Фаиг Абдуллайев



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə8/84
tarix25.07.2018
ölçüsü6,46 Mb.
#59054
1   ...   4   5   6   7   8   9   10   11   ...   84

Фаиг Абдуллайев____________________________________  
 
32
Aslan Sultanovun Qarabağın və  Zəngəzurun fövqəladə   
komissarı təyin edilməsinin tərcüməsini sizə təqdim edirik. 
Aslan bəy Sultanov Qarabağın və Zəngəzurun fövqəladə 
komissarı təyin edilsin. 
Ona Azərbaycan Respublikası  mərkəzi hakimiyyətinin 
nümayəndəsi olaraq bu qəzaların  ərazisində  fövqəladə  və 
məhdudiyyətsiz səlahiyyətlər verilir. Vəzifəsindən və 
kimliyindən asılı olmayaraq həbs etmək və istintaqa cəlb 
etmək, eyni zamanda zərurət olarsa yeni qurumlar və 
təşkilatlar yaratmaq hüququ verilir. 
Bütün partiya təşkilatlarına, idarə və müəssisələrə, hərbi 
təşkilatlara göstəriş verilir ki, Aslan Sulatanovun əmr və 
göstərişlərini sözsüz olaraq yerinə yetirsinlər.  
Onun əmr və göstərişlərinə əməl etmək istəməyən hər kəs 
dərhal  həbs olunaraq hərbi tribunala verilsin. 
Aərbaycan Respublikasının İnqilab Komitəsinin sədri   
N.Nərimanov 
Azərbaycan Respublikası İnqilab Komitəsinin katibi 
 
Göründüyü kimi bu mandat vasitəsilə Aslan bəy Sultano- 
vun səlahiyyətləri birbaşa mərkəzi hökumət tərəfindən təsdiq 
edilmişdi. Onsuz da Aslan bəy Sultanova bu mandat və səla- 
hiyyətlər verilənə  qədər də onun əlində xüsusi səlahiyyətlər 
və güc vardı, mərkəz sadəcə olaraq bu gücü və səlahiyyətləri 
rəsmiləşdirdi.  


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
33
**** 
Zəngəzur kommunistlərindən biri, Aslan bəy Sultanovun 
həmyerlisi və həmin dövrün qırmızı “qəhrəman”larından biri 
olan   Nəzər Heydərov “Zəngəzur Dağlarında” adlı kitabın-
da o dövrdəki hadisələrə  dəfələrlə bu və ya başqa  şəkildə 
toxunmuş, Aslan bəy Sultanovun Azərbaycan Demokratik 
Respublikası dövründə  Zəngəzur qəzasının qəza mahal 
pristavı  (yəni baş pristavı, bu da o deməkdir qəzanın 
tərkibinə daxil olan rayonların da pristavları onun 
tabeliyində olublar), eyni zamanda qəza rəisi Sərməstbə- 
yovun hərbi məsələlər  üzrə müavini vəzifələrində olduğunu 
qeyd etmişdir.  Bu vəzifəni tutmaq da o demək idi ki, 
qəzadakı pristavlardan başqa yerdə qalan bütün hərbi 
qurumlar da onun tabeliyinə daxil olublar.  
Nəzər Heydərov Aslan bəy Sultanovun müsavat haki- 
miyyəti dövründəki fəaliyyətindən yazaraq onu müsavatçı, 
bəy oğlu, sinfi düşmən  damğaları ilə damğalasa da, Sovet 
hakimiyyəti dövrünün ilk quruculuq illərində Aslan bəyin 
yeni quruluşun fəhlə-kəndli hökuməti olduğuna inanmasın- 
dan, ona görə  də bütün gücünü və qüvvəsini yenə  də öz 
xalqına sərf etməsindən, onun xalqının daxildəki və xaricdəki 
düşmənlərinə qarşı barışmaz mübarizə aparmasından, dəfə- 
lərlə real ölüm təhlükəsi ilə üz-üzə qalmasından, XI ordunun 
28-ci diviziyasını necə xilas etməsindən, daşnak hökumətinin 
baş komandanı general Sumbatı, general Manuku necə böyük 


Фаиг Абдуллайев____________________________________  
 
34
məharətlə uzaq məsafələrdən atəş açaraq öldürməsindən   bir 
kəlmə də olsa söz açmır. Buradan da belə bir nəticə çıxır ki, 
Nəzər Heydərov öz kitabında yazdığı kimi hər zaman 
hadisələrin önündə deyil, heç arxasında da getmirmiş... Bunu 
əlimizdə olan arxiv sənədləri bir daha  təsdiq edir.  
Görəsən bütün ömrünü şərəfli və  əqidəli insanlara qara 
yaxmağa sərf edən Nəzər Heydərov və onun əqidə qardaşları 
bu faktları - əqidəli və  şərəfli ömür yolu keçən insanlar 
barədə danışmağı, onların etdikləri qəhrəmanlıqları  nədən 
xalqdan gizlətmiş, belə faktların üstündən sükutla ötüb 
keçmişlər? Bu  sualların cavabını özünüz tapacaqsınız... 
Nəzər Heydərov kitabında öz uşaqlıq və  gənclik illəri 
barəsində ürək ağrısı ilə söz açır, çətin  şəraitdə yaşadığını, 
heyvanlarla bir damın altında qaldığını qeyd edir, gecələri 
səhərə qədər malın-heyvanın yaş peyininin qoxusundan yata 
bilmədiyini yazır.  (N.Heydərov, “Zəngəzur dağlarında” 
kitabı Azərbaycan Dövlət Nəşriyyatı, 1989-ci il. səh 126). 
 Qaçılmaz həqiqətdir ki, o dövrdə  Nəzər Heydərov kimi 
ağır şəraitdə yaşayan minlərlə insan olub, lakin onların çox az 
bir qismi keçmişindən, yaşadığı acılardan intiqam almaq 
üçün yalnız xəyanət yolunu seçib. Nə  qədər acınacaqlı da 
olsa bu faktdır.  


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
35
Xəyanətin Başlanğıcını Təsdiq Edən İlk Sənəd 
 
Azərbaycan Respublikası Baş Milli Dövlət arxivi 
FOND:       410 
SİYAHI:        1 
İŞ:               130 
Сводка № 116 от 12-го декабря. 
ЗАНГЕЗУР.  На  съезде  ответственных    работников 
Зангезура  о  присоединении  Мусульманской  части  к 
армянской  из  общих  докладов  вытекало  следующее: 
Двухлетняя  национальная  война истощила Зангезур до 
крайности.  Как  мусульманские  так  армянские  посевы 
почти уничтожены, крестьяне наги и особенно страдают 
ввиду наступления ранней   зимы.  Земля давно покрыта 
снегом, солнца  не  видно. Край  переполнен  беженцам 
которое  спят под открытым  небом, не имеют   ни откуда  
помощи.  Сознавая  что Красная Армия  стоит  на защите 
интересов  их , крестьяне  отдают      все    что  имеют.  В 
отношении внутреннего порядка чувствуется  отсутствие 
работников:  везде  организованы    Ревком,  школ  нет    так 
как  отсутствуют    постройки,  учебники  бумаги    и  пр.  
канцелярские  принадлежности.  
Bu arxiv sənədinin tərcüməsi aşağıdakı kimidir: 
12 dekabr 1920-ci il. 
N 5564 \ 12487 


Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə