F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə41/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   71

72 
 
Beləliklə, məlum olur ki, vahid institutlar sisteminin mövcud olması daha çox ideal konstruksiyadır. Real 
həyatda institutlaşma köhnə institusional formalarla yeni yaranan 
[176 - 177]
 sosial tələbatlar arasında 
ziddiyyətlərin olduğunu da qəbul edən dinamik prosesdir. 
Tanınmış sosioloq Q. Lenski institutlaşma proseslərini doğuran bir neçə  əsas sosial tələbatı müəyyən 
etmişdir: kommunikasiyaya olan tələbat (dil, təhsil, rabitə, nəqliyyat); məhsullar və xidmətlər istehsalına olan 
tələbat; mövcud nemətlərin bölgüsünə olan tələbat; vətəndaşların təhlükəsizliyinə, onların həyatının və uğurlarının 
müdafiəsinə olan tələbat; cəmiyyətdə qeyri-bərabərlik sisteminin (ictimai qrupların mövqelərinin və statuslarının 
müxtəlif meyarlar üzrə yerləşdirilməsi) qorunub saxlanılmasına olan tələbat; cəmiyyət üzvlərinin davranışı 
üzərində sosial nəzarətin həyata keçirilməsinə (din, əxlaq, hüquq, cəzaçəkmə müəssisələri) olan tələbat. 
Müasir cəmiyyət institutlar sisteminin çoxalması və mürəkkəbləşməsi ilə səciyyələnir. Bir tərəfdən, eyni bir 
təməl xarakterli tələbat bir çox xüsusi institutların mövcudluğunu zəruri edə bilər, digər tərəfdən isə  hər bir 
institusional kompleks (məsələn, hüquq) aşağıdakı bir sıra təməl tələbatlar çoxluğunu yerinə yetirir: 
kommunikasiyaya, xidmətlərin, nemətlərin bölgüsünə, fərdi və kollektiv müdafiəyə olan tələbatları, qanun-
qaydanın və nəzarətin qorunması tələbatını. 
Tarixi inkişafın gedişində sosial institutlarda baş verən dəyişikliklər həm onların öz daxilində olan 
səbəblərlə  (əsasən həmin institutun hakim sosial qrupların mənafeləri baxımından səmərəliliyinin aşağı düşməsi 
üzündən), həm də xarici amillərlə (məsələn, cəmiyyətin yeni biliklər, yeni təsəvvürlər və dünyagörüşü əldə etməsi 
ilə əlaqədar olaraq) bağlıdır. 
Aydındır ki, sosial institutun fəaliyyətinə qoşulmuş insanlar onlar üçün ayrılmış müvafiq rolları  qəbul 
etməlidirlər.  Şübhəsiz, institut daxilindəki bütün rollar institut rolları ola bilməzlər. Məsələn, «ananın balaca 
köməkçiləri» - bunlar ailədaxili rollardır. Lakin onlar institutlaşmamışlar. Eyni zamanda oğul və ya qız 
institutlaşmış rollardır. Bəs fərq nədədir?  İnstitutlaşmış rol kənaraçıxmaları daha ciddi cəzalandırmağı  nəzərdə 
tutan, daha sabit davranışlar toplusudur. Belə rollardan kənaraçıxmalar təhlükəlidir və ictimai cəhətdən mühakimə 
olunur. Hətta prezidentlər, nazirlər çox ciddi qüvvəyə malik olmalarına baxmayaraq, institut rollarının çərçivəsini 
qəbul etməyə  məcburdurlar. Ailədə  oğulun və  qızın rolları onların valideynlərə, bir-birinə qarşı münasibətdə 
vəzifələri ilə birlikdə sözsüz yerinə yetirilməlidir, bundan kənaraçıxmalar ciddi cəzalandırılır. 
İnstitut rolları  təəccüblü dərəcədə sabitdir. Məsələn, rəis arvadı ilə müqayisədə xidməti işdə katibəsinin 
onun tələbatlarını necə çevik və bacarıqla yerinə yetirdiyini müşahidə edir. Narazı ər arvadından ayrılır və katibəsi 
ilə evlənir. Lakin tezliklə məlum olur ki, katibə arvad rolunda onun əvvəlki arvadından heç nə ilə fərqlənmir. Başqa 
bir misalı da nəzərdən keçirmək olar. Tədricən rəhbər vəzifəyə nail olmuş qulluqçular tabeliklərinə keçmiş əvvəlki 
həmkarları ilə köhnə münasibətləri saxlamağa çalışırlar. Lakin bu yol nadir hallarda müvəffəqiyyətə gətirib çıxarır. 
Belə ki, rəhbər rolu üçün başqa, tamamilə yeni münasibətlər zəruridir. 
İnstitutun rollarının sabitliyi fərdlərin həmin rolları  fərdi ifaetmə bacarıqlarının eyniləşməsi ilə  şərtlənir. 
Tikintidə çalışan fəhlələrdən biri pis, digəri yaxşı  əhval-ruhiyyədə, başqa birisi isə nisbətən bacarıqsız ola bilər. 
Ancaq fərdi fərqlər rolların tələbata istinad etməsi ilə  məhduddur.  İnstitut daxilində  əmələ  gələn mübahisələr, 
əlbəttə,  şəxsiyyətlərin bir-birinə olan münasibətlərinin dəyişilməsi ilə  nəticələnir, çox hallarda sosial rolların 
toqquşmasına gətirib çıxarır.  İstehsalçı ilə sifarişçi ona görə toqquşurlar ki, istehsalçı  məhsulu tam keyfiyyətli 
hazırlamalı olduğu halda, sifarişçi həmin məhsulun istifadəyə yararlı olmasını yoxlayır. Bütün bu toqquşmalar 
institut rollarıdır. Arvad həmişə arvad, kişi həmişə kişi, direktor isə direktordur. Fərq, ancaq institut rollarının fərdi 
cizgilərindədir. Bəzi hallarda rol şəxsi keyfiyyətləri tənzimləyir, məsələn, rəhbər vəzifəyə təyin olunduqda. Rolların 
dayanıqlı olması ayn-ayrı institut rollarının yerinə yetirilməsində uyğunluq tələb edir. Başqa sözlə
[178 - 179]
 
rolun özü fərdlər arasında seçim aparır. 
Sosial sistemin inkişafı institutların təkamülünə  gətirib çıxarır. Bu proses sosial institutların  ənənəvi 
modellərindən müasir modellərinə keçilməsinə doğru yönəlir.  Əgər  ənənəvi cəmiyyətdə bütün institutlar sərt 
şəkildə birmənalı xarakter daşıması ilə, statuslarda və davranış normalarında fərdi azadlığa son dərəcə  aşağı 
səviyyədə yer verilməsi ilə  səciyyələnirdisə, müasir cəmiyyətdə institutlar tərəfındən sosial reqlamentləşmənin 
həyata keçirilməsi sərt deyil, daha yumşaq formalara malikdir və yüksək səviyyədə plüralizmə imkan verir. 
Bütövlükdə institutlaşma prosesi öz sıralarında birləşdirdiyi insanların status və  vəzifələrinin dəqiq 
müəyyənləşdirilməsi ilə başa çatır. Qeyd olunmalıdır ki, ictimai institutsuz heç bir müasir cəmiyyət normal 
fəaliyyət göstərə bilməz; institutlar cəmiyyətdə qayda-qanunun və mütəşəkkilliyin simvoludurlar. 
 
3. Sosial institutların funksiyaları 
 
Sosial institutun normal fəaliyyəti üçün ona daxil olan insanlar müvafıq rolları  qəbul etməli və yerinə 
yetirməlidirlər. Sosial institutların  əsas rolu müvafıq sosial tələbatın təmin edilməsindən ibarətdir. Onu 
reallaşdırarkən hər bir institut öz üzvlərinin birgə fəaliyyətini təmin edən aşağıdakı funksiyaları yerinə yetirir: 


73 
 
1.  İctimai münasibətlərin təkrar istehsalı funksiyası.  Hər bir institut öz üzvlərinin davranışını 
möhkəmləndirən və standartlaşdıran davranış qaydaları  və normalar sisteminə malikdir. Müvafıq sosial nəzarət 
sistemi institut üzvlərinin fəaliyyətinin müəyyən statusda (qayda və çərçivədə) həyata keçirilməsinə şərait yaradır. 
Bununlada o, cəmiyyətin sosial strukturunun dayanıqlı olmasına xidmət edir. Məsələn, ailə 
[179 – 180]
 institutu 
yerli mentalitetdən çıxış edərək, sosial nəzarətin köməyilə öz sabitliyini qoruyub saxlayır və onun dağılması 
imkanlarını məhdudlaşdırır. Bununla da o, bütövlükdə cəmiyyətin sosial strukturunun möhkəmlənməsinə mühüm 
köməklik göstərir. 
2.  Tənzimedici funksiya. Adından da göründüyü kimi bu funksiya sosial institutlarda birləşən insanların 
fəaliyyətlərinin tənzimlənməsini təmin edir. Onların maddi və mədəni həyatı bu funksiya vasitəsilə nizama salınır. 
Beləliklə, institutlar sosial həyatda bir növ standartlaşdırılmış davranışın və fəaliyyətin yerinə yetirilməsinə xidmət 
edir. Belə tənzimləmə insanların birgəyaşayışı və birgəfəaliyyəti üçün son dərəcə zəruridir. 
3. Təminedici funksiya. Bu funksiya institutlaşmış norma, qayda, sanksiya və rollar sistemi vasitəsilə sosial 
qrup üzvlərinin qarşılıqlı asılılığı  və münasibətlərini təmin edir. Bu və ya digər instituta insanların inteqrasiyası 
qarşılıqlı hərəkət sisteminin nizamlanması, əlaqələrin miqyası və tezliyinin artması ilə müşayiət olunur. Bu proses 
insanların fəaliyyətlərinin koordinasiyası, hakimiyyətin sabitliyi və mütəşəkkil strukturların yaradılması üçün 
mühüm amil rolunu oynayır. 
4. Ötürücü funksiya. Məlumdur ki, heç bir cəmiyyət əvvəlki nəsildən əxz etdiyi və özünün inkişaf etdirdiyi 
sosial təcrübəni gələcəyə ötürmədən inkişaf edə bilməz. Hər bir sosial institutun normal fəaliyyət göstərməsi üçün 
yeni insanların gəlişinə ehtiyacı vardır. Bu problem nəsillərin dəyişil-məsi və institutların sosial sərhədlərinin 
genişləndirilməsi yolu ilə həyata keçirilir. 
5.  Kommunikativ (əlaqələndirici) funksiya. Sosial institutda hazırlanmış  məlumatlardan və 
göstəricilərdən həm institutun daxilində normalara nəzarət etmək və onları idarə etmək üçün, həm də institutlar 
arasında qarşılıqlı  əlaqələr yaratmaq üçün istifadə olunur. Bu zaman kommunikativ əlaqələrin xarakteri 
özünəməxsus xüsusiyyətlərə malik olur. Bir sıra tədqiqatçıların qeyd etdiyi kimi, sosial institutların 
[180 - 181]
 
kommunikativ imkanları eyni dərəcədə deyildir: onlardan bəziləri xüsusi olaraq informasiyanı ötürmək üçün 
nəzərdə tutulub (kütləvi informasiya vasitələri), digərləri isə bu işi yerinə yetirməkdə məhdud imkanlara malikdir; 
bundan  əlavə, informasiyanı  fəal qəbul edənlər (elmi institutlar) və onu passiv qəbul edənlər (nəşriyyatlar) da 
vardır. 
Əgər bu və ya digər sosial institut öz funksiyalarını  aşkar yerinə yetirə bilmirsə, onda onu əsaslı 
dəyişikliklər və yenidən təşkilolunma gözləyir. 
6. Latent (gizli) funksiyalar. Sosial institutların fəaliyyətlərinin birbaşa nəticələri ilə yanaşı, 
gözlənilməyən, yəni əvvəlcədən planlaşdırılmış insani məqsədlərdən uzaq olan nəticələr də mövcuddur. Sonuncular 
cəmiyyət üçün ciddi narahatlıq yaradır. Belə ki, dini ideologiya öz etiqadlarını  təbliğ etməklə  təsirini 
möhkəmləndirməyə çalışır. Lakin bu məqsədlərin reallaşması gedişində elə insanlar meydana gəlir ki, onlar din 
naminə və din pərdəsi altında öz gizli niyyətlərini həyata keçirməyə cəhd göstərirlər. Məsələn, fanatiklər başqa dinə 
etiqad edənləri təqib edirlər. Belə hal dini zəmində sosial münaqişələrin yaranmasına kömək edir. Bu baxımdan 
Azərbaycanda da ayrı-ayrı xeyriyyə  təşkilatlarının bəzən missionerlik fəaliyyəti ilə  məşğul olduğu qeyd 
edilməlidir. 
Buradan aydındır ki, yalnız institutların bütün funksiyalarıni, o cümlədən latent funksiyalarını öyrənməklə 
biz onların  əsl simasını  və  məqsədlərini müəyyən edə bilərik. Bəzən sosioloqlar ilk baxışdan anlaşılmayan belə 
hadisə ilə üzləşirlər: institut öz həqiqi funksiyasını yerinə yetirmir və cəmiyyətdə onun fəaliyyətinə qarşı müəyyən 
maneçilik göstərilir. Lakin buna baxmayaraq o, öz işində davam edir. Bu hal onunla bağlıdrr ki, həmin institutun 
üzvləri gizli şəkildə öz məqsədlərinə nail olurlar. Deməli, latent funksiyaların öyrənilməsi ilk növbədə cəmiyyətin 
sosial strukturunda baş verən prosesləri müfəssəl öyrənmək üçün mühüm sosial və praktik əhəmiyyət kəsb edir. 
 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə