___________________Зянэязур асланы–Аслан бяй Султанов
51
“Əzrayıl balama dəyməsin, öz balası özünə qalsın”. Onun
borcunu qaytarmaq istəyən Nəriman
Nərimanovun göstərişi
ilə Hacı Zeynalabdin Tağıyevin əlindən bütün sərvətləri
alındı. O, çox acınacaqlı vəziyyətə düşür. Deyilənlərə görə
hətta Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı aclıqdan
dünyasını dəyişib.
Göründüyü kimi, institutda oxutdurduğu,
çörək verdiyi, atalıq etdiyi, pul verdiyi Nəriman Nərimanov
Püstə xanım Əzizbəyovanın
təbiri ilə desək, Hacı
Zeynalabdin Tağıyevin borcunu bu cür qaytardı (Bu yerdə
xalq içində çox işlədilən bir misalı xatırlamaq yerinə düşər:
“Yetimə sual verirlər: Kimi söyərsən? O, da fikirləşmədən
cavab verir ki, mənə çörək verəni” )
Bütün bu əməllər vəzifə tutmaq üçün idi.
Çox təəsüflər
olsun ki, müstəqil dövlətimizi qan içində boğan onun
Nəriman Nərimanovun təbiri ilə desək ildırım sürəti ilə
ürəyinə zərbə vuran Şərqdə qurulan
ilk demokratik müstəqil
dövlətimizi vəhşicəsinə devirən düşmənlərə dəstək verir, onu
ölkənin ən yüksək ordeni ilə təltif edir. Bu gün isə çoxlu
insanlar onu müdafiə edirlər. Nəriman
Nərimanovun
hərəkətlərinə müəyyən donlar geyindirirlər. Guya ki, ona
təzyiq ediblər, yoxsa o bu hərəkətləri etməzdi. əcəb məntiqdir.
Hər cür cinayətləri et, sonra da ittiham obyektinə çevriləndə
de ki,
mənə təzyiq ediblər, yoxsa mən bu cinayətləri
etməzdim. Bu məntiqlə də hər bir cinayət edən özünə haqq
qazandıra bilər.
Mənə təzyiq etdilər, yoxsa mən cinayət
etməzdim.
Xoşbəxtlikdən Aslan bəy Sultanovun mərkəzə ünvanladığı
ittihamedici məruzəsinin əlyazması Azərbaycan Respublikası
Prezident Aparatının Siyasi Sənədlər Arxivində
fond 1, siya-
hı 2, iş 139 qrifi ilə, Azərbaycan Baş Milli Dövlət Arxivində
fond 410, siyahı 1, iş 205 qrifi ilə qorunub saxlanılmşdır.
Indisə sizə Aslan bəyin öz əli ilə yazdığı ittihamedici
məruzəni təqdim edirik: