin məzmunu (məqsədi,  əhəmiyyəti və  dəyəri) ilə 
vasitəliliyi olmayan şəxsiyyətlərarası münasibətlər; 
• qrup-assosiasiya (ümumi birliyə mənsubluq gələcək birgə hərəkətlərin səmərəliliyi şəraiti kimi dərk edilir); 
• qrup-kooperasiya (şəxslərarası münasibətlərin hər kəs üçün əhəmiyyəti birgə  fəaliyyətin məzmununda 
dərk edilir); 
• qrup-kollektiv (şəxslərarası münasibətlər qrupşəkilli fəaliyyətin şəxsiyyət əhəmiyyəti və ictimai cəhətdən 
qiymətliliyi ilə dərk edilir); 
• korporasiya (bu qrupda şəxsiyyətlərarası münasibətlər qrupun üzvləri üçün xüsusi əhəmiyyətli, bəzən də 
qrup fəaliyyətinin məzmununa görə antisosial vasitə ilə ifadə olunur). 
Sosial qrupun fəaliyyətinə müxtəlif əlaqə üsulları ilə təsir göstərilməsi A. Bavelas tərəfindən öyrənilmişdir. 
O, məhdud vaxt ərzində sadə  məsələlərin həllində  «şturval»  əlaqə üsulunun yüksək effekt verdiyini göstərir. Bu 
halda qrupun üzvlərinin bir-biri ilə əlaqələri istisna edilir və onlar yalnız liderlə əlaqəyə girə bilərlər. A. Bavelas 
yaradıcı işlərin həlli üçün «çevrə» əlaqə üsulunun daha əlverişli olduğunu göstərir. Belə ki, bu şəraitdə qrupun hər 
bir üzvü qarşılıqlı surətdə məlumatları bölüşmək imkanına malik olur. Bu isə məsələnin həllinin yeni istiqamət üzrə 
aparılmasına şərait yarada bilər. 
Qrup daxilində olan əlaqələrin öyrənilməsi xüsusi əhəmiyyətə malikdir. Məlumdur ki, qrup daxilində hər bir 
üzvün müəyyən rolu vardır. Bu rol daim dəyişir və təkmilləşir. 
[127 - 128] 
 
3. Sosial qrupların dinamikası 
 
Sosial qruplar həmçinin onları canlı sosial qarşılıqlı  təsirdə  nəzərdən keçirməyə imkan verən dinamik 
xüsusiyyətlərə  də malikdir. Belə xüsusiyyətlərə qrupun ölçüsü, onun daxili strukturu (liderlər, sıravi üzvlər, 
autsayderlər), qrup daxilində rəhbərlik üslubu, qrup davranışı ilə bağlı spesifık sosial həyat fenomenləri aiddir. 
Qrupun ölçüsü artıq öz-özlüyündə qrupdaxili qarşılıqlı təsiri əsasən müəyyənləşdirir. Ən sıx və məna ifadə 
edən münasibətlər iki adamdan ibarət qruplarda (diada) - ərlə arvad, sevgililər, yaxın dostlar arasında yaranır. 
Diadada hisslər və emosiyalar, bir qayda olaraq, böyük qruplardakına nisbətən daha mühüm rol oynayır. Ancaq 
gözlənilənin  əksinə olaraq, diadadakı münasibətlər daha böyük qruplardakına nisbətən daha kövrək olması ilə 
fərqlənir və burada ümidlərin boşa çıxmasına daha çox rast gəlinir. 
Qrupa üçüncü üzvün əlavə edilməsi - triadanın yaranması sosial vəziyyəti köklü şəkildə  dəyişdirir. 
Qrupdaxili «fraksiyaların» yaranması, iki nəfərin üçüncüyə qarşı ittifaqı, boykotlar, lider və autsayderin ayrılması 
və s. kimi yeni imkanlar əldə edilir. 
Bəzi sosioloqların tədqiqatlarının nəticələrinə görə, kiçik qrupun üzvlərinin optimal sayı beş nəfər olmalıdır. 
Bu halda heç bir çıxılmaz qrupdaxili vəziyyət ola bilməz, çünki həmişə çoxluğun rəyini asanlıqla ayırd etmək 
mümkündür. Bundan başqa, belə qrupda azlıqda qalmaq heç də təcrid olunmaq demək deyildir. Belə qrup kifayət 
qədər böyükdür: orada insanlar özlərini tam «sosial» hesab edə bilərlər - rollarını  dəyişdirə, öz rəylərini sərbəst 
şəkildə izhar edə və özlərinin haqlı olduqlarına ətrafındakıları inandıra bilərlər. 
Təsəvvürünüzə  gətirin ki, voleybol komandası bombardirsiz, ordu zabitlərsiz, müəssisə direktorsuz, 
universitet rektorsuz, orkestr dirijorsuz və  gənclər qrupu başçısızdır. Ümumi rəhbərlik olmadan insanlar öz 
fəaliyyətlərini əlaqələndirməkdə 
[128 - 129] 
çətinlik çəkirlər. Deməli, qrup mühitində bəzi üzvlər, bir qayda olaraq, 
digərlərinə nisbətən daha çox təsir qüvvəsinə malik olurlar. Biz belə  fərdləri  liderlər  adlandırırıq. Kiçik qruplar 
lidersiz keçinə bilirlər, lakin iriölçülü qruplarda rəhbərliyin olmaması xaosa (qarmaqarışıqlığa) gətirib çıxarır. 
Kiçik qruplara, bir qayda olaraq, iki lider tipi xasdır. Birinci tip - «mütəxəssis-sosioloqdur». O, cari 
məsələləri qiymətləndirmək və onları yerinə yetirmək üzrə  fəaliyyətin təşkili ilə  məşğul olur. İkinci tip - 
«mütəxəssis-psixoloqdur». O, insanlar arasında yaranan problemlərin öhdəsindən yaxşı  gəlir, onlar arasındakı 


54 
 
gərginliyi aradan qaldırır, qrupda həmrəylik ruhunun yüksəlməsinə kömək edir. Rəhbərliyin birinci tipi qrup 
məqsədlərinə çatmağa yönəlmiş instrumental rəhbərlikdir; ikinci tip isə qrupda harmoniya və  həmrəylik ab-
havasının yaranmasına yönəlmiş ekspressiv rəhbərlikdir. Bəzi hallarda eyni bir insan öz üzərinə bu rolların hər 
ikisini götürür, amma adətən bu rolların hər biri ayrı-ayrı  rəhbərlər tərəfindən yerinə yetirilir. Rollardan heç biri 
digərindən daha vacib hesab edilə bilməz, hər bir rolun nisbi əhəmiyyətini konkret vəziyyət diktə edir. 
Liderlər insanlara təsir etmək üçün müxtəlif üslublardan istifadə edirlər. K. Levin rəhbərlik üslublarının 
klassik tədqiqatını aparmışdır. Bu tədqiqat zamanı 11 yaşlı  oğlanlardan ibarət qruplarla işləyən yaşlı  rəhbərlər 
rəhbərliyin üç üslubundan birindən istifadə etmişdilər. 
Avtoritar üslubda rəhbər qrupun fəaliyyətinin əsas istiqamətini müəyyən edir və hər mərhələ üzrə təlimat 
verirdi, buna görə  də  oğlanlar gələcək tapşırıqlar barədə aydın təsəvvürə malik idilər. Rəhbər həmçinin iş üçün 
tərəfdaşları təyin edir, müsbət və tənqidi qiymət verir və qrupun fəaliyyətində iştirakdan kənarda qalırdı. 
Bunun  əksinə olaraq, demokratik üslııbda  rəhbər oğlanlara qərarların qəbul olunmasında iştirak etməyə 
icazə verir, işin yalnız ümumi məqsədlərini ümumi şəkildə təsvir edir, bu məqsədlərə çatmağın variantlarını təklif 
edir, qrupun 
[129 - 130] 
üzvlərinə istədikləri kəslərlə  işləməyə icazə verir, oğlanların nailiyyətlərini obyektiv 
şəkildə qiymətləndirir və özü qrupun fəaliyyətində iştirak edirdi. 
Nəhayət, neytrallıq üslubu rəhbərin passiv mövqeyini nəzərdə tuturdu: o, materiallar, məsləhətlər verir və 
yalnız qrupun üzvlərinin xahişi ilə onlara köməklik edir, işin nəticələrinə qiymət verməkdən imtina edirdi. 
Tədqiqatçılar müəyyən etmişlər ki, rəhbərliyin avtoritar üslubu qrup üzvlərinin tam gücdən düşməsinə 
gətirir və onlarda rəhbərə qarşı düşmənçilik hissləri yaradırdı. Məhsuldarlıq yalnız rəhbərin iştirak etdiyi zaman 
yüksək olaraq qalırdı, amma o, gedən kimi məhsuldarlıq da əhəmiyyətli dərəcədə azalırdı. Demokratik rəhbərlik 
üslubunda qrupun üzvləri dərin razılıq hissi keçirirdilər, qrupun tapşırıqlarına daha çox yönəlmişdilər və daha 
mehriban idilər, müstəqillik (xüsusilə də rəhbər olmayanda) və şəxslərarası aqressivliyin aşağı səviyyəsini nümayiş 
etdirirdilər.  İşə qarışmamaq üslubu aşağı  məhsuldarlığa və  şəxslərarası aqressivliyin yüksək səviyyəsinə  gətirib 
çıxarmışdı. 
Lakin qeyd etmək lazımdır ki, eksperiment demokratik əsaslarla tərbiyə almış yeniyetmələrlə keçirilmişdi. 
Başqa  şəraitdə  və başqa mədəni mühitdə avtoritar rəhbərlik üslubu daha üstün ola bilər.  İnkişaf etməkdə olan 
ölkələrdə avtoritar liderlərin faizi belə  fərz etməyə imkan verir ki, yüksək gərginlik  şəraitində ölkənin  əhalisi 
direktiv idarəçiliyə üstünlük verə bilər. Lakin belə bir izahat da ağlabatandır ki, qeyd olunan şəraitdə avtoritar 
hökmdarlar üçün hakimiyyəti ələ keçirmək və onu əldə saxlamaq daha asan olur. 
Sosioloji ədəbiyyatda liderliyin üç funksiyası göstərilir: 1) təşkilatçılıq; 2) informasiya; 3) sosiallaşma. 
Birinci funksiya nəzərdə tutur ki, lider qrupun məqsədini müəyyən edir, qərar qəbulunu, aktual və 
perspektiv məqsədlərin yerinə yetirilməsi yollarını, üsul və vasitələrin planlaşdırılmasını təşkil edir, onların birgə 
səylərini əlaqələndirir və s. 
[130 - 131]
 
Qrup fəaliyyətinin səmərəli olması naminə  zərurı informasiyanın toplanılması, işlənilməsi, onların qrup 
üzvlərinə vaxtında çatdırılması informasiya funksiyasının əsas cəhətini təşkil edir. 
Sosiallaşma funksiyası isə liderin müəyyən keyfiyyətləri formalaşdırmaq və tərbiyə etmək məqsədilə qrup 
üzvlərinə göstərdiyi təsirləri əks etdirir. 
Qədim atalar sözünə görə, «əl çox olanda iş daha rahat gedir». Lakin aydın olur ki, bu atalar sözü gerçəkliyə 
uyğun gəlmir. Məsələn, gözləmək olardı ki, üç adam kanatı tək adama nisbətən üç dəfə çox intensivliklə, səkkiz 
adam isə səkkiz dəfə çox güclə dartacaq. Əslində isə tamamilə tərsinə alınır. Tədqiqatlar göstərir ki, əgər ipi dartan 
bir adamın sərf etdiyi qüvvə 4 kq-a bərabərdirsə, üç nəfərdən ibarət qrupda hər bir adamın sərf etdiyi qüvvə 3,6 kq, 
səkkiz nəfərdən ibarət qrupda isə 1,9 kq təşkil edir. Bunun səbəblərindən biri kimi qüvvələrin düzgün 
əlaqələndirilməməsini göstərmək olar. Lakin eksperimentin iştirakçılarının gözlərini bağlayıb, onları inandıranda 
ki, onlar kanatı  təkbaşına yox, bir qrup adamla birgə dartırlar, onda onlar da özlərinə  həddindən artıq zəhmət 
vermirdilər. Aydındır ki, insanlar qrupda işləyərkən özlərini müstəqil işdəkinə nisbətən daha az gücə salırlar - bu 
fenomen «sosial laqeydlik» adlanır. 
Buradan belə bir nəticə  çıxarmaq lazım deyil ki, kollektiv fəaliyyətə son qoymaq lazımdır. Qruplar 
cəmiyyətin həyatında birinci dərəcəli rol oynayırlar və bir adamın görməyə qadir olmadığı  hər hansı  işi yerinə 
yetirməyə qadirdirlər. Məsələn, anonim alkoqoliklər, narkomanlar, tək valideynlər və arıqlamaq istəyənlərin 
qrupları, eləcə də «özün-özünə kömək et» prinsipi ilə fəaliyyət göstərən digər qrupların işi göstərir ki, qruplar hansı 
təsir imkanlarına və hansı uğurları qazanmağa qadirdir. 
Sosial laqeydlik effekti belə fərz etməyə imkan verir ki, qrupun ölçüsü ilə fərdlərin motivasiyası arasında 
tərs asılılıq mövcuddur. Bununla sıx bağlı olan fenomen sosial dilemma 
[131 - 132] 
kimi müəyyən olunmuşdur. Bu 
elə situasiyadır ki, burada qrupun üzvləri öz şəxsi maraqlarının maksimal ödənilməsi ilə kollektiv uğurun 
maksimum artırılması arasındakı ziddiyyətlə rastlaşırlar. 
Gəlin görək ki, düşmənlə döyüşün həlledici mərhələsindən qabaq səngərə düşmüş əsgərin hansı seçimi var. 
Hər bir əsgər fıkirləşə bilər ki, sağ qalmaq üçün səngərdə qalmaq daha ağlabatan seçimdir. Lakin bütün əsgərlər 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə