F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə35/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   71

61 
 
istisna olunmur. Yeni mədəniyyətə uyğunlaşma prosesi çox mürəkkəbdir, hətta bir sıra hallarda əsəb pozğunluğu 
əmələ gətirə bilər. 
Bir çox insanlar şaquli mobilliyə meyllidirlər və valideynlərindən fərqli olaraq onlar daha yüksək sosial 
vəziyyətə nail olurlar. Məsələn, əgər fərdin valideynləri fəhlə sinfinə mənsubdurlarsa, o isə ziyalı təbəqəsinə daxil 
olmuşdursa, onda fərd ilə valideynlər müxtəlif mədəniyyət səviyyələrində çalışmalı olurlar. Fərd valideynləri ilə 
söhbətdə bir sıra hallarda ümumi mövzu tapmaqda çətinlik çəkir;  ətrafdakı hadisələrə müxtəlif nöqteyi-nəzərdən 
yanaşmaları onları bir-birindən xeyli uzaqlaşdırır. Uşaqlarının yuxarı qalxması üçün çalışmış valideynlər başa 
düşürlər ki, onlar arasında mənəvi ayrılıq yaranmışdır. 
Mobillimin deqradasiyası  fərdlər üçün daha pis nəticələr verə bilər. Bu zaman fərd öz dostlarını, yaxın 
qohumlarını itirə bilir, onun ailəsi dağıla bilir və s. 
[149 a 150]
 


62 
 
 
 
VIII FƏSİL 
 
SOSİAL-ETNİK MÜNASİBƏTLƏRİN SOSİOLOGİYASI 
 
1. Sosial-etnik münasibətlərin 
mahiyyəti və səciyyəvi cəhətləri 
 
Sosial-etnik münasibətlərin öyrənilməsi xüsusi sosioloji nəzəriyyələr sistemində mühüm yer tutur. Bu 
onunla izah edilir ki, sosial-etnik münasibətlər sosial münasibətlər sisteminin çox mühüm və  əhəmiyyəti daim 
artmaqda olan istiqamətlərindən biridir. Onun əsas məzmunu millətlər və digər etnik birliklər arasında sosial 
həyatın istehsalı və təkrar istehsalı prosesində qərarlaşan əlaqə və münasibətlərin məcmusundan ibarətdir. 
Sosial-etnik birliklər bununla səciyyələnir ki, onlarda insanların bir-biri ilə sıx əlaqədə olan iki tərəfi-sosial 
və etnik əlamətləri üzvi şəkildə birləşir. Həmin birlik formalarında sosial əlamətlər çox vacib və əhəmiyyətli yer 
tutur. Bununla yanaşı onlar həm də etnik keyfiyyətlər və xüsusiyyətlərlə səciyyələnirlər. 
Sosial göstəricilərin, yəni bütövlükdə  cəmiyyətin və onun struktur elementlərinin yetkinlik dərəcəsindən 
asılı olaraq bu və ya digər sosial-etnik birliyin fəaliyyətinin və inkişafının siyasi, iqtisadi, sosial və  mənəvi 
keyfıyyətləri müvafiq surətdə artır və ya azalır. 
İnsanların sosial-etnik münasibətlərinin müasir, mürəkkəb mərhələsi elə bir termindən istifadəni zəruri edir 
ki, bu termin onların sosial mahiyyətini inkar etmədən etnik dərkini də dolğun  əks etdirsin. Belə bir anlayış 
etnosdur. Etnos tarixən müəyyən ərazidə yaşayan, mədəniyyət (dil də daxil olmaqla) və psixoloji xarakterin 
bəzi xüsusiyyətlərinə, eləcə  də özünəməxsusluğunu və başqalarından fərqlərini dərk edən insanların sabit 
məcmusudur. 
[150 - 151]
 
Etnosun  əsas  əlamətləri - dil, xalq incəsənəti, adətlər,  ənənələr, mərasimlər, davranış normalan və 
vərdişlərdir, yəni mədəniyyətin elə komponentləridir ki, onlar nəsildən nəslə keçir və beləliklə, etnik mədəniyyəti 
formalaşdırır. İnsanların bu cür dayanıqlı birliyi onların sosial xüsusiyyətlərinin vacibliyini ifadə etməklə yanaşı, 
həmişə özünün etnik mənsubiyyətini saxlamağa çalışır. Bu, həm bütöv etnosa, həm də onun tərkib hissəsi olan 
etnik qruplara aiddir. Etnik qruplar həm kompakt, həm də müxtəlif ərazilərə yayılmış vəziyyətdə ola bilirlər. 
Sosial-etnik münasibətlərin tarixi təkamülü qəbilə, tayfa, xalq və millət kimi birlik formalarından keçərək bu 
günə gəlib çatmışdır. 
İlk qədim etnik birlik forması ibtidai icma cəmiyyətində yaranmış qəbilə hesab olunur. O, qan qohumluğuna 
əsaslanırdı. Bununla yanaşı, qəbilə daxilində birləşən insanlar mənafe ümumiliyinə, yaşayış məskəni, dil, adət və 
etiqadlar ümumiliyinə də malik olmuşlar. Öz tərkibində təxminən 30-50 nəfəri əhatə edən icma qəbiləsinin üzvləri 
əvvəllərdə ana xətti (matriarxat), sonralar isə ata xətti (patriarxat) ilə müəyyən olunurdu. 
İbtidai cəmiyyətin son dövrlərində iki və daha çox qəbilənin birləşməsi nəticəsində tayfa adlı yeni etnik 
birlik forması  təşəkkül tapdı. Qəbiləyə xas olan əsas  əlamətlər (qan qohumluğu, dil və  ərazi ümumiliyi, adət və 
etiqadlar ümumiliyi və s.) tayfada da özünü göstərmişdir. Bununla yanaşı tayfa birliyində əvvəla, sayca daha çox 
insanlar birləşirdi (bir neçə yüz nəfərdən min nəfərə qədər), sonra, tayfanın öz adı mövcud idi. Nəhayət, tayfa vahid 
mədəniyyət ünsürlərinin daha çox inkişafı ilə səciyyələnirdi. 
Qəbilə və tayfalar cəmiyyətin inkişafında öz dövrünə görə çox mühüm rol oynamışlar. Bununla belə, ictimai 
həyatda baş verən dəyişikliklər (təsərrüfat funksiyalarının mürəkkəbləşməsi, ünsiyyətin və gediş - gəlişin artması, 
ailə -nikah münasibətlərinin inkişafı və s.) prinsipcə yeni etnik 
[151 - 152]
 birliyin yaranmasını zəruri edirdi. Bu 
tarixi tələbatın nəticəsi kimi yeni tarixi birlik forması olan xalq formalaşdı. 
Sinfı münasibətlərin inkişafı ilə bağlı olaraq bu formanın yenisi ilə əvəz olunması prosesi getsə də, bir çox 
xalqlar-da nəsil - tayfa bölgüsünün qalıqları indi də saxlanılmaqdadır. Hazırda onlar Asiyada, Afrikada, Amerikada 
və Rusiyanın Şimal ərazisində mövcuddur. Qan qohumluğu, klan və tayfaçılıq əlamətləri hazırki dövrdə də özünü 
biruzə verməkdədir. Xalqda sosial xüsusiyyətlər, əlamətlər çox mühüm rol oynayır. 
Əvvəlki birlik formalarından fərqli olaraq xalq qan qohumluğuna deyil, təsərrüfat və  mədəniyyət 
əlaqələrinin ümumiliyinə əsaslanırdı. Xalqı yeni birlik forması kimi səciyyələndirən əsas cəhət budur ki, o, artıq 
sırf etnik birlik forması deyildir. O, ilk dəfə olaraq, sözün əsl mənasında sosial-etnik birlik forması mahiyyəti kəsb 
etmişdir. Xalq daha mütərəqqi birlik forması kimi iqtisadiyyatın, sosial əlaqələrin və  mədəniyyətin inkişafında 
mühüm rol oynamışdır. Lakin ictimai tərəqqi gedişində xalqın da birlik forması kimi məhdudluğu özünü 
göstərməyə başladı. Nəticədə feodalizmin dağılması  və kapitalizmin təşəkkülü dövründə insanların keyfiyyətcə 
yeni birliyi - millət yarandı. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə