F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə44/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   71

77 
 
şəxsi xüsusiyyətlərini və real insanlar arasındakı (vəzifəlilər arasında yox) münasibətləri əks etdirir. Bu halda bir 
çox normalar situasiya xarakteri daşıyır ki, bu da qeyri-formal strukturu çevik və mütəhərrik edir. 
Qeyri-formal struktur özündə  həm formallaşmış xidməti və  işçi  əlaqələri, həm də insanların ünsiyyəti 
zamanı yaranan sosial, psixoloji asılılıqları ehtiva edir. Münasibətlərdə qarşılıqlı  rəğbət və antipatiyalar, sosial-
etnik amil, yaş, peşə və s. ilə bağlı amillər əhəmiyyətli rol oynayır. 
Təşkilatda qeyri-formal strukturun əmələ  gəlməsi bir sıra səbəblərlə  şərtlənir. Həmin səbəblər 
aşağıdakılardır: 
- təşkilatda sosial münasibətlərin tam məcmusunu formallaşdırmağın mümkünsüzlüyü; 
- təşkilatın strukturunda konkret insanların özünəməxsus (spesifık) xüsusiyyətlərini və keyfıyyətlərini 
nəzərə almaq zərurəti; 
- xarici mühitin dəyişməsinə təşkilatın reaksiya vermək zərurəti; 
- təşkilatda gözlənilməyən situasiyaların (vəziyyətlərin) 
[189 - 190]
 yaranmasının və meydana çıxan 
problemlərin həllı üçün yeni yanaşmaların tələb olunmasının qaçılmazlığı. 
Real olaraq qeyrı-formal struktur qeyri-formal qrupların şəbəkəsi kimi fəalıyyət göstərir. Bu qruplar formal 
cəhətdən möhkəmlənmiş bölmələrə çox oxşardırlar. Onların öz liderləri, öz iyerarxiyaları vardır. Geniş 
açıqlanmayan həvəsləndirmələr və sanksiyalar (cəzalar) sistemi ilə qüvvətləndirilmiş yazılmamış davranış 
qaydaları  və normaları  fəaliyyət göstərir.  İstənilən təşkilatda  şayələr və  məxfı  məlumatlar  şəklində qeyri-formal 
kommunikasiya (rabitə) mövcuddur və bəzən bu, rəsmi məlumata nisbətən həqiqətə daha çox yaxın olur. 
İnsanları qeyri-formal qruplara daxil olmağa çox vaxt aşağıdakı səbəblər sövq edir: 
1.  Mənsubiyyət hissinin təmin olunması; belə ki, təşkilat formalarının çoxu insanları bilərəkdən sosial 
təmaslarından məhrum edir. 
2. İş yoldaşları tərəfindən yardımın zəruriliyi. İdeal halda tabelikdə olanlar heç nədən çəkinib - utanmadan 
özlərinin birbaşa (bilavasitə) rəhbərlərinə müraciət etmək imkanına malik olmalıdırlar. Əgər bu baş vermirsə, rəis 
öz tabeliyində olanlarla qarşılıqlı münasibətini diqqətlə araşdırıb qaydaya salmalıdır. 
3. İnsanın mühafızə olunmağa can atması. İnsanlar həmişə yəqin etmişlər ki, güc birlikdədir. Onlar özlərini 
xarici mühitin yad təsirlərindən qorumaq üçün müəyyən icmalarda birləşirdilər.  İndi isə öz hüquqlarını müdafıə 
etmək üçün həmkarlar ittifaqlarında və s.-də birləşirlər. 
4. İnsanların bir-biri ilə ünsiyyətdə olma tələbatı. İnsanlar onların ətrafında nələrin baş verdiyini, xüsusilə də 
əgər bunlar onların mənafelərinə toxunursa, bilmək istəyirlər. Lakin formal təşkilatlarda daxili təmaslar olduqca 
zəifdir. Qeyri-formal təşkilat məlumat əldə etmək üçün qeyri-formal kanallara yol açır. 
5. İnsanların rəğbət bəslədikləri şəxslərə yaxın olmaq 
[190 - 191] 
arzusu. 
Həm formal, həm də qeyri-formal təşkilatlar real sosial nizama öz töhfələrini verirlər, bir-birini tamamlayır, 
təşkilatdaxili  əlaqələri zənginləşdirir və  təkmilləşdirirlər. Strukturların qarşılıqlı  təsirinin sinergetik effekti 
münasibətlərin müvafiq dərəcədə formallaşdırılması ilə təmin olunur. Bunlar da öz növbəsində həll edilən təşkilati 
məsələlərin xarakteri ilə müəyyən edilir. Burada ümumi yaxınlaşma meyli belədir: yaradıcılığın rolu yüksək 
olduqca, daha çox çeviklik göstərilməli, dəyişmiş  şəraitə uyğunlaşmaq bacarığı  tələb olunduqca, hər bir insanın 
fərdi xüsusiyyətlərindən daha fəal istifadə edilməli, təşkilatın strukturu isə nisbətən az formallaşmış olmalıdır. 
[191 
- 192]
 


78 
 
 
 
XI FƏSİL 
 
SOSİAL NƏZARƏT 
 
1. Sosial nəzarətin məzmunu və funksiyaları 
 
Sosial nəzarət mürəkkəb, birmənalı izah edilməyən ictimai hadisədir. Təsadüfi deyildir ki, fəlsəfi-sosioloji 
fikir tarixində bu problemə müxtəlif cür yanaşılmışdır. Bütün görkəmli sosioloqlar bu problemin araşdırılmasına öz 
töhfəsini verməyə  səy göstərmiş, maraqlı mülahizələr söyləmişlər. Sosial nəzarət cəmiyyətin fəaliyyətində, 
inkişafında mühüm əhəmiyyət kəsb edir, insanın, sosial qrupların davranışı, həyat tərzi ilə  əlaqədar  ən müxtəlif 
prosesləri əhatə edir. 
Sosial nəzarət termini elmi dövriyyəyə fransız sosioloqu və  kriminoloqu Qabriel Tard (1843-1904) 
tərəfindən daxil edilmişdir. O, əvvəlcə sosial nəzarəti cinayətkarın ictimai fəaliyyətə qayıtması vasitəsi kimi 
nəzərdən keçirmişdir. Sonralar o, həmin anlayışın məzmununu genişləndirərək, onu şəxsiyyətin sosiallaşmasının 
mühüm amillərindən biri kimi izah etmişdir. 
Q. Tardın təsiri altında sosial nəzarət nəzəriyyəsinin işlənib hazırlanmasında iki Amerika sosioloqunun 
xüsusi xidmətləri qeyd olunmalıdır: 
Birincisi, Amerika sosiologiyasının və sosial psixologiyasının banilərindən biri sayılan Edvard Rossdur 
(1866-1951). E. Ross belə hesab edirdi ki, sosial nəzarət «sağlam» sosial qayda yaratmaq məqsədilə  fərdin 
davranışına cəmiyyətin məqsədyönlü təsiridir. Onun fikrincə, belə sağlam qayda məlum cəmiyyətdə fərdlərin hansı 
tipinin ən geniş yayılmasından asılıdır. Məsələn, E. Ross Qərbi Avropa, Amerika, Slavyan, indus və s. tipləri ayırd 
edir və üstünlüyü əvvəlkilərə verir. O, qeyd edir ki, sosial nəzarət uzunmüddətli 
[192 - 193] 
tarixi inkişafın 
məhsuludur, yalnız xüsusi mülkiyyət zəminində mümkün ola bilir. 
İkincisi, Çikaqo məktəbinin bünövrəsini qoyanlardan biri Robert Parkdır (1864-1944). Məlum olduğu kimi, 
Çikaqo məktəbi sosial elmlərdə ilk məktəblərdən biridir. O, 1915-1935-ci illərdə Amerika sosiologiyasında üstün 
mövqeyə malik olmuş, ümumiyyətlə sosiologiyanın inkişafına  əhəmiyyətli təsir göstərə bilmişdir. Bu məktəb 
dünyada ilk sosiologiya fakültəsinin bazasında formalaşmış,  ən müxtəlif sosial problemlərin, o cümlədən sosial 
nəzarət probleminin işlənməsində  dərin iz buraxmışdır. Həmin məktəbin liderlərindən olan R. Park belə hesab 
edirdi ki, sosial nəzarət sosial qüvvələrlə insan təbiəti arasında müəyyən nisbəti təmin edən vasitədir. O, sosial 
nəzarətin üç formasını ayırd edir: 1. elementar (əsasən məcburi) sanksiyalar; 2. ictimai rəy; 3. sosial institutlar. 
R. Laper sosial nəzarət nəzəriyyəsini maraqlı  tədqiqatları ilə  zənginləşdirmişdir. Laperin fıkrincə, sosial 
nəzarət elə bir vasitədir ki, onun köməyi ilə fərd mədəniyyəti mənimsəyərək, nəsildən-nəslə ötürür. Fərdi səviyyədə 
sosial nəzarət fərdlə konkret situasiya arasında vasitəçi rolunu yerinə yetirir. R. Laper belə bir nəticəyə  gəlir ki, 
sosial nəzarətin müxtəlif tipli cəmiyyətlərdə fəaliyyət göstərən üç universal mexanizmi vardır: 1. Fiziki sanksiyalar 
(qrup normalarını pozmağa görə  fərdin cəzalandırılması); 2. İqtisadi sanksiyalar (cərimə, qorxutma və s.); 3. 
İnzibati sanksiyalar. 
Cəmiyyətdəki institutların möhkəmləndirilməsində sosial nəzarət mexanizmi mühüm rol oynayır. Eyni 
ünsürlər -insanların davranış qaydaları və normaları həm sosial institutlara, həm də sosial nəzarət sisteminə daxil 
olur. Bu qaydalar və normalar fərdlərin davranışını  təsbit edir və standartlaşdırır. Görkəmli Amerika sosioloqu 
T. Parsons (1902-1979) qeyd edirdi ki, «sosial nəzarət ayn-ayrı  şəxslərin, sosial qrupların davranışında və 
fəaliyyətində ola biləcək... kənarlaşma meyllərinin qarşısını alır». Sosial nəzarət sayəsində 
[193 - 194] 
cəmiyyətdəki 
mövcud mədəniyyətin ayrı-ayn fərdlər, sosial qruplar və təbəqələr tərəfindən mənimsənilməsi prosesi intensivləşir; 
insanların qarşılıqlı əlaqələri uzlaşdırılır, ictimai sistemin sahmanlı, nizamlı fəaliyyəti təmin olunur. Nəticə etibarilə 
insanların mütləq  əksəriyyəti etdiyi hərəkətlərin müqabilində onu nə gözlədiyini irəlicədən bilir, fəaliyyətinin 
mümkün nəticələrini dərk edir. 
Faktlar göstərir ki, cəmiyyətdə hər bir şəxs, hər bir sosial qrup, onların fəaliyyəti sosial nəzarətin bu və ya 
digər formaları, növləri, nümunələri ilə  əhatə olunmuşdur.  Şəxsin, qrupun özünün daxilindən, yaxın  əhatəsindən 
başlayaraq onları müxtəlif nəzarət sistemləri əhatə edir. Siyasi-hüquqi sistem, ictimai əxlaq, adət və ənənələr, peşə-
vəzifə sistemi, ailə və s. bu qəbildəndir. Bu sistemlər qarşılıqlı surətdə bir-biri ilə bağlıdır: cəmiyyətin inkişafının 
müxtəlif pillələrində və məqamlarında həmin sistemlərin rolu dəyişilə bilər. Lakin bütün hallarda (istər az-çox sabit 
dövrlər, istərsə də kəskin təzadların, sarsıntıların gücləndiyi dövrlər olsun) sosial nəzarət sistemi mövcud olmalı, 
insanların davranışına və fəaliyyətinə öz təsirini göstərməlidir. 
Sosial nəzarət sistemin özünütənzimləməsinin elə üsuludur ki, həmin sistemi təşkil edən ünsürlərin sahmanlı 
qarşılıqlı  təsirini normativ (o cümlədən hüquqi) baxımdan nizamlamaq vasitəsilə  təmin edir. Sosial nəzarətin 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə