F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə42/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   71

74 
 
 
 
X FƏSİL 
 
SOSİAL TƏŞKİLATLAR 
 
1. Sosial təşkilatların mahiyyəti 
 
Sosial təşkilatlar məqsədyönlü sosial sistemlərdir. Sosioloji elmdə və gündəlik praktikada bu anlayışdan bir 
neçə aspektdə istifadə edilir. 
Birincisi,  təşkilat dedikdə müəyyən insanlar qrupunun yeni normalar və qaydalar işləyib hazırlamağa, 
dayanıqlı  əlaqələr yaratmağa yönəlmiş qarşılıqlı  əlaqələrini ifadə edən fəaliyyət forması başa düşülür. Məsələn, 
rəhbər işçilər istehsalat prosesini elə təşkil etməlidir ki, əməliyyatların yerinə yetirilməsinin fasiləsizliyi və tezliyi 
təmin edilsin. Bu fəaliyyət istehsalat prosesinin təşkili deməkdir. İkincisi, təşkilat hər hansı bir obyektin atributu 
kimi, onun nizamlanma strukturuna malik olmaq cəhdi kimi başa düşülür. Bu mənada həmin anlayış təşkilatlanmış 
və ya təşkilatlanmamış strukturları  fərqləndirmək üçün istifadə edilir. Üçüncüsü,  sözügedən anlayış  bəzən 
müəyyən ictimai funksiyanı yerinə yetirən institut xarakterli sosial qrupu ifadə edir. 
Qeyd olunan hər üç məna birbiri ilə  sıx bağlıdır. Bu, təşkilatın mahiyyətini başa düşməkdə  və onun elmi 
təyinatını hərtərəfli açmaqda mühüm rol oynayır. 
Sosial təşkilatların tədqiqatçılarından olan S. S. Frolov onları məqsədlərin əldə edilməsinə yönələn rasional 
sistemlər kimi xarakterizə edir. Onun fıkrincə, təşkilatların müəyyənləşdirilməsində  aşağıdakı istiqamətlər 
mövcuddur.

Birinci istiqamət  K. Bernardın nəzəriyyəsi ilə bağlıdır. Həmin nəzəriyyəyə görə, təşkilat insanların 
kooperasiyasının elə növüdür ki, o, digər sosial qruplardan şüurluluğu və 
[182 - 183]
  məqsədyönlü olması 
baxımından fərqlənir. Göründüyü kimi, burada insanların birgə  fəaliyyətinə, onların kooperasiyasına, habelə 
məqsədə nail olmağın zəruriliyinə daha çox diqqət yetirilir. 
İkinci istiqaməti  D. .Març  və Q. Saymonun nəzər-nöqtələri daha yaxşı  səciyyələndirir. Onların fikrincə, 
təşkilat qarşılıqlı  fəaliyyətdə olan insanların birliyidir. Elə birlik ki, o, cəmiyyətdə daha geniş yayılmışdır və 
mərkəzləşdirilmiş koordinasiya sisteminə malikdir. 
P. Blau  və Y. Skott təşkilatların müəyyənləşdirilməsinin  üçüncü istiqamətini  təqdim edirlər. Onların 
fikrincə, təşkilatlar əsas məqsədlərin əldə olunması naminə formalaşdırılır. 
A. Etsioninin  mövqeyi  dördüncü istiqaməti  ifadə edir. O göstərir ki, təşkilat spesifik məqsədləri həyata 
keçirmək naminə  təşkil olunan sosial birliklərdir. Burada başlıca diqqət təşkilatın, onun üzvlərinin  şüurlu 
fəaliyyətinə yönəldilir. 
Təşkilatın müəyyənləşdirilməsini açıqlayan bu istiqamətlərin təhlili onu digər sosial qruplardan fərqləndirən 
iki səciyyəvi cəhəti qeyd etməyə  əsas verir. Birincisi,  təşkilatlar bir-biri ilə qarşılıqlı  əlaqədə olan, spesifik 
məqsədlərin  əldə edilməsinə yönəlmiş sosial qruplardır. Təşkilat üzvlərinin hərəkətləri fəaliyyətin konkret 
sahələrində  nəzərdə tutulan nəticələr  əldə etmək üçün əlaqələndirilir. Məsələn, siyasi partiya öz proqramını 
reallaşdırmaq naminə  fəaliyyət göstərir.  İkincisi, təşkilat özünün yüksək dərəcədə formalaşmış olması ilə 
səciyyələnir. Təşkilatın daxili strukturunu yaradan reqlamentlər, qaydalar və davranış normaları onun üzvlərinin 
bütün fəaliyyət sahələrini  əhatə edir. Onlar aydın və  dəqiq  şəkildə  təsbit olunur, bütün rolları  və rol əlaqələrini 
ehtiva edir. 
 
2. Sosial təşkilatların əsas elementləri 
 
Sosial təşkilatlar dəyişkən və  mürəkkəb daxili struktura malikdir. Bu strukturun təhlilinə  aşağıdakı 
modeldən başlamaq olar: 
[183 - 184]
 
                                                 
1
 Bax: С. С. Фролов. Социология. M., 2002. c. 196. 


75 
 
 
Göründüyü kimi, sosial struktur istənilən təşkilatın mərkəzi elementidir. O, təşkilatın iştirakçıları arasındakı 
qarşılıqlı münasibətlərin tənzimləyicisi kimi çıxış edir. Bu məsələ ilə bağlı  ədəbiyyatda müxtəlif baxışlar 
mövcuddur. Onlardan K. Devisin mövqeyi daha orijinaldır. O, hesab edir ki, insan cəmiyyətində ikiqat reallıq 
adlana bilən bir sistem mövcuddur: bir tərəfdən sual yaradan normativ sistem, digər tərəfdən isə sual yaradan 
faktiki qaydalar. Hər bir fərd çoxsaylı qaydalar, qadağalar və icazələrlə  əhatə olunmuşdur. Onlar ictimai həyatı 
nizamlamaq üçün zəruridir. Lakin həmişə qaydalar üzrə yaşamaq sadəcə olaraq mümkün deyildir. Bizim həyatımız 
müəyyən qədər qaydalardan kənara çıxmağa istiqamətlənir. 
Təşkilatın strukturunda mühüm ünsürlərdən biri də  məqsədlərdir. Belə ki, təşkilatlar müəyyən məqsədləri 
həyata keçirmək üçün yaradılır; onların fəaliyyəti də hər şeydən əvvəl, öz məqsədlərinə nail olub-olmamasına görə 
qiymətləndirilir. Bununla yanaşı, məqsədlər təşkilatın  əsl məramının anlaşılmasında mühüm amillərdən biridir. 
Bəzi tədqiqatçılar belə hesab edirlər ki, məqsədlər təşkilati davranışın təhlilində xüsusilə  zəruridir, başqaları isə 
əksinə, onların əhəmiyyətini kiçiltməyə çalışrrlar. 
[184 - 185]
 
Ümumilikdə götürdükdə  təşkilatın məqsədlərini yüksək qiymətləndirən mövqe daha geniş yayılmışdır. 
Məqsəd təşkilatın  əldə etməyə çalışdığı  əsas nəticə hesab olunur. Fərdlərin birgə  fəaliyyəti onlarda müxtəlif 
səviyyəli və  məzmunlu məqsədlər yaradır. Təşkilati məqsədlərin qarşılıqlı surətdə  əlaqəli olan üç növü vardır: 
məqsəd-vəzifə, məqsəd-istiqamət və  məqsəd-sistem. Birinci daha yüksək səviyyəli təşkilat tərəfindən verilən və 
təşkilatın təyinatını  əks etdirən proqramlar, planlar və tapşırıqlardır. Bu məqsədlər prioritet əhəmiyyət kəsb edir. 
Onların əldə olunması səviyyəsi təşkilatın fəaliyyətinin uğurluluğunun əsas meyarı kimi qiymətləndirilir. Məsələn, 
məktəbdə  dərs demək, xəstələrin xəstəxanaya qəbulu və müalicəsi müvafiq təşkilatlar mövcudluğunun mənasını 
müəyyən edən məqsəd-vəzifələrdir. Məqsəd-istiqamətlər iştirakçıların ehtiyac və maraqlarının ödənilməsi ilə bağlı 
olan, eləcə də təşkilat tərəfindən reallaşdırılan xüsusi məqsədlərdir. Buraya kollektivin ümumi məqsədi ilə yanaşı, 
həm də təşkilatın hər bir üzvünün konkret məqsədi daxil olur. Nəhayət, məqsəd-sistemlər təşkilatın bütövlüyünün, 
sabit fəaliyyətinin, inteqrativ keyfıyyətlərinin təmin edilməsi zərurətindən irəli gələn məqsədlərdir. Sistem kimi 
götürülən təşkilatın məqsədləri məqsəd-vəzifə və məqsəd -istiqamətlərlə üzvi şəkildə qarşılıqlı əlaqədədir. 
Sosial təşkilatın üzvləri və ya iştirakçılar hər bir təşkilatın mühüm tərkib hissələridir. Onlar təşkilatın sosial 
strukturunda müəyyən mövqe tutur və müvafıq sosial rol yerinə yetirirlər. Bunun üçün zəruri keyfiyyət və vərdişlər 
toplusuna malik olurlar. Bu fərdlərin potensialının birləşdirilməsi nəticəsində yüksək nailiyyətlər  əldə etmək 
mümkündür. 
Qeyd olunmalıdır ki, hər bir təşkilat müəyyən mənada süni xarakter daşıyrr, yəni o insanlar tərəfindən 
yaradılır. Buna görə də onun strukturunu və texnologiyasını daim təkmilləşdirməyə ehtiyac vardır. Bu, qeyri-formal 
səviyyədə  və ya özünüidarə  səviyyəsində  təşkilat üzvlərinin hərəkətlərinə effektiv nəzarəti çətinləşdirir. Odur ki, 
təşkilatın fəaliyyətinin 
[185 - 186]
 elmi surətdə idarə edilrnəsi ən ciddi və zəruri problemlərdən biridir. 
 
3Sosial təşkilatların formal və qeyri-formal növləri 
 
Müxtəlif təşkilatlar adətən bu və ya digər fəaliyyət və ya xidmət növünə görə ixtisaslaşırlar. Bu öz 
növbəsində on-ların arasında funksiyaların dəqiq bölgüsünü zəruri edir. Həmin  əsasda texnoloji əlamətlərə görə 
təşkilati strukturlar yaradılır ki, onlar da müəyyən funksiyaları yerinə yetirirlər. Sosiologiyada belə strukturlar üfüqi 
strukturlar adlandırılır.  Əməyin funksional bölgüsünə  əsaslanan təşkilatlar formal təşkilatlar adlanır. Onlara 
aşağıdakı xüsusiyyətlər xasdır: 
1. Onlar rasionaldır (onların fəaliyyətinin əsasında məqsədəuyğunluq durur). 
2. Onların daxilində insanların münasibətləri əsasən xidməti səciyyə daşıyır. 
3. Məqsədlər ancaq funksional məqsədlərdir (yəni bilərəkdən birqiymətlidirlər). 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə