F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə52/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   71

92 
 
 
 
XIII FƏSİL 
 
İDARƏETMƏNİN SOSİOLOGİYASI 
 
1. İdarəetmənin sosial təbiəti və strukturu 
 
Əvvəlcə bir-birinə çox yaxın olan iki anlayışın mənasına diqqət yetirilməlidir: menecment və idarəetmə. 
Bəzən həmin anlayışları ümumiyyətlə eyniləşdirirlər. Belə eyniyyəti texniki mənada qəbul etmək olar, çünki 
menecment hərfən idarəetmə deməkdir. Başqa sözlə, «menecment» və «idarəetmə» anlayışlarını texniki mənada 
sinonim sözlər kimi işlətmək olar. Qərbdə menecment anlayışının işlədilməsində kifayət qədər sərbəstlik vardır. 
Lakin bəzi sosioloqlar sosial-mədəni hadisə kimi həmin anlayışların fərqləndirilməsini zəruri hesab edirlər. Onların 
fikrincə, menecment hər şeydən əvvəl kommersiya idarəetməsinin instrumentidir. İdarəetmə isə insanların qarşılıqlı 
fəaliyyətini nizamlayan mexanizmdir. 
«İdarəetmə» və «sosial idarəetmə» anlayışlarını da müqayisə etmək və fərqləndirmək məqsədəuyğundur. Bu 
halda qeyd etmək olar ki, idarəetmə daha geniş anlayışdır; o, müxtəlif təbiətə malik orqanizmlərin, sistemlərin 
(bioloji, sosial, texniki) funksiyası olub, onların müəyyən strukturunu saxlamağı, fəaliyyət rejimini nizamlamağı, 
fəaliyyət məqsədlərini reallaşdırmağı təmin edir. Sosial idarəetmə isə geniş və dar mənada işlədilir. Geniş mənada 
sosial idarəetmə dedikdə bioloji və texniki sistemləri idarəetmədən fərqli olaraq, bütün və hər cür ictimai prosesləri 
idarəetmə başa düşülür. Dar mənada isə sosial idarəetmə  cəmiyyət həyatının sosial sferasına xas olan hadisə  və 
proseslərin idarə olunmasını nəzərdə tutur, sosial siyasətin reallaşdırılması vasitəsi kimi çıxış edir. 
İdarəetmə həmişə hakimiyyətin və səlahiyyətlərin prezumpsiyasına, aşağıların yuxarılara tabeliyinə, iqtisadi
sosial və  mədəni nemətlərə yiyələnməkdə  bərabərsizliyə  əsaslanır. Rolların və statusların üfüqi və  şaquli 
diferensiasiyası müxtəlif cür təsbit olunur. İdarəetmə  fərdlərin, qrupların, kollektivlərin fəaliyyətinin müəyyən 
rejimidir, nizamıdır, nəzərdə tutulan norma və qaydaların hüdudlarında həmin fəaliyyətin məhdudlaşdırılmasıdır. 
İdarəetmə piramidası mürəkkəb struktura malikdir. O, elə qurulmuşdur ki, onun konusunda ən imtiyazlı, 
səlahiyyətli vəzifələr yerləşir. Bu vəzifələr aşağı qatlardakı imtiyazsız, yaxud az imtiyazlı mövqelərlə müqayisədə 
çox azdır. Deməli, mövcud yerlərə nisbətdə irəliləmək, yüksəlmək iddiasında olanlar daha çoxdur. Yüksəlmək səyi 
idarəetmə karyerasının əsas motividir. 
«İdarəetmənin strukturu» anlayışını idarəetmə problemlərinə  həsr olunmuş  ədəbiyyatda tez - tez rast 
gəldiyimiz «təşkilatın strukturu» anlayışı ilə müqayisə edək. Təşkilatın strukturu daha geniş anlayış olub, həm 
formal, həm də qeyri - formal təşkilatı əhatə edir. İdarəetmənin strukturu isə təşkilatın strukturunun mühüm ünsürü 
olub, ancaq formal təşkilatı əhatə edir. 
İdarəetmənin strukturu əslində idarəetmə  səviyyələrinin aşağıdan yuxarıya doğru nizamlı yerləşməsidir. 
Burada adətən üç səviyyəni ayırd edirlər: aşağı  səviyyə (məsələn, sex rəhbərləri, baş ustalar); orta səviyyə 
(məsələn, şöbə, bölmə rəhbərləri); yüksək səviyyə (məsələn, baş idarəedici, böyük idarəedicilər). Bu, tipik struktur 
hesab oluna bilər.  İri kompaniyalarda bu səviyyələr arta bilər (məsələn, aşağı, kiçik, orta, böyük, yüksək 
səviyyələr). Silahlı qüvvələrdə, sahə  və regional idarəetmə orqanlarında idarəetmənin daha çox səviyyəsi 
mövcuddur.  İcraçılarla (fəhlə  və qulluqçularla) yüksək səviyyə  rəhbərləri arasında daha çox səviyyələr 
mövcuddursa, belə idarəetmə strukturunu şaquli idarəetmə strukturu adlandırırlar. Rəhbərlik səviyyələri az olduqda 
isə onu üfüqi idarəetmə strukturu adlandırırlar. 
[230 - 231]
 
Bir neçə minilliklər  ərzində mövcud olan, funksional xidmətləri istisna edən  ənənəvi idarəetmə strukturu 
xətti struktur adlanır. XX əsrin  əvvəllərində meydana gələn, funksional xidmətlərin bütöv şəbəkəsini  əhatə edən 
(kadrlar şöbəsi, reklam şöbəsi, təchizat şöbəsi, marketinq şöbəsi, mühasibat və s.) yeni idarəetmə strukturu xətti - 
qərargah strukturu adlanır. 
Yüksək səviyyə rəhbərləri özlərini inzibatçılar hesab edirlər. Onlar firmanın, kompaniyanın və s. fəaliyyətini 
istiqamətləndirirlər. Lakin onların işində inzibatçılıq və idarəetmə birləşir: inzibatçılıq yüksək rəhbərin simasında 
təşkilatın başlıca məqsədlərini və siyasətini müəyyən edir, bütün digər rəhbərlərin məşğul olduğu idarəetmə isə 
həmin məqsədlərin və siyasətin reallaşması üçün zəruri olan əməliyyatların yerinə yetirilməsini təmin edir. 
Təbiidir ki, inzibatçılıq və idarəetmə funksiyaları qarşılıqlı surətdə  kəsişirlər. Həmin funksiyaların yerinə 
yetirilməsi ilə eyni adamların məşğul olması məcburi deyildir. Lakin istənilən səviyyədə eyni bir şəxs öz iş vaxtının 
bir hissəsini inzibatçılığa, digər hissəsini isə idarəetməyə  sərf edə bilər.  İdarəetmə  səviyyəsi yüksək olduqca 
inzibatçılığa daha çox vaxt, idarəetməyə isə daha az vaxt ayrılır və əksinə. İdarə-etmədən tam kənarda qalmaq isə 
əslində mümkün deyildir. 
 


93 
 
2. Sosial idarəetmənin xarakter xüsusiyyətləri və 
struktur ünsürləri 
 
Yuxarıda qeyd etdiyimiz kimi, idarəetmənin sosiologiyası sosioloji biliyin spesifik sahəsidir; o, 
idarəetmənin sosial əsaslarını, dinamik sistemini, proseslərini, onların sosial funksiyalarını və prinsiplərini, 
idarəetmə  qərarlarının xüsusiyyətlərini, idarəetmə  fəaliyyətinin sosial tərəflərini, onların təşkilatlarda və 
cəmiyyətdə effektivlik dərəcəsini, idarəetmə sahəsindəki münasibətləri öyrənir.  
Sosiologiya başlıca diqqəti sosial sistemlərin idarə olunması, başqa sözlə, sosial idarəetmə üzərində 
cəmləşdirir. 
Sözün geniş mənasında sosial idarəetmə birliklərin, habelə müəyyən çərçivədə sosial hadisə və proseslərin 
idarə olunması deməkdir. Sözün məhdud mənasında isə o, idarəetmə subyektinin müəyyən fəaliyyət prinsiplərinə 
əsaslanmaqla idarəetmə obyektinin qarşısında məqsəd və vəzifələrin qoyulmasına, həmin obyektə təsirin rəngarəng 
vasitə, üsul və metodlarından istifadə etməklə onların həllini təşkil etməyə istiqamətləndirmək deməkdir. 
Bioloji və texniki sistemlərin idarə olunmasından fərqli olaraq, sosial idarəetmə  ən  əvvəl qarşıya  şüurlu 
surətdə  məqsədlər qoyulması ilə  səciyyələnir; həmin məqsədlər idarəetmə obyektinin səviyyə  və miqyaslarından 
asılı olaraq diferensiallaşır. Məsələn, cəmiyyəti idarəetmə onun keyfiyyət spesifikasını saxlamaqla, onun sabit 
fəaliyyət göstərməsini, təkmilləşməsini, inkişafını təmin etməklə əlaqədardır. Təşkilatları idarəetmənin məqsədi ən 
əvvəl struktur bölmələrin ümumi vəzifələrin həllinə yönəlmiş  səylərini  əlaqələndirməkdən, onların fəaliyyətinin 
səmərəsini yüksəltməkdən ibarətdir. Fərdi səviyyədə isə idarəetmənin məqsədi işçilərin öz funksional vəzifələrini 
daha yaxşı həyata keçirməsinə şərait yaratmaqdır. 
İdarəetmə  cəmiyyətə onun istənilən inkişaf pilləsində daxilən xas olan xassədir; o, ən ümumi xarakter 
daşıyır, cəmiyyətin sistemli təbiəti, insan əməyinin ictimai kollektiv xarakteri, əməkdə və həyatın digər sahələrində 
qarşılıqlı təsirdə, ünsiyyətdə olmaq, öz fəaliyyət məhsullarını mübadilə etmək zərurəti ilə şərtlənir. 
Adətən kortəbii və şüurlu idarəetmə mexanizmlərini fərqləndirirlər. Kortəbii idarəetmə bir-biri ilə kəsişən 
müxtəlif qüvvələrin, təsadüfi faktların, amillərin sistemə  təsirinin nəticəsidir.  Şüurlu idarəetmə isə idarəetmə 
subyektləri (ictimai institutlar, təşkilatlar - ayrı-ayrı rəhbərlər) tərəfindən həyata keçirilir. 
[232 - 233]
 
Sosial idarəetmə öz obyektinin spesifıkası ilə şərtlənən bir sıra xüsusiyyətlərlə səciyyələnir: 
1. Sosial idarəetmə insanların birgə fəaliyyətinin müxtəlif variantı mövcud olduğu şəraitdə meydana gəlir, 
bu fəaliyyətin normal axarını təmin edir, adamların davranışına nizamlayıcı təsir göstərir. 
2. Sosial idarəetmə idarəetmənin həm obyektini, həm də subyektini, ictimai münasibətlərin xüsusi növünü - 
idarəetmə münasibətlərini nəzərdə tutur. Bu münasibətlər inteqral xarakter daşıyır; onlara obyektiv - subyektiv 
xüsusiyyətlər xasdır; 
3. Sosial idarəetmə hakimiyyəti, avtoriteti, habelə iradi məqamları nəzərdə tutur. 
4. Sosial idarəetmə insan fəaliyyətinin bir növü, onun ətraf mühitə  fəal münasibətlərinin bir forması 
olduğundan həmin fəaliyyətin məqsəd və vəzifələrini, gedişini, vasitələrini də əhatə edir. 
5. Müasir dünyada sosial idarəetmə siyasi xarakter daşıyır.  İdarəetmədə insanların ictimai həyatının və 
fəaliyyətinin təkcə obyektiv tələbatları yox, həm də onların mənafeləri, maraqları  nəzərə alınır. Bu mənafelər 
cəmiyyətdə qərarlaşmış mövqelərin saxlanılmasına yaxud yeniləşməsinə, dəyişilməsinə istiqamətlənə bilər. 
Sosial idarəetmənin bilavasitə  vəzifəsi sosial sistemdə, təşkilatda sosial nizam yaratmaqdır. Sosial nizam 
sosial sistemin mütəşəkkilliyini, sosial hərəkətlərin qaydaya salınmasını ifadə edir. Bu o deməkdir ki, sosial nəzarət 
mövcuddur, müəyyən məhdudiyyətlər, sanksiyalar, normalar fəaliyyətdədir, sosial hərəkətlərin uyğunluğu
əlaqələndirilməsi, sabitliyi təmin edilmişdir. Sosial nizam yaratmaq kimi mürəkkəb vəzifəni yerinə yetirmək üçün 
idarəetmə orqanı (idarəedici sistem) idarə olunan sistemlə müqayisədə daha yüksək sosial nizam səviyyəsinə malik 
olmalıdır. Bu, idarəetmənin ən ümumi qanunlarından biridir. 
Sosial təşkilatlarda məqsədyönlü idarəedici təsirlə yanaşı 
[233 - 234]
 sosial nizamın digər mənbələri 
(təşkilati qayda və özünütəşkil) də mühüm əhəmiyyət kəsb edir. Təşkilati qayda funksiyaların müəyyən səviyyədə 
ixtisaslaşmasını, sosial hərəkətlərin eyni istiqamətliliyini və sinxronluğunu təmin etməlidir. Təşkilati effekt yüksək 
olduqca qarşıya qoyulmuş  məqsədlərə çatmaq imkanları da artır. Strukturlaşdırılmış  sərt iyerarxik sistem bir 
tərəfdən sosial nizamın saxlanılmasına kömək edir, sosial hərəkətlərin qeyri - müəyyənliyini aradan qaldırır, digər 
tərəfdən isə idarəetmə strukturlarının bürokratlaşmasını gücləndirir. Sərt iyerarxiyanın qüsurlarını  zəifiətməyə 
kömək edən  əsas mexanizm özünütəşkildir. Sosial sistemlər yüksək dərəcədə özünütəşkil edən sistemlər kimi 
fəaliyyət göstərirlər. Ona görə də sosial idarəetmədə idarəetmə səyləri ilə sistemdə özünütəşkil meylləri arasında 
optimal nisbət olması mühüm şərtdir. Mövcud ictimai mütəşəkkilliklə sosial qrupların və ayrı - ayrı fərdlərin onun 
hüdudlarından kənara çıxma səyləri arasında meydana gələn ziddiyyətlərin həlli yolları axtarılmalıdır. Çünki sosial 
təşkilat təkcə müəyyən məqsədlərə çatmaq instrumenti yox, həm də müxtəlif mənafe və tələbatlara malik adamları 
birləşdirən spesifik birlikdir. Bundan əlavə, real sosial qayda nəticə etibarilə çoxpilləli və  rəngarəng özünütəşkil 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə