Фаиг Абдуллайев


Зянэязур асланы–Аслан бяй Султанов



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə3/84
tarix25.07.2018
ölçüsü6,46 Mb.
#59054
1   2   3   4   5   6   7   8   9   ...   84

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
11
 
 
 


Фаиг Абдуллайев____________________________________  
 
12
Diqqəti çəkən arxiv  sənədlərindən biri də  Cəlil Sultano- 
vun 1920-ci ilin 21 yanvarından mərkəzə, parlamentin 
sədrinə ünvanladığı  həyəcan təbili çalan məlumatıdır. 
Məlumatda bildirilir: Zəngəzur qəzası dördüncü gündür 
hücuma məruz qalır. Erməni banditləri və erməni qoşunları 
tərəfindən. Toplardan və pulemyotlardan müntəzəm olaraq 
atəşə tutulur Zəngəzur qəzası. Cəbhə uzanır 50 verst 
Qubadlıdan Xocahan kəndinə  qədər. Külli miqdarda 
qurbanlar var. əhali  şaiyələrə uyur, nahaq yerə kömək üçün 
xahiş edir. Çox xahiş edirəm təcili tədbirlər görəsiniz. 
Zəngəzur qəzasının bədbəxt  əhalisi adından yalvarıram. 
Kağız üzərindəki etirazlardan nəhayət ki, keçin aktiv 
fəaliyyətə  və s. Xilas edin Azərbaycanın  ən gözəl  guşəsini 
tamamilə məhv olma təhlükəsindən. Zəngəzura, sonra növbə 
Qarabağa gəlir. Bütün bu itkilərə görə siz məsuliyyət 
daşıyırsınız bütün türk xalqları  və Azərbaycan xalqları 
qarşısında. 
Parlamentin üzvü Cəlil Sultanov. 
Bu arxiv sənədini təhlil etdikdə  aşıq-aydın Cəlil 
Sultanovun parlamenti ittiham etdiyini görürük. Belə ki, o, öz 
deputat mandatını deyil, birbaşa onu seçən insanların 
mənafeyini ön plana şəkir. Mərkəzdən təcili kömək 
göndərilməsini xahiş edir. Cəlil bəy axırda ürək yanğısı ilə 
bildirir ki, bədbəxt Zəngəzur  əhalisinin adından sizdən xahiş 
edirəm Azərbaycanın  ən gözəl guşələrindən biri olan 
Zəngəzuru tamamilə məhv olma təhlükəsindən xilas edəsiniz. 
Həyəcanla bildirir ki, kağız üzərində yazılan qəti etirazlardan 
artıq  əməli fəaliyyətə keçmək lazımdır.  Əvvəl Zəngəzur, 
sonra isə Qarabağın itirilməsinə görə bütün türk və 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
13
Azərbaycan xalqının qarşısında siz tarixi məsuliyyət 
daşıyırsınız.  
Yerli sərkərdə Aslan bəyin tövsiyyəsi ilə seçilən Cəlil bəy 
(Aslan bəyin  əmisi oğlu) millətinin mənafeyini hər  şeydən 
üstün tutaraq parlamentin sədrini ittiham edir. 
Onu öz deputat mandatını itirmək maraqlandırmır. Burada 
sərkərdənin və ona sadiq əqidə qardaşlarının milli mənafeyə 
nə qədar sadiq olduqları açıq-aydın görünür. 
Cəlil Sultanov sonda bildirir ki, əvvəl Zəngəzur, sonra 
növbə Qarabağa gəlir. Bütün bu itkilərə görə türk və 
Azərbaycan xalqı qarşısında parlament məsuliyyət daşıyır. 
Bu ittihamedici çağırışı ilə  Cəlil bəy parlamentarları 
ayıltmağa, onların  məsuliyyət hissini artırmağa çalışır. Bu 
günün prizmasından baxdıqda Aslan bəyin, Cəlil bəyin, 
Xudabaxış  bəyin və onların  əqidə qardaşlarının nə  qədər 
haqlı olduqlarını zaman təsdiq edir. Doğrudan da əvvəl 
Zəngəzur verildi. Sonra Zəngəzurdan başlanan qaçaqçılıq 
hərəkatı hökumətə qarşı silahlı müqavimət. Bu yolda tökülən 
saysiz-hesabsız  şəhid qanları Qarabağın o vaxt verilməsi 
planının qarşısını aldı. Arxiv sənədlərindən məlum olduğu 
kimi Nəriman Nərimanov Zəngəzurla birlikdə Qarabağın da 
ermənilərə verilməsinə razılıq vermişdir. Çox təəssüflər olsun 
ki, Cəlil bəyin əvvəl Zəngəzur, sonra isə Qarabağın gedəcəyi 
proqnozu təsdiqini tapdı. 1925-ci ilin əksinqilabçılar sayılan 
bir arxiv sənədi var. Orada Aslan bəyin, Cəlil bəyin, 
Xudabaxış bəyin və qeyrilərinin adları var. 
Cəlil bəy Sultanov parlamentdəki çıxışlarında birmənalı 
olaraq, kəskin  şəkildə hökumətdən tələb edirdi: -“Nijdenin 
rəhbərlik etdiyi daşnak hökuməti ilə sərhəddə yerləşən və hər 


Фаиг Абдуллайев____________________________________  
 
14
gün daşnak təcavüzü ilə üz-üzə dayanan Zəngəzur qəzasının 
əhalisinə tezliklə dövlət tərəfindən kömək göstərilməzsə, biz 
parlamentarilər  tarix və zaman qarşısında cavab verməli 
olacağıq”. Cəlil bəy Sultanov əlavə olaraq onu da qeyd etmiş-
di ki: -“Hazırkı şəraitdə daşnak təcavüzünə qarşı mübarizəni 
qəzadakı yerli hərbi qüvvələr təkbaşına aparırlar”. 
Cəlil bəy Sultanov parlamentdə yerli hərbi qüvvələr dedik-
də daşnak ordusu ilə birbaşa vuruşan və müqavimət 
hərəkatına rəhbərlik edən Aslan bəy Sultanovu və onun 
rəhbərlik etdiyi hərbi qüvvələri nəzərdə tuturdu. Həmin 
dövrlərdə Aslan bəyin hərbi istedadı  və  sərkərdəlik bacarığı 
daşnak generalları Nijdeni və Dronu bir-birinin ardınca ağır 
məğlubiyyətlərə uğratmışdı. Öz dövrünün hərbi standartlarına 
cavab verən yerli hərbi qüvvələrdən təşkil edilmiş ordu və 
onun sərkərdəsi Aslan bəy Zəngəzur  əhalisini  daşnak 
təcavüzündən qoruya bilirdi. 
Müsavat Hakimiyyəti süqut etdikdən sonra da öz 
missiyasını böyük qəhrəmanlıqla yerinə yetirən Aslan bəy 
Sultanovun keyfiyyətləri XI ordu komandanlığını və  mərkəzi 
hakimiyyəti onunla hesablaşmaq zorunda saxlamışdı.  
Mərkəzi hakimiyyət daşnak hökumətinə qarşı mübarizədə 
Aslan bəy Sultanov kimi real qüvvəyə arxalanmağın, 
daşnakların ürəyində yaranmış Aslan  bəy xofundan istifadə 
etməyin qaçılmaz olduğunu  anlamış və qəbul etmişdi. 
 
**** 
Daşnakların ürəyində  bəs Aslan bəy xofu haradan 
yaranmış, haradan qaynaqlanmışdı? O xofun yaranmasının 
maraqlı bir tarixçəsi var... 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
15
Hələ bu hadisələrə  qədər Andronik daşnak hökumətinin 
başçısı Nijdeni daha da gücləndirmək üçün özünün sağ  əli 
olan general Manuku hər cür hərbi sursatla təchiz olunmuş 
böyük bir  ordu ilə  Zəngəzura göndərir. O hadisələrin real 
şahidlərinin xatirələrinə görə  böyük bir daşnak ordusunun 
Zəngəzura göndərilməsi Türk ordusunun generalı Nuru 
Paşanı da  son dərəcə narahat edirmiş. Çünki Nuru Paşa 
qəddarlıqda və zalımlıqda Andronikdən və Nijdedən heç də 
geri qalmayan Manukun Zəngəzura gedib Nijde ilə 
birləşməsindən sonra  Zəngəzur əhalisinin qan içində boğula-
cağını düşünür, narahatlıq hissi keçirirdi. Ancaq Andronikin 
bu arzusu ürəyində qaldı.   
Manukun ordusu Gorusa getmək üçün  Laçının Zabux 
dərəsi deyilən yerinə  yaxınlaşırdı... Bunun necə böyük bir  
təhlükə olduğunu bilən Laçınlı Sultan bəy təcili olaraq Aslan 
bəy Sultanovun yanına adamlarını göndərir və ona belə bir 
məktub yazır: -“Sayca bizim qüvvələrdən  xeyli üstün
təpədən-dırnağadək silahlanmış Manuk öz ordusu ilə 
başımızın üstünü kəsdirib.  Əmioğlu, bütün  qüvvələrini yığ, 
özünü bizə çatdır. Yoxsa bu qeyri-bərabər döyüşdə biz 
hamımız məhv olarıq”.  
Bu xəbəri eşidən Aslan bəy Sultanov  vaxt itirmədən 
bütün hərbi qüvvələri ayağa qaldıraraq Zabux istiqamətinə 
hərəkət edir və tezliklə özünü Sultan bəyin qüvvələrinə 
çatdırır. Təşviş içində olan yerli hərbi qüvvələr qeyri-adi 
sərkərdəlik istedadı olan Aslan bəyin belə  ağır bir şəraitdə 
hansı  qərarı  qəbul edəcəyi barədə müxtəlif fikirlər 
yürüdürmüş.  Hər kəs vəziyyətin  son dərəcə  ağır olduğunu 
dərk etmiş,  səhər açılar-açılmaz say və hərbi texnika cəhət-


Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə