F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə56/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   71

99 
 
müəyyən edən «zahiri amillərin» təhlilinə xüsusi diqqət yetirilir. Seçki kampaniyaları zamanı adamların 
davranışına təsir edən səbəblərin ierarxiyası öyrənilir: ölkənin daxili problemlərinə münasibət, kiçik qrup 
tərəfindən göstərilən təzyiq, seçicinin şəxsi xüsusiyyətləri, siyasi ənənələr və s. bu qəbildəndir. Seçicilərin seçkilərə 
hazırlıq gedişində münasibətlərində baş verən dəyişiklikləri izah etmək üçün seçicilərin davranışına aid müxtəlif 
konsepsiyalar işlənib hazırlanır. Məsələn, «Qıf» konsepsiyası. Bu konsepsiyanın mahiyyəti ondadır ki, seçkilərə 
yaxınlaşdıqca rəylər daha çox fərdiləşdirilmiş, konkretləşdirilmiş  və siyasiləşdirilmiş xarakter kəsb edir. «Susma 
spiralı» adı ilə məşhur olan konsepsiya. Bu konsepsiya belə bir vəziyyəti qeydə alır: partiyalardan birinin qələbə 
gözləməsi daim artır, həmin partiya üçün səs vermək niyyətləri isə dəyişməz qalır. 
Beləliklə, ictimai rəyə sosiaoloji, sosial-psixoloji və politoloji yanaşmalar öz mahiyyəti və  məzmunu 
etibarilə bir-birindən müəyyən dərəcədə  fərqlənir. Birincisi sosial məqamları, ikincisi sosial-psixoloji məqamları, 
üçüncüsü isə siyasi məqamları ön plana çəkir, qabarıqlaşdırır. Lakin bu yanaşmaların hamısı ictimai rəyin 
əhəmiyyətini qeyd edir, onu öyrənməyi vacib sayır və bunun üçün müxtəlif üsullar təklif edirlər. 
[247 - 248] 
 
2. İctimai rəyin ifadə olunma vasitələri 
 
Sosiologiya ictimai rəyin ifadə olunması prosesinin öyrənilməsini daim diqqət mərkəzində saxlayır. 
Ümumiyyətlə, ictimai rəyin ifadə olunması dedikdə, həyatın aktual problemləri üzrə  fərdi və qrup xarakterli 
rəylərin bilavasitə və nümayəndəli demokratiya formaları vasitəsilə ifadə edilməsi başa düşülür.

Bu bir həqiqətdir ki, ictimai rəyin gücü təkcə onun məzmununun obyektivliyi və  əhalinin daha geniş 
təbəqələrinin mənafelərini, tələbatlarını  əks etdirməsi ilə deyil, həm də onun ifadə olunma vasitələri ilə 
şərtlənmişdir. Buna görə  də ictimai rəyi ifadə edən siyasi və ictimai institutların işinin səmərəli təşkil edilməsi, 
insanların kollektiv rəyini ifadə edən formaların və kanalların genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. 
İctimai rəyin daşıyıcısı ilə onu ifadə edən tərəf heç də həmişə eyni olmur. Yəni ola bilər ki, böyük sosial 
qrupların ictimai rəyi nisbətən xırda qruplar və hətta ayrı-ayrı adamlar tərəfindən ifadə olunsun. 
Deməli, cəmiyyətin hər bir üzvü ictimai rəyin ifadəçisi kimi çıxış edə bilər. Bu halda onun kütləvi elan 
etdiyi rəy ictimai əhəmiyyət kəsb edən bu və ya digər məsələ barəsində  hər hansı böyük sosial qrupun rəyini
münasibətini əks etdirməlidir. 
İctimai rəyin ifadə olunma növləri və formaları olduqca müxtəlifdir. Bu baxımdan üç növü xüsusi olaraq 
fərqləndirmək lazımdır. 
Birincisi, kortəbii surətdə ifadə olunan ictimai rəydir. Belə  rəy müəyyən fərdin və ya fərdlər qrupunun 
gündəlik həyat  şəraitinin təsiri altında formalaşır və hadisələrə bu səviyyədə münasibətini, qiymətini ifadə edir. 
Məsələn, küçədə, məhəllədə, bazarda, iş yerində və s. yerlərdə daxili və beynəlxalq məsələlərin müzakirə edilməsi, 
onlara münasibət 
[248 - 249]
 bildirilməsi, qiymət verilməsi məhz bu qəbildəndir. İctimai rəyin belə ifadə olunması 
özünün lokal xarakteri, çox zaman hadisələrin zahiri, səthi tərəflərinə əsasən fıkir yürüdülməsi və əsl mahiyyətinə 
dərindən nüfuz edilməməsi, əksər hallar-da qeyri-dəqiq olması ilə səciyyələnir. Lakin dediklərimiz ictimai rəyin bu 
növünə laqeyd yanaşmaq, onu nəzərə almamaq üçün əsas olmamalıdır. 
İkincisi, ictimai rəyin dövlət orqanlarının, ictimai təşkilatların, kütləvi informasiya vasitələrinin təşəbbüsü 
ilə ifadə olunmasını əhatə edir. Bu növə ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatına dair mühüm əhəmiyyətli 
qanun layihələrinin ümumxalq müzakirəsini, mətbuat səhifələrində, radio və televiziyada həyatımızın ən aktual və 
əhəmiyyətli problemlərinin vaxtaşırı müzakirəsini və s. aid etmək olar. Təbiidir ki, bu növ daha əhatəlidir, ictimai 
praktikamıza daha möhkəm daxil olmuşdur. 
Üçüncüsü, ictimai rəyin xüsusi sosioloji tədqiqatlar vasitəsilə  əldə edilmiş  nəticələrinin  əhaliyə 
çatdırılmasıdır. Bu növ əsasən  əhalinin müxtəlif qrup və  təbəqələri arasında aparılan sosioloji sorğular vasitəsilə 
ifadə olunur. Məlum olduğu kimi, bu növ dünya praktikasında geniş yayılmışdır. Respublikamızda da bu 
istiqamətdə müəyyən addımlar atılmışdır. Sosioloji sorğular sosial informasiya əldə etməyin mühüm kanallarıdır. 
Onlar cəmiyyətdəki ümumi iqlimi başa düşməkdə və qiymətləndirməkdə mühüm rol oynayır. 
Elmi ədəbiyyatda ictimai rəyin təhlilində şəxsiyyətlərarası ünsiyyətə xüsusi diqqət yetirilir. 
İctimai rəyin ifadə olunmasının müxtəlif üsullarını  və kanallarını  sıx qarşılıqlı  əlaqə  və  təsirdə götürmək 
zəruridir. Bu, bir tərəfdən ictimai rəyin nə dərəcədə kütləvi xarakter daşıdığını, bu prosesin özünəməxsusluqlarını 
və istiqamətlərini, ayrı-ayrı  fəaliyyət formalarının intensivliyini öyrənməyə imkan verir. Digər tərəfdən, hər bir 
ifadə növünə ayrı-ayrılıqda xas olan üstünlükləri nəzərə almaq və ümumiləşdirmək ictimai rəyin mötəbərliyinin 
təmin olunmasının mühüm şərtidir. 
İctimai rəyə sosioloji yanaşma onun iki səviyyəsini fərqləndirməyi tələb edir. Bunlardan birincisi sözdə
danışıqda ifadə olunan səviyyədir. Buna verbal münasibət deyilir. Qeyd edilən səviyyədə bu və ya digər məsələyə 
                                                 
1
 Sosiologiya. Bakı, 1994, s. 53. 


100 
 
ifadə olunan münasibət, verilən qiymət zahirən müəyyən  əhali kütləsinin rəyi kimi qəbul oluna bilir, lakin hələ 
praktik gücə qadir olmur. 
İkinci səviyyə bundan fərqli xarakteristikaya malikdir. Artıq bu səviyyədə, yəni  əməli işi səviyyəsində 
ictimai rəy real həyata öz həqiqi təsirini göstərir. Bu səviyyədə artıq sosial qruplar və sosial birlik formaları öz 
şüurlarında bu və ya digər məsələyə verilən qiymətə uyğun surətdə praktik fəaliyyət göstərməyə başlayırlar. Qeyd 
oluınmalıdır ki, ictimai rəyin birinci səviyyədən - inikasedici səviyyədən ikinci səviyyəyə keçməsi mürəkkəb 
prosesdir. Bu keçid əsas etibarilə ictimai rəy göstəricilərinin sosial normalarda, sosial tənzimetmə  və  nəzarət 
formalarında təcəssümü vasitəsilə baş verir. Nəticədə ictimai rəyin mövcud ictimai münasibətlərin real tərəfinə 
çevrilməşi, bu münasibətlərlə çulğalaşması prosesi cərəyan edir.

Məlum olduğu kimi, sosial tənzimetmənin müxtəlif formaları (hüquq, əxlaqi, tərbiyəvi və s.) mövcuddur. 
Cəmiyyətdə gedən sosial proseslərin tənzim olunmasında mühüm yer tutan ictimai rəy bu normalarla sıx qarşılıqlı 
təsirdə  çıxış edir. Daha dəqiq desək, onların təsirinə ictimai rəyin də  əlavə olunması, bu təsirin gücünü daha da 
artırır.  İctimai rəy vasitəsilə  həyata keçirilən nəzarət özünün gündəlik xarakter daşıması, daimi fəaliyyət 
göstərməsi, yaranmış  vəziyyətə çox tez reaksiya verməsi, öz məzmununda bir qayda olaraq çoxluğun  əhval-
ruhiyyəsini  əks etdirməsi və digər mühüm keyfiyyətləri ilə  səciyyələnir. Odur ki, ictimai rəyin nəzarətedici 
funksiyasının səmərəliliyini yüksəltmək yollarını  və vasitələrini axtarıb tapmaq sosioloji yanaşmanın mühüm 
məqsədini təşkil edir. Bu cür nəzarət cəmiyyətdə 
[250 - 251] 
bir çox proseslərin normal getməsi, burada özünü 
göstərən neqativ halların - əliəyriliyin, oğurluğun, vəzifədən sui-istifadə etmənin, xalqın sərvətini müxtəlif yollarla 
mənimsəməyin aradan qaldırılmasında  əhəmiyyətli rol oynayır. Sosial münasibətlərin, cəmiyyət üzvlərinin 
davranışının ictimai rəyin köməyi ilə  tənzim edilməsi onların  şüuruna bilavasitə  təsir göstərir. Bu, ictimai rəyin 
gücünü artırır, onun nüfuzunu yüksəldir. Nəticədə ictimai rəyin  əhəmiyyəti ümumən etiraf olunur, cəmiyyətdə 
demokratik əsasların daha möhkəm qərarlaşması və möhkəmlənməsi üçün əlverişli zəmin yaranır. 
 
3. Kütləvi informasiya vasitələri ictimai rəyin 
formalaşmasının qüdrətli amilidir 
 
Məlumdur ki, ictimaiyyətin nümayəndələri öz rəylərini bildirmək üçün bir yerə toplaşa da bilər, toplaşmaya 
da bilər.  İkinci halda ictimaiyyətin ayrı-ayrı nümayəndələri ictimaiyyətin digər nümayəndələri ilə ancaq 
kommunikativ  əlaqələrdə ola bilərlər. «İctimaiyyət ancaq kütləvi kommunikasiya vasitələri sayəsində daxili 
əlaqəsini saxlayır. Bu səbəbə görə kütləvi informasiya vasitələri üzərində nəzarət çox zaman ictimai rəy üzərində 
hakimiyyət deməkdir».
2
 
Kütləvi informasiya vasitələri öz fəaliyyətində ictimaiyyətin strukturunu və  rəyini nəzərə almalıdır. Bu, 
mədəni fərqlərlə  və heterogenliklə müəyyən olunur. Yekcins mədəniyyətli cəmiyyətdə uyğun, azfərqli maraqlara 
malik ictimaiyyət qərarlaşır. Adətən belə cəmiyyət submədəniyyətin az olması ilə səciyyələnir. Submədəniyyətlərin 
çox olması ifrat qeyri-yekcins ictimaiyyət doğurur; belə ictimaiyyətin qrupları öz mənafelərinin ifadəsində  və 
reallaşdırılmasında rəqabət aparan tərəflər kimi çıxış edirlər. Məsələn, ictimaiyyətin bir hissəsi belə güman edir ki, 
büdcənin  əhəmiyyətli hissəsi ekoloji problemlərin həllinə istiqamətləndirilməlidir, ikinci 
[251 - 252]
 hissə belə 
hesab edir ki, vəsait milli sənayenin inkişafına sərf olunmalıdır, üçüncü hissə isə  əmindir ki, vəsait daha çox 
Müdafıə Nazirliyinə ünvanlanmalıdır ki, Azərbaycanın  ərazi bütövlüyü qorunub saxlanılsın, onun dünya 
meydanında nüfuzu güclənsin. Cəmiyyətin strukturu mürəkkəb olduqca bu və ya digər məsələnin həlli ilə bağlı 
olaraq, ictimaiyyət nümayəndələrinin tutduqları mövqelər də çox olacaqdır. 
Cəmiyyətin sadə stabil mədəniyyəti bir qayda olaraq, ümdə  məsələlərin həllində ictimaiyyətə çoxlu 
alternativlər təklif etmir. Çünki vəziyyəti  ənənələr və  mənəvi normalar əsasında idarə etmək olar. Buna görə  də 
müxtəlif sosial qruplar üçün ictimai rəydə ayrılıq  əhəmiyyətli deyildir, gərgin münaqişələrlə müşayiət olunmur. 
Lakin mürəkkəb, ziddiyyətli mədəniyyətdə ictimaiyyət nümayəndələrinin müxtəlif qruplarının hər hansı problemin 
həllinə yönəlmiş nöqteyi-nəzərləri son dərəcə  rəngarəng ola bilər. Başqa sözlə, yaranmış  vəziyyəti müəyyən 
normalar toplusunun köməyi ilə idarə etmək mümkün deyildir. Çünki həmin normalar məlum cəmiyyətin yalnız 
ayrıca qruplarının, submədəniyyətinin hüdudlarında qəbul edilmişdir. Məsələn, hazırda ictimaiyyətin bir çox 
nümayəndələri müəyyən  ərazidə neft və ya başqa faydalı qazıntı  çıxarılması  nəticəsində ekoloji balansın 
pozulmasından narahatlıq keçirə bilər. Eyni zamanda həmin ərazidə neft və ya başqa faydalı qazıntı çıxarılmasına, 
sənayenin inkişaf etdirilməsinə maraqlı olan qruplar belə hesab edə bilərlər ki, bunun üçün istənilən vasitə 
məqbuldur. Ənənəvi normalar bu məsələni həll etməyə imkan vermir, çünki hər iki nöqteyi-nəzəri müdafiə etmək 
üçün həmin normaları  tətbiq etmək olar. Ekoloji tarazlığın təmin olunması da, ölkənin sənaye potensialının, 
                                                 
1
 Sosiologiya. Bakı, 1994, s. 54-55. 
2
 Фролов С. C  Социология. Москва, 2000, с. 247. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə