F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə40/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   71

70 
 
Bütün sosial institutlar onlar haqqında təsəvvür yaradan mədəni simvolik əlamətlərə malikdir. Məsələn, ailə 
institutu üçün nişan üzüyü, nigah mərasimi, dövlət üçün bayraq, gerb, milli himn belə  əlamətlərdir. Sənaye 
müəssisəsinin təsvirini yığcam şəkildə onun adından və ya ticarət markasından əldə etmək olar. Musiqi də simvolik 
ola bilər. Məsələn, milli musiqi, dövlət himni, tələbə mahnıları, toy marşı müvafiq institutun təsvirinin 
formalaşması üçün tətbiq olunur. Binalar da institutun simvolu ola bilər. Çünki vətəni, məscid, 
[171 - 172]
 
 
[172 - 173]: [173 - 174] 


71 
 
mədrəsə tikilisi olmadan islam dinini, məktəbsiz təhsili, prezident iqamətgahı (hökumət evi) olmadan dövləti 
təsəvvür etmək çətindir. Beləliklə, sosial institutun mədəni simvolik əlamətləri həmin institutun əsas səciyyəvi 
cəhətlərini daha yığcam  şəkildə  əks etdirən və onun tam təsvirini yaradan istənilən maddi və qeyri-maddi 
mədəniyyət elementləri ola bilər. 
 
2. İnstitutlaşma prosesi və onun inkişafı 
 
İctimai institutların yaranması birdən-birə baş vermir. Bu proses bir neçə ardıcıl mərhələdən keçir. Birinci 
mərhələdə cəmiyyətdə məlum institutun yaranmasına sosial tələbat öyrənilməlidir; bu tələbat insanların əksəriyyəti 
tərəfindən dərk edilməlidir.  İkinci mərhələdə ümumi məqsədlər formalaşdırılır. Növbəti mərhələdə isə  cəmiyyət 
sosial tələbatı ödəmək üçün zəruri olan resurslara (maddi, əmək və təşkilati), funksiyalar və hərəkətlər sisteminə, 
yaranacaq yeni institutun özülü rolunu oynayan mədəni mühiti formalaşdıran simvollar və normalar sistemlərinə 
malik olmalıdır. Nəhayət, sonuncu - dördüncü mərhələdə bu norma və qaydaların, prosedurların institutlaşması, 
yəni onların qəbul edilməsi və praktik tətbiqi baş verir. 
Sosial institutların yaranması prosesi institutlaşma adlanır.  İnstitutlaşma o vaxt baş verir ki, cəmiyyətdəki 
konkret ictimai tələbatın ümumsosial miqyas kəsb etdiyi başa düşülür və onu reallaşdırmaq üçün xüsusi davranış 
normaları işlənilib hazırlanır, lazım olan kadrlar yetişdirilir və resurslar müəyyənləşdirilir. 
«İnstitutlaşma»nın klassik anlamı, onu fərdlər məcmusunun təbii vəziyyətindən sosial vəziyyətə keçidi kimi 
səciyyələndirir. Bu keçid nəticəsində insanlar artıq öz şəxsi maraqlarından və üstünlük verdikləri seçimlərindən 
kənarda duran və onlara münasibətdə üstünlük təşkil edən müəyyən 
[174 - 175]
 yüksək avtoritetin olduğunu qəbul 
edirlər. Məsələn, özünün «Qanunların ruhu» əsərində  vətəndaşın vəziyyəti ilə insan vəziyyətini bir-birinə qarşı 
qoyan Monteskyö bu mövqedən çıxış edir. Vətəndaşın hərəkətləri qanunlar vasitəsilə  tənzim olunur, insanın 
davranışları isə  əksər hallarda əxlaq normaları ilə nizama salınır. Monteskyöyə görə, institutlaşmış  cəmiyyətdə 
fərdlərin hərəkətlərinin nəticələrinin irəlicədən görünməsini və onların qarşılıqlı münasibətlərində xeyirxah 
davranışı təmin edən qayda hökm sürür. 
«İnstitut» anlayışının dəqiq mənasını ilk dəfə E. Dürkheym məktəbinə  mənsub olan sosioloqlar müəyyən 
etmişlər. Əlbəttə, ailə və hüquq kimi sosial institutlar o vaxta qədər də sosioloqların tədqiqat obyekti, müqayisəli-
tarixi təhlilin predmeti olmuşdur. Dürkheymin və onun tələbələrinin nəzərincə, institutlar müəyyən sosial qrup 
üçün məcburi olan və onun üzvlərini başqalarından fərqləndirən daimi xarakterli və bir növ «kristallaşmış» olan 
hərəkət üsulları, təfəkkür və hissetmə üsullarıdır. Qeyd edək ki, bu anlayışa dəqiq tərif verməkdə özünü göstərən 
çətinliklər onunla izah edilir ki, həmin anlayış  nəticə etibarilə sosial davranışın istisnasız olaraq bütün növlərinə 
tətbiq oluna bilir. Sözün məhdud mənasında götürdükdə isə o, yalnız cəmiyyət tərəfindən aşkar surətdə və effektiv 
səviyyədə sanksiyalaşdırılmış sosial davranış formalarma aiddir. Dürkheym və onun tərəfdarları bu termini daha 
çox ikinci mənada işlətdikləri halda, bir sıra başqa müəlliflər (məsələn, Parsons) onun birinci mənasına üstünlük 
verirlər. Digər tərəfdən, Dürkheym institutların məcburedici xarakteri üzərində  təkid edərək, ona hər cür sosial 
tənzimetmənin sinonimi kimi yanaşmağa məcbur olur, yəni sosial olan hər şey institusionaldır, çünki onların hamısı 
sosial baxımdan məcburidir, institut isə sosial məcburetmənin vasitəsidir. Nəticədə  İ. Qurviçin  sözləri ilə desək, 
çox sərt və sosial həyatdan «özgələşmiş» bir konsepsiya alınır. Dürkheym sosial institutlara müəyyən qaydalar 
kompleksi və ya normativ sistemlər kimi yanaşaraq, onların sistemli və mütləq 
[175 - 176] 
xarakterli olmasında 
təkid edir. Lakin belə olduqda, təcrübədən də göründüyü kimi, vahid cəmiyyət çərçivəsi daxilində müxtəlif 
fəaliyyət növləri arasında dayanıqlı qarşılıqlı  təsirin olduğu aşkara çıxır (məsələn, eyni bir institutlar sistemi 
daxilində  həyata keçirilən iqtisadi və siyasi fəaliyyət növləri arasında).  Əgər institutlar müxtəlif növlərdən olan 
fəaliyyətlər arasında qarşılıqlı asılılıq münasibətləri yaradırsa, onda belə bir sual ortaya çıxır: onları hansı qüvvə 
əlaqələndirir? Məsələn, kapitalizmin iqtisadi institutları həmin cəmiyyətin hüquq, siyasi və mədəni institutları ilə 
bir araya sığa (uyuşa) bilərmi?  İnqilab haqqında nəzəriyyələrin  əksəriyyəti inqilab ərəfəsində mövcud olan 
rejimlərin süqutunu istehsal münasibətlərinin (iqtisadi institutların) inkişaf məntiqi ilə arxaik siyasi və hüquq 
sistemi (siyasi institutlar) arasında açıq-aşkar ziddiyyətin olması ilə izah edir. D. Bell də  cəmiyyətin mədəni 
yönümü (oriyentasiyası) ilə kapitalistcəsinə  təşkili arasında ziddiyyətin olduğunu qeyd edir. Müəllifə görə, 
ziddiyyətin mövcudluğu kapitalizmin «süquta» uğradığını sübut edir. Bu müddəa, əlbəttə, çox mübahisəlidir. Lakin 
onun  əksi olan aşağıdakı fikir də birmənalı  qəbul olunmur: kapitalizmdə  və yaxud hər hansı başqa cəmiyyətdə 
müxtəlif institutlar arasında sıx əlaqəlilik və vəhdət mövcuddur. İndustrial cəmiyyətin guya ailəni körpə uşaqlı ər-
arvad cütlüyünə muncər etdiyi haqqında funksionalist xarakterli təsəvvür «nuklear ailəyə» dair mübahisələri nəinki 
aradan qaldırmır,  əksinə bu məsələyə daha çox dolaşıqlıqlar gətirir. Təhsil və  səhiyyə institutlarını öyrənən 
sosioloqlar, xüsusilə də neomarksistlər analoji yolla gedərək çox vaxt kapitalizm cəmiyyətində həmin sistemlərin 
(təhsil və səhiyyənin) bu və ya digər səciyyələrini verərkən onların yalnız iqtisadi fayda götürməyə yönəlməsi ilə, 
yəni iqtisadi institutların fəaliyyəti ilə izah edirlər. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə