Фаиг Абдуллайев


Зянэязур асланы–Аслан бяй Султанов



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə14/84
tarix25.07.2018
ölçüsü6,46 Mb.
#59054
1   ...   10   11   12   13   14   15   16   17   ...   84

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
63
со  слов  таких  лиц,  кои  хотят  мутить  воду  для  ловли,  а 
мутной воде себе рыбы. 
Прошу  настоящий  мой  доклад  прочесть  на  общем 
заседании Азревкома  
Начальник Кубатлинской Уездной Милиции  
А.Султанов. 
Бу сянядин тяржцмяси ашаьыдакы кимидир: 
Azərbaycan  Mərkəzi İnqilab Komitəsinə 
№603                                          
      MƏLUMAT 
 
        10 aprel 1921-ci il. 
               Xocahan 
  Rəhbərlik etdiyim İdarə    tərəfindən qəzadakı ümumi 
vəziyyət, rəhbərliyim altında sədaqətlə xidmət göstərən 
milisin fəaliyyəti barədə vaxtaşırı verdiyim  yazışmalar 
nədənsə  hər dəfə cavabsız qalmışdır. 
Sovet Hakimiyyətinin Qubadlıdakı durumu  hal-hazırda 
son dərəcə gərgin bir vəziyyətə gəlib çatmışdır: bu da onunla 
bağlıdır ki, onun nüfuzu bir tərəfdən daxildəki bolşevizmə 
arzuolunmaz və  mən deyərdim ki, təhlükəli elementlər 
tərəfindən aşağı düşür, digər tərəfdən isə daşnakların 
özlərinin onlarla həm siyasi, həm də ticari əlaqələrə girmək 
kimi  qəbuledilməz tələbləri ilə baş apardıqlarından irəli gəlir. 
1.Daşnaklarla  müsəlman  əhalisinin nümayəndələrinin bu 
ilin 6 aprelində vacib məsələləri  həll etmək üçün Akarak 
kəndində baş komandan Nijdenin iştirakı ilə görüşlərinin 
təşkili.  
2.Ticarət məqsədləri ilə onların və müsəlman camaatın  
qarşılıqlı olaraq gediş gəlişi və s. 
Sərhədyanı ərazilərdə yaşayan müsəlmanların daşnaklarla 
əlaqələrinin qarşısını  müxtəlif  yollarla almağa cəhd göstər- 
miş və bu barədə Mərkəzə dəfələrlə yazmışam. 


Фаиг Абдуллайев____________________________________  
 
64
Qeyd etmək istəyirəm ki, daşnakların antibolşevik təşəb- 
büsləri bizə o qədər təhlükəli görünmür,  amma daxili düş- 
mənlərimizin,  partiyaya sədaqətlə xidmət göstərmək  maska- 
sı altında gizlənərək bizim aralarımıza soxulan və hakimiy- 
yətə can atmaqda qəti maraqları olan, öz şəxsi mənfəətlərini 
düşünən, səlahiyyətləri ələ keçirməyə çalışan   adamların nə 
məqsədləsə təmiz və vicdanlı adamlara ləkə yaxmaları təhlü-
kəlidir. Təhlükəli olan  daşnakların təxribatları və təklifləri də 
deyil, bizim ideyalarımıza xəyanətkarlıqla zərbə vurmağa ça- 
lışan, sədaqətli işçilərə qarşı tam fırıldaqçı münasibətdə olan  
həmin elementlərin ölkənin daxilində Sovet hakimiyyətinin 
fəaliyyətinə mane olmalarıdır.   
Bu günlərdə mənə məlum olub ki, Qəza İnqilab Komitəsi 
Mərkəz tərəfindən yenidən təşkil edilib. Eləcə  də  mən 
tutduğum vəzifədən- Qəza Milis İdarəsinin Rəisi vəzifəsin-
dən azad olunmuşam. Bəs nədən bu barədə  mənim heç bir 
rəsmi məlumatım yoxdur? Mən  əminəm ki, bütün bunlar 
qəzanın  bəzi məsul şəxslərinin və hakimiyyətin düşmənləri-
nin Mərkəzə ötürdükləri yalan və böhtan dolu məlumatların 
nəticəsində baş verib. Əldə etdiyim məlumata əsasən Qubadlı 
kəndinin sakini, fırıldaqçı, qaçaq, 18 cinayət  əməlində 
birbaşa adı keçən Mirzə Muxtar Bayramov özünün fırıldaqçı 
məharəti nəticəsində  partiya üzvü olmadan Qubadlı  qəzası-
nın partiya təşkilatı katibi təyin edilib və partiya maskası 
altında gizlənərək öz  hakimiyyətini gücləndirmiş, bir sıra 
qeyri-qanuni hərəkətlərə yol vermiş, daşnak rayonlarından 
Qubadlıya gələn  gizli erməni-işçilərlə görüşmüş,  onları bir-
neçə gün evində qonaq saxlamış və daha sonra  Bakıya yola 
salmışdır. Öz cinayətkar  əməllərini ört-basdır etmək və 
günahı onların üstünə atmaq  üçün isə    başqa bir əclaflıqla 
onları Nijdenin və burjuaların tərəfdarı kimi  qələmə vermiş-
dir.  Eyni zamanda Bayramovun təhriki ilə  Şuşaya, eləcə də 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
65
Mərkəzə Qubadlının məsul işçiləri məxfi məlumatlar 
verməyə başladılar. Elə bu səbəbdən də tamamilə yalan və 
böhtan dolu məlumat nəticəsində heç kəs  tərəfindən 
yoxlanılmadan  əksinqilabi fəaliyyətdə günahlandırılaraq 
İnqilab Komitəsinin sədri  Xudabaxış  bəy Sultanov Şuşada 
həsb olunub. Hansı ki, o bütün varlığı ilə Sovet hakimiyyə-
tinə  sədaqətli olduğu ilə seçilən bir şəxsdir (Müəl: Onlar 
həqiqətən bu hakimiyyətin fəhlə-kəndli hakimiyyəti olduğuna 
inanırdılar. Məlumatın sonunda bu fikri Aslan bəyin özü də 
etiraf edir). İnqilab komitəsində  işlədiyi dövrdə o kasıb və 
ehtiyac içində olan xalqa həmişə  təmənnasız olaraq yardım 
etmiş, onların mənəvi dayağına çevrilmişdir.  Xudabaxış bəy 
Sultanov  İnqilab komitəsinin sədri olduğu dövrdə  sərhəd 
ərazisində yerləşən  Ələddin postunun rəhbəri Abbasəli 
Almuradova yazılı olaraq əmr verir ki, daşnakların və şübhəli 
müsəlmanların birgə alver etdikləri  “avdan yarmarkası”nda 
daşnaklara  ərzaq satanların hamısı  nəinki həbs edilərək 
malları müsadirə edilsin,  hətta daşnaklarla əlaqəyə girən hər 
kəs yerindəcə güllələnsin. Bu fakt tam olaraq aydın göstərir 
ki, Xudabaxış bəy Sultanov əksinqilabçı deyil. Onun göstərişi  
ilə  qəza milis idarəsinin keçmiş  rəisi, yarım milyona qədər 
dövlət pulunu mənimsəməkdə, bu barədə İnqilab komitəsinə 
heç bir hesabat verməyən və çoxsaylı şikayətlərdə günahkar 
bilinən  Əli bəy  Şərifov, eləcə  də Xanlıq sahəsinin  İnqilab 
Komitəsinin sədri Yusif Yusifov çoxsaylı  şikayətlər və 
cinayətkar  əməllərdə ittiham olunaraq  həbs ediliblər. 
Həmçinin o özünü partiya işçisi kimi qələmə verən,  əslində 
isə  fırıldaqçı və sabotajçı kimi tanınan  Mirzə Muxtar Bayra-
movun cinayətkar  əməllərini ifşa etmişdir (kommunist 
partiyasından arayış  təqdim edilib ki, o partiya üzvü deyil). 
Bu  əməllərin ifşa olunduğunu hiss etdikdə Mirzə Muxatar 


Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə