Фаиг Абдуллайев



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə17/84
tarix25.07.2018
ölçüsü6,46 Mb.
#59054
1   ...   13   14   15   16   17   18   19   20   ...   84

Фаиг Абдуллайев____________________________________  
 
76
Bu arxiv sənədinin tərcüməsi aşağıdakı kimidir: 
 
Şuşa məxfi əməliyyat şöbəsinin Rəisinə 
Azərbaycan Respublikası Prezident Aparatının Siyasi 
Sənədlər Arxivi. 
 
Fond:  
 

Siyahı:          

Sax. vah.    
136 
 
AKPMK-nin Bakıdan Zəngəzura göndərdiyi məxfi 
əməkdaşlardan 
Arsen Karuns, Qriqoriy Qilabyanı, Arşak Balayan, Baxşı 
Aruşanov, Qukas Yuzbaşyev (kommnist pariyası üzvləri) 
 
MƏRUZƏ 
AKPMK bizim hamımızı Bakıdan Zəngəzura  gizli 
fəaliyyətə göndərmişdir. Biz əvvəlcə Teymurmüsganlı  kən- 
dinə, oradan da qəza inqilab komitəsinin yerləşdiyi Qubad- 
lıya  gəldik. 23 yanvar 1921-ci il tarixində biz  bütün kommu- 
nist yoldaşları Qubadlıya toplayaraq partiya konfransına 
hazırlıq işləri aparmaq üçün bir sıra mühüm məsələləri 
müzakirə etmək məqsədilə hazırlıq işlərinə başladıq. 
Konfrans bitdikdən sonra, 26 yanvar 1921-ci ldə, gecə saat 4 
radələrində  Qəza  İnqilab Komitəsinin sədri Xudabaxış  bəy 
Sultanov  qəza milis idarəsinin rəisi Aslan bəy Sultanovla 
birlikdə 40 milis işçi ilə Qubadlı  kəndini mühasirəyə aldılar 
və bizim hamımızı tərksilah etdilər. Bundan sonra da  bizim  
gizli fəaliyyətimizə imkan verməyərək, ümumiyyətlə bu 
qəzada sovet hökumətinin olmasına yol vermirdilər. 
Xudabaxış  bəy Sultanov bizim ehtiyatlı olduğumuzu hiss 
etdikdə fikrini dəyişərək bir-neçə adamını bizim yanımıza 
göndərdi. Mandatlarımızı  təqdim etdikdən sonra kommunist 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
77
partiyasının yerli təşkilatının fəaliyyəti üçün otaq tələb etdik. 
Elə olduqda o  Teymur bəylə (Xocaxanski) görüşdü və dedi 
ki, bu nə kommunist partiyasıdır, kommunist partiyası  qəza 
inqilab komitəsinə tabe olmalıdır. Hətta inqilab komitəsinin 
sədrinin yanında Teymur bəy söylədi ki, bu necə kommunist 
partiyasıdır ki, onun sənədlərini cibinizdə  gəzdirirsiniz, 
budurmu sizin kommunist partiyasının dəftərxanası?  
Xudabaxış bəy Sultanov Zəngəzurdakı məhşur daşnaklar-
dan olan (Gorus şəhərinin komendantı) Sumbatla, Gevorq 
Ter Sarkisovla (Xinzirək kəndinin sakini), Arsen Xurşudovla   
sıx əlaqədədir. O öz yaxın ətrafı ilə birlikdə daşnakların Qu-
badlıdakı agentidir. Onlara ərzaq məhsulları (düyü və buğda), 
güllələr, tüfənglər, müxtəlif hərbi sursatlar göndərir. Bütün 
bunları Aram Hatunbaqunsun vasitəsilə göndərir və bütün 
şeyləri Məzməzək kəndinin sakini Sarı  bəy  Hümbətbəy-
oğlunun,  Əli bəy Cümşüdbəyoğlunun və Dünyamalı Abbas 
oğlunun (Qazıxudalı  kənd sakinləri) evində    saxlayır. Dörd 
tay çörək və qoyun-quzu daşnakların mövqeyinə  çatdırılıb.  
Sarı  bəy Hümbətoğlu bizim məxfi  əməkdaşlardan birinin– 
Tevan Dadamyanın yerini daşnaklara göstərdi. Daşnaklar 
gələrək onu ələ keçirdilər və tikə-tikə doğradılar. Mükafat 
olaraq isə Sarı  bəyə 100000 rubl verdilər.  İşləməyə imkan 
olmadığını gördükdə biz fəaliyyətimizi dayandırdıq. Bizim 
gizləndiyimiz  4 gün ərzində  Xudabaxış bəy Sultanov növbə-
ti daşnak agentlərindən Balacabəy Qasımbəy oğlu, Abış 
Məhərrəm oğlu, Ağa Məhəmməd Həsən oğlu, Mahmud Paşa 
oğlu, Hüseyn Baxış  oğlu, Kərim Baba oğlu (Əliquluuşağı 
kəndinin sakini), Cəmil Abbas oğlu (Gürcülü kən sakini), 
Həmid Molla İsmayıl oğlu, Hidayət Balakişi oğlu, Məhərrəm 
Şahüseyn oğlu,  Ballı Seyid  Abdulla oğlu. Bu agentlər 
daşnaklara 7 nəfəri satdılar ki, onlardan da 4-ü qətlə yetirildi
3-ünü isə mis zavoduna göndərdilər. Bir sözlə demək olar ki, 


Фаиг Абдуллайев____________________________________  
 
78
Xudabaxış bəy Sultanov öz agentləri ilə birlikdə  bizim işimi- 
zə  həmişə mane olublar və mane olmaqda davam edirlər. 
Bizim yoldaşlarımızı daşnaklara satırlar və daşnaklar  
ərzaqla, silahlarla təhciz edirlər. 
Onun  bu fəaliyyəti nəticəsində biz Zəngəzuru tərk edərək 
yenidən  Şuşaya  qayıtmaq məcburiyyətində qaldıq.  Gizli 
əməkdaşlar üçün Şuşadan 3 ədəd tüfəng göndərilib. Aslan 
bəy Sultanov həmin silahları Teymur bəy Xocaxanskiyə 180 
arşın mala satıb. Bir dəfə Aslan bəy Sultanov mərkəzdən  
bizimlə birgə gizli fəaliyyət üçün Zəngəzura göndərilmiş  
yoldaş Arsen Karensovu öldürmək istəyirdi. O Ağalı kəndinə 
qaçaraq yoldaş Məhəmmədovun evində gizləndi və bu yolla 
da canını qurtara bildi.  Qəza milis idarəsinin baş milis işçisi 
(cinayət axtarış şöbəsinin rəisi)  Həsənqulu bəy (Xələc kənd 
sakini) camaatı toplayaraq onlara bəyan etdi ki, biz bu 
kommunistləri öz aramızda saxlamalı deyilik. Mən onların 
hamısının doğrayacam.Onların hamısı bizim aramızda zərərli 
elementlərdir. Biz Zəngəzur daşnakları ilə  birləşməliyik de- 
yərək əhalini təxribata çəkir. Deyir ki, guya ingilislər Bakını 
alıb, ruslar geri çəkilir. Bütün bunları da ona  Qubadlı xalq 
məhkəməsinin hakimi Xanlar bəy  və Aslan bəy Sultanov 
diqtə edir. Bu kəndlərin sakinləri onların zülmlərinə qarşı 
müqavimət göstərə bilmirlər. Bir sözlə biz bu qəzanı  tərk 
etmişik və onlar artıq daşnaklarla heç bir mane olmadan 
əlaqəyə girirlər və qəzada yeni fırıldaqlar  törətməyə hazırla- 
şırlar.  
Məxfi işçilər:  Arsen Karuns, Qriqoriy Qilavyalis, Arşak 
Balayan, Baxşı Aruşanov, Qukas Yuzbaşyev (kommnist 
pariyası üzvləri) 
 


Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə