F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə55/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   71

98 
 
İctimai rəy insanların şüur və davranışının spesifik təzahürü kimi bütün ictimai şüur formaları və səviyyələri 
ilə sıx surətdə bağlıdır. O, eyni zamanda reallığa həm mənəvi, həm də praktik təsir göstərə bilməsi ilə səciyyələnir. 
Adətən ictimai rəyin subyektini və obyektini fərqləndirirlər. Bu ona görə zəruridir ki, ictimai rəyin əsasını 
təşkil edən sosial qiymətləndirmə  əslində subyektin obyektə müəyyən münasibətinin ifadəsi deməkdir.  İctimai 
rəyin subyekti dedikdə qiymət verən tərəf nəzərdə tutulur. İctimai rəyin subyekti bir növ onun daşıyıcısı deməkdir. 
Aydın məsələdir ki, istənilən sosial birlik forması bu rolu yerinə yetirə bilər. Bütövlükdə cəmiyyət, onun hər hansı 
hissəsi (sosial qrup, təbəqə), habelə müəyyən mənada ayrı-ayrı görkəmli şəxsiyyətlər də ictimai rəyin subyekti ola 
bilər. 
İctimai rəyin obyekti rəngarəngdir, müxtəlif hadisələr, proseslər və problemlərdir. İstənilən məsələ ictimai 
rəyin obyekti ola bilər. İctimai rəyin subyekti ilə obyekti arasında qarşılıqlı təsir mürəkkəb prosesdir. 
[244 - 245]
 
İctimai rəy öz daxili məzmununa görə, əhatə dairəsinə görə əhalinin müxtəlif səviyyələrini təmsil edə bilər. 
Bu mənada bütövlükdə xalqın ictimai rəyini, bu və ya digər sosial qrupun rəyini, müəyyən iş sahələrində çalışan 
kollektivlərin rəyini ayırmaq mümkündür. Belə fərqləndirmə ictimai rəyi əsasən kəmiyyət etibarilə səciyyələndirir. 
Aydın məsələdir ki, ictimai rəyin keyfıyyət aspekti də mövcuddur. Bu, onun ictimai inkişafın tələbatlarına nə 
dərəcədə uyğun gəlməsi ilə müəyyən olunur. 
İctimai rəyə verilən sosial qiymət öz obyektivliyi, mötəbərliyi baxımından birmənalı olmur. Bu halda 
ictimai rəyin əsasında dayanan mənafelərin tipi və xarakteri həlledici əhəmiyyət kəsb edir. Bu o deməkdir ki, hər 
bir sosial subyekt hadisələri, prosesləri və problemləri ən əvvəl öz spesifik mənafeləri baxımından qiymətləndirir. 
Mənafelər müxtəlif olduğuna görə eyni bir hadisə, proses, problem müxtəlif cür qiymətləndirilə bilir. 
İctimai rəy müəyyən səviyyəli kollektiv mövqeləri ifadə edir. Ona görə də onun ümumi ictimai əhəmiyyət 
kəsb edən hadisə, proses, problem ətrafında formalaşması  təbii sayılmalıdır. Başqa sözlə, ictimai rəyin 
formalaşması üçün «əlverişli mühit», real şərait yaranmalıdır. Tarixi inkişaf prosesində  həm obyektiv, həm də 
subyektiv səbəblər üzündən müəyyən problemlər qrupu insanların diqqət mərkəzinə keçir, son dərəcə aktuallıq 
kəsb edir. 
Beləliklə, «ictimai rəyin sosial mahiyyəti bundadır ki, o, insanların fıkir və hisslərini, praktik fəaliyyətini 
daxili vəziyyətin və beynəlxalq həyatın  ən mühüm tərəflərinə yönəldir, insanları onlara qiymət verməyə sövq 
edir,... onları bu tərəfləri ya qoruyub saxlamaq və ya möhkəmləndirmək işinə, ya da dəyişdirməyə səfərbər edir».
1
 
İctimai rəy nəzəriyyələrinə diqqət yetirdikdə aydın olur ki, ictimai rəyə sosialoji və sosial-psixoloji, habelə 
politoloji yanaşmalar mövcud olmuşdur. Belə yanaşmaların fəal şəkildə 
[245 - 246] 
işlənib hazırlanması XIX əsrin 
II yarısından başlanır. Bu işdə görkəmli fransız sosioloqu, sosial psixologiyanın banilərindən biri, sosiologiyada 
psixoloji istiqamətin başlıca nümayəndələrindən biri Qabriel Tardın (1843-1904) «İctimai rəy və  yığnağ»  əsəri
2
 
mühüm rol oynamışdır. Həmin  əsərdə qeyd edilir ki, ictimai rəyi «publika» formalaşdırır. Publikanın yaranması 
üçün  əsas xalis mənəvi proseslərdir, ünsiyyətdir. Eyni zamanda ictimai rəyin tədqiqində politoloji istiqamət də 
meydana çıxır. Bu, başlıca olaraq hüquqşünasların səyləri sayəsində mümkün olur. Bu istiqamət həm Qərbi 
Avropada, həm də Şimali Amerikada inkişaf edir. A. O. Louellin «İctimai rəy və xalq hökuməti» əsəri ictimai rəyin 
təbiəti və onun öyrənilməsi metodları barəsində nəzəri təsəvvürlərin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. 
Louell öz nəzəri tədqiqatlarının əsasına aşağıdakı məsələləri daxil edir: 
− qərarların qəbul edilməsi zamanı ictimai rəyin səriştəliliyinin hüdudları məsələsi; 
− əksəriyyətin və azlığın rəylərinin nisbəti məsələsi
− ictimai rəyin ifadə olunması formaları haqqında məsələ. Louell belə bir nəticəyə gəlmişdir ki, ictimai rəy 
dövlətin idarə olunması prosesində məhdud təsir sferasına malikdir; reallıqda elə problemlər mövcuddur ki, onları 
bilavasitə səsvermə ilə, yaxud ictimai rəyə istinad etməklə həll etmək olmaz. Bu ideyanı Lipman daha da inkişaf 
etdirmişdir; o, «hər şeydə aparıcı və hər şeyə qadir vətəndaş» mifini kəskin tənqid etmişdir. Lipman ictimai rəyin 
məhdudluğunu nədə görürdü? «Orta adam»ın öz mənafelərini dərk etməyə qadir olmamasında, onun mətbuatın 
materiallarından geniş istifadə etməsində - mətbuatın informasiyası isə tam deyildir, yaxud təhrif olunmuşdur. 
Lipman bu baxımdan stereotip anlayışından istifadə edir. O, bu anlayışı  bəsit təsəffürləri, ictimai rəyin təzahür 
formalarını ifadə etmək üçün işlədilir. 
[246 - 247]
 
Onun fıkrincə, bu, siyasi xadimlərin, partiyaların, reklam personajların, müxtəlif sosial, peşə  və etnik 
qrupların davranışında müşahidə edilir. Lipmana görə, stereotiplər bəşəri ünsiyyətə daxilən xasdır və buna görə də 
onlar «gəzən rəyin» ayrılmaz hissəsidir. 
Müasir  şəraitdə  Qərb mütəxəssisləri ictimai rəyin vətəndaşların seçki kampaniyaları dövründəki davranışı 
ilə  əlaqəsi məsələsinə xüsusi diqqət yetirirlər. Hakimiyyət uğrunda mübarizədə siyasi partiyalar arasında 
mübarizənin kəskinləşməsi bunu bilməyi zəruri edir ki, seçkilərdə namizədlərin, onların proqramlarının 
qiymətləndirilməsinin əsasında hansı mexanizmlər dayanır. Seçkilərdə namizədlərə münasibətdə insanların rəyini 
                                                 
1
 Sosiologiya. Bakı, 1994, s. 53. 
2
 Həmin əsər rus dilində 1905-ci ildə Moskvada nəşr olunmuşdur. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə