Фаиг Абдуллайев



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə6/84
tarix25.07.2018
ölçüsü6,46 Mb.
#59054
1   2   3   4   5   6   7   8   9   ...   84

Фаиг Абдуллайев____________________________________  
 
24
 (Azərbaycan Respublikası Prezidenti Aparatının  İşlər 
İdarəsinin, Siyasi sənədlər arxivi, fond 1, siyahı 2, saxlama 
vahidi 96). 
Nəzər Heydərovun nədən mərkəzi bu fikirlərlə 
qızışdırmaq niyyətində olduğuna sonrakı  fəsillərdə aydınlıq 
gətirəcəyik. Lakin fəxrlə demək lazımdır ki, XI Qızıl 
Ordunun Zəngəzurdakı ordu komandanlığı ilə yerli 
hökumətin sədaqətli birliyi tezliklə    öz  müsbət nəticəsini 
verdi. Razılaşmaya  əsasən  Aslan bəy XI Qızıl Ordunun 
Zəngəzurdakı 28-ci diviziyasının kəşfiyyatına rəhbərliyi öz 
üzərinə götürdü. O dövrdə Aslan bəy eyni zamanda özünün 
yaratdığı yerli özünümüdafiə qüvvələrinin də komandiri idi 
və bu qüvvələr “Zəngəzurun partizan hərəkatı” adı ilə  
tanınırdı. 
Semyonovun  komandanlığı altında daşnak hökumətinə  
qarşı müharibəyə hazırlaşan 28-ci diviziya ciddi kəşfiyyat 
əməliyyatlarından sonra birgə müharibə planını, hərbi 
əməliyyatların sxemini hazırlamağa başlayır.  Bu vaxt 
kəşfiyyata rəhbərlik edən və o yerləri zərgər dəqiqliyilə 
tanıyan Aslan bəy özünün şəxsən  əldə etdiyi kəşfiyyat 
məlumatlarına  əsaslanaraq təklif edir ki, ordu dağ yolunun 
üstündə yerləşən Kəki, Təpəsər və  Gəzbeldən keçərək 
Gecəlanda qərarlaşsın. Ona görə ki, Aslan bəyin təklif etdiyi 
yer daşnak hökumətinin başçısı, quldurbaşı general Nijdenin 
qərargahını mühasirəyə almaq üçün çox münasib yer idi. 
Bu plandan xəbər tutan  Nijde XI Qızıl Ordunun 28-ci 
diviziyasının  Aslan bəyin qüvvələri ilə birləşməsindən 
təşvişə düşür və hiyləyə əl atmağı qərara alır. Belə ki, Nijde 
xüsusi öyrədilmiş yaşlı kişilərlə qadınları duz-çörəklə, gül-
çiçəklə, ağ bayraqlarla Semyonovun qərargahına göndərir. 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
25
Bir  xeyli adamlardan ibarət olan dəstənin üzvləri  Semyono-
vun qərargahına gəlir, təslim olduqlarını, sovet hökumətini 
böyük məmnuniyyətlə  qəbul etdiklərini və heç bir silahlı 
müqavimət göstərilməyəcəyini bəyan edirlər.  Bu mehriban 
münasibət  Semyonovu öz planının doğruluğuna inandırır və 
arxayınlaşan Semyonov sayıqlığını tamamilə itirir. Bunu 
görən Aslan bəy Semyonova bildirir ki, baş verənlər daşnak 
məkrindən  baqa bir şey deyil, heç şübhəsiz ki, onlar sizi 
aldadırlar və  mühasirəyə salıb məhv edəcəklər. Semyonov 
ondan  əldə etdiyi kəşfiyyat məlumatlarını haradan aldığını 
xəbər aldıqda, Aslan bəy:  “Bu məlumatları  mənə xüsusi 
agentim olan  erməni keşişi  çatdırır”,- deyərək cavab verir.  
Semyonov Aslan bəyin bu məlumatını da tərəddüdlə 
qarşılayır və yenə öz planına əsasən Qafana tərəf irəliləməyə 
davam edir. Rus dilində  sərbəst danışa və yaza bilən Aslan 
bəy Semyonova bildirir  ki: “Mən bu məsuliyyətin altına girib 
bu qədər insanın taleyinə biganə qala bilmərəm. Ona görə 
yollarımız ayrılır.”  
Beləliklə, Aslan bəy özünün dəstəsi ilə birlikdə 
Semyonovdan ayrılır və özünün yeni əks  əməliyyat planını 
hazırlayır.   Semyonov isə ordusu ilə bərabər   bir qədər də 
irəliləyir və erməni kəndləri olan Zeyvə və  İrsəvənlikdə onu 
duz-çörəklə qarşılayan Nijde əsgərləri ilə qarşılaşır. Bu 
səmimi, isti münasibət Semyonovu bir daha öz planının 
doğruluğuna inandırır və onu qürrələndirir. Kəşfiyyat 
xəbərləri Nijdeyə çatan kimi artıq o bir güllə ilə iki dovşan 
vurduğunu  qət edir və  şadyanalıqla 28-ci diviziyanı 
mühasirəyə aldığının ləzzətini yaşamağa başlayır. Ancaq 
daşnak generalı Nijde bunu bayram etməyə çox tələsmişdi. 
Onu qarşıda nələrin gözlədiyini hələ ki, bilmirdi. 


Фаиг Абдуллайев____________________________________  
 
26
Bütün bu hadisələri zərgər dəqiqliyi və fitri  sərkərdəlik 
məharəti, kəşfiyyat analizləri      ilə hesablayan Aslan bəy 
Sultanovun  əks hərbi planı çoxdan hazır idi. Aslan bəy 
mühasirəni hansı istiqamətlərdən yaracağını öz yaxın ətrafına 
bildirmişdi. Plana əsasən hücum səhər açılmadan, 
alaqaranlıqda baş verməliydi. Onun sadiq agenti olan erməni 
keşişi Aslan bəyə  əvvəlcədən xəbər çatdırmışdı ki, Nijdenin 
planına əsasən Semyonovun ordusu İrsəvənlikdə mühasirəyə 
alınaraq məhv ediləcək.  
Təmtəraqlı qarşılanma mərasimindən sonra tam arxayın-
laşan Semyonov əmr verir ki, əsgərlər Kirmın dərəsində 
yerləşib dincəlsinlər. 
 Gecənin düşməsini və ordunun tam arxayınlıq içində 
yuxuya getməsini gözləyən daşnaklar Nijdenin əmrinə əsasən  
Kirmın dərəsində olan 28-ci diviziyanı  bütünlüklə mühasirə-
yə alırlar. Bu qısa vaxt kəsiyində Nijdenin planını əvvəlcədən 
bilən Aslan bəy özünün qurduğu  əks plan əsasında hücuma 
keçir. Səhərin alatoranında 28-ci ordunu üzük qaşı kimi 
mühasirəyə alan daşnak orudusu gözlənilmədən bir-neçə 
istiqamətdən  başlayan hücumdan pərən-pərən düşür.  Aslan 
bəyin özünün başçılıq etdiyi dəstə isə mühasirənin içindən 
keçərək birbaşa Semyonovun yanına çatır,  özünü təqdim edir 
və deyir ki,  mahasirə yarılmışdır, ardımca gəlin. Bir az əvvəl 
tam olaraq məğlubiyyətini dərk edən və ölüm xofuyla 
yaşayan Semyonov öz qəfil xilaskarının dediyi sözləri qeyd-
şərtsiz  qəbul edir və tabeçiliyində olan orduya Aslan bəyin 
əmrlərinə tabe olmaq əmri verir.  
Aslan bəyin əmri ilə müxtəlif istiqamətlərdən hücum edən 
dəstələr daşnak ordusunu darmadağın edir. Bu zaman adı 
dillər  əzbəri olan igid dəstə komandirləri, xalqımızın 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
27
qəhrəman oğulları  Lətif və  Kərim böyük şücaət göstərirlər. 
Bu müharibədə Aslan bəyin partizan dəstəsindən dörd igid də 
şəhid olur. Aslan bəyin Semyonovla birləşən hərbi qüvvələri 
daşnak generalı Nijdenin ordusuna dağıdıcı  zərbələr endirir, 
Nijde qələbə sevincini yaşadığı anlarda gözlənilməz 
məğlubiyyətə düçar olur. Bu zaman başından yaralanan 
Aslan bəyi görən Semyonov təşviş içində qaçaraq özünü ona 
yetirir, öz əlləri ilə xilaskarının yarasını sarıyır, böyük sevinc 
içində onu bağrına sıxaraq qucaqlayır və üzünü bütün ordu 
qüvvələrinə    tərəf tutaraq fəxrlə deyir: “Budur Zəngəzurun 
qartalı!”    
Bu hadisədən sonra Aslan bəyin fitri hərbi istedadının 
təsiri altına düşən Semyonov növbəti döyüş planını hazırla-
mağı Aslan bəydən xahiş   edir. Qısa bir vaxt ərzində tam dü-
şünülmüş, mükəmməl  döyüş planı hazırlanır və  qərargahda 
təsdiq olunur.  
Yuxarıda qeyd etdiyimiz kimi, Aslan bəy öz mövqeyindən 
dönmədən  çətin də olsa ordunu dağ yolu ilə aparmağı təklif 
edir. Onun  planı bu dəfə müzakirə olunmadan  qəbul edilir. 
Birləşmiş  hərbi qüvvələr Təpəsərə  qədər irəliləyib 
yaxınlıqdakı meşədə gecələyirlər.  Təhlükənin yaxınlaşdığını 
görən quldurlar vahiməyə düşürlər. Bu ordunun qarşısını 
kəsmək üçün təcili tədbirlər görməyə başlayırlar. Daşnak 
generalı Nijdenin müavini Gerasim təklif edir ki, ilk növbədə 
Aslan bəyi aradan götürmək lazımdır, ordunun döyüş planını 
hazırlayan və ona bələdçilik edən odur, bu yerləri ondan 
yaxşı tanıyan yoxdur, bütün kəşfiyyatı quran odur, özü də  
mahir atıcıdır.  Aslan Sultanovun başı üçün çoxlu pul 
mükafatı  vəd edilir. Bu murdar niyyəti yerinə yetirmək 
birləşmiş ordunun sıralarına soxulmuş daşnaklara tapşırılır. 


Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə