Фаиг Абдуллайев



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə7/84
tarix25.07.2018
ölçüsü6,46 Mb.
#59054
1   2   3   4   5   6   7   8   9   10   ...   84

Фаиг Абдуллайев____________________________________  
 
28
Üçüncü fəsil 
 
Qarabağın Və Zəngəzurun Fövqəladə Komissarı 
 
Gecələrin birində Aslan bəy hazırladığı döyüş planının 
detallarını  dəqiqləşdirmək üçün kəndin  ətrafını bir daha 
nəzərdən keçirir, sabahkı günün planını götür-qoy edirdi. Bu 
zaman arxa tərəfdən iki nəfər əsgər geyimli daşnak ona “əllər 
yuxarı” komandası verdi. Çox güman ki, başqası   olsaydı, 
bəlkə  də o an hər  şeyin bitdiyini güman edər, təslim 
olmaqdan başqa bir şey fikirləşə bilməzdi. Lakin şərəfli və 
mübarizələrdə keçən ömründə dəfələrlə ölümlə üz-üzə gələn  
Aslan bəy bu dəfə də özünü itirmədi. Belə vəziyyətlərdə onu 
həmişə bir an ərzində düzgün qərar qəbul etməyi və qeyri-adi 
hissetmə qabiliyyəti xilas etmişdi. Yenə  də  fənd işlətdi, 
əllərini qaldırıb elə bir hərəkət etdi ki, guya daşnakların 
arxasından gələnlərə nəsə işarə edir ki, onları vurun. Onun bu 
hərəkətindən çaşbaş düşən daşnaklar bircə anlıq dönüb 
arxaya baxdılar və bu bir an bəs etdi ki, Aslan bəy onları 
açdığı sərrast atəşlərlə yerə sərsin.  
Aslan bəyi  əsir tutmaq niyyətləri boşa çıxan daşnaklar 
birləşmiş ordunun fikirləşdiyi kimi Qafanda deyil, bir qədər 
də irəlidə, Təpəsərdə döyüşə girməyi qərara aldılar. 
Əvvəlcədən mövqelərini möhkəmlədə bildilər, daşların və iri 
qaya parçalarının arxasında gizləndilər. Azacıq  itki verən 
birləşmiş ordu hissələri  də öz döyüş mövqelərini tutmağa 
nail oldular.  
Aslan bəy özünü  qayalardan birinin arxasına verdi. Bura-
da qorunmaq rahat olsa da döyüşmək çox çətin idi. İrəlidən 
iri-iri daş-qaya  parçalarından başqa bir şey görünmürdü. 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
29
Düşmənsə çox əlverişli mövqe tutmuş, yaxşıca  gizlənə bil-
mişdi. Döyüş başlanmışdı... 
 Aslan  bəyin  bütün diqqəti  əks tərəfin  hərəkətlərinə 
yönəlmişdi. Bu zaman mövqe tutduğu uzaq məsafədən 
düşmən ordusunun başında dayanaraq müxtəlif əl hərəkətləri 
ilə komandalar verən adam onun gözlərindən yayınmadı.  
Aslan bəy durbinini götürüb həmin adamın hərəkətlərini 
diqqətlə izlədi və az sonra onun beşaçılanından açılan atəş 
səsi daşlarda, qayalarda əks-səda verdi. Aslan bəyin açdığı 
atəş  səsləri erməni ordusunu çaşqınlıq içində saxlamışdı, 
daşnaklar “keçisi ölmüş qoyun sürüsü” kimi pərən-pərən 
düşmüşdülər. Aslan bəyin yenə uzaq məsafədən vuraraq 
öldürdüyü  adam isə Gorusun komendantı,  daşnak generalı 
Andronikin köməkçisi, qəddarlıqda Andronikdən də betər ad 
çıxarmış daşnak ordusunun baş komandanı Sumbat idi. (Bu 
barədə faktları əldə etdiyimiz arxiv sənədləri də təsdiq edir). 
 Aslan  bəyin  general Sumbatı uzaq məsafədən vurub 
öldürməyi bu döyüşün taleyini həll etdi. Bu həlledici və tarixi 
baxımdan  məsuliyyətli döyüşdə Qarabağdan Nijdeyə 
köməyə  gələn general Dronun da ordusu məhv edildi və 
daşnaklar üzərində tam qələbə qazanıldı. Döyüşün  əsas 
qəhrəmanları olan Aslan bəy Sultanov, XI Qızıl Ordunun 28-
ci diviziyasının komandanı general Semyonov və onun alay 
komandiri polkovnik Çelov mərkəz tərəfindən qızıl medalla 
təltif olundular. Döyüşün və daşnak hökumətinin dağıdılması 
planının  əsas müəllifi olan Aslan bəy Sultanovun igidliyi  
haqqında isə yeni əfsanələr və dastanlar Azərbaycan və 
erməni tərəfində yayılaraq dillər əzbəri oldu.  
Belə  ağır və  həlledici döyüşdən, XI Qızıl Ordunun 28-ci 
diviziyasını daşnak xəyanətindən xilas etdiyindən sonra 


Фаиг Абдуллайев____________________________________  
 
30
Aslan bəy Sultanova daha böyük etimad göstərildi. Mərkəz 
bu yerli qəhrəman sərkərdənin alternativi olmadığını birmə- 
nalı  qəbul etdi. Bundan sonra XI Qızıl Ordu koman-
danlığının Azərbaycanın o vaxtkı kommunist rəhbərinə- 
Azərbaycan  İnqilab Komitəsinin sədri Nəriman Nərimanova 
birbaşa diqtəsilə  kommunist partiyasının üzvü olmayan 
Aslan bəy Sultanov general səlahiyyətli bir vəzifəyə irəli 
çəkilir. XI Ordu komandanlığı 28-ci diviziyanı daşnak 
xəyanətindən məhz Aslan bəyin  xilas edtiyini bəyan etmiş, 
onun daşnak hökumətinin məhv edilmə hərbi planının birbaşa 
müəllifi olduğunu, Qarabagdakı daşnakların da kökünü kəs-
məkdə onun gücünə arxalanmağın qaçılmaz olduğunu 
Nəriman Nərimanova anlatmış  və onun bu vəzifəyə  təyin 
olunmasına nail olmuşdu. Bu təkid və  təkliflərdən sonra 
məhz Nəriman Nərimanovun imzası ilə Aslan bəy Sultanov 
Qarabağın və  Zəngəzurun Fövqəladə Komissarı  təyin 
olunmuşdur. Ona xüsusi mandat verilmişdi. Həmin mandatın 
mətni ilə sizi tanış etməyi özümə borc bilirəm. O zaman siz 
də  əmin olacaqsınız ki, Aslan bəy Sultanov Zəngəzurda və 
Qarabağda  hansı səlahiyyətin və gücün sahibi olmuşdur. Onu 
da qeyd etmək lazımdır ki,  həmin dövrdə belə fövqəladə 
səlahiyyətlər hər kəsə verilmirdi. Aslan bəyin fitri sərkərdəlik  
bacarığı, hərbi və siyasi savadı, ən əsası isə bölgədə yeganə, 
alternativsiz söz sahibi olmağı hər şeyi həll edirdi.  Birdə onu 
qeyd etmək lazımdır  ki, Aslan bəyin fəaliyyətlərini 
siyasiləşdirməyə çalışıblar. Aslan bəy bütün şüurlu həyatı 
boyu hərbi vəzifələr tutaraq xalqının daxildəki  və xaricdəki 
düşmənlərinə qarşı amansız mübarizə aparmışdır. 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
31
Fövqəladə Komissarin Mandatı 
 
 
Предявитель  сего  тов.  А.Султанов  назначается 
Чрезвычайным комиссаром Карабаха и Зангезура. 
Ему  как  представителью  Центральной  власти 
Азербайджанской  Республики  предоставляются  Чре- 
вычайные  и  неограниченные  права  на  территории 
этих  уездов.  А  именно  произвадство  арестов  и 
дазнание  лич  не  зависмо  от  занимаемой  должности, 
реорганизация утреждений и тд. 
Предлагается  всем  партийным  учреждениам  и 
должносным лицам, военным учреждениям беспрекос- 
ловно исполнять все распоряжения и требования тов. 
А.Султанова. 
Лица  кои  будут  учинять  противодействие  его 
распоряжениям  подлежать  немедленному  аресту  и 
преданию суду ревалюционного Трибунала. 
 
Председатель Ревком Азербайджанской Республики  
Секретарь Ревкома Аз. Республики 


Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə