F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə37/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   71

65 
 
Birincisi,  bütövlükdə  cəmiyyətin effektiv fəaliyyətini təmin etməyin zəruri  şərti kimi əhalinin bütün 
qruplarının, o cümlədən milli-etnik icmaların normal inkişafına  əlverişli  şərait yaradılması, etnik mühitdə 
münaqişəli vəziyyətlərə, böhran hallarına yol verilməməsi və onların qarşısını almaq texnologiyalarının işlənib 
hazırlanmasıdır. 
Ikincisi,  milli-etnik birliklərin və qrupların həyat tərzi ilə  həmin  ərazidə (kənddə, rayonda, vilayətdə  və 
bütün ölkədə) yaşayan milli azlıqların həyat şəraiti arasında uyğunluq yaratmağa yönələn fəaliyyətdir. 
Etnik mühitdə sosial tərəfin xüsusiyyətləri, hər  şeydən  əvvəl, sosial-etnik birliklərin ayrı-ayn qruplarının 
özünə-məxsusluğu ilə  əlaqədardır. Bu həm problemin özünün, həm də  əhalinin bu qruplarının etnik mühiti ilə 
şərtlənən məsələlərin birgə həllini nəzərdə tutur. 
Bütövlükdə etnik mühitin səmərəli təşkili işi bir - biri ilə sıx bağlı olan aşağıdakı üç səviyyədə aparıla bilər: 
1. Dövlət səviyyəsində müxtəlif sosial-etnik birliklər arasındakı münasibətlərin hüquqi tənzimlənməsi təmin 
olunmalı, millətlərarası münasibətlər sahəsində düzgün sosial siyasət formalaşdırılmalı  və  həyata keçirilməlidir. 
Etnik birliklərin inkişaf imkanlarını məhdudlaşdıra biləcək sosial ədalətsizlik halları aradan qaldırılmalıdır. 
2. Sözügedən müddəaların həyata keçirilməsi təmin edilməlidir. Xalqların milli özünəməxsusluğunun süni 
surətdə silinməsinə aparan müasir texnoloji sivilizasiyanın, urbanizasiyanın və kütləvi mədəniyyətin yayılması ilə 
bağlı proseslərin qarşısı alınmalıdır. Bununla yanaşı müxtəlif sosial-etnik birliklərin nümayəndələri, yerli və gəlmə 
sakinlər arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin formalaşmasına səy göstərilməlidir. 
[158 - 159] 
3. Yerlərdə sosial-etnik birliklərin nümayəndələrinin yaşadığı şəraitə uyğunlaşması, onların məskunlaşması, 
təhsili, tibbi xidmətin təşkili ilə bağlı konkret vəzifələr həll edilməlidir. Sonra, hər bir etnosun nümayəndələrinə öz 
milli adət və ənənələrini, psixologiyasını və mədəniyyətinin etnik komponentlərini qoruyub saxlamaqda köməklik 
göstərilməlidir. Xalqların öz ərazisində yerləşən və onların həyati tələbatını ödəyən təbii ehtiyatlardan müstəqil 
istifadə etməsinə  şərait yaradılmalıdır. Bu vəzifələrin yerinə yetirilməsində bütün hakimiyyət orqanları, bütün 
sosial institutlar, o cümlədən sosial xidmət müəssisələri böyük rol oynamalıdır. 
Göründüyü kimi, milli-etnik problemlərin həllinin bütün aspektlərində başlıca rolu sosial siyasət oynayır. 
Məhz buna görə  də  cəmiyyətin siyasi təşkili sistemində sosial-etnik birliklərin həyatının bütün tərəfləri ilə, o 
cümlədən milli məsələlərlə məşğul olan orqanlar yaradılmalıdır. Bununla əlaqədar qeyd edək ki, müstəqillik əldə 
edildikdən sonra respublikamızda milli siyasət məsələləri üzrə dövlət müşaviri (1992-ci ildən bu günə  qədər) 
vəzifəsi məhz bu funksiyaların yerinə yetirilməsi məqsədilə yaradılmışdır. Bu qəbildən olan orqanların 
fəaliyyətinin effektivliyi bütövlükdə  cəmiyyətin inkişaf səviyyəsindən, ictimai proseslərin necə idarə 
olunmasından, ölkənin inkişafının müxtəlif mərhələlərində dövlətin sosial siyasətinin məzmunundan və 
istiqamətlərindən asılıdır. 
Aydındır ki, millətlərarası  və etnik münasibətlər cəmiyyət həyatının bütün sahələrində, ictimai 
münasibətlərin müxtəlif səpkilərində  təzahür edir. Buna görə  də həmin sahələrin hər birində səmərəli, elmi milli 
siyasət yeritmək tələb olunur. Məsələn, siyasi sahədə diqqəti mərkəzi və yerli hakimiyyətlər arasındakı 
münasibətlərin qurulmasına, milli qurumların maraqlarının uyğunlaşdırılmasına yönəltmək lazımdır. Öz-özünü 
tənzimləmə fəaliyyətini genişləndirmək problemi milli-dövlət quruluşu olmayan milli qrup və birliklər üçün daha 
çox aktualdır. 
Sosial sahədə milli-ərazi qurumlarında kadrların seçilməsi 
[159 - 160]
 və yerləşdirilməsi məsələləri, bütün 
xalqların nümayəndələrinin işgüzar və siyasi keyfiyyətlərinə görə  rəhbər vəzifələr tutmasına bərabər imkanlar 
yaradan, dövlət işçilərinin milli mənsubiyyətə görə seçilməsində  ədalətsizliyi istisna edən tədbirlərin görülməsi 
mühüm əhəmiyyət kəsb edir. 
Siyasi strukturların mühüm vəzifələrindən biri milli-etnik münasibətlərin inkişafının proqnozlaşdırılması 
kimi idarəedici funksiyanın həyata keçirilməsi olmalıdır. Bütün bunlar millətçi ruhlu elementləri vaxtında aşkar 
etməyə, hadisələrin mənfi inkişafını qabaqlamağa imkan yaradır. 
Milli-etnik münasibətlərin həllində,  əhalinin müxtəlif sosial-etnik qruplarının hüquqlarına, sosial 
müdafiəsinə  həsr olunan və ya buna aid maddələri olan beynəlxalq sənədlərin tələblərinin yerinə yetirilməsi 
mühüm rol oynayır. Belə  sənədlər «İnsan hüquqlarının Ümumi Bəyannaməsi» (BMT-nin Baş Assambleyası 
tərəfındən 10 dekabr 1948-ci ildə qəbul olunub), «Milli və ya etnik dini və dil azlıqlarına məxsus şəxslər haqqında 
Bəyannamə» (İnsan Hüquqları Komitəsi tərəfındən 1993-cü ildə qəbul olunub) və s. aid edilə bilər. 
Hər bir ölkə beynəlxalq sənədlərin əsas müddəalarını yerinə yetirməyə, eləcə də milli-etnik problemlərə aid 
özünün milli qanunverici və digər sənədlərini həyata keçirməyə çalışmalıdır. Azərbaycanda bu qəbildən olan 
məsələlər Konstitusiyada hərtərəfli əsaslandırılmış və hüquqi cəhətdən təsbit olunmuşdur. Bundan əlavə, «Məcburi 
köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» (1999) və «Qaçqınların və  məcburi 
köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» (1999) və s. aktların da xüsusi rolunu qeyd 
etmək lazımdır. Bu sənədlərdə söhbət cinsindən, irqindən, milliyyətindən, mənşəyindən və dil fərqindən asılı 
olmayaraq insanların bərabər hüquqlarının təminatından, qaçqın, məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşlara 
qayğı göstərilməsindən gedir. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə