F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə57/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   71

101 
 
dünyada nüfuzunun artırılması da vacib məsələdir. Beləliklə, «mürəkkəb cəmiyyətdə ictimai rəyin ayrı-ayrı 
seqmentləri meydana çıxır ki, bunların da arxasında öz mənafeləri, ustanovkaları, bu və ya digər problemin həllinə 
müxtəlif təsir imkanları olan ictimaiyyət 
[252 - 253] 
qrupları dayanır).
1
 Bu ictimai rəyi öyrənməyi və nəzərə almağı 
zəruri edir. 
Demokratik idarəçilik formaları olan müasir cəmiyyətlərdə ictimai rəyin rolu getdikcə artmaqdadır. Bu, bir 
neçə vəziyyətlə şərtlənmişdir: 
Birincisi, idarəedici təbəqənin yeritdiyi siyasətə ictimaiyyətin təsir göstərmək imkanları kəskin surətdə artır. 
Burada seçkilər, referendumlar, parlamentdə  və ya hökumətdə  təzyiq qrupları, vətəndaş itaətsizliyi aktları xüsusi 
qeyd edilməlidir. 
İkincisi, demokratik cəmiyyətlər kütləvi informasiya vasitələrinin çoxşaxəli sisteminə malikdir. Bunlardan 
bir çoxu alternativ nöqteyi-nəzərləri müdafiə edir. Bunun sayəsində ictimaiyyət cəmiyyətdə baş verən bütün 
hadisələr barəsində  dərhal informasiya ala bilir. Bu halda cəmiyyətin  əksər üzvlərində  məlum hadisələrə  və 
hakimiyyətin qəbul etdiyi qərarlara münsibətdə sabit mövqe formalaşır. 
Üçüncüsü, demokratik cəmiyyətlərdə liderlərin irəli sürülməsi ictimai rəy dalğasında baş verir. Əgər lider 
ictimai rəyin dəyişilməsindəki ümumi meylləri qavramışdırsa, onun siyasətini ictimaiyyətin müxtəlif 
nümayəndələri, sonra həm də siyasi xadimlər müdafıə etməyə başlayacaqlar. 
Kütləvi informasiya vasitələri ictimai rəyə  ən müxtəlif formalarda təsir göstərmək imkanlarına malikdir. 
Onların fəal təbliğat istiqaməti ümumən etiraf olunur. Bir neçə misala müraciət edək. 
İkinci dünya müharibəsindən sonra ABŞ-da papiros çəkmək dəb halını almışdı. Otaqda və ya ofisdə papiros 
çəkmək adi iş sayılırdı. Lakin 1957-ci ildə  həkimlər sübut etdilər ki, o, orqanizmə sarsıdıcı  təsir göstərir. 
Amerikalıların ictimai rəyi kəskin surətdə dəyişildi: kütləvi informasiya vasitələrində sağlam həyat tərzi uğrunda 
geniş kampaniya fəallaşdı. Hazırda papiros çəkənlər ümumi məzəmmət obyektinə çevrilmişlər. Qeyri-sağlam 
meyllilik sosial statusa və nüfuza 
[253 - 254] 
təsir göstərə bilər: papiros çəkənləri bəzi işlərə qəbul etmirlər. Bütün 
cəmiyyət papiros çəkməyə qarşı mübarizəyə meyllidir.
2
 
Başqa bir misala müraciət edək. Keçmiş SSRİ-də 80-ci illərin sonunda ictimai rəy (xüsusən Rusiyada 
yaşayan  əhali tərəfindən)  Şimal çaylarının axarının qismən dəyişilməsi və suya kəskin ehtiyacı olan Cənub 
ərazilərinə axıdılması layihəsinə qarşı çıxdı. KİV-lər bir qrup ziyalının etirazını fəal müdafiə etdi. Əksəriyyətin rəyi 
dəyişildi, tezliklə layihənin maliyyələşdirilməsinin dayandırılması barədə dövlət qərarı qəbul olundu. 
Üçüncü bir misal: Məlum olduğu kimi vaxtilə Azərbaycanda da atom-elektrik stansiyasının inşası 
gündəlikdə da-anırdı. İctimai rəy atom-elektrik stansiyalarını olduqca münasib, ekoloji cəhətdən yaxşı göstəriciləri 
olan, perspektivli stansiyalar kimi qəbul edirdi. Lakin Çernobıl AES-də baş verən qəza və onun nəticələri nəinki 
SSRİ-də, həm də bütün dünyada AES-lər ətrafında formalaşan ictimai rəyə sarsıdıcı zərbə endirdi. Azərbaycanda 
AES tikintisi ideyası öz aktuallığını tam itirdi. Fəaliyyətdə olan AES-lərin dayandırılıb-dayandırılmaması məsələsi 
geniş müzakirə olunmağa başladı. Onların texniki-texnoloji göstəriciləri hərtərəfli təhlil edildi. Nüfuzlu təşkilatların 
inspeksiyaları  həyata keçirildi. Mütəxəssislər ciddi səy göstərməli və sübut etməli oldular ki, qəza AES-in 
tikintisində  və istismarında yol verilən  əsaslı nöqsanların, qüsurların nəticəsidir, AES kompleksinin inşası  və 
fəaliyyəti isə elmin, texnikanın mühüm nailiyyətidir. Etiraf etməliyik ki, AES-lərə neqativ münasibət məqamları 
ictimai rəydə indi də güclüdür. 
Kütləvi informasiya vasitələrinin təbliğat işi ictimai rəyin istiqamətliliyi, intensivliyi və inteqrasiyası barədə 
dəqiq, elmi cəhətdən  əsaslandırılmış  məlumatlara istinad etməlidir. Geniş  mənada təbliğatın məqsədi ictimaiyyət 
tərəfindən idarə 
[254 – 255]
 edən tərəfə lazımlı nöqteyi-nəzəri qəbul etməyə istiqamətləndirməkdən, iqtisadi, siyasi 
və ya sosial hadisələri müdafıə və ya rədd etməyə yönələn ustanovkalar sistemi yaratmaqdan ibarətdir. Natiqlərin 
kütlə qarşısında çıxışları, jurnallardakı və qəzetlərdəki məqalələr, radio və televiziya verilişləri, reklam, əmtəələrin 
bazarda irəliləməsi və s. - bütün bunlar ictimai rəyə təbliğat xarakterli təsirin nümunələridir. 
Bir çox tədqiqatçılar təhsil prosesini də təbliğata aid edirlər. Çünki təlim gedişində müəllimlər  şagirdlərə, 
tələbələrə, dinləyicilərə onları əhatə edən gerçəklikdəki hadisələr barəsində öz xüsusi rəylərini aşılamağa çalışırlar. 
Yaxşı  məlumdur ki, təlim prosesində fasiləsiz təbliğat təhsil alan şəxslərin  şüuruna müəyyən nöqteyi-nəzərlərə 
uyğun gələn norma və dəyərləri daha möhkəm surətdə aşılamağa imkan verir. 
Kütləvi informasiya vasitələrinin ictimai rəyə məqsədyönlü təsiri zamanı bir sıra suallar ortaya çıxır. Hansı 
halda təbliğat insan davranışında  ən böyük dəyişikliklər yaradır: təbliğatın ictimaiyyət nümayəndələrinə  təsiri 
əhəmiyyətli olanda, yoxsa həmin təsir zəif, ehtiyatlı olanda? İctimaiyyət nümayəndələrinin nöqteyi-nəzəri əvvəlki, 
artıq formalaşmış nöqteyi-nəzərdən xeyli dərəcədə kənara çıxdıqda, yaxud bu kənara çıxma əhəmiyyətsiz olduqda 
təbliğatın strategiyasını necə formalaşdırmaq lazımdır? Qəbul olunmuş rəydən kənara çıxmaları dərk etməyi adətən 
koqnitiv dissonans adlandırırlar. Burada iki nöqteyi-nəzəri fərqləndirmək olar. Bəzi alimlər belə  zənn edirlər ki, 
                                                 
1
 Фролов С. C  Социология. Москва, 2000, с. 247-248. 
2
 Misal bu mənbə üzrə verilir: Kpaвченко A. И.  Социология. Mocква-Eкатеренбург, 2000, c. 146-147. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə