F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə60/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   71

105 
 
 
 
XV FƏSİL 
 
HÜQUQ SOSİOLOGİYASI 
 
1. Hüquq sosiologiyasının predmeti 
 
Hüquq sosiologiyası hüquq elmləri ilə sosiologiyanın qovuşuğunda yerləşən bilik sahəsidir. O, ümumi 
sosiologiyanın tərkib hissəsi kimi onun mövcud vasitələrindən faydalanır (anket sorğusu, müşahidə, müqayisə, 
testlər, eksperiment və s.); fəlsəfə, sosial psixologiya, statistika, riyaziyyat kimi bilik sahələrindəki nailiyyətlərə 
arxalanaraq, hüquqi münasibətlərin öyrənilməsinə  fənlərarası mövqedən yanaşır. Sosioloji yanaşma hüququn və 
hüquqi hadisələrin tədqiq edilməsində ehkamçı və sırf normativ baxışları aradan qaldırır. O, sistemli və funksional 
üsullara əsaslanaraq normayaratma, qanunvericiliyin səmərəliliyi, ədalət mühakiməsinin qeyri-formal mexanizmi
hüquq və qanunvericilik barədə əhalinin rəyi, hüquqi düşüncənin (şüurun) təşəkkül tapması, hüquqi sosiallaşma və 
s. kimi məsələləri geniş şəkildə öyrənir. 
Sözün geniş  mənasında götürdükdə hüquq sosiologiyası hüquqi aktların və ayrı-ayrı normaların real 
fəaliyyətini, adətlər,  əxlaq, qrup dəyərləri və yönümlər, ictimai rəy və s. daxil olmaqla, bütövlükdə sosial 
tənzimləmə fonunda və onunla birgə  təhlil edir. O, hüquqi məna kəsb edən sosial-hüquqi hadisələri və hüquqi 
xarakterli müxtəlif amilləri (ailə, mülkiyyət məsələləri, təsərrüfat müqavilələri, dövlətin planlı-tənzimləyici 
fəaliyyəti və i.a.) kompleks şəkildə götürür. Hüquq sosiologiyasında qanunların və ayrı-ayrı normaların 
səmərəliliyinin, hüququn əsas sosial funksiyalarının - tənzimləyici, tərbiyəvi, plan - proqnostik funksiyalarının, 
hüquq və ədalət məhkəməsi barəsində ictimai rəyin öyrənilməsinə, hüquqi peşələrin nüfuzuna və s. xüsusi diqqət 
yetirilir. 
[262 - 263]
 
Hüquqa ictimai həyatın dinamizmini təmin edən vasitə kimi sosioloji yanaşma XIX əsrin ikinci yarısında 
əvvəlcə Avropada formalaşmış, sonra isə ABŞ-da daha geniş yayılmışdır. Hüququn sosioloji nəzəriyyəsinin 
nümayəndələri C. Lyüi, R. Paund, D. Frenk olmuşlar. Bu siyahıya həm də R. fon İcrinq (Almaniya), L. Dyüqi və 
F. Ceni (Fransa), E. Erlix (Avstriya - Macarıstan), S. Muromtsev (Rusiya) daxildirlər. 
Sosioloji istiqamətin inkişafında uzun illər Harvard hüquq məktəbinin dekanı olmuş Amerika hüquqşünası 
Rosko Paund (1870-1964) da mühüm rol oynamışdır. Onun fikrincə, hüquq hər şeydən əvvəl faktiki hüquq qaydası 
və məhkəmənin fəaliyyət prosesidir. 
Sosioloji istiqamətin müxtəlif variantlarının səciyyəvi cəhətini hakimin mülahizəsinin azadlığı ideyası təşkil 
edir. Onun nümayəndələri hüquqa «anlayışların hüquqşünaslığı» adlandırdıqları formal - ehkamçı, normativ 
yanaşmanı tənqid edirdilər. Onlar hüquqa «hərəkətdə» və tətbiqolunma prosesi qismində yanaşırdılar. 
Aralarındakı müxtəlifliyə baxmayaraq, sosioloq-hüquqşünasların baxışlarında ümumi cəhət ondan ibarətdir 
ki, onların hamısı normalardan asılı olmayaraq əmələ gələn və mövcud olan «hüquqi» münasibətlərin məcmusunu: 
həyatda formalaşmış «sosial qayda» və ya «hüquq qaydasını», nəticə etibarilə isə «hökumətin, məhkəmələrin və 
digər dövlət orqanlarının və onların vəzifəli şəxslərinin faktiki fəaliyyət tərzini» əsas götürürlər. 
Hüquq sosiologiyasının müsbət məqamını hüquqi tənzimləmədə baş verən real proseslərin nəzərə 
alınmasına istiqamətlənmə, onların konkret - sosioloji üsullar əsasında öyrənilməsi təşkil edir. 
Hazırda Azərbaycanın hüquq doktrinası özünün nəzəri tədqiqatlardakı bəzi fərqlərinə baxmayaraq, normativ 
yanaşmadan hüquq sisteminin sosioloji dərketmə üsullarına keçidlə səciyyələnir. Hüquq sosiologiyasının müxtəlif 
aspektləri 
[263 - 264] 
Azərbaycan alimlərinin bir çox tədqiqatlarının mövzusu olmuşdur. 
Hüquq sosiologiyası hüququn sosial funksiyalarını hüquqi aktların qəbul olunması və ictimai həyatda tətbiq 
edilməsi ilə bağlı  məsələlərin öyrənilməsinə istiqamətləndirir. Huqüqi tənzimləmənin sosial nəticələri və sosial 
səmərəliliyinin aşkara çıxarılması ən ciddi və mürəkkəb problemlərdən biridir. Çünki qanunvericilik aktlarının və 
digər normativ aktların hazırlanması ilə yanaşı  həm də müvafiq qanunverici və hüquqyaratma orqanlarının 
fəaliyyətinin öyrənilməsini nəzərdə tutur. O, həm də müxtəlif ölkələrdə və müxtəlif tarixi dövrlərdə bu proseslərin 
təbiətini, istiqamətini və fərqini göstərir. 
Sosial-hüquqi tədqiqatların predmetini hüquqi aktların tərtib edilməsi zamanı, yəni sosial münasibətlərin 
hüquqi normalar dilinə çevrilməsinin hazırlanması prosesində, eləcə də son həddə - hüquqi göstərişlərin şəxsiyyətin 
sosial davranışına keçirilməsi və gerçəkləşməsi gedişində təşəkkül tapan ictimai münasibətlər təşkil edir. 
Hüquq elmində konkret sosioloji tədqiqatlar sosial təsirin, hüquq və onun institutlarının səmərəliliyinin 
öyrənilməsinə, hüququn ictimai münasibətlərə, praktikaya təsirinin və eləcə  də sosial amillərin hüquqa müqabil 
təsirinin aşkar olunmasına yönəlir. Sosiologiyanın bilavasitə  tədqiqat predmetini isə ictimai münasibətlərin 
təşəkkülü və inkişafına təsir edən sosial amillərin qarşılıqlı əlaqəsinin sistemi və mexanizmi təşkil edir. 


106 
 
Beləliklə, sosiologiyanın predmeti ilə hüquqşünaslığın predmeti nəinki bir-biri ilə təmasdadır, bunlar həm 
də qismən üst-üstə düşürlər. Bununla belə, istər sosiologiyanın, istərsə də hüquqşünaslığın predmetinin hər birinin 
öz spesifikliyi vardır. Nəticədə sosiologiyaya və eyni zamanda (hüquqla tənzimləndiyindən) hüquq elmlərinin 
obyektinə daxil olan ictimai münasibətlər müxtəlifcür, fərqli aspektlər və üst-üstə düşməyən nöqteyi-nəzərlərdən 
öyrənilir. Hüquq elmini ilk növbədə müvafiq ictimai münasibətin hüquqi forması, 
[264 - 265]
 onun subyektlərinin 
hüquq və vəzifələrinin məzmunu maraqlandırır. Sosiologiya isə bu və ya digər ictimai hadisənin sosial mənşəyini, 
sosial yerini və sosial funksiyalarını aydınlaşdırır. Hüquqşünas ailə-nikah münasibətlərini səciyyələndirərkən əsas 
diqqəti  ər-arvadın hüquqi vəziyyətinə, uşaqların hüquq və  vəzifələrinə yetirir. Sosioloqu isə ilk növbədə ailə 
üzvlərinin faktiki qarşılıqlı münasibətləri, yəni onların bir-birinə qarşı  rəğbət və ya nifrəti, qarşılıqlı 
dəyərləndirmələri, məhəbbət və dostluq hissləri və bu hisslərin insanların davranışındakı müxtəlif təzahürləri 
maraqlandırır. Bu halda o, bütün bu vəziyyətləri (halları) həm onların sosial amillərlə  şərtlənməsi nöqteyi-
nəzərindən, həm də müasir cəmiyyətdə ailənin funksiyaları və roluna təsiri baxımından nəzərdən keçirir. 
Hüquqi münasibətlər cəmiyyətin iqtisadi, siyasi, təşkilati, ailə  və s. münasibətləri ilə  qırılmaz surətdə 
bağlıdır. Hüquq sosiologiyası kimi müstəqil fənnin və elmi istiqamətin zəruriliyi hər şeydən əvvəl məhz bununla 
müəyyən olunur. 
Real həyatda faktiki münasibətlərin, hüquq normalarının və hüquq münasibətlərinin qarşılıqlı  əlaqəsi 
çoxşaxəlidir, lakin burada iki əsas tərəfı ayırmaq vacibdir. Birincisi, hüquq normalarının  əmələ  gəlməsi 
mexanizminə aiddir. Məlumdur ki, onlar bir tərəfdən mövcud faktiki münasibətlər  əsasında təşəkkül tapır, digər 
tərəfdən isə bu münasibətləri qanunvericilik iradəsinə uyğun olaraq, ictimai inkişafın meyllərini, cəmiyyətin və 
dövlətin ehtiyaclarını və vəzifələrini nəzərə almaqla özünəməxsus şəkildə əks etdirir. 
Hüquq normalarının həyatın tələblərini nə  dərəcədə düzgün əks etdirməsi, onların real vəziyyətə uyğun 
olub-olmaması, faktiki ictimai münasibətlərin gələcək inkişafına zəmin yaradıb-yaratmaması, zəruri münasibətləri 
təsbit edib-etməməsi və sair məsələlər hüquq normalarının sosial baxımdan  şərtləndiyini göstərir və hüquqi 
münasibətlərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. 
[265 - 266]
 
Hüquqi münasibətlərlə faktiki ictimai münasibətlər arasındakı qarşılıqlı  əlaqələrin ikinci tərəfı hüququn, 
onun institutları  və normalarının sosial təsiri və sosial səmərəliliyinin öyrənilməsi ilə bağlıdır. Burada həm də 
hüquq və onunla tənzimlənən ictimai münasibətlər arasında olan əks əlaqə özünü büruzə verir. 
Hüququn sosial təsiri onun sosial amillərlə şərtlənməsinin öyrənilməsi ilə ayrılmaz surətdə bağlıdır. Bu iki 
hadisə arasında sıx qarşılıqlı əlaqə mövcuddur. Belə ki, bu və ya digər hüquq norması həyatın tələblərindən irəli 
gəlmirsə, onun tətbiqinin müsbət nəticə verəcəyinə inanmaq olmaz. Digər tərəfdən, yalnız hazırkı qanunvericiliyin 
səmərəliliyinin öyrənilməsi əsasında onun gələcək mövcudluğu ilə bağlı faydalı təkliflər irəli sürmək mümkündür. 
Hüququn sosial şərtlənməsi onun normalarının yaranması yollarının kim tərəfındən təklif edilməsi ilə 
bağlıdır. Burada həm də hüquq normalarının qəbul olunması və dəyişdirilməsi məsələləri, habelə bu dəyişikliyin 
hansı faktiki şərtlərdən irəli gəlməsi, qərarlarını necə yerinə yetirilməsi (icrası və səmərəliliyi) mühüm yer tutur. 
Əslində hüquqyaratma prosesi və onun hər bir mərhələsi formaca hüquqi, məzmunca sosial-siyasi 
fəaliyyətdir. Məhz bu fəaliyyətdə hüququn təşəkkülü qanunauyğunluqları, onun sosial şərtlənməsi, tarixi reallığın 
obyektiv xüsusiyyətləri ilə qanunvericinin subyektiv təsəvvürləri arasındakı əlaqə konkret şəkildə üzə çıxır. 
Aparılmış sosioloji tədqiqatlar göstərir ki, qərarların qəbulu mexanizminin fəaliyyətində bir çox çətinliklər 
ortaya çıxır. Belə ki, XX əsrin 90-cı illərinin  əvvəllərində Azərbaycanda hüquq yaradıcılığı bir sıra səhvlər və 
çatışmazlıqlarla müşayiət olunmuşdu. Bunlara misal olaraq, cinayət və mülki qanunvericiliyində qanunların işlənib 
hazırlanması  və hüquq-mühafızə orqanlarında islahatların aparılmasının vahid konsepsiyasının olmamasını, 
islahatların prioritetlərinin bəzən təhrif olunmasını, onların birtərəfliliyini, humanistləşdirilmə 
[266 - 267]
 
ideyasının  şişirdilməsini, qanunların ümumpreventiv əhəmiyyətinin inkar edilməsini və s. göstərmək olar. Bu, 
ölkədə kriminal vəziyyətin xarakterində  və dinamikasında uyğunsuzluğa gətirib çıxardı. Cinayət hüququ 
normalarının ümumprofılaktik funksiyalarının zəif işləməsi, cəzasızlığın artması  və cinayətkar aləmin sıralarının 
çoxalması, ictimai rəydə qanunun gücsüzlüyü, mütəşəkkil cinayətkarlığın qarşısının alınmazlığı barədə  fıkrin 
formalaşması, vətəndaşlarda onların hüquqlarının və qanuni mənafelərinin dövlət tərəfindən müdafıəsinə 
inamsızlığın artması, cəmiyyətin kriminallaşması prosesinin güclənməsi də bu qəbildəndir. 
Hüquqyaratma prosesində  həm də onun subyektlərinə böyük əhəmiyyət verilir. Qərarların hazırlanması, 
müzakirəsi, qəbulu və icrasında əhalinin geniş iştirakı bu aktların məzmununda onların maraqlı olmasını təmin edir. 
Belə ki, Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il Konstitusiya layihəsinin müzakirəsində 4 milyondan 
artıq insan iştirak etmişdi, 8 min məktub alınmışdı. Konstitusiya layihəsinin ayrı-ayrı maddələrinin 
dəqiqləşdirilməsi, təkmilləşdirilməsi və onlara əlavələr edilməsinə yönəlmiş 3 min təklif irəli sürülmüşdü (Bax: 
«Azərbaycan» qəzeti, 7 noyabr 1995-ci il). 
Hazırda demokratik prosedurun və  qərarların qəbulu amili kimi ictimai rəyin  əhəmiyyəti getdikcə artır. 
Söhbət rəylərin, dəyərlərin və göstərişlərin sadəcə  mərkəzləşməsindən deyil, əhalinin müxtəlif sosial qruplarının 
mənafelərini, ehtiyaclarını ifadə edən səlahiyyətli ictimai rəydən gedir. Belə ki, müasir şəraitdə 17-27 yaşlı gənc 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə