F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə39/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   71

68 
 
beynəlxalq münasibətlərində  hər hansı bir dövlətin  ərazi bütövlüyünə  və siyasi müstəqilliyinə qarşı  və yaxud 
Birləşmiş Millətlər Təşkilatının məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə  hədələməkdən və 
gücün tətbiqindən çəkinməlidirlər. Ona görə də dünya təcrübəsində ərazi bütövlüyü və millətlərin öz müqəddəratını 
təyin etməsi prinsipləri bir-biri ilə ziddiyyət təşkil edərsə, həmişə ərazi bütövlüyü prinsipi əsas götürülür. Onu da 
qeyd etmək zəruridir ki, müqəddəratı təyin etmək hüququndan danışarkən nəzərə almaq lazımdır ki, bu hüququn 
subyekti milli azlıqlar deyil, xalqdır. Yalnız xalq öz müqəddəratını təyin etmək hüququna malikdir və onun iradəsi 
ilə dövlət ərazisinin dəyişdirilməsi həyata keçirilə bilər. 
Beləliklə, Azərbaycan  ərazisinə  əsasən XIX əsrin  əvvəllərində köçürülmüş ermənilər milli azlıq olduqları 
üçün öz müqəddəratlarını təyin etmək hüququna malik deyillər. Milli azlıq təşkil edən ermənilərin ərazi dəyişikliyi 
ilə bağlı etdikləri cəhdlər yalnız separatizm xarakteri daşıyır, beynəlxalq hüquq normalarına ziddir və qətiyyətlə dəf 
edilməlidir. 
Həm  ərazi bütövlüyü prinsipi, həm millətlərin öz müqəddəratını  təyin etməsi prinsipi, həm də milli 
azlıqların hüquqları insan hüquqları ilə qırılmaz surətdə bağlıdır. Məhz bu baxımdan insan hüquqlarının müdafiəsi 
mexanizminə malik olan Avropa Şurasının belə  məsələlərdə müstəsna rolu vardır. Azərbaycan və Ermənistan 
Avropa Şurasının üzvləri olduqdan sonra sözügedən təşkilatın orqanları tərəfindən Dağlıq Qarabağ münaqişəsinin 
nizamlanmasına yönəlmiş bir sıra aktlar qəbul edilmiş, eləcə  də Ermənistan təcavüzkar dövlət kimi tanınmışdır. 
Lakin bütün bunlar BMT qətnamələri kimi tövsiyə xarakteri daşıyır və münaqişənin həllinə kömək etmir. Təəssüflə 
qeyd etmək lazımdır ki, münaqişənin tənzimlənməsi prosesində də ikili yanaşmalar mövcuddur. Nədənsə, Dağlıq 
Qarabağ ərazisində yaşayan ermənilərin hüquqları dünyanın əksər dövlətləri tərəfindən tanınıb müdafiə edilsə də, 
erməni təcavüzü nəticəsində öz ata-baba torpaqlarından didərgin düşmüş  və hazırda çətin sosial-iqtisadi şəraitdə 
yaşayan 1 milyondan artıq həmyerlilərimizin hüquqları kifayət qədər tanınmır və müdafiə edilmir. 
ATƏT-in Minsk qrupu və onun üzvləri olan ABŞ, Rusiya və Fransa Ermənistan - Azərbaycan və Dağlıq 
Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində bir sıra təkliflərlə çıxış etmişlər. Birinci təklif (18 
iyul 1997-ci il) «Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair hərtərəfli saziş», ikincisi (2 dekabr 
1997-ci il) «Dağlıq Qarabağ silahlı münaqişəsinin dayandırılması haqqında saziş», üçüncüsü isə (7 noyabr 1998-ci 
il) «Dağlıq Qarabağ silahlı münaqişəsinin hərtərəfli həllinin prinsipləri haqqında» adlanır. Bu təkliflərin bəziləri 
Ermənistan, bir qismi isə Azərbaycan tərəfindən qəbul edilməmişdir. Yalnız 2-ci təklifə, yəni mətbuatda mərhələli 
həll variantı kimi tanınmış saziş layihəsi hər iki dövləti qismən razı salırdı. Lakin Ermənistanda baş verən siyasi 
hadisələr, bu münaqişənin həllinə mane olan xarici dövlətlərin mövqeyi, Ter-Petrosyanın istefası problemi xeyli 
dərinləşdirdi, yeni hakimiyyətə gələn qüvvələr isə sözügedən saziş layihəsini rədd etdilər. Bu münaqişədə mühüm 
məsələlərdən biri də Dağlıq Qarabağın statusu ilə bağlıdır. ATƏT-in Minsk qrupu Azərbaycana axırıncı  dəfə 
«Ümumdövlət» təklifini vermişdir. Aydındır ki, bu yalnız erməni dövlətinin mənafeyinə xidmət edir. İstər 
ermənilər, istərsə  də onun bir sıra havadarları, o cümlədən bəzi beynəlxalq təşkilatlar problemə yalnız ikili 
standartla yanaşaraq münaqişənin həllini qəsdən dolaşığa salır, həlli müşkül olan problemə çevirirlər. Təbii ki, 
ümumi dövlət ideyası ilə bağlı layihəni ümummilli liderimiz Heydər  Əliyev «qaradan da qara» sayaraq, 
mahiyyətində Azərbaycanda ikinci erməni 
[167 - 168]
 dövləti yaratmaq niyyəti duran bu təklifı  qətiyyətlə  rədd 
etmişdir. 
Ermənistan artıq iqtisadi müstəvidə uduzduğu kimi, siyasi müstəvidə də uduzacağını başa düşür. Bu ölkənin 
Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum kimi beynəlxalq layihələrdən kənarda qalması, Bakı-Tiflis-Qars dəmir 
yolunun çəkilməsi ilə beynəlxalq aləmdən təcrid olunması iqtisadi sahədə qazandığı «uğurlar»dır. 
Məlum olduğu kimi, Azərbaycan dövləti bütün rəsmi və qeyri-rəsmi səviyyələrdə keçirdiyi görüşlərdə 
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin yalnız beynəlxalq hüquq normaları əsasında mümkünlüyünü 
bəyan etmişdir. Azərbaycan işğal olunmuş  ərazisinin qeyri-şərtsiz azad edilməsi, beynəlxalq hüquq normalarına 
tam uyğun olaraq, Dağlıq Qarabağa Azərbaycanın tərkibində  ən yüksək dərəcəli özünüidarəetmə statusunun 
verilməsi əsasında münaqişənin ədalətli həllinə nail olmağa çalışır. 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev öz çıxışlarında və müxtəlif səviyyəli görüşlərində 
dəfələrlə bəyan etmişdir ki, Azərbaycan heç zaman «mövcud reallıqlar» əsasında həll variantı ilə razılaşmayacaq və 
torpaqlarının bir qarışını belə heç kimə verməyəcəkdir. Azərbaycan üçün Ermənistanla başa çatmamış müharibə 
təxirəsalınmaz xarici və daxili sosial-siyasi problemdir və yeni müstəqil dövlət kimi ölkəmiz bütün sahələrdə, 
xüsusilə hərbi sahədə öz mövqelərini daha da möhkəmləndirməlidir. 
[168 - 169] 


69 
 
 
 
IX FƏSİL 
 
SOSİAL İNSTİTUTLAR 
 
1. «Sosial institut» anlayışı 
 
Fərdlərin cəmiyyətdəki həyatı sosial institutlar vasitəsilə ifadə olunur. İnstitut termini (latınca - institutum) 
təşkilat, bərqəraretmə mənasını verir. Sosiologiyada instituta insanların fəaliyyətinin bu və ya digər tərəfini tənzim 
edən, onların rol və statuslarını müəyyən sistem halına salan normaların, qaydaların və simvolların sabit kompleksi 
kimi tərif verilir. A. R. Radkliff-Brauna görə, institut elə standart xarakterli davranış üsullarıdır ki, onların köməyi 
ilə cəmiyyətin sosial strukturu - sosial münasibətlər şəbəkəsi, müəyyən zaman kəsiyində öz mövcudluğunu qoruyub 
saxlayır.

Məsələn, ailə institutu ərlə arvadın nəslin artırılması ilə bağlı daimi birgə həyatının cəmiyyət tərəfindən 
qəbul olunmuş formasıdır. Onun tərkibinə ailədaxili qarşılıqlı münasibətlərin normaları, ailə qurmağın qaydaları, 
tərəflərin öz rolu ilə bağlı öhdəlikləri və hüquqları, habelə  həyatın bu sferasında cəmiyyətin təsdiq etdiyi digər 
simvollar sistemi daxildir. 
Sosial institut dedikdə, insanların obyektiv əlaqələri  əsasında formalaşan xüsusi tipli inteqrativ bütövlük 
başa düşülür. O, cəmiyyətin  əsas tələbatlarının ödənilməsində  dəyərli ictimai sərvət və prosedurları özündə 
birləşdirən əlaqə və sosial normaların təşkil olunmuş sistemi kimi çıxış edir. İstənilən sosial institut bu və ya digər 
sosial tələbatın nəticəsi kimi yaranır. Tələbat olmadıqda və ya tədricən yox olduqda 
[169 - 170] 
həmin institutun 
varlığı artıq ictimai həyatın inkişafına mane olur və belə institutlar sosial əlaqələrin  ətalətlilik prinsipi üzrə bir 
müddət fəaliyyət göstərsələr də, əksər hallarda öz fəaliyyətlərini dayandırmalı olurlar. 
İctimai institutun yaranması  və  məhvi prosesini zadəganların  şərəf nümunəsi hesab olunan duellərin 
timsalında aydın görmək olar. Məlum olduğu kimi, duellər XVI-XVIII əsrlərdə zadəganlar arasında münasibətləri 
aydınlaşdırmaq metodu kimi geniş yayılmışdı. Bu şərəf institutu zadəganın öz şərəfini qorumaq və həmin ictimai 
təbəqənin nümayəndələri arasında münasibətlərin nizamlanması  tələbatından yaranmışdı. Tədricən prosedur və 
normalar sistemi inkişaf edir, özbaşına yaranan dava-dalaşlar ixtisaslaşdırılmış rolları olan (əsas göstəriş verən, 
sekundantlar, təbiblər, xidmət göstərən personal) yüksək dərəcədə formalaşmış döyüşlərə və yarışlara çevrilirdilər. 
Bu institut əsasən cəmiyyətin yüksək təbəqəsində  qəbul edilmiş zadəgan  şərəfı ideologiyasını  əsas tuturdu. Duel 
institutu  şərəf kodeksinin müdafiəsi üçün kifayət qədər ciddi qaydalar nəzərdə tuturdu: duelə çağırış alırmış 
zadəgan ya duelə  gəlməli, ya da ictimai həyatdan qorxaq, ağciyər damğası ilə getməli idi. Lakin kapitalist 
münasibətləri inkişaf etdikcə  cəmiyyətdəki etik normalar dəyişildi və zadəgan  şərəfinin  əldə silahla müdafiəsi 
lazımsız oldu. Nəticədə bu institut öz mövcudluğunu itirdi. 
Tədqiqatçıların  əksəriyyəti belə hesab edir ki, ictimai həyatda qarşıya çıxan müvafıq təlabatların 
öyrənilməsində  və ödənilməsində sosial institutların mühüm əhəmiyyəti vardır. Sosioloqlar göstərirlər ki, hər bir 
cəmiyyətdə əsasən aşağıdakı sosial institutlar fəaliyyət göstərirlər: 
1. Hakimiyyətin həyata keçirilməsini və hakimiyyətlə bağlı münasibətləri tənzim edən siyasi institutlar. 
2. Əmtəələrin və xidmət növlərinin istehsalını və bölgüsünü tənzim edən iqtisadi institutlar. 
3. Öz tərkibində dini, təhsili və sözün əsl mənasında mədəniyyəti əhatə edən mədəniyyət institutları. Bunlar 
həyata 
[170 - 171] 
yeni gələn nəsillərin sosiallaşması, sosial dəyərlərin qorunub saxlanılması  və  nəsildən-nəslə 
ötürülməsi üçün cavabdehdirlər. 
4. Qohumlar, ər-arvad, valideynlərlə  uşaqlar arasındakı münasibətləri tənzim edən və  əhalinin təkrar 
istehsalını, habelə nəsillərarası ənənələrin ötürülməsini təmin edən institutlar. 
Qeyd olunan institutlar dəqiq işlənmiş ideologiyaya, qayda və normalar sisteminə, həmçinin onların yerinə 
yetirilməsində inkişaf etmiş sosial nəzarətə əsaslanan insan fəaliyyətinin özünəməxsus formaları kimi çıxış edir. 
Müasir cəmiyyətin institusional baxımdan necə təşkil olunduğunu aşağıdakı cədvəl əyani surətdə göstərir. 
Cədvəldən göründüyü kimi, hər bir sosial institutun özünəməxsus spesifik xüsusiyyətləri, həmçinin başqa 
institutlarla ümumi olan əlamətləri vardır. Hər bir sosial institut öz funksiyalarının yerinə yetirilməsində mövcud 
imkanları  nəzərə almalı, davranış standartını formalaşdırmalı,  əsas prinsiplərə sadiq qalmalı, digər institutlarla 
əlaqələrini genişləndirməlidir. 
Sosial institutun fəaliyyəti və inkişafı onun xarakteri və  məzmunundan irəli gələn spesifik xüsusiyyətlərə, 
məsələn, utilitar mədəniyyət cizgilərinə malik olmalıdır. Bəzi institutlar inkişaf etmiş institutlardan fərqli olaraq 
ümumi əlamətləri tam şəkildə özündə əks etdirməyə də bilər. Bu hal institutun tam formalaşmadığını göstərir. 
                                                 
1
 Радклиф-Браун А.  H.  Структура и функция в примитивном обществе. Очерки и лекции. М., 2001, c.231-232
.
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə