F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə32/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   71

55 
 
belə bir qərar qəbul etsələr, onda döyüş, heç şübhəsiz, uduzulacaq və hamı  məhvə  məhkum olacaqdır. Bir çox 
sosial dilemmalarda belə bir ehtimal mövcuddur ki, qrupun hər hansı bir üzvü ümumi işin xeyrinə  hərəkət edə 
biləcək və bu zaman başqasının şəxsi töhfəsinə ehtiyac qalmayacaqdır. 
Bəs hansı sosial mexanizmlər fərdləri eqoizm mülahizələrini rəhbər tutmamağa, kollektivizm ruhunda 
hərəkət etməyə  təhrik edə bilər? Hər  şeydən  əvvəl, bu, fərdin ümümi rifahına xələl gətirən hərəkətləri 
məhdudlaşdıran sosial nəzarət mexanizmləridir. Çox vaxt bu funksiyanı müxtəlif resurslara nəzarəti tənzimləyən 
dövlət öz üzərinə götürür. Qrup normaları çox vaxt həmin məqsədə qeyri-formal sanksiyalar vasitəsilə çatır. Lakin 
insanları birgə hərəkət etməyə və cəmiyyətə uyğun davranış modellərini seçməyə həvəsləndirən digər vasitələr də 
mövcuddur. Bu mexanizmlərin arasında elələri var ki, onlar qrup sərhədlərini qeyd edir və çox güclü qrup 
eyniləşdirilməsinin inkişafına kömək edir. Hətta daha çox, əgər fərdlər hiss edirlərsə ki, onların digər insanlarla 
əməkdaşlığı mükafatlandırılır (məsələn, gəlirlərdə  və digər nemətlərdə  bərabər iştirak  şəklində), bu halda onlar 
eqoist, fərdiyyətçi davranışa daha az meylli olurlar. 
Daha bir strategiya - qrup təfəkkürüdür, lakin onun dağıdıcı nəticələri haqqında biz indi söhbət açacağıq. 
1961-ci ildə Kennedinin administrasiyası Kubaya uğursuz müdaxilə etdi. Kubanın ərazisinə müdaxilə üçün 
ABŞ-ın Mərkəzi Kəşfiyyat  İdarəsində xüsusi hazırlıq keçmiş Kuba mənşəli 1400 nəfərdən artıq muzdlunun çox 
hissəsi öldürüldü 
[132 - 133]
 və ya Kastronun qoşunları tərəfindən əsir götürüldü. Bu uğursuzluq nəinki Kastronun 
mövqelərini gücləndirdi, həm də Kubanın SSRİ ilə ittifaqını möhkəmləndirdi. Bunun nəticəsində Sovet hökuməti 
Kubada nüvə başlıqlı raketləri yerləşdirməyə  cəhd etdi. Sonralar prezident Kennedi özünə belə bir sual verməli 
oldu: «Biz belə ağılsızlığa necə yol verdik?». Prezident və onun müşavirləri nəinki Kastronun ordusunun gücünü 
düzgün qiymətləndirməmiş, hətta bir çox hallarda lazımi məlumatları da ala bilməmişdilər. 
Görkəmli tədqiqatçı Ervin Yanis belə bir fərziyyə irəli sürür ki, prezident və onun müşavirləri  qrup 
təfəkkürünün çox sıx əlaqəli qruplarda qərarın qəbul edilməsi prosesinin qurbanı olmuşlar. 19-20 yanvar 1990-cı 
ildə Azərbaycan xalqı da belə bir yanlış və cinayətkar qrup təfəkkürünün qurbanı olmuşdur. Belə ki, həmin dövrdə 
SSRİ-nin prezidenti olmuş Qorbaçovun göstərişi ilə Sovet Ordusu Bakıya hücum etmiş, qanlı qırğın törətmişdir. 
Nəticədə 131 nəfər öldürülmüş, 747 nəfər yaralanmış, 400 nəfər isə  həbs edilmişdir. Belə qrupların üzvlərini 
konsensusun saxlanması məsələsi o qədər narahat edir ki, bu, onların tənqidi qabiliyyətlərinə mənfı təsir göstərir. 
Qrup təfəkkürü halında qrupun üzvləri belə bir illüziyanın təsiri altında olurlar ki, onlar qərarları könüllü surətdə 
qəbul edirlər; bu isə hipertrofik əminliyə  və riskə getmək üçün daha böyük hazırlığa gətirib çıxarır. Qrup 
təfəkkürünün qurbanları öz əməllərinin düzgün olmasına qeyd-şərtsiz olaraq inanırlar - bizim misalımızda bu, 
Sovet dövlətinin yuxarı dairələrinin bütün bəlaların səbəbi hesab etdikləri kommunist rejiminin saxlanılması 
zərurəti ilə bağlıdır. Qrupun üzvləri həmrəyliyin olmasını  tələb edir və  təklif olunan fəaliyyət planına  şübhə ilə 
yanaşan fərdlərə təzyiq göstərirlər; onlar öz şübhələrini boğur və özlərinə qarşı senzor rolunu oynayırlar. Doğrudan 
da, sonradan məlum oldu ki, Sov. İKP MK Siyasi Bürosunun bəzi üzvləri Bakıya müdaxilə planları ilə bağlı 
tamamilə əks fıkirdə olduğuna baxmayaraq, onlar bu planın həyata keçirilməsinə 
[133 - 134]
 mane ola bilməyiblər. 
Qrup təfəkkürü qrup mühiti üçün səciyyəvi olan və qrup üzvlərinin baxışlarına təsir edən güclü ictimai 
təzyiqin mövcudluğunu təsdiqləyir. Belə  təzyiq gündəlik davranışımıza təsir etsə  də, çox vaxt biz bunu kifayət 
qədər dərk etmirik. 
 
4. Kütlə sosial qrup kimi 
 
Kütlə  maraqların ümumiliyi ilə qapalı fiziki məkanlarda birləşmiş insanların qısamüddətli toplantısıdır. 
Kütlənin sosial strukturu çox sadədir. Əksər hallarda kütlədə lider və onlara inanan insanlar toplanır. Aydındır ki, 
kütlədə toplanan insanların  əxlaqı, davranışı, səviyyələri bir-birindən kəskin  şəkildə  fərqlənir. Kütlədə  səslənən 
istənilən fıkir tezliklə iştirakçılar tərəfindən anlaşılır. 
Kütlə  fərdlərin adi yığımından bir qədər böyükdür. Fiziki cəhətdən məhdud bir məkan insanların kütlədə 
şəxsiyyətlərarası əlaqədən qaçmağa çalışdıqları zamanda belə sosial qarşılıqlı hərəkətlə nəticələnir. 
Kütlələr xarakterinə  və davranışına görə  kəskin fərqlənirlər. Bir növ kütlə başqa növ kütləyə asanlıqla 
çevrilə bilər. Kütlələr, hər şeydən əvvəl, ümumi xüsusiyyətlərə malikdirlər. 
Təlğinetmə.  Kütlə daxilində olan adamlar, adətən, kənardakılara nisbətən daha çox təsirə  məruz qalırlar. 
Onlar böyük yəqinliklə əksəriyyətin fıkrini, hissini və hərəkətini qəbul edirlər. 
Anonimlik. Fərd özünün kütlə daxilində tanınmaz və əlçatmaz olduğunu hiss edir. Kütlə həmişə tam şəkildə 
hərəkət edir, onun ayrı-ayrı üzvləri fərqlənmirlər və özlərini xüsusi fərd kimi qəbul etmirlər. 
Öz-özünə  əmələgəlmə.  Kütləni təşkil edən adamlar adi şəraitdən fərqli olaraq daxili səbəblərdən törəyən 
davranış xüsusiyyətinə malikdirlər. Bir qayda olaraq onlar öz hərəkətləri haqqında fıkirləşmir və onların kütlədəki 
davranışı birbaşa emosiyalarla bağlıdır. 
Dözümlülük. Kütləni təşkil edən adamlar anonim olduqları üçün onlar özlərini sosial nəzarətdən kənarda 
hiss edir və belə başa düşürlər ki, onlara «əl çatmaz». 


56 
 
Formalaşmasına və davranışına görə kütləni bir neçə növə ayırmaq mümkündür. 
Təsadüfi kütlə.  Bu kütlə  məlum olmayan struktura malikdir. Belə bir kütləyə nümunə insanların adətən 
küçədə qeyri-adi hadisə baş verdikdə toplanması ola bilər (tanınmış şəxsə rast gəlinməsi, avtomobil toqquşması və 
s.). Bu növ kütlədə insanları ya əhəmiyyətsiz bir məqsəd, ya da tam mənasız «vaxt keçirmə» eyni araya gətirir. 
Fərdlər zəif emosiyaya qapılıb təsadüfi kütləyə cəlb oluna və çox asanlıqla da oradan ayrıla bilərlər. Bəzən də elə 
ola bilər ki, şəraitin dəyişməsi ilə əlaqədar kütlənin quruluşu da dəyişər və böyük vəhdət yaranar. 
Şərtləşdirilmiş kütlə əvvəldən planlaşdırılmış və müəyyən struktura malik insanlar toplusudur. Bu hal kütlə 
üzvlərinin davranışının əvvəlcədən müəyyən edilmiş sosial normaların təsiri altında olması ilə şərtlənir. Məsələn, 
tamaşaya toplanmış kütlə teatrda, stadionda, iclasda və s. özünü müxtəlif  şəkildə aparır. Bütün bunlar 
şərtləndirilmiş kütlə növləridir. 
Ekspressiv kütlə. Bu, sosial kvaziqrupdur. Adətən burada kütlənin üzvlərinin şəxsi təminatı və insanların 
fəallığı məqsəd və nəticəni bildirir. Məsələn, rəqslər, dini mərasimlər və s. 
Fəaliyyətdə olan kütlə.  «Fəaliyyətdə olan» dedikdə, kütlənin hərəkətinin tam kompleksi nəzərdə tutulur. 
Bu, hiddətlənmiş  yığıncaq və ya ekstremal növlü davranış toplusudur. Adətən hərəkətdə olan kütlənin sosial 
proseslərinin tədqiqi zamanı kütlənin bu növü daha çox fərqləndirilir, əhəmiyyətli hesab edilir. 
Fəaliyyətdə olan kütlənin çox mühüm forması  toplantılardır.  Bu toplantılar zorakı  hərəkətlərə sövq 
olunmuş emosional şəkildə  qızışdırılmış kütlədir. Toplantılarda adətən özlərinin aqressiv niyyətlərində 
məqsədyönlü olan və kütlə iştirakçılarından ciddi konformizm tələb edən məqsədyönlü 
[135 – 136]
 liderlər olur. 
Toplantıların hərəkəti bilavasitə hansısa müəyyən obyektə istiqamətlənir və qısamüddətli xarakter daşıyır. Bundan 
sonra toplantı bir qayda olaraq dağılır. Toplantılara ən çox yayılmış nümunə məhdud istiqamətdə olan «daşqalaq 
edilmiş» kütlədir. 
Linclənmiş kütləyə daxil olan insanlar adi həyatda heç də qəddar və fəal hərəkətdə olan toplantı iştirakçısını 
xatırlatmır. 
Fəaliyyətdə olan toplantının digər mühüm forması üsyankar kütlədir. Bu, dağıdıcı və zorakılığın kollektiv 
partlayışıdır. Belə kütlə toplantıdan onunla fərqlənir ki, üsyankar kütlənin davranışı nisbətən strukturludur, məqsədi 
məhduddur və nisbətən qeyri-sabitdir. Həmin kütlə müxtəlif məqsədli qruplardan ibarət ola bilər. Onların qrupları 
müxtəlif olsa da, son məqamda eyni formada olurlar. Belə kütlə növü xaricdən təsadüfi təsirlərə  məruz qalır, 
onların hərəkəti əksər hallarda gözlənilməz təxribatla yekunlaşır. 
Sosioloji tədqiqatların nəticələri göstərir ki, sözügedən tipli kütlə  əksər hallarda ictimai qaydaları pozur, 
qanunsuz hərəkətlərə yol verir. Yəqin ki, bu, ilk növbədə, onların hərəkətlərinin anonim qalacağına, bununla da 
cəzadan kənarlaşa biləcəyinə əminliklə bağlıdır. 
Kütlənin yaranma mexanizmi, fəaliyyətdə olan kütlədə insanların destruktiv davranışı həmişə tədqiqatçıları, 
sosioloqları maraqlandıran mühüm məsələlərdəndir. Fəaliyyətdə olan kütlənin davranışı ilə bağlı sistemli 
nəzəriyyənin ilkin variantını 1895-ci ildə fransız alimi Q. Lebon irəli sürmüşdür. Onun «Kütlə psixologiyası» adlı 
əsəri daha əhəmiyyətlidir. Onun fıkrincə, Avropa cəmiyyəti öz inkişafında yeni dövrə - «kütlə erasına» qədəm 
qoyur. Bu zaman şəxsiyyətdə  təcəssüm olunan zəkayauyğun tənqidi başlanğıc irrasional kütləvi  şüur tərəfındən 
əzilir. Lebon qeyd edir ki, kütlədə  hər bir adamın fikirlərinin gedişi kütlənin ümumi əhval-ruhiyyəsi ilə 
istiqamətlənir. İnsan kütlə içərisində nə qədər çox qalırsa, onda reallıq hissi də bir o qədər azalır, kütlənin təsirinə 
daha çox məruz qalır. 
[136 - 137]
 
Aydındır ki, «kollektiv cəhd» bütün insanlara eyni dərəcədə  təsir etmir. Təsiretmə qabiliyyəti cəmiyyətin 
aşağı təbəqələrindən olan və fərdi cəhətdən intellektual səviyyəsi aşağı olan insanlarda daha çox hiss edilir. 
Kütlənin tədqiq edilməsi ilə bağlı digər istiqamət Amerika sosioloqu R. Ternerin 1964-cü ildə  işləyib 
hazırladığı «törəyən» normalar nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə, kütlənin davranışı qarşılıqlı  fəaliyyət 
prosesində kütlədə spesifık normalar kompleksinin yaranması  və sürətlə inkişaf etməsindən ibarət olan sosial 
prosesdir. O, belə hesab edir ki, fəaliyyətdə olan kütlədə insanların məqsədi  əvvəl müxtəlif' olur, bəziləri fəal 
iştirakçı, digərləri passiv müşahidəçi kimi çıxış edir, başqaları isə öz fıkirlərini deməklə kifayətlənirlər. Lakin 
fərdlərin qarşılıqlı  fəaliyyəti zamanı kütlədə sürətlə yeni normalar yaranmağa başlayır. Beləliklə, kütlənin 
davranışını idarə etmək üçün bu normaların törənmə mənbəyinə, daşıyıcılarına və onları yaradanlara məqsədyönlü 
təsiretmə imkanlarını müəyyən etmək lazımdır. 
[137 - 138]
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə