F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə38/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   71

66 
 
Beynəlxalq dünya birliyinə  və keçmiş Sovet İttifaqına daxil olan ölkələrin təcrübəsi göstərdi ki, artıq 
yaranmış  və 
[160 - 161] 
kəskinləşən etnik konfliktlərə tezliklə, fövqəladə  dərəcədə çevik reaksiya verən 
mexanizmlərin yaradılması mühüm əhəmiyyət kəsb edir. Bu mexanizmlər münaqişəli vəziyyətlərin qarşısını ala 
bilən xüsusi özünümüdafiə  dəstələrinin yaradılmasını, ayrı-ayrı rayonlarda fövqəladə  vəziyyətin elan edilməsini, 
qanunsuz silahlı birləşmələrin buraxılmasını, cinayət işlərinin dərhal açılmasını  və s. birləşdirə bilər. Tam 
qətiyyətlə demək olar ki, əgər bu tədbirlərin bir hissəsi vaxtında Dağlıq Qarabağda (Xankəndində) tətbiq edilsəydi, 
vəziyyət nəzarətdən çıxmaz və  məlum hadisələr baş verməzdi. Bu baxımdan etnik, millətlərarası münaqişələrin 
həlli ilə bağlı beynəlxalq və ölkədaxili təcrübənin nəzərə alınması vacibdir. 
Milli-etnik münaqişələrin qarşısının alınmasında müxtəlif yönümlü ictimai birliklər, sosial institutlar, elm və 
incəsənət xadimləri, görkəmli yazıçılar, tanınmış mədəniyyət xadimləri mühüm rol oynaya bilərlər. Təəssüflə qeyd 
etməliyik ki, Dağlıq Qarabağla bağlı  məlum hadisələr zamanı erməni ziyalıları bu proseslərdə tamamilə  əks-
fitnəkar mövqedən çıxış etmişdilər. 
İqtisadi sahədə sosial-etnik birliklər arasındakı qarşılıqlı münasibətlər, iqtisadi - təsərrüfat  əlaqələri təbii-
coğrafiı, milli-tarixi və tarixən yaranmış  əmək bölgüsünü nəzərə alaraq yaradılmalıdır. Xüsusilə bazar 
münasibətlərinin formalaşması  şəraitində millətlərarası iqtisadi münasibətlər etnik birliklərin iqtisadi tələbatının 
təmin olunmasına yönəlməlidir. 
Azsaylı  və kiçik xalqların  əksəriyyətinin yaşadığı  ərazilərə xüsusi diqqət verilməlidir. Burada insanların 
sosial vəziyyətinə  təsir edən təbii iqlim şəraitinin, demoqrafik situasiyanın nəzərə alınması sözügedən zəmində 
yarana bilən münaqişələrin qarşısının alınmasını şərtləndirən mühüm vasitələrdən biridir. 
Mənəvi, ideoloji fəaliyyət sahəsində etnik konfliktlərin qarşısının alınmasına tarixin «ağ ləkələrin»in aşkar 
edilməsi, ayrı-ayrı etnik birliklərin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin 
[161 - 162] 
öyrənilməsi və həqiqəti 
əks etdirən elmi əsərlərin, dərsliklərin yazılması köməklik edə bilər. Bütün bunlar xalqların mənəvi sahədə 
qarşılıqlı  zənginləşməsinə, eyni zamanda onların milli özünəməxsusluğunun saxlanılması  və inkişafına zəmin 
yaradır. Milli mənəvi mədəniyyət adətən kifayət qədər zəngin, eləcə  də çoxplanlı hadisə olmaqla, cəmiyyətdəki 
iqtisadi, siyasi, əxlaqi, dini və digər ictimai münasibətlər kontekstində inkişaf edir, öz üzərində onların təsirini hiss 
edir, hətta müəyyən dərəcədə onlardan asılıdır. 
Sosioloji tədqiqatlar göstərir ki, insanlarda milli özünüdərk, sağlam, sivil münasibətlər mədəniyyəti erkən 
yaşlarda formalaşmağa başlayır. Buna görə də ailədə, uşaq müəssisələrində, məktəblərdə  və s. müvafiq tərbiyəvi 
işlər aparılmalıdır. 
Milli-etnik qrupların nümayəndələrinin bir-biri ilə ünsiyyət məsələlərinin həllində kütləvi informasiya 
vasitələri mühüm rol oynayır. Bu, başlıca olaraq aşağıdakı amillə izah edilir. Azlıq təşkil edən etnik qruplar həm 
bir-birindən fərqləndiyi üçün, həm də yerli əhalinin dilini pis bildiyi üçün onların ünsiyyəti  əsas etibarilə yerli 
millətin nümayəndələri vasitəsilə həyata keçirilir. Ona görə də kütləvi informasiya vasitələrinin nəinki yerli millətin 
dilində, həm də bu ərazidə yaşayan digər milli-etnik birliklərin dillərində fəaliyyət göstərməsi məqsədəuyğundur. 
Etnik münasibətlərlə bağlı problemlərin nəzərdən keçirilən həlli yollarının reallaşmasında konkret sosioloji 
tədqiqatlar əhəmiyyətli rol oynayır. Onlar cəmiyyət həyatının konkret siyasi, iqtisadi, sosial və mənəvi sahələrində 
etnik münasibətlərin daha aktual aspektlərini aşkar etməyə, bununla da bu münasibətlərin gələcəkdəki inkişafını 
proqnozlaşdırmağa kömək edir. 
Milli-etnik münasibətlərin bütün kompleksinin ahəngdarlığının təmin olunması yalnız xalqlar arasındakı 
sosial-siyasi və digər münasibətlərin demokratikləşdirilməsi  şəraitində mümkündür. Bu istiqamətdə görülən işlər 
bütün xalqların 
[162 - 163] 
mənafeyinə cavab verir və millətlərarası münasibətlərin obyektiv inkişaf meyllərinin 
təsir imkanlarını genişləndirir. Həmin meyllərdən biri millətlərin iqtisadi və siyasi müstəqilliyinin inkişafında, 
dövlətçiliyin təkmilləşməsində və onların mənəvi mədəniyyətinin inkişafında ifadə olunur. Başqa bir meyl böyük 
və kiçik xalqların qarşılıqlı surətdə bir-birinə yaxınlaşmasında, onların əməkdaşlığının dərinləşməsində, iqtisadi və 
siyasi strukturların inteqrasiyasında özünü göstərir. 
Bir-biri ilə qarşılıqlı əlaqədə olan bu meyllər bütün dünyada gedən milli proseslərdə təzahür edir. Hər bir 
dövlət özünün milli strategiyasını işləyib hazırlayarkən və həyata keçirərkən bu meylləri nəzərə almalıdır. 
 
4. Dağlıq Qarabağ münaqişəsi 
və onun tənzimlənməsinin dinamikası 
 
Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, XX əsrin  əvvəllərindən başlayaraq Azərbaycan xalqına qarşı 
zaman-zaman həyata keçirilən soyqırımı və deportasiya siyasətinin məntiqi nəticəsidir. 
«Böyük Ermənistan» ideyası altında ermənilər guya özlərinin tarixi əraziləri hesab etdikləri torpaqları 
birləşdirməyə  səy göstərirlər.  Əvvəla onu qeyd edək ki, qondarma «Böyük Ermənistan» deyilən  ərazi heç vaxt 
olmayıb və yalnız erməni təxəyyülünün uydurmasıdır. Bu ideyaların nəticəsidir ki, ərazi bütövlüyümüzə qarşı 


67 
 
ermənilərin qəsdi daha intensiv xarakter alır. Lakin Ermənistan öz məqsədlərini pərdələməklə  həmin ideyaların 
həyata keçirilməsi istiqamətində konkret addımlar atsa da, birbaşa ərazi iddiaları ilə çıxış etməmişdir. Uzun illərdən 
bəri Azərbaycan torpaqlarının  ələ keçirilməsinə yönəlmiş planın ilkin mərhələsində Ermənistanda yaşayan 
azərbaycanlıların kütləvi surətdə öz yurdlarından qovulması Azərbaycan və Ermənistan arasındakı münasibətlərin 
daha da kəskinləşməsinə səbəb oldu. 
[163 - 164]
 Tədricən Ermənistanın ərazi iddiaları özünü açıq şəkildə büruzə 
verməyə başladı. Bu, rəsmi ifadəsini Ermənistan SSRİ Ali Sovetinin Dağlıq Qarabağı Ermənistana birləşdirmək 
haqqında qərarında tapdı. Münaqişənin sonrakı mərhələsində ermənilər açıq təcavüzə keçmiş və Dağlıq Qarabağda 
apardıqları  işğalçı müharibə  və etnik təmizləmə siyasətinin nəticəsində respublikamızın  ərazisinin 20%-ni işğal 
etmiş, 18 mindən çox həmyerlimiz həlak olmuş, 20 mindən artıq insan yaralanmış, 50 mindən çox həmyerlimiz əlil 
olmuş, 4 min-dən yuxarı həmvətənimiz isə itkin düşmüşdür. Müharibə nəticəsində 4 mindən çox sənaye və kənd 
təsərrüfatı müəssisəsi, 600-dən artıq məktəb və uşaq bağçası, 250 xəstəxana, 724 şəhər, kənd və qəsəbə dağıdılmış 
və yandırılmışdır. Ermənistandan qovulmuş soydaşlarımızın 380 kəndi  ələ keçirilmiş  və bütün var-dövləti talan 
edilmişdir. Respublikamıza təxminən 50 milyard ABŞ dollarından artıq məbləğdə ziyan dəymişdir. 
 
 
Ermənistan - Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində ilk təşəbbüslər 
erməni işğalçı qüvvələrinin Dağlıq Qarabağ  ətrafındakı  əraziləri zəbt etdiyi dövrdən başlamışdır. Məlumdur ki, 
münaqişə ilə bağlı olaraq BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir: 30 aprel 1993-cü il tarixli 822 saylı 
və 29 iyul 1993-cü il 853 saylı qətnamələrdə «vəziyyətin bölgədə sülh və təhlükəsizlik üçün qorxu törətməsi», 14 
oktyabr 1993-cü il 874 saylı  və 11 noyabr 1993-cü il 884 saylı  qətnamələrdə isə  vəziyyətin gərginləşməsindən 
yaranan narahatçılıq hissi ifadə olunurdu. 
Sənədlərin öyrənilməsi göstərir ki, BMT Təhlükəsizlik  Şurası Dağlıq Qarabağın və ona bitişik bir sıra 
rayonların Ermənistan tərəfindən işğalını tanımışdır. Belə ki, qətnamələrdə atəşin biryolluq dayandırılması 
məqsədilə bütün hərbi  əməliyyatların qarşısının alınması  və  işğalçı qüvvələrin Kəlbəcər, Ağdam rayonlarından, 
eləcə də Azərbaycanın işğal edilmiş başqa rayonlarından dərhal çıxarılması tələb edilir.

Xeyli müddət keçdiyinə 
baxmayaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələri indiyə kimi icra edilməmişdir. Bütün bunlar dünyada hələ 
də müxtəlif məsələlərin, o cümlədən  ərazi münaqişələrinin həllində ikili standartların mövcud olmasını göstərir. 
Problemin həllini  əngəlləyən digər bir mühüm səbəb münaqişəyə dair 4 qətnamənin hamısının BMT 
Nizamnaməsindəki «Mübahisələrin dinc yolla tənzimlənməsi» adlanan VI fəslə aid olduğundan onların yalnız 
tövsiyə xarakteri daşımasıdır. Əgər həmin qətnamələr «Sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı 
tədbirlər» adlanan VII fəslə uyğun olaraq qəbul edilsəydi, onda qətnamələrin yerinə yetirilməsi məcburi xarakterli 
olardı. Qətnamələrdə Ermənistan - Azərbaycan münaqişəsi sözügedən tərəflər arasında mübahisə kimi 
qiymətləndirilmişdir. Bu, ilk növbədə, münaqişədə iştirak edən tərəflərin tanınması və 
[165 - 166] 
onların bir-birinə 
qarşı iddiaları ilə bağlıdır. 
Ermənilər bu münaqişədə xalqların və millətlərin öz müqəddəratını  həll etməsi prinsipinə istinad edirlər. 
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü hissəsinə  əsasən bütün üzv dövlətlər öz 
                                                 
1
 Abdullaev E.  Dağlıq Qarabağ problemi beynəlxalq hüquq müstəvisində. B., 2004, s. 140. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə