Фаиг Абдуллайев



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə15/84
tarix25.07.2018
ölçüsü6,46 Mb.
#59054
1   ...   11   12   13   14   15   16   17   18   ...   84

Фаиг Абдуллайев____________________________________  
 
66
Bayramov hakimiyyətin onu  cinayətkar əməllərinə  görə cə-
zalandıracağını bilərək qaçıb canını qurtara bilmişdir.  
Xudabaxış  bəy Sultanovun həbsdən azad edilməsi barədə 
Kommunist Partiyasının bütün üzvləri rəy verib.  
Qəzanın kommunist partiyası üzvləri olan bütün məsul 
işçiləri  Şuşa Siyasi Bürosuna onun azad edilməsi barəsində 
müraciət ediblər.   
O ki, qaldı  mənə  mənim xidməti fəaliyyətimə, xahiş edi-
rəm ki, o barədə  qərəzsiz insanlardan məlumat alasınız:  
1)28-ci diviziyanın 84-cü briqadasının komandiri yoldaş 
general Semyonovdan, 2) Hərbi komissar yoldaş  Korkoven-
kodan,  3)  Qərargah rəisi Mızrıkovdan,  4)  Hərbi komissar 
Çernikovskidən,  5) Briqada yavəri Fyodorovdan , 6) 25-ci  
alayın komandiri Kopiyankadan, 7) 252-ci alayın komandiri 
Qornostayevdən,  8) 251-ci alayın keçmiş komandiri, onun 
köməkçisi Parsadanovdan, 9) 252-ci alayın Şuşadakı keçmiş, 
250-ci alayın hazırkı komandiri Çelovdan, 10) 252-ci alayın 
keçmiş komandiri yol. Veysexovskidən, 11) 28-ci diviziyanın 
rəisi Nesterovskidən. 
İyulun 15-dən noyabrın 20-dək mən adları  çəkilən 
yoldaşlarla çiyin-çiyniə    həyatımı  əsirgəmədən  fədakarcası-
na vuruşmuşam. Mis zavodunu  (müəl: Kafanda yerləşir) ələ 
keçirmə  əməliyyatında daşnaklar tərəfindən başımdan yara-
lanmışam və Gorusdakı  hərbi xəstəxanada müalicə olunmu-
şam. Bu barədə 28-ci diviziyanın 84- cü briqadasının verdiyi  
tibbi  arayış hal-hazırda özümdə saxlanılır. 
Qırmızı ordu heyəti Zəngəzur sərhədlərindən geri çağırıl-
dıqdan sonra  mən Zəngəzurun və Qarabağın fövqəladə 
komissarı, eləcə  də Qubadlı  Qəzasının və aran Zəngəzurun 
milis idarəsinin rəisi vəzifəsinə  təyin olunmuşam (müəl: o 
dövr üçün mərkəzi  Şuşa olan  Zəngəzurun və Qarabağın 
fövqəladə komissarı generel vəzifəsi idi.) Mərkəzin hansı 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
67
fəaliyyətlərinə görə hakim partiyası sayılan kommunist 
partiyası üzvü olmayan Aslan bəy Sultanova bu qədər etimad 
göstərməsi haqqında daha ətraflı növbəti fəsillərdə  məlumat 
verəcəyik. Bircə bunu deməklə kifayətlənirik ki, onun düzgün 
hərbi planı, döyüş taktikası  və qeyri-adi sərkərdəlik istedadı 
nəticəsində, həmdə 28-ci diviziyanın bütün heyətini 
Ersevənnik kəndində Nijdenin və Dronun mühasirəsindən 
çıxardığına və onların həyatlarını xilas etdiyinə görə, bununla 
da  Andronikin Gorusda yaratdığı daşnak hökumətini məhv 
etdiyinə görə  28-ci diviziyanın komandanlığı  tərəfindən 
verilən təqdimata  əsasən mərkəz tərəfindən alternativsiz 
olaraq bu vəzifəyə  təyin olunmuşdur və bu qalibiyyəti  əldə 
etdiklərinə görə Aslan bəy Sultanov, general Semyonov və 
Çelov qızıl medalla təltif olunmuşlar). O zamandan bəri 
mənim fəaliyyətim və  səylərim nəticəsində  qəzada tam 
inqilabi  qayda-qanun hökm sürür. Mən olmasaydım  ərzaq 
payını  və  əmək haqqını ala bilməyən milis əməkdaşları 
çoxdan vəzifələrindən imtina edərdilər. Mən onlara maaş 
əvəzinə xoş  vədlər verirəm. Sanki bütün bunları etmək 
onların alın yazısıdır. Mən onları ordunun gələcəyi və  hər 
şeyin tezliklə yaxşı olacağı ilə ruhlandıraraq bu yolla onları 
xidməti  davam etmələri üçün saxlayıram. Bir tərəfdən də 
Fars xanları, daşnaklar və daxili zərərli elementlərə  qarşı 
rahatlıq  və dinclik bilmədən mübarizə aparıram. 
Mərkəzə verilən yalan və böhtan dolu məlumatlar əsasında 
mən haqsız olaraq  tutduğum vəzifədən azad edilmişəm. 
Mərkəzi hakimiyyətin mənə qarşı etdiyi bu haqsızlıqdan 
özümü son dərəcə incimiş  hesab edirəm və bütün bunların 
müqabilində yalız bircə xahişim var: mənim fəaliyyətimi 
araşdırmaq üçün qərəzsiz komissiya təşkil edilsin. Qoy həmin 
komissiya mənim fəaliyyətim hqqında  mərkəzə ötürülən 
məlumatların nə  qədər yalan və böhtan olduğunu 


Фаиг Абдуллайев____________________________________  
 
68
müəyyənləşdirsin.  Eyni zamanda qeyd edim ki, bizim 
fəaliyyətimiz Sovet hakimiyyəti üçün də dəyərli olub. Biz bu 
hökumətin mərkəzdən gələn nümayəndələrinin bizi  inandır-
dığına  ən  əsası da xalqımızın  ən qatı düşməni olan daşnak-
lara qarşı birgə mübarizə aparmağı  təklif etdikləri üçün bu 
hakimiyyətin fəhlə-kəndli hökuməti olduğunu və  demokratik 
olduğuna bizə inandırmaq üçün yerli hökuməti qurmağı da 
qəzanın insanlarının özlərinə  həvalə olunması bu quruluşun 
tam demokratik  bir quruluş olmasına inam yaratmışdı. Hansı 
ki, müsavat hakimiyyəti dövründə yerli hökumət  mərkəzdən 
təyin edilirdi. Bütün bunlardan sonra heç bir silahlı 
müqavimət göstərmədən razılığa gəldik və yerli qəza 
hökumətini qurduq. Bu gün də biz bütün gücümüzü və 
enerjimizi yeni quruluşun saxlanması üçün yalnız ona görə 
sərf edirik ki, bu quruluş bizimçün əlverlişlidir və milləti 
xoşbəxtliyə və xilasa aparır. Elə olmasaydı xalq asanlıqla ona  
qızıl dağlar vəd edən daşnak hökumətinə  etimad göstərərdi. 
Ona görə  də  Mərkəz  bizim fəaliyyətimizlə qiymətlən-
dirməli  və  aydınlıq gətirməlidir.  Dəqiqləşdirmə aparmadan   
suyu bulandırdıqdan sonra  bulanıq suda balıq tutmaq istə-
yənlərin məkrli və  qərəzli fikirlərinə  əsaslanıb bizim 
fəaliyyətimizə ləkə salmaq o qədər də asan deyil.  
Xahiş edirəm ki, mənim faktlara əsaslanan məlumatlarımı  
Azərbaycan Mərkəzi  İnqilab Komitəsinin Ümumi iclasında  
oxuyub müzakirə edəsiniz.  
Qəza Milis İdarəsinin rəisi A. Sultanov. 
 
Yeri gəlmişkən demək lazımdır ki, 1921-ci ildə  qəza 
hökumətinin rəhbərliyinin hamısının Sultanov olması 
Aslan bəyin  ətrafına  ən inandığı adamları  yığması  mərkəz 
tərəfindən ona verilmiş fövqəladə səlahiyyətlə bağlı idi. 
 


Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə