F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə54/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   71

96 
 
Müəssisə kollektivinə daxil olan qrupa münasibətdə sosial idarəetmə metodları belə bölüşdürülə bilər: 
a)  qrupun tərkibinin məqsədyönlü formalaşdırılması (məsələn, qrupun peşə-ixtisas  əlamətlərinə görə 
formalaşması, iş yerlərinin sayına və xüsusiyyətlərinə görə mobil qrupların yaradılması  və s.); b)  qrupun sıx 
vəhdətinin təmin edilməsi (sağlam rəqabətin təşkili, rəhbərlik üslubunun təkmilləşdirilməsi, sosial-psixoloji 
amillərdən istifadə olunması  və s. vasitəsilə bunu həyata keçirmək mümkündür). Bütövlükdə kollektiv, təşkilat 
səviyyəsində aşağıdakı metodlardan istifadə oluna bilər: 
a) formal və qeyri-formal strukturların uzlaşdırılması. Bu baxımdan planlaşdırılmış və həqiqi, real əlaqələr, 
normalar arasındakı ziddiyyətlərin aradan qaldırılması xüsusi məna kəsb edir. 
b) idarəetmənin demokratikləşməsi. Bu baxımdan ictimai təşkilatların rolunun yüksəldilməsi, ümumi 
qərarların işlənib hazırlanmasına işçilərin cəlb olunması, bəzi rəhbərlərin seçkili olması qaydasının tətbiqi, əmək 
fəallığının inkişaf etdirilməsi və s. özünü tamamilə doğruldur. 
c) sosial planlaşdırma.  İşçilərin ixtisasının artırılması  və rifahının yaxşılaşdırılması, kollektivin sosial 
strukturunun təkmilləşdirilməsi, adamların sosial müdafiəsinə kömək edən tədbirlərin həyata keçirilməsi və s. 
kollektivin fəaliyyətinə  səmərəli təsir göstərir. Müəssisədə sosial planlaşdırma sosial proseslərin inkişafının 
məqsəd, vəzifə  və göstəricilərini, habelə onları  həyata keçirmək vasitələrini müəyyənləşdirməyin elmi cəhətdən 
əsaslandırılmasını təmin etmək deməkdir. 
Yeri gəlmişkən qeyd edək ki, elmi ədəbiyyatda təşkilatın idarə edilməsi baxımından xarakterinə görə 
aşağıdakı metodların ayırd edilməsinə tez-tez rast gəlmək mümkündür: 
a) inzibati-təşkilati metodlar; bu metodlar dövlətin iradəsinə  və nüfuzuna istinad edir və idarəetmə 
obyektinə bilavasitə  təsir göstərir.  İdarəetmənin inzibati-təşkilati metodlarının xarakter xüsusiyyətləri sırasına 
bunlar aid edilə bilər: operativlik; idarə olunan obyektə birbaşa təsir; göstərişlərin, sərəncamların, əmrlərin və digər 
inzibati qərarların yerinə yetirilməsinin məcburi xarakteri; yerinə yetirilməyən  əmr və  sərəncamlar üçün ciddi 
surətdə müəyyən edilmiş məsuliyyət; səhv qərarların qəbulu üçün fərdi məsuliyyət. Bu metodların üstün cəhətlərinə 
baxmayaraq, onların tətbiqində müəyyən qüsurlar da özünü göstərir: qərarların qəbulun-a özbaşınalıq, 
volyuntarizm və bürokratizm təzahürləri. 
b) iqtisadi metodlar; bu metodlar idarəetmədə  və  təsərrüfat fəaliyyətində iqtisadi qanunlardan və 
münasibətlərdən səmərəli istifadəni təmin edən tədbirlərin məcmusudur.  İqtisadi metodların reallaşdırılmasının 
əsasını nəticə etibarilə adamların maddi maraqlarının aşkara çıxarılması və on-ardan istifadə olunması təşkil edir; 
bu maraqlar işçiləri iqtisadi qanunların tələblərini yerinə yetirməyə sövq edir. 
c) sosial-psixoloji metodlar; bu metodlar ayrı-ayrı işçilərin və kollektivlərin fərdi xarakteristikalarını nəzərə 
almaqla tətbiq edilən metodlardır. Sosial-psixoloji metodlardan səmərəli istifadə olunması  şəxsiyyətin və 
kollektivin mövcud potensialının azad, sərbəst inkişafına, onların fəaliyyətinin aktiv yaradıcı  əsasda qurulmasına 
kömək edir. Ona görə  də  hər bir rəhbər işçi idarəetmənin sosial - psixoloji əsaslarına yiyələnməyə ciddi səy 
göstərməlidir.  İşçinin davranışı, onun digər  şəxslərlə qarşılıqlı  təsiri, ünsiyyəti və s. hərtərəfli öyrənilməlidir. Bu 
halda şəxsiyyət ünsiyyətin mühüm ünsürü, kollektiv fəaliyyətin iştirakçısı, çoxsaylı qrupların üzvü kimi nəzərdən 
keçirilməlidir. Lakin kiçik kollektivlərin, böyük sosial birliklərin, kütləvi proseslərin xüsusiyyətlərinə  də diqqət 
yetirilməlidir. 
[241 - 242]
 


97 
 
 
 
XIV FƏSİL 
 
İCTİMAİ RƏYİN SOSİOLOGİYASI 
 
1. İctimai rəyin mahiyyəti 
 
İctimai rəy ictimai şüurun elə  təzahürüdür ki, burada böyük sosial qrupların, bütövlükdə xalqın aktual 
hadisələrə münasibəti (yaxud onları qiymətləndirilməsi)  əks olunur. Adətən belə hadisələr ciddi ictimai maraq 
doğuran, ictimai mənafelərə toxunan hadisələr olur. Ətraf gerçəkliyin qiymətləndirilməsi müxtəlif qrup və 
təbəqələrin mövqeyini əks etdirir. Həmin qrup və təbəqələr ictimai rəyin ifadəçiləridir. 
Bu bir həqiqətdir ki, istənilən sosial və ya sosial-ərazi birliyinin normal fəaliyyəti ictimai işlər haqqında 
kollektiv təsəvvürlər, mühakimələr işlənib hazırlanmadan mümkün deyildir. Hər hansı hadisənin ictimai cəhətdən 
işlənib hazırlanmış qiymətləri olmasa, davranış normaları müəyyənləşdirilməsə, ümdə problemlərin praktik yolları 
axtarılıb tapılmasa, cəmiyyət bütöv sosial orqanizm kimi, bütöv sosial sistem kimi fəaliyyət göstərə bilməz. 
Hər bir cəmiyyətdə ictimai rəyin təşəkkül tapması  və inkişafı mürəkkəb xarakterə malikdir. Ona görə  də 
«təşəkkül tapmış ictimai rəy ayrı-ayrı  rəylərin mexaniki cəmi deyil, qarşılıqlı mübadilə olunması  və 
zənginləşməsinin, bir-birinə nüfuz etməsinin nəticəsidir, bir növ kollektiv zəkanın təmərküzləşmiş ifadəsidir. 
İctimai rəy rasional, emosional və iradi ünsürlərin üzvi vəhdətindən ibarət olduğundan üç səviyyədə təzahür edə 
bilər: mənəvi münasibət kimi (qiymətverici mühakimələr vasitəsilə), mənəvi-praktik münasibət (emosional-iradi 
meyllər, səylər, niyyətlər və s. vasitəsilə) və praktik münasibət kimi (kütləvi hərəkatlar və əməllər vasitəsilə)».

İctimai rəyin nüfuz gücü əksəriyyətin şüuruna əsaslanması ilə şərtlənmişdir. Burada çox əhəmiyyətli məsələ 
həmin əksəriyyətin düzgün nöqteyi-nəzərdə, düzgün mövqedə olub-olmamasıdır. Əgər əksəriyyət düzgün nöqteyi-
nəzərdədirsə, düzgün mövqedə dayanırsa, o zaman ictimai rəy  əksəriyyətin yetkin rəyi kimi çıxış edir ki, bu da 
onun sosial əhəmiyyətini və praktik təsirini artırır. Kütlələrin  şüurunun azdırılması ictimai rəyin funksional 
imkanlarını azaldır. 
Konkret ictimai rəyin əlamətlərinə onun intensivliyini və sabitliyini aid edirlər. İctimai rəyi kütləvi şüurun 
mövcudluğu və  təzahürü üsullarından biri hesab edirlər. Bu şüurda, məlum olduğu kimi, xalqın, sinfin, sosial 
qrupun  əksəriyyətinin onların tələbat və  mənafelərinə toxunan gerçəkliyin fakt, hadisə  və proseslərinə real 
münasibətləri ifadə olunur. 
İctimai rəy sosial nəzarətin, geniş kütlələrin davranışını  və praktik fəaliyyətini nizama salmağın səmərəli 
vasitəsidir, xalqın özünüidarəetmə sisteminin ayrılmaz ünsürüdür. 
Kütlələrin tarixi prosesdə rolu artdıqca, cəmiyyətin həyat fəaliyyətinin bütün sferalarında fəallığı 
yüksəldikcə, onların təhsil, mədəniyyət, məlumatlılıq səviyyəsi genişləndikcə ictimai rəyin sosial əhəmiyyəti və 
idarəetmə  dəyəri də yüksəlir. Demokratiyanın inkişafı  və  təkmilləşməsi ictimai rəyin formalaşmasına, 
öyrənilməsinə və nəzərə alınmasına səmərəli təsir göstərir. 
İctimai rəy cəmiyyəti idarəetmənin demokratik vasitəsi olub, əhalinin müxtəlif qruplarının mənafelərinin
əhval-ruhiyyəsinin konkret sosial-psixoloji formada ifadəsi kanalıdır. Ona görə  də demokratiyanın inkişaf etdiyi 
ölkələrdə  ən müxtəlif ictimai problemlərin həllində ictimai rəyin müntəzəm surətdə  nəzərə alınması vacib 
prinsiplərdən biri sayılır. 
İctimai rəyin mahiyyətini, formalaşmasını, təkamülünü müxtəlif cür izah edirlər, yəni bu məsələdə vahid rəy 
yoxdur. Araşdırmalar göstərir ki, müxtəlif bilik sahələrini təmsil 
[243 - 244]
 edən tədqiqatçıların bu sahədə maraqlı 
konsepsiyaları, nəzəriyyələri, baxışları mövcuddur. Filosoflar, sosioloqlar, politoloqlar, sosial psixoloqlar və 
başqaları ictimai rəy problemləri ilə daha ciddi məşğul olmuşlar. Ona görə  də ictimai rəy nəzəriyyələrini məhz 
həmin bilik sahələrini təmsil edən tədqiqatçıların işləyib hazırladıqları konsepsiyaların, irəli sürdükləri baxışların 
spesifık kompleksi hesab etmək olar.
2
 Bu kompleksdə gerçəkliyin hadisələrinə, faktlarına, problemlərinə 
münasibətdə insan qruplarının qiymətləndirmə mühakimələrinin təbiətini, cəmiyyətdə rolunu və  əhəmiyyətini 
nəzərdən keçirməyə cəhd edilir. 
İctimai rəy, demək olar ki, tarixi inkişafın bütün dövrlərində mövcud olsa da, onun bir anlayış kimi ifadəsi 
XII əsrdə İngiltərədə özünü göstərmişdir. Sonralar bu termin tədricən başqa ölkələrə də nüfuz etmiş, XVIII əsrin 
sonlarından etibarən isə geniş yayılmağa başlamışdır. 
                                                 
1
 Fəlsəfə ensiklopedik lüğəti. Bakı, 1997, s. 200. 
2
 Вах: Коробейников В. С.  Пирамида мнений. Москва, 1981, с. 13. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə